Gün: Dekabr 14, 2018

Təbii doğuş, yoxsa qeysəriyyə? – Mənfi və müsbət tərəflər

Dünyada il ərzində orta hesabla 140 milyon körpə doğulur. Onların çox hissəsi təbii doğuşla dünyaya gəlir. Ancaq son 15 ildə qeysəriyyə ilə doğulan körpələrin sayı 12%-dən 21%-dək artıb.   Turkustan.info medicina.az-a istinadən bildirir ki, qeysəriyəyə göstəriş çoxdöllük, dölün ölçülərinin böyük olması, ciftin qopması, çanağın kiçik olması zamanı verilir. Həmçinin doğuş ləngidiyi zaman […]

“WhatsApp” istifadəçilərinə ŞAD XƏBƏR – Artıq videoları belə…

Dünyanın ən məşhur mesajlaşma proqramı olan “WhatsApp” daha bir yeniliklə istifadəçilərini sevindirib. Turkustan.info bildirir ki, aylardır “beta” istifadəçiləri işlətdiyi “şəkil içində şəkil funksiyası (PiP)” artıq bütün Android istifadəçilərin ixtiyarına verilib. Yeni funksiya “WhatsApp” vasitəsi ilə göndərilən “YouTube” və “Facebook” videolarını proqrama daxil olmadan aça biləcək. Yəni, göndərilən videonu mesaj bölməsindən çıxarmadan […]

ABŞ tank gücünə bərabər avtomat yaratdı – İnanılmaz ixtira

Amerika ordusu tankın atış gücünə malik olan avtomatlarla silahlanacaq. Turkustan.info xəbər verir ki, 2022-ci ildən etibarən ABŞ ordusunun arsenalına tank gücündə atəş açmaq imkanına sahib NGSAR markalı tüfəng daxil olacaq. Məlumata görə, 6,8 millimetrlik tüfəng istənilən hava şəraitində və hər cür ərazidə istifadə oluna bilər. ABŞ ordusunun arsenalındakı M16 və […]

Prezidentin general-mayor rütbəsi verdiyi Salayev kimdir? – FOTO

Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi Baba Hacı-Baba oğlu Salayevə general-mayor ali hərbi rütbəsi verilib. Turkustan.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Milli Məclisin millət vəkili Hacı Salayevin qardaşı olan Baba Salayev 2016-cı ilin yanvarında DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi […]

Yerli telekanallara baxırsınızmı? – VİDEOSORĞU

Tamaşaçılar bəzən yerli telekanallarda yayımlanan verilişlərdən, reytinq xatirinə efirlərə çıxarılan qonaqların çıxışlarından şikayətlənirlər. Hesab edirlər ki, tv-lər ucuz şoularla tamaşaçı zövqünü korlayır, bir-birini təkrarlayan şablon proqramlara baxmaq isə sadəcə vaxt itkisidir. Bu səbədən insanlar daha çox xarici kanallara üstünlük verirlər. Turkustan.info bildirir ki, Azvision.az yenidən bu mövzuya toxunaraq paytaxt sakinləri […]

Yerevanda Rusiya səfirliyinin qarşısında aksiya başlayıb

Yerevanda rusiyalı hərbçi tərəfindən Gümrünün qadın sakininin qətlə yetirilməsi fakına etiraz olaraq aksiya keçirilib. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya səfirliyinin qarşısında keçirilmiş aksiya “Respublika” partiyasının üzvləri tərəfindən təşkil edilib. Yerevan Ağsaqqallar Şurasında “Çıxış” fraksiyasının katibi Teymina Vardanyan aksiyada çıxış edərək bildirib ki, Rusiya hərbi bazasının hərbçilərinin Ermənistan vətəndaşlarına qarşı […]

Ərinin qətlə yetirdiyi qadının anası danışdı: “Ona görə öldürüb ki…” – VİDEO

Yevlaxda həyat yoldaşı ilə mübahisə edən kişi onu bıçaqlayaraq qətlə yetirib. Ağır yaralanan qadın dayısı evinə qaçaraq canını quratarmağa çalışsa da, xeyli qan itirdiyindən vəfat edib. Turkustan.info-nun məlumatına görə, dəhşətli hadisə Yevlaxın Meyvəçilik kəndində baş verib. Rayonun Nemətabad kənd sakini Saday Sadıqov həyat yoldaşı Vəfa Abışovanı öz doğmalarının gözü qarşında […]

Xələf Xələfov yeni vəzifədə nə iş görəcək?

Xələf Xələfov baş nazir Novruz Məmmədovun sərəncamı ilə Nazirlər Kabinetinin Aparat rəhbəri təyin olunub. X. Xələfov yeni vəzifədə hansı səlahiyyətləri icra edəcək? Turkustan.info Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnaməyə əsaslanaraq bildirir ki, Nazirlər Kabinetinin Aparatı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə, habelə Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqəli surətdə fəaliyyət göstərir. Nazirlər […]

Azərbaycanda yeni qurum yaradıldı – FƏRMAN

Prezident İlham Əliyev “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb. Turkustan.info xəbər verir ki, fərmana əsasən, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada təşkili ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin […]

“Baş redaktorlar köşə yazarlarına az qonorar ödəyirlər”

Seymur Verdizadə: “Türkiyədə aparıcı köşə yazarlarının hamısının köməkçisi var. Bizdə isə köşə yazarı özü kiminsə yanında köməkçi işləyir ki, ayın axırında evinə beş manat pul aparsın”. Turkustan.info xəbər verir ki, bu sözləri “Şərq” qəzetinə açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, tanınmış köşə yazarı Seymur Verdizadə deyib. S.Verdizadə bildirib ki, köşə yazarı […]

Putinlə Lukaşenko Sarkisyana 5 rayonu qaytarmağı təklif edib – Belarus prezidentindən ilginc açıqlama

Belarus prezidenti Aleksandr Lukaşenko Serj Sarkisyanın Ermənistan prezidenti olduğu dövrdə ona Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təklif irəli sürdüyünü açıqlayıb. Turkustan.info yerli mətbuata istinadən xəbər verir ki, o, Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitlərindən birində bu barədə danışdığını deyib. Bildirib ki, Sarkisyana 5 rayonun qaytarılmasını təklif edib: “Ona dedim ki, Serj, […]

Paşinyan Qarabağda HƏRƏKƏTƏ KEÇDİ – Torpaqlarımızda ÖLÜM-DİRİM SAVAŞI

Ermənistanda Nikol Paşinyan komandası ilə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan, köhnə hakimiyyətə yaxın olan separatçı rejim arasında qarşıdurma davam edir. Turkustan.info xəbər verir ki, Paşinyanla separatçı rejimin “rəhbəri” Bako Saakyan İrəvanda təkbətək görüş keçirib. Görüşdə daxili və xarici məsələlərin müzakirə edildiyi deyilsə də, konkret nələrdən danışıldığı dəqiq məlum deyil, lakin bu […]

Bakıda toy günü dəhşətli hadisə: Gülləni boynundan vurdu və…

Noyabrın 18-nə keçən gecə Şüvəlanda baş vermiş güllələnmə hadisəsi zamanı ağır xəsarət alan şəxs vəfat edib. 1986-cı il təvəllüdlü Əliyev Qorxmaz Adil oğlu tərəfindən güllələnən 1979-cu il təvəllüdlü Sərvər Quliyev ağır vəziyyətdə yerləşdirildiyi Nevrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib. Bildirilir ki, noyabrın 17-də Əliyev Qorxmaz Adil oğlu Sərvər Quliyevin qardaşı ilə eyni […]

Mübariz İbrahimovu təhqir edən psixoloqu nə gözləyir? – HÜQUQŞÜNAS

Psixoloq Nərmin Şahmarzadə Azərbaycanın Mili Qəhrəmanı Mübariz İbrahimov barədə açıqlaması ilə gündəmə gəlib. O, sosial şəbəkədəki statusunda Mübariz İbrahimov “cinayətkar və qatil” adlandırıb: “Azərbaycan kişisi deyəndə nümunə kimi Mübariz İbrahimovu çəkdi bir dostum, amma mən belə hesab etmirəm. Döyüş zamanı olsa, özünü və vətəni müdafiə deyərək insanı öldürməyə hardasa qəhrəmanlıq demək […]

Azərbaycanlı PR mütəxəssis beynəlxalq müsabiqənin münsiflər heyətində

İctimaiyyətlə əlaqələr (PR) üzrə azərbaycanlı mütəxəssis Rusiyanın paytaxtı Moskvada keçirilən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (İPRA) “Eventiada IPRA Golden World Awards 2018” müsabiqəsində münsiflər heyətində yer alıb.  Turkustan.info xəbər verir ki, münsiflər heyətinin tərkibində iştirak etmiş İlham Məmmədovun (Məmmədzadə) sözlərinə görə Moskvada keçirilən beynəlxalq müsabiqəyə 01.09.2017-01.10.2018 tarixləri aralığında icra edilən […]

Azərbaycanda qış necə keçəcək? – PROQNOZ

İqlim dəyişmələri birbaşa deyil, dolayısı təsirlərlə də özünü büruzə verir. Turkustan.info-nun məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. U.Tağıyevanın sözlərinə görə, dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, minimal temperaturların maksimal temperaturlarla müqayisədə yüksəlmə tempi daha çoxdur. Soyuq günlərin sayı azalır, isti […]

ABŞ-ın İrəvandakı yeni səfirindən Qarabağ mesajı

Ermənistanla bütün istiqamətlərdə münasibətləri inkişaf etdirmək lazımdır. Turkustan.info xəbər verir ki, bunu Senatda dinləmələr zamanı ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizəd Lin Treysi deyib. “Bizim Ermənistana qarşı siyasətimiz – qonşuları ilə sülh şəraitində yaşayacaq demokratik, çiçəklənən və müstəqil Ermənistanın gücləndirilməsi – dəyişməzdir. Özünün öz tərəfdaşlarını seçməli olduğu Ermənistanın suverenliyinə bağlılığımı təsdiqləyirəm”, […]

Cəzalandırılan şəxslə bağlı yeni faktlar — Sən demə, əmisinin gəlini imiş – VİDEO

Ötən gün başqasının həyat yoldaşına sataşan şəxsin kimliyi məlum olub. Turkustan.info xəbər verir ki, ölkə.az-ın əldə etdiyi məlumata görə, sözügedən şəs Şəmkir rayonunun Aşağı Seyfəli kəndinin sakini olan Elxan adlı şəxsdir. Kəndin icra nümayəndəsi Səyyar Məsimov saytımıza verdiyi açıqlamada bildirib ki, Elxan adlı şəxs əmisi oğlu Əlinin həyat yoldaşına qarşı […]

Ramil Usubov işdən çıxardığı rəisə vəzifə verdi

Daxili İşlər naziri Ramil Usubov işdən çıxardığı polis mayoruna yeni vəzifə verib. Turkustan.info xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Ramil Usubovun müvafiq əmri ilə Salyan Rayon Polis Şöbəsinin (RPŞ) İctimai Təhlükəsizlik bölməsinin rəisi vəzifəsinə  polis mayoru Anar Hüseynov təyin edilib. Xəbəri Daxili İşlər Nazirliyindən təsdiqləyiblər. Qeyd edək ki, Anar Hüseynov bundan əvvəl Tərtər […]

Macarıstanın dövlət bayrağı Beynəlxalq Türk Akademiyasında qaldırıldı – FOTOLAR

Beynəlxalq Türk Akademiyası (TWESCO) Qazaxıstan Respublikasının Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib. Mərasim çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Çolpan-Ata sammitində TWESCO-ya müşahidəçi üzv statusu alan Macarıstanın dövlət bayrağı Akademiyaya təqdim edilib. Turkustan.info xəbər verir ki, mərasimdə Qazaxıstan xarici işlər nazirinin müavini Ercan Aşıkbayev, Azərbaycanın Qazaxıstandakı səfiri Raşad Məmmədov, […]

Enerji içkilərindən imtina edin, təhlükəlidir! – RƏSMİ XƏBƏRDARLIQ

Enerjili içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır.  Turkustan.info xəbər verir ki, bunu Medicina.az-ın soğrusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyi bildirib.  Qida Təhlükəsizliyi Agentliyi enerji içkilərindən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edib: “Enerji içkilərinin […]

Leysan yağacaq, temperatur 5-7 dərəcə enəcək – XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Departamendən  bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 14-dən 15-nə keçən gecə bəzi yerlərdə yağışın arabir intensivləşəcəyi gözlənilir. Dekabrın 16-sı günün ikinci yarısından başlayaraq 17-si gündüzədək isə şimal-qərb küləyinin güclənməsi nəticəsində havanın temperaturunun […]

Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Bakıda müzakirə etdiyi məsələləri açıqlayıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 14-də Bakıda rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdə müzakirə olunan məsələləri açıqlayıb. Turkustan.info-nun Report-a istinadən xəbərinə görə, M.Çavuşoğlu deyib ki, rəsmi Ankara ilə Moskva arasında əməkdaşlıq davam edir. “Bizim bir sıra birgə layihələrimiz var. Qarşılıqlı şəkildə iki ölkə arasında mövcud viza rejiminin ləğvi, […]

Nəsimi Paşayev yeni vəzifəyə təyin edilib

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi vəzifəsindən azad olunmuş Nəsimi Paşayev yeni işə başlayıb. N.Paşayev “Hünər Qüllələri” layihəsini icra edən “Hünər Group” şirkətinin PR və marketinq departamentinin direktoru vəzifəsinə təyin edilib. Bu barədə Modern.az-a danışan N.Paşayev bildirib ki, yeni vəzifəsinə iyulun 1-dən təyin olunub. 62 Baxılıb

Əmisi gəlini ilə bir yerdə olan şəxsi döyüb videoya çəkdilər – ŞƏMKİRDƏ

Şəmkir rayonunda döyülmə faktı qeydə alınıb. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, rayonun Seyfəli kənd sakini Həsənov Elşad Yusif oğlu əmisi oğlanları tərəfindən döyülərək təhqir edilib. Müəyyən edilib ki, E.Həsənov əmisi oğlu Həsənov Əli Fərhad oğlunun həyat yoldaşı Ocaqverdiyeva Nurlana Zabit qızı ilə intim münasibətdə olub. Hadisədən xəbər tutan Ə.Həsənov qardaşları Asiman […]

Rusiya Ermənistanı və Paşinyanı niyə təhqir etdi?

Putinin Paşinyanı təbrik etməməsinin səbəbini Zaxarova çox təhqiramiz və ikibaşlı şəkildə izah edib. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a Zaxarovanın jurnalistlərin “Əvvəlki seçkilərdə Rusiya rəhbərliyi tərəfindən təbrik oldu, indi də təbrik olacaqmı” sualına verdiyi cavabı şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Zaxarovanın ifadəsini təhlil etsək, müxtəlif […]

Ziyafət Əsgərovun qardaşı istefasından DANIŞDI: “Bu sahə nifrət olunası bir sistemdir”

Xəbər verdiyimiz kimi, Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Əli Əsgərov istefa verib. Əli Əsgərov vəzifəsindən getməsinin səbəbini Unikal.org-a açıqlayıb.  Sabiq sədr bildirib ki, pensiya yaşına çatmağına hələ üç il qalmasına baxmayaraq öz istəyi ilə işdən çıxıb: “Mən uzun illər müalicə həkimi işləmişəm. Təsadüfən Xətai rayon Tibbi Sosial Ekspertiza […]

Erməni əsgərlərinə xüsusi iynələr vurulur – İrəvan şokda

Aprel döyüşlərində erməni əsgərlərinə keyidici iynələrin vurulduğu məlum olub. Turkustan.info xəbər verir ki, erməni sosial şəbəkə istifadəçiləri 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş Ermənistan ordusunun hərbi qulluqçularının müharibə zamanı real vəziyyətini öyrənmək üçün onların yaxınlarından öz fikirlərini yazmalarını xahiş ediblər. Sorğuda iştirak edən Aprel döyüşləri iştirakçılarının yaxınları həm ermənilər, həm də […]

Lavrovdan Bakıda təklif: Bu ölkənin əsassız iddiası…

Qara dənizdə iqtisadi əməkdaşlıq potensialı əhəmiyyətli olaraq qalır, amma hələlik bunu tam həcmdə reallaşdırmaq mümkün olmur. Turkustan.info xəbər verir ki, bunu Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. “Azərbaycanın sədrliyi simvolik olaraq “qarşılılıq əlaqələr vasitəsilə ticarətin stimullaşdırılması” şüarı […]

Rəşad Sadıqovdan erməni azarkeşə sərt reaksiya – VİDEO

Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş “Arsenal” – “Qarabağ” matçının sonunda ermənilər təxribata cəhd edib. Turkustan.info xəbər verir ki, Artur Zakaryan adlı Şuşadan olan bir erməni azarkeş üzərində erməni terrorçu Monte Melkonyan və qondarma Dağlıq Qarabağın bayrağı ilə meydana çıxıb.  Məsələyə dərhal “Qarabağ”ın kapitanı Rəşad Sadıqov reaksiya verib. O, erməni […]

Lavrov Bakıda Çavuşoğlu ilə görüşüb

Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Bakıda görüşüb. Turkustan.info TASS agentliyinə istinadən xəbər verir ki, görüş bu gün Bakıda keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq təşkilatının xarici işlər nazirlərinin 39-cu toplantısı çərçivəsində baş tutub. Bağlı qapılar arxasında baş tutan görüş zamanı nazirlərin Suriya məsələsini müzakirə edəcəyi […]

Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov

Alimin vəfatından 19 il keçir. Bu gün Azərbaycanın dəyərli ziyalılarından biri olan mərhum millət vəkili Zakir Sərdarovun Vəfatından 19 il keçir. Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynamış, həm alim, həm də millət vəkili kimi aktiv fəaliyyət göstərmiş, işıqlı bir insan olan Zakir müəllim yaşasaydı 74 yaşı tamam olacaqdı. Zakir Sərdarov […]

Oqtay Əsədov: “Yeni dünya düzəninin formalaşmasında gənclər rol oynayacaq”

Bu gün Milli Məclisdə Gənc Parlamentarilərin 5-ci Qlobal Konfransı öz işinə başlayıb.  Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, konfransı giriş sözü ilə Milli Məclisin sədri Oqtay Əsədov Prezident İlham Əliyevin iştirakçılara salamlarını çatdırıb.  Spikerin sözlərinə görə, ötən 100 illiyin sonlarında baş verənlər beynəlxalq səylərin artmasına gətirib çıxarıb. Oqtay Əsədov qeyd edib ki, […]

Xalq şairi Fikrət Qocanın ABŞ-da yaşayan Günay qızı…

Gör nə şıltaqdır Günayım, Tez küsər, tez də barışar Gah bir nəğməyə dönər o, Bəzən od olar, alışar… Qəribədir, çoxları Amerika Birləşmiş Ştatlarını yaşamaq üçün ən münasib ölkə hesab edir. Hətta bəziləri elə bilir ki, bu ölkə, bəxtəvərlər ölkəsidir. Necə deyərlər, hamı yağın-balın içində yaşayır. Hər şey asanlıqla başa gəlir. […]

Ziyafət Əsgərovun qardaşı VƏZİFƏSİNDƏN AZAD EDİLDİ

Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Əli Əsgərov tutduğu vəzifədən azad edilib.  Turkustan.info Unikal.org-a istiandən xəbər verir ki, Ə.Əsgərov öz istəyi ilə, vəzifəsindən gedib.  O, xəbəri təsdiqləyib. Qeyd edək ki, Əli Əsgərov Azərbaycan Milli Məclisinin (MM) sədrinin birinci müavini Ziyafət Əsgərovun qardaşıdır. 73 Baxılıb

Müavinət, təqaüd və yardım yeni qaydada təyin olunacaq

Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”, Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” və “Sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası”nda dəyişikliklər edib.  Turkustan.info-nun məlumatına görə, bu dəyişikliklər Prezident […]

Novruz Məmmədovdan daha bir dəyişiklik – QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib. Turkustan.info xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərarda qeyd olunur ki, “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası” təsdiq […]

Azərbaycanlı azarkeşlər erməni təxribatçıların dərsini verdilər – VİDEO

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş “Arsenal” – “Qarabağ” matçının sonunda baş verən erməni təxribatı “Emireyts” arenasında və oyundan sonra stadion ətrafında gərgin vəziyyətin yaranmasına yol açıb. Turkustan.info xəbər verir ki, oyunun keçirildiyi meydana əlində qondarma “Dağlıq Qarabağ Respublikasının” bayrağını tutan erməni azarkeş çıxıb. Stadionun mühafizəçiləri dərhal onu meydandan […]