Gün: Dekabr 12, 2018

Astanada Ümumilli lider Heydər Əliyevin xatirəsi anılıb – FOTOLAR

Azərbaycanın Qazaxıstandakı Səfirliyinin təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə Astanada ümumilli lider Heydər Əliyevin anım tədbiri keçirilib. Tədbirdə Türkiyə, Ukrayna, Rusiya, Özbəkistan və Tacikistanın bu ölkədəki səfirləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, Qazaxıstan və Qırğızıstanın tanınmış ictimai-siyasi xadimləri və icma nümayəndələri iştirak ediblər. Ümumilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin qurulması, qüdrətlənməsi […]

Ulu öndər Heydər Əliyevin xatirəsi Serbiyada da yad edilib

Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Serbiyanın paytaxtı Belqrad şəhərində anım mərasimi keçirilib. Turkustan.info xəbər verir ki, mərasimdə Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları ilə yanaşı, Serbiya ictimaiyyətinin və müsəlman icmasının nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti […]

Hökumət Qarabağ Komitəsinin mitinqlərinə niyə razılıq vermir?

Tural Abbaslı: “Hakimiyyət köhnə və tanıdığı rəqiblərindən çəkinmir” Fərəc Quliyev: “İlk mitinq həm keyfiyyətcə, həm də kəmiyyətcə Qarabağ adına urvatdan salınmış bir aksiya oldu” Xəbər verdiyimiz kimi, Qarabağ Komitəsinin 15 dekabra təyin etdiyi mitinqə də BŞİH icazə verməyib. Bu, komitənin mitinq keçirmək üçün aldığı ikinci rədd cavabıdır. Belə ki, qurumun […]

Bakıda arvadını 5-ci mərtəbədən atan vəzifəli şəxslə bağlı – QƏRAR

Ramiz Taxvelinin barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bakıda həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürən Ramiz Taxvelinin barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb. Turkustan.info xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində təqdimat təmin edilib. Ramiz Taxvelinin barəsində 3 ay müddətinə […]

Kreditləşmə dayandı: Palata daha bir neçə bankı bağlaya bilər

Bankların vəziyyəti getdikcə daha da acınacaqlı hal alır. Məlumdur ki, Azərbaycanda bankların əsas və belə demək mümkünsə, yeganə gəlir mənbəyi kreditlərdir. Yüksək faizli kredit Azərbaycan bankları üçün alternativsiz gəlir mənbəyidir. Amma hazırda bankların əksəriyyətində maliyyə-kredit siyasəti iflasa uğrayıb. Manatın kəskin ucuzlaşmasından sonra bankların kredit portfelinin böyük hissəsi problemə düşdü. Problemli […]

Geosiyasi risklər: Paşinyanın yaratdığı qeyri-müəyyənlik – Foto

Ermənistan səbirsizliklə növbədənkənar parlament seçkisini gözləyirdi. Doğrusu, ekspertlər də bu hadisəyə böyük əhəmiyyət verirdilər. Onlar N.Paşinyanın Ermənistanın siyasi səhnəsində etdiyi dəyişiklikləri konkret faktlarda görmək arzusunda idilər. Ümidlər özünü doğrultmadı. Seçkidə qalib gələn erməni “inqilab rəhbəri”nin qazandığı nəticəni “Pirr qələbəsi” kimi qiymətləndirirlər. Hesab edilir ki, bütövlükdə seçki baş tutmayıb. Bir sıra […]

Bağlanan bankların əmlakları satılıb – AÇIQLAMA

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə 2018-ci ilin avqust-noyabr aylarında keçirilən hərraclarda ləğv prosesində olan bankların əmlaklarının satıldığını bildirib.  Turkustan.info bildirir ki, fonddan Oxu.Az-a verilən xəbərə görə, QSC “BankStandard” KB, “Texnikabank” ASC, “Bank of Azerbaijan” ASC, “Zaminbank” ASC, “Dəmirbank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Kredobank” ASC, “Royalbank” […]

Türkiyənin məşhur jurnalisti kikboksinq federasiyasının idarə heyətinin üzvü oldu

Türk dünyasının tanınmış jurnalisti Ali Kan Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü olub. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Ali Kanı federasiyada görməkdən məmnun olduğunu bildirib. “Ali Kan Türkiyədə tanınmış jurnalistlərindəndir. Azərbaycanın haqq səsinin Türk dünyasına çatdırılmasında xüsusi rolu var. Azərbaycan davasında yanımızda olan qardaşdır. Kikboksinq federasiyasının Türkiyədə […]

Serj Sarkisyanın partiyası: “Nikol təyyarədə “yolka”, biz isə silah gətirirdik”

Ermənistanda parlament seçkisini uduzan Respublika Partiyası mübarizənin ikinci mərhələsinə başlayır.  Turkustan.info xəbər verir ki, bu barədə partiyanın mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib. “Bu 7 ayda Nikol və onun komandası Respublika Partiyasının 20 ildə etdiyindən də böyük səhvlər etdi”,- deyə o vurğulayıb. Mətbuat katibi “Onlar təyyarədə “yolka”, biz isə silah […]

Yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər vergi ödəyəcək

Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslərin siyahısı genişləndirilib. Hazırda sabit vergi ödəyicilərinin siyahısına fərdi yaşayış evlərində və mənzillərdə çalışanlar, xəstələrə, qocalara və uşaqlara qulluq edənlər, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər və […]

Məşhur alimdən çörək, şəkər, duz və kəllə-paça ilə bağlı DƏHŞƏTLİ XƏBƏRDARLIQ

“Bir meyvə yedikdən sonra 5 kilometr qaçmalısan ki, toksik təsirini orqanizmdən çıxarasan. Kənd təsərrüfatı zəhəriylə yetişdirilən meyvələri yeməyin. Almalarda mineral qalmayıb. Uşaq başı boyda alma olmaz. Onları almayın. Ən sağlam meyvə zeytundur”. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri məşhur kardioloq və professor Canan Karatay iştirak etdiyi bir konfransda […]

SON DƏQİQƏ: Bakıda güclü partlayış – YARALILAR VAR

Bakının Qaradağ rayonunda ümumi sahəsi 67 kv.m olan, tikiş sexi kimi fəaliyyət göstərən birmərtəbəli 3 otaqlı tikilidə yanğınla nəticələnən partlayış baş verib. Turkustan.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nəticədə 2 otağın yanar konstruksiyaları 37 kv.m sahədə yanıb. Hadisə zamanı 2 nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə […]

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt şəhər S.Vuğun adına Mərkəzi  kitabxananın əməkdaşlarının iştirakı ilə M.Ə.Rəsulzadə adına kitabxana filialda “Xalq üçün, vətən üçün yaşanmış ömür” adlı oxucu konfransı keçirilib. Tədbir ulu öndərin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlanılıb. Sonra ümummilli liderə həsr olunmuş videoçarx izlənilib. Tədbirdə  “H.Əliyevin bioqrafiyası”, “H.Əliyevin daxili siyasəti”, “H.Əliyev və Azərbaycan […]

Sevişməklərini sənətə çevirdilər – Öpüşə-öpüşə qalib olan cütlük – VİDEO

Fransanın istedad yarışması olan “France’s got talent” layihəsində iştirak edən Marko və Elisa cütlüyü qeyri-adi performans göstərərək qalib olublar. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, cütlük yarışmanın yarımfinalındakı nömrəni yataqda göstəriblər. Cütlük səhnəyə yataq gətirirərək plastik sevişmələrindən ibarət səhnəcik nümayiş etdirib. Bu səhnəcikdən sonra Marko və Elisa münsiflərin və tamaşaçıların […]

Qənirə Paşayeva “Nuri Dağtekin Özül Ödülü”nə layiq görülüb

Millət vəkili Qənirə Paşayeva Antalyada Antalya Gazeteçiler Cəmiyyəti tərəfindən “Nuri Dağtekin Özül Ödülü”nə layiq görülüb. Qənirə xanım səhhətində olan problemi ilə əlaqədar mükafatlandırma mərasimində iştirak edə bilməyib və onun yerinə Türkiyədə yaşayan azərbaycanlı hüquqşünas Lalə xanım alıb və Qənirə xanımın təşəkkürlərini çatdırıb. Qənirə xanım onu bu dəyərli mükafata layiq görən […]

Qənirə Paşayeva əməliyyatından yazdı – Ən son FOTOSU

Bu günlərdə Türkiyədə əməliyyat olunmuş millət vəkili Qənirə Paşayeva Facebook səhifəsindən onun səhhəti ilə maraqlananlara təşəkkürünü çatdırıb. Turkustan.info Qənirə xanımın təşəkkür mesajının mətnini təqdim edir: Əziz dostlar, hər birinizə keçirdiyim əməliyyatla bağlı zəngləriniz, mesajlarınız, dualarınız üçün minnətdaram. Hər iki əlimdə “karpal tunel sindromu” diaqnozu ilə əməliyyat keçirdiyim üçün və həkimlər […]

Anar Bağırov: Dilqəm və Şahbazla bağlı müsbət nəticə əldə oluna bilər

Avropa İnsan Hüquqları Məhkəməsinə Şahbaz Quliyev və Dilqəm Əsgərovun Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülməsi ilə bağlı müraciətlə əlaqədar gələn il müsbət nəticə əldə oluna bilər. Bu məsələdə kommunikasiya davam edir. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovdeyib. O bildirib ki, Avropa Məhkəməsi tərəfindən sənədlər, müraciətlər hər […]

Köçəryanla kabab yedim, Heydər Əliyev gördü… – Eks-nazir

Heydər Əliyevin iş üslubu çox maraqlı idi. Cavan vaxtlarımda mən bu iş üslubu ilə rastlaşdım və bəzi şeyləri illər keçdikdən sonra başa düşməyə başladım. Turkustan.info xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ümummilli lider haqda xatirəsini bölüşərkən deyib. T.Zülfüqarov başına gələn maraqlı hadisəni də danışıb: “Yaltada […]

“21 Azər” Hərəkatına 73 il sonra baxış – Rüfət Muradlı

Rüfət Muradlı 1945-ci ilin dekabrın 12-də , günəş təqvimi ilə 1324-cü ilin azər ayının 21-də Vətənimizin Güneyində Azərbaycan Milli Hökuməti quruldu. Bu olay Pəhləvilər dönəmində ağır basqılar altında kimlik mücadiləsi verən Azərbaycan türklərinin dövlətçilik tarixində olduqca önəmli hadisə kimi dəyərləndirilir. Bəs 21 Azər haqda, ömrü bir ili aşmayan Milli hökumətimiz […]

“Bu dünya qəmli, kədərli dünya…” – Hacıbala Abutalıbov hüznünü şeirlə söylədi – VİDEO

Bu gün dünya şöhrətli siyasi xadim, mərhum dövlət başçısı Heydər Əliyevin anım günüdür. Turkustan.info  Real TV-yə istinadən xəbər verir ki, Fəxri xiyabana gələrək ehtiramını bildirən baş nazirin müavini Hacıbala Abutalıbov Heydər Əliyevi şeirlə anıb. 19 Baxılıb

Milan Konservatoriyasının professoru: ”Novruz Novruzlu Dədə Qorqud kimi müdrik idi”

“Novruz Novruzlunun yeri hələ çox boş qalacaq”. Bu sözləri İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf, Milan Konservatoriyasının professoru Mais Nuriyev “Savalan” qrupunun bədii rəhbəri, Akademik Opera və Balet Teatrının solisti mərhum Novruz Novruzlu haqqında bildirib. “Onun sənəti bütün dünyaya göstərilsəydi, hamı heyran qalardı. Çünki qədim dövrü bugünkü […]

KTMT-nin prinsiplərini kim pozur: Ermənistan yoxsa müttəfiqləri? Araz Aslanlı yazır

Araz Aslanlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında, Ermənistanın addımları, açıqlamaları və gözləntilərindən yaranan müzakirələr davam edir. Əslində KTMT-nin formalaşmağa başladığı günlərdən mövcud olan müxtəlif istiqamətli müzakirələr, xüsusilə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanın bu təşkilatdakı nümayəndəsi kimi KTMT-nin baş katibi olan Yuri Xaçaturova qarşı öz ölkəsində cinayət işinə başlanılmasından […]

Azərbaycanda bu işlə məşğul olanlara ŞAD XƏBƏR: 480 min manat ayrıldı

Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. Nazirlikdən  verilən məlumata görə, Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə keçirilən iclasda 26 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 2189 arıçıya saxladıqları […]

Azərbaycanlılar Ermənistan prezidentinə məktub yazdı

Qərbi Azərbaycandan olan 86 nəfər öz kəndini ziyarət etmək istəyir 1988-ci ildə Ermənistan Respublikasından zorla deportasiya edilmiş bir qrup şəxs Ermənistan Prezidentinə məktub yazaraq öz doğulub boya-başa çatdıqları kəndə – Qərbi Azərbaycan Karvansaray rayonu (indiki adı ilə İcevan rayonu Hovk kəndi) S.Vurğun (qədim adı Haqqıxlı) kəndinə getmək üçün icazə istəyiblər. […]

Azərbaycanda dəhşətli olay: Qızına təcavüz etdi, arvadını döyüb… – İnanılmaz

Tərtər rayonunda azyaşlı qızına təcavüz etməkdə təqsirli bilinən Elnur Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Turkustan.info xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 17-nə təyin edilib. İttihama görə, ötən ilin sonlarında Tərtər rayonunun […]

Aqrar Universitetin fakültələrində “Rektora Məktub” qutuları qoyulub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov fakültələrdə tələbələrlə mütəmadi olaraq görüşür, onların rəy və təklifləri dinləyir.  Bu da tədrisin, maddi-texniki təchizatın, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətin qiymətləndirilməsində və daha səmərəli qərarların qəbul olunmasında mühüm rol oynayır. Bu tədbirlərlə yanaşı, rektorun göstərişi ilə […]

Direktorun binadan atdığı arvadı hansı nazirin qohumudur?

“Buta Palas”ın art-direktoru Ramiz Taxvelinin yaşadığı binanın 5-ci mərtəbəsindən həyat yoldaşını atması barədə daha bir məlumat əldə edilib. Turkustan.info bildirir ki, Axar.az-a daxil olan məlumatda bildirilir ki, bu gecə əri tərəfindən binadan atılaraq qətlə yetirilən 1988-ci il təvəllüdlü Adelya Azər qızı Taxveli Gənclər və İdman naziri Azad Rəhimovun yaxın qohumudur. […]

Azərbaycanda sürüşmə: Ailələr evsiz qaldı – VİDEO

Şamaxının Quşçu kəndində sürüşmə yenidən aktivləşib. Səbəb isə son günlər müşahidə edilən intensiv yağışlardır. Turkustan.İnfo ARB-yə istinadən xəbər verir ki, torpaq sürüşməsi nəticəsində kənd sakilərinə məxsus evlərə və yardımçı tikililərə ziyan dəyib. Evlərin divarında, tavanında xırda çatlar genişlənərək yaşayış üçün təhlükə yaradıb. Alim Gərayev – kənd sakini: “Əvvəllər az idi, indi […]

İstanbulda “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə 10-11 dekabr 2018-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İstanbul Universitetində,İstanbuldakı Biruni Universitetində və İstanbul Türk Ocağındakonfrans və “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib. Hər üç […]

İrəvan KTMT-dən Qarabağ öhdəliyi tələb edəndə…

O qədər də uzaq olmayan gələcəkdə biz hərb yolu ilə işğal altındakı ərazilərimizi azad edə biləcəyik. Mən hərb yolunu xüsusi vurğulayıram, ona görə ki, bu seçkilərin nəticəsindən, kimin İrəvanda hakimiyyətdə olmasından asılı olmayaraq, əminəm ki, torpaqlar diplomatik yolla, danışıqlar yolu ilə yox, məhz Azərbaycan Ordusunun gücü hesabına azad olunacaq. Turkustan.info xəbər […]

Qaydulyan rus tamaşaçıları söydü: Qoyun sürüsü… – Video

Rusiyalı aktyor Andrey Qaydulyan Petropavlovsk-Kamçatskidə tamaşa zamanı tamaşaçıları yaramaz davranışlarına görə danlayıb. Turkustan.info xəbər verir ki, aktyorun monoloqu yerli “Kam24” saytında yerləşdirilib. “Murlin Murlo və ya Bütün qadınlar sevgi istəyir” adlı tamaşadan sonra Qaydulyan zala müraciət edərək, onları iyrənc auditoriya adlandırıb. “İnsanlar replika zamanı zaldan qışqırırdılar. Bu, yaramazlıqdır. Baxın, bu […]

YPX-yə və PPX-yə cərimə yazmaq üçün yeni səlahiyyət verildi – Siqaretə görə

Siqaretdən istifadə ilə bağlı İnzibati Xətalar Məcəlləsinə daha iki ciddi cərimə əlavə olunub. Turkustan.info Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov bildirib. O, sahibkarların xüsusən diqqətli olmasını tövsiyyə edib. İXM-ə yeni daxil edilən 212.3-cü və 212.5-ci maddələr belədir: “212.3. Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün […]

Nikolun Türkiyə “hədəfi”: İrəvana cavab nə olacaq?

Türkiyənin Ermənistanla sərhədləri açması, eləcə də diplomatik münasibətlərin yaradılması Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi, işğal edilmiş 7 rayondan erməni işğalçı qoşunlarının çıxarılması və əhalinin öz doğma yurd-yuvalarına qaytarılmasından asılıdır. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Türkiyə ilə […]

Azərbaycanda şok – İşdən çıxarılan nazir müavini intihar etdi

Bu ilin iyun ayının 21-də vəzifəsindən uzaqlaşdırlan Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Asəf Məmmədov intihar edib. Turkustan.info xəbər verir ki, bu barədə məlumatı “AzPolitika.info” Muxtar Respublikadakı mənbələrə istinadən yayıb. Bildirilir ki, Asəf Məmmədov dekabrın 7-də evində özünü asaraq həyatına son qoyub. Ancaq baş nazirin sabiq birinci müavininin intiharı […]

Liderləri Tanrı seçir… – Elman Eldaroğlu yazır

Elman Eldaroğlu ABŞ, Miçiqan Bəlkə də, liderlik arzusunda olanların heç biri bilmir ki, liderləri Tanrı seçir…
1976-cı ilin yayında mənim on yaşım var idi. Sumqayıt şəhərində yerləşən 9 N-li orta məktəbin 3-cü sinfini təzə bitirmişdim. Ara-sıra şeir də yazırdım. İnşaatçılar qəsəbəsindəki barak evin bir otaqlı mənzilində altı nəfərdən ibarət ailəmizlə kirayədə […]

Qəhvənin ağlasığmaz faydası aşkarlandı

ABŞ-ın Ratqer Universitetinin alimləri qəhvənin tərkibində (kofeinlə birgə) Parkinson və Levi cisimcikli demensiya kimi xəstəliklərin inkişafını ləngidən maddənin olduğunu aşkarlayıb. Turkustan.info xəbər verir ki, tədqiqatın nəticələri “MedicalXpress” nəşrində dərc olunub. Məlum olduğu kimi, qəhvə dənələrinin üz qabığında “eykozanoil-5-hidriksitriptamid” (EHT) maddəsi yerləşir. Əvvəlki araşdırmalar göstərib ki, EHT beyində yaşla əlaqədar neyrodegenerativ xəstəliklərin formalaşmasına yol […]

Qrant verə bilən dövlət qurumları – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. QHT.az xəbər verir ki, həmin fərmana görə daha […]