“Rasim Balayevə cavab verməyəcəyəm, ona şeir yazacağam” – Elza

Bir müddət əvvəl xalq artisti Rasim Balayev əməkdar artist Elza Seyidcahanın şeirlərini tənqid edib. 

Turkustan.info axşam.az-a istinadən bildirir ki, Seyidcahan R.Balayevin sözlərinə münasibət bildirib. İfaçı “Ən yaxşısı” verilişində Balayevə şeir yazacaq:

“Tələsməyək ki, böyüklərə cavab verək. Yaşlı sənətkarlarımız səbirsiz olur, nəsə deyir. Anam da evdə nəsə deyəndə, susuram. Nə olsun “əməmkdar artistəm”, məni böyüdüb, nə desə, döysə də, susuram. 

Onların dilindən söz tutub, alçaltmağa çalışırlar. Ömrünün şərəfli çağında onlara belə etməyək. Rasim Balayev bundan sonra da nə desə, ona cavab verməyəcəm. Amma ona şeir yazacam”.

Qeyd edək ki, R.Balayev Seyidcahanın ünvanına “Elza Seyidcahan şeir yazır. Buna bir deyən yoxdur ki, işinlə məşğul ol, sən şair deyilsən. Televiziyanın rəhbəri, verilişin rejissoru yoxdur? Niyə demir ki, bacım, qızım, gəlinim bu şeirlər efirlik deyil. Çıxım ağzıma gələni danışım? Olmaz axı, bu efirdir. Sən bu efirlə hər evə girirsən. Zövqlər korlanıb” sözlərini demişdi.