Ca. İyn 20th, 2019

Türkiyə Ermənistanla münasibətləri düzəldə bilər, amma BİR ŞƏRTLƏ – Açıqlama

Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir.
Turkustan.info xəbər verir ki, bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.
Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın ölkəsinin Türkiyə ilə diplomatik münasibətləri Dağlıq Qarabağla bağlı ilkin şərtlər olmadan bərpa etməyə hazır olduğu barədə açıqlamasını şərh edən Administrasiyadan bildiriblər ki, Türkiyə regionda sabitlik və sülh tərəfdarıdır:
“Azərbaycanın işğal olunmuş ərazilər azad olunmayanadək regionda sabitlik ola bilməz”.
Bundan başqa, o da vurğulanıb ki, Ermənistan 1915-ci il hadisələri lə bağlı iddialardan əl çəkməlidir, çünki həmin dövrdə ermənilərin heç bir “soyqırımı” olmayıb.

Paylaşılıb
CrestaProject