Ç. İyl 17th, 2019

Qrant verə bilən dövlət qurumları – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
QHT.az xəbər verir ki, həmin fərmana görə daha 2 qurum – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu siyahıya əlavə olunub.
Hazırda müvafiq dəyişiklikdən sonra  dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı aşağıdakı kimidir:
1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
4. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
6. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
8. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
9. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
10. Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
12.  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi