Ca. İyn 20th, 2019

Bağlanan bankların əmlakları satılıb – AÇIQLAMA

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə 2018-ci ilin avqust-noyabr aylarında keçirilən hərraclarda ləğv prosesində olan bankların əmlaklarının satıldığını bildirib. 

Turkustan.info bildirir ki, fonddan Oxu.Az-a verilən xəbərə görə, QSC “BankStandard” KB, “Texnikabank” ASC, “Bank of Azerbaijan” ASC, “Zaminbank” ASC, “Dəmirbank” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Kredobank” ASC, “Royalbank” ASC, “AtraBank” ASC, “Dekabank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlaklar satılıb.

Sadalanan ləğv prosesində olan banklara məxsus doqquz lot üzrə daşınmaz əmlak və 51 lot üzrə daşınar əmlak, o cümlədən, avtomobillər, inkassator maşınları, mebel, kompüter və elektrik avadanlıqları satılıb. 

Ləğv prosesində olan QSC “BankStandard” KB-nin balansında olan üç ədəd daşınmaz əmlak və 13 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı üç ədəd daşınmaz əmlak və 11 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Dəmirbank” ASC-nin balasında olan bir ədəd daşınmaz əmlak və 11 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı bor ədəd daşınmaz əmlak və səkkiz lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı bir ədəd daşınmaz əmlak və bir lot üzrə daşınar əmlak satılıb. 

Bundan başqa, ləğv prosesində olan “Atrabank” ASC-nin balansındakı daşınar əmlak üç lot, ləğv prosesində olan “Dekabank” ASC-nin balansındakı daşınar əmlak bir lot, “Qafqaz İnkişaf Bankı” ASC-nin balansındakı daşınar əmlak bir lot, “Royalbank” ASC-nin balansındakı daşınar əmlak bir lot və  “Zaminbank” ASC-nin balansındakı daşınar əmlak bir lot üzrə satılıb. 

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların əmlakının satışı üzrə hərracların təşkilini davam etdirir. 

Paylaşılıb
CrestaProject