Niderlandın “Wereldregio” qəzeti Niderland-Azərbaycan əlaqələri haqqında yazdı

Niderlandda çıxan “Wereldregio” qəzeti bu ölkədə fəaliyyət göstərən “Konnekt” təşkilatından yazıb. Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib. Məqalədə “Konnekt” təşkilatının sədri Vüqar Abbasovun ölkəmizlə bağlı fikirləri verilib. “Konnekt”in fəaliyyətindən, onun Azərbaycanla Niderland arasında əlaqələrin inkişafına öz töhvəsini vermək istəyindən söhbət açılıb. Daha sonra “Konnekt”in bu məqsədlə keçirtdiyi geniş tədbirdən, digər addımlarından söhbət açılaraq qeyd edilib ki, iki ölkə arasında çox işlər görmək mümkündür. “Konnekt”in Niderlandı Azərbaycanda və həmçinin də əksinə tanıtmağa çalışdığını və bu məqsədə çatmaq üçün müxtəlif vasitələrdən istifadə etdiyi də yazıda xüsusi qeyd olunub. “Təşkilat eyni zamanda bələdiyyə ərazisində yaşayan digər yeni gəlmələrlə müxtəlif tədbirlər keçirtməyə və onların Niderlanda uyğunlaşmasına yardımçı olmaqda maraqlıdır”,-deyə yazıda öz əksini tapıb. Yazıda həmçinin Azərbaycanla Niderlandlı iş adamları arasındakı əlaqəyə toxunularaq qeyd edilib ki, bu əlaqələrin inkişafı üçün hər cür qarşılıqlı imkanlar var və Niderlandlı iş adamlarını Azərbaycanla və əksinə, Azərbaycanlı iş adamlarının Niderlandla əlaqələrinin daha da sıxlaşmasının vacibliyindən söhbət açılıb, bunun üçün çağrış edilib. Həmçinin qeyd olunub ki, “Konnekt” bu sahədə hər iki tərəfin iş adamlarına öz yardımını təklif edir. “Bir çox iş adamları arasında əlaqə yaradılıb və bundan sonra da bu fəaliyyət davam edəcək”,-deyə yazıda qeyd olunub.