Petrosyanın 2015-dəki “kodlu” çıxışı açıqlandı – Nikol hazırlanırmış!

Nikol Paşinyanın Ermənistanda həyata keçirdiyi hakimiyyət dəyişikliyi məsələsi yenidən gündəmə gəlib.

Turkustan.info xəbər verir ki, bu dəfə “İrates” qəzeti Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın 2015-ci ildə səsləndirdiyi ifadələrə yer ayırıb.

“Bu günlərdə siyasi kuluarlarda Levon Ter-Petrosyanın Erməni Milli Konqresi Partiyasının 2015-ci il mitinqində çıxışı müzakirə mövzusuna çevrilib. Belə ki, həmin çıxışı zamanı Petrosyan bu sözləri səsləndirdi: “1+1 yürüşü, Putinin istefası ürəkdə yeni qütb elan edir, “Vətəndaş Müqaviləsi” imzalanır, “Rejimsiz minillik” planı həyata keçirilir, hakimiyyət dəyişikliyi Baqramyan 26-ya çatır. Anlayanlar anladı, anlamayanlar öz gözləriylə görəcəklər”. Faktiki olaraq böyük rahibin kodlaşdıraraq dedikləri baş verdi. Aydın deyil ki, birinci prezident Putinin istefası deyəndə nəyi nəzərdə tuturdu. Əgər Rusiyanın indiki hakimiyyət dəyişikliyinə qarşı olması deyilməzsə, mesaj Rusiyanın adına idi. Beləliklə, Nikolun hakimiyyət dəyişikliyi planı çoxdan çəkilmişdi”, – deyə qəzet bildirib.  /Axar.az/

45 Baxılıb