Gün: Dekabr 10, 2018

Bu ərzaqlar bahalaşdı – SİYAHI

Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz artıb. Azərbaycanda 2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz artıb. Cari ilin noyabr ayında […]

Bu peşənin sahibi olanlar ərlərinə daha çox xəyanət edir – FOTOLAR

Qadınlar və kişilər arasında münasibətlərə dair məqalələr dərc edən bir internet nəşrin yeni araşdırması gündəm olub. Turkustan.info xəbər verir ki, nəşr partnyorunu aldadan 5658 qadın arasında sorğu keçirib. Sorğuda onların hansı peşə ilə məşğul olduqları araşdırılıb. Araşdırmaya qatılan qadınların 65%-i partnyorlarını iş yerində aldatdıqlarını etiraf edib. Onların 85%-i isə iş […]

Dolların satışı bahalaşdı – Azərbaycanda

Bu gün səhərdən başlayaraq banklar dolların satışını bahalaşdırıblar. Bahalaşma az olsa da, bazara təsir etməkdədir, buna baxmayaraq, valyuta satışı tam sərbəst şəkildə həyata keçirilir. Qeyd edək ki, ötən həftənin əvvəlindən dolları 1.7020-yə satan əksər banklar hazırda valyutanın satışını 1.7030 manata elan ediblər. “Naxçıvan Bank” isə dollar almaq istəyənlərə daha yüksək […]

Dünyanın ikinci ən böyük silah istehsalçısı məlum oldu

Rusiya 10 şirkətlə ən çox silah satan ikinci ölkə olub  ABŞ-dan sonra Rusiya dünyanın ikinci böyük silah istehsalçısıdır. Turkustan.info-nun fransız mediasına istinadən xəbərinə görə, bu haqda “Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnistitutu”nun (Sipri) məlumatında qeyd olunub. Hesabatda 2011-ci ildən etibarən Rusiyanın müxtəlif ölkələrə silah satışında artım olduğu vurğulanıb. İnistitut tərəfindən silah satan […]

Bosniya və Herseqovinada AXC ilə bağlı konfrans keçirildi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 10 yanvar 2018-ci il tarixli “Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” verdiyi sərəncamlar əsasında dekabrın 9-da Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Azərbaycan Respublikasının Serbiyada, Bosniya və Herseqovinada və […]

Bu şəxslərin maaşı artdı

Bütün sahələrdə olduğu “BakuBus” MMC-də çalışan avtobus sürücülərinin sosial-rifah halının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Turkustan.info bildirir ki, Bakı Nəqliyyat Agentliyinin(BNA) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ölkə başçısı İlham Əliyevin xüsusi qayğısı sayəsində son üç ildə “BakuBus” MMC-də çalışan sürücülərin də sosial-müdaifəsi ilə bağlı müxtəlif tədbilər reallaşdırılıb.  Bu tədbirlərin davamı […]

İlham Əliyev 8 sərəncam, 7 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info sərəncamın mətnini təqdim edir: Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Xalq artisti” Əliyeva Lətifə Cahandar qızı […]

Paşinyan Türkiyəyə təklif irəli sürdü

Ermənistan Dağlıq Qarabağla bağlı ilkin şərtlər olmadan Türkiyə ilə diplomatik əlaqələrin qurulmasına hazırdır. Turkustan.info TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib. “Biz hər hansı ilkin şərt olmadan Türkiyə ilə birbaşa əlaqələr qurmağa hazırıq. Lakin Türkiyə ilə münasibətlər Dağlıq Qarabağ məsələsi, üçüncü ölkə ilə əlaqəlidir. […]

İstanbul Universitetində “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə 10 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İstanbul Universitetində konfrans və“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi“İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasınınnümayişi keçirilib. Tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Təqdimat mərasimində […]

Bakının bir hissəsində qaz olmayacaq – XƏBƏRDARLIQ

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq. Turkustan.info “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, Ukrayna dairəsindən Neapol dairəsinə qədər yeni çəkilmiş polietilen 315 millimetrlik qaz xəttinin mövcud şəbəkəyə qoşulması, R.Quliyev, M.Rüstəmov küçələrində yeraltı diametri 108 və 159 millimetrlik qaz xətlərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, eləcə də tənzimləyicinin yerinin dəyişdirilməsi ilə əlaqədar […]

Ermənistan müxalifətindən seçkilərlə bağlı – Sərt bəyanat

Ermənistanda növbədənkənar parlament seçkiləri məzmun etibarilə demokratiyadan çox uzaq keçib. Bu təsbit Ermənistan Respublika Partiyasının seçkiqabağı qərargahının səsvermənin yekunlarına dair bəyanatında yer alıb. Turkustan.info xəbər verir ki, bəyanatda qeyd olunub: “Seçkilər fərqli düşüncəyə dözümsüzlük, namizədlərə və onların tərəfdarlarına, yerli özünüidarəetmə orqanlarına kobud təzyiqlər və inzibati resurslardan görünməmiş miqyasda istifadə etməklə ksenofobiyanın […]

Moskvada ilk “Türk xalqları konserti”

Moskva ictimai təşkilatı “Türk Cəmiyyəti” və “Türk Tələbələr Birliyi” Moskva hökuməti yanında Millətlər evində “Türk xalqları konserti” keçirdi. Forma və məzmun cəhətdən bu konsert keçmiş sovetlər birliyi məkanında ilk və hələlik yeganə bir tədbir oldu. Konsertdə Moskvada yaşayan on yeddi türk xalqlarının nümayəndələrinin artist və sənətçiləri, özfəaliyyət qrupları öz dillərində […]

Ukrayna ilə Rusiya arasında daha bir “körpü” yandırıldı – Poroşenkodan radikal qərar

Tərəflər arasında “Dostluq haqqında” sazişin qüvvədən düşməsi barədə əmr imzalanıb  Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya ilə “Dostluq haqqında” sazişin qüvvədən düşməsi barədə əmr imzalayıb. Turkustan.info xəbər verir ki, bunu Poroşenko öz “Twitter” səhifəsində qeyd edib. Məlumata əsasən, 2019-cu ilin aprelin 1-dən tərəflər arasındakı sözügedən saziş qüvvədən düşür. Qeyd edək ki, Ukrayna ilə […]

Rufiz Qonaqovun kitabının təqdimatı oldu

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun«Xəzər hövzəsi və Enerji təhlükəsizliyi» adlı kitabı işıq üzü görüb. Turkustan.info xəbər verir ki, kitabın elmi redaktoru və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, tarix elmləri […]

Azercell könüllü gənclərlə həmrəy oldu

Gənclərin uğurlu karyera qurması, gənc kadrlarla potensial işəgötürənlər arasında bağ yaratmaq  məqsədilə ölkəmizdə təşkil olunan karyera sərgilərinin fəal iştirakçısı olan “Azercell Telekom” MMC daha bir əmək yarmarkasına qatılıb. Azərbaycan Respublikasının Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Asan […]

Daha bir müəllim şagirdi ilə evləndiyini etiraf etdi: “O qız 7-ci sinifdə oxuyanda …” – VİDEO

Müəllim 7-ci sinifdə oxuyan məktəbli ilə nişanlandığını bildirib. Azərbaycan telekanalında efirə gedən verilişlərdən birinə dəvət alan Mirismayıl Xәlәfli şagirdini sevdiyini və onunla ailə qurduğunu deyib. Qeyd edək ki, adı çəkilən şəxs proqramda median nümayəndəsi və sayt rəhbəti kimi iştirak edib. “Mən 7-ci sinifdə oxuyan xanımla ailə qurmuşam. Ona görə ki, sabah mənim […]

“Fransadakı hadisələrə lal, kar və kor oldular” – Ərdoğandan sərt bəyanat

“İstanbuldakı Gəzi parkı hadisələrində insan haqlarından danışıb, onu müdafiə edənlər, Fransda, Hollandiyadakı etiraz aksiyaları zamanı baş verənlərə münasibətdə lal, kar, kor oldular”. Turkustan.info Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında 10 dekabr – Ümumdünya İnsan Hüquqları Günü münasibətilə keçirilən “İnsanlığın mədəniyyəti” […]

Yol Polisi gizli xidmət aparır? – Rəsmi AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi son günlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yol polisinin gizli xidmət aparması və bu məqsədlə onlara bütün texnikalarla təchiz edilmiş mülki avtomobillərin verilməsi barədə yayılan iddialara münasibət bildirib. Turkustan.info xəbər verir ki, İdarədən Report-un sorğusuna cavab olaraq bildirilib ki, […]

“Lukaşenko Əliyevə vəd verdi və Paşinyanı…” – Badalyan

Lukaşenko Azərbaycana KTMT ilə bağlı vəd verib. Turkustan.info xəbər verir ki, bu sözlər erməni jurnalist Akop Badalyanın “Lragir.am” saytındakı məqaləsində yer alıb. “Bir müddət əvvəl Minskdə Azərbaycan Prezidentini qəbul edən Lukaşenko ona böyük ehtimalla Paşinyana təzyiq edəcəyi ilə bağlı vəd verdi. Bundan sonra Putin Paşinyana KTMT sammitini təxirə salmağı təklif […]

Öz həyatlarını “süpürməyə” çıxan süpürgəçilər…

Son bir il ərzində iş başında avtomobil qəzasına düşmə səbəbilə dünyasını dəyişən süpürgəçi qadınların sayı artıb. Böyük əksəriyyət hadisənin mahiyyətini bilmədən bütün məsuliyyəti yüksək sürətlə əlaqələndirir. Amma müşahidələr göstərir ki, nəqliyyat vasitələrinin çox, hərəkətin intensiv vaxtlarında küçələri süpürən qadınların özləri də laqeydlik, diqqətsizlik nümayiş etdirirlər. Dəfələrlə bir neçə süpürgəçi qadının […]

Fazil Məmmədov ölümdən döndü

Sabiq vergilər naziri Fazil Məmmədov yenidən əməliyyat olunub. Turkustan.info-nun xəbərinə görə, əməliyyat Gəncə Beynəlxalq Xəstəxanasında baş tutub. Nazirin pankreatitdən əziyyət çəkdiyi, bu səbəbdən də əməliyyat keçirdiyi bildirilir. Məlumata görə, eks-nazirin ağır xəstəliklər keçirməsinə, bundan əvvəlki əməliyyatına və bədənin ümumi zəifliyinə görə budəfəki cərrahi müdaxilə riskli olub. Həkimlər onun əməliyyat vaxtı […]

Köçəryanın vəkili azərbaycanca cavab verdi – Video

Robert Köçəryanın həbsindən sonra onun vəkili Ruben Saakyan erməni jurnalistə Azərbaycan dilində cavab verib. Turkustan.info xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkəklərdə yayılıb. Erməni vəkilin jurnalistə “bilmirəm” cavabı marağa səbəb olub. Yayılan video ilə bağlı fikrini bölüşən Anahit Voskanyan adlı istifadəçi bildirib ki, Köçəryanın vəkili Bakıda və ya Gəncədə […]

Gəncədə məktəb direktoru icra başçısının müavini təyin edildi – Foto

Gəncə Şəhər İcra Hakimiyyətində yeni təyinat olub. Vəfa Nizami qızı Abbasova İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, V.Abbasova bundan öncə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb. /Report/ 65 Baxılıb

Ərzağın qiymətinin qalxması haqda son açıqlama

2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, cari ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının […]

Orta təhsilini bitirə bilməyən şəxslər üçün yeni fürsət

Qeydiyyat və sənəd qəbulu 10-21 dekabr 2018-ci il tarixlərində aparılacaq Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şəxslər üçün eksternat qaydasında imtahanlar keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Məlumata görə, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta […]

Usubov işdən çıxardığı rəisə yenidən vəzifə verdi

Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) Pasport və Qeydiyyat şöbəsinə rəis təyin edilib. Turkustan.info xəbər verir ki, bu barədə Unikal.org-a DİN-dən məlumat verilib. Qeyd edək ki, bir neçə gün öncə Tərtər […]

Bakının məşhur bazarı söküldü

Bakının köhnə ticarət məkanlarından olan Yasamal bazarı sökülüb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, Abbas Mirzə Şərifzadə küçəsi ilə Dairəvi yol arasında yeni salınan avtomobil yolunun üstündə yerləşdiyi üçün bazarın sökülməsinə qərar verilib. Ağır texnika bir-neçə saat ərzində bazarı və ətrafındakı tikililəri söküb. Qeyd edək ki, Yeni Yasamal və “Şamaxinka” adlanan […]

Şahbaz Quliyevin qardaşı: “…quru nəfəsləri qalıb”

5 ilə yaxındır erməni girovluğunda saxlanılan azərbaycanlılar- Dilqəm Əsgərov və Şahbaz Quliyevin ölkəmizə geri qaytarılması gün keçdikcə müşkülə çevirilir. Azərbaycan hökuməti onların qaytarılması üçün bütün vasitələrdən istifadə edir. Hətta Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikola Paşinyan “Azərbaycan tərəfinin hamının hamıya” təklifini etdiyini də etiraf edib. Amma nəticə Ermənistan tərəfinin […]

“İrəli”nin “Azərbaycanın İntellektual Birİncisi” layihəsininin icrası başa çatıb

 “İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin 3-cü mövsümünə dekabrın 8-də yekun vurulub.  Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan final mərhələsi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Tələbə […]

Hüseyn Əzizoğlu hələ belə vayn çəkməmişdi – BİABIRÇILIQ – VİDEO

Məşhur vayner Hüseyn Əzizoğlunun növbəti vaynı da qalmqala səbəb olub. Turkustan.info xəbər verir ki, onun alt paltarı mağazasının reklamı üçün çəkdiyi video insanların qəzəbinə tuş gəlib. Vaynerin izləyiciləri onu bu videoya görə sərt şəkildə tənqid, hətta təhqir ediblər. Sözügedən vaynı sizə təqdim edirik: /a24.az/ 99 Baxılıb

Masallıda baş verən partlayışda yaralanan məktəblilərdən biri öldü

Masallı rayonunda fərdi yaşayış evinin qarajında baş verən partlayış nəticəsində xəsarət alan uşaqlardan biri dünyasını dəyişib. Turkustan.info bildirir ki, bu barədə A24.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Masallı rayonunun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında baş verən partlayış nəticəsində bir ailənin iki üzvü – Müseyibov Əli Əbülfəz oğlu, […]

Dollarla verilən kreditlərlə bağlı vacib yenilik – VİDEO

Azərbaycanda xarici valyutada kredit, yalnız xarici valyutada gəliri olanlara və bankda depoziti olanlara veriləcək. Turkustan.info “Xəzər” TV-yə istinadən məlumatına görə, bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası yeni qayda tətbiq edib. Bundan başqa, daşınmaz əmlaka görə verilən kredit də yalnız milli valyutada olmalıdır. Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni qaydaları xarici valyutada kredit […]

Bakı metrosunda döyülən qız danışdı: “Birdən üzümə yumruq vurdu”

Polisə şikayət ərizəsi vermişəm, etdiyi hərəkətə görə cavab verəcək. Turkustan.info bildirir ki, bu sözləri oxu.az-a dünən metronun Nizami stansiyasında sərnişinlər arasında yaşanan davada zərərçəkmiş 1988-ci il təvəllüdlü Pərvanə Fərmanzadə deyib. Onun sözlərinə görə, qatarda ona yumruq zərbəsi vuran şəxsin adı Əli olub: “Rəfiqəmlə qatarda söhbət edirdik. Bilmədən yaxınlıqda dayanan oğlanın […]

Bakı və İrəvan üçün ortaq “Yol xəritəsi” – ABŞ-ın sensasion planı

Nikol Paşinyana seçim üçün ayrılan vaxt bitir; Ağ Ev Azərbaycan və Ermənistanla bağlı hərəkətə keçir – iddia; Vaşinqton müharibə astanasında olan iki tərəfi ortaq məxrəcə gətirib bölgədə möhkəmlənə biləcəkmi?..  Ermənistanda 9 dekabr kritik parlament seçkiləri arxada qaldı. Ona görə “kritik” ki, bu seçkilər ən azı, iki mühüm suala aydınlıq gətirməlidir: […]

Xərçəngin müalicəsində ŞOK KƏŞF

Avstriyadan olan həkim Rudolf Broys faktiki olaraq bütün həyatını xərçəngi müalicə edən ən yaxşı təbii vasitənin tapılmasına həsr edib. O, xərçənglə mübarizədə müstəsna nəticə əldə etməyə imkan verən bu unikal şirənin reseptini tapıb. Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, Broys bu kəşfi ilə 45 mindən artıq insanı xərçəng və digər […]

Qalib gələn Paşinyanı gözləyən 3 ÇƏTİN VƏZİFƏ

Beləliklə, Ermənistanda aylardır gözlənilən parlament seçkisi arxada qaldı. Bu, Ermənistanın müstəqillik tarixində seçicilərin ən az iştirak etdiyi seçki kimi tarixə düşdü. İki ermənidən biri seçkiyə getmədi. Turkustan.info xəbər verir ki, politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın siyasi həyata canlanma gətirdiyini, ancaq bunun seçici marağını artırmadığını bildirib. “Buna baxmayaraq, Paşinyanın lideri olduğu partiya […]

Paşinyan qalib gəldi – Ermənistanda seçkilərin nəticələri elan olundu

Ermənistan Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Turkustan.info xarici mətbuata istinadən xəbər verir ki, 29 seçki məntəqəsində səsvermənin nəticələrinə əsasən baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Mənin addımım” bloku 70.43 faizlə (884456 səs) qalib gəlib. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq “Çiçəklənən Ermənistan”  və “Daşnaksutyun” qərarlaşıb. […]

İnsan dərisindən xərçəngin dərmanı hazırlanacaq

Alimlər hüceyrələrin “təkrar proqramlaşdırılmasının” yolunu çoxdan tapıb. Asan anlaşılan dildə, hər hansı mürəkkəb termin işlətmədən  izah etsək, proses zamanı bir növ hüceyrədən başqa növ hüceyrələr yaratmaq olar. Bu isə bir çox hallarda faydalı ola bilər. Məsələn,  bu yaxınlarda İsveçin Lunds Universitetindən olan tədqiqat qrupu insan dərisindən götürülmüş hüceyrələri “təkrar proqramlaşdıraraq” […]

Diaspora Komitəsi axısxalılarla görüş keçirib – Gürcüstanda

Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanda yaşayan azərbaycanlılar ilə iş üzrə şöbə müdiri Anar Rəsulov və Azərbaycanın Gürcüstandakı Səfirliyinin I katibi Rəhim Rəhimzadə Gürcüstanda yaşayan axısxalılar ilə görüşüb. Turkustan.info xəbər verir ki, şöbə müdiri Anar Rəsulov, I Katib Rəhim Rəhimzadə və digər qonaqlar əvvəlcə Dünya Ahıskalı Türklər Birliyinin (DATÜB) Tbilisi […]