Gün: Dekabr 19, 2018

Azercell gənclərin işlə təmin olunmasına yardımçı olur

Gənclərin karyera qurması, işlə təmin olunması istiqamətində ölkəmizdə həyata keçirilən layihələri hər zaman dəstəkləyən Azercell növbəti dəfə “Karyera sərgisi”nə qatılıb. Turkustan.info xəbər verir ki, Azərbaycan Texniki Universitetində təşkil olunan sərgidə Azercell şirkəti fəallığı ilə seçilib. Yarmarkada iştirak edən şirkət nümayəndələri Azercell-ə işə qəbul olmaq istəyən məzunları və sərgi iştirakçılarını şirkətdə […]

Məktəblər şagirdlərdən pul qazanacaq: Ödənişli xidmətlər qanuniləşdi

Milli Məclisinin (MM) dünən keçirilən plenar iclasında yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub. Qanun layihəsinin 31-ci (Ümumi təhsil sahəsində sahibkarlıq və innovasiva fəaliyyəti) maddəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini […]

Elməddin Behbud: QHT Şurasının 2019-cu ildə tətbiq edəcəyi yeniliklər: Nələri nəzərdə tutur və nəyə xidmət edir?

Elməddin Behbud Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri  Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2019-cu ildə 13 istiqamət üzrə yeni elektron xidmətin tətbiqini nəzərdə tutur. Bu yenilikləri ilk dəfə noyabrın 28-də keçirdiyimiz tədbirdə QHT-lərin və geniş ictimaiyyətin müzakirəsinə […]

Ermənilər Laçında 10 metrlik “yolka” quraşdırdılar – FOTOLAR

Ermənilər Azərbaycanın işğal olunmuş Laçın rayonunda növbəti çirkin əmələ və həyasızlığa əl atıblar. Turkustan.info xəbər verir ki, ermənilər işğal altında olan Laçın rayonu ərazisində 10 metr hündürlüyündə Yeni il yolkası quraşdırıblar. Sosial şəbəkələrdə bunu əks etdirən fotolar da yerləşdirilib. Fotolardan aydın olur ki, yolka quraşdırılan əraziyə telefon və elektrik xəttləri […]

“Azərbaycan dünya ölkələri arasında xüsusi önəmə və yerə sahibdir“

Azərbaycan dövləti öz müstəqil siyasətini yürüdərək beynəlxalq aləmdə özünə imic qazanıb. Dövlətimiz müstəqil şəkildə beynəlxalq layihələrdə iştirak edərək xalqın maraqlarını ifadə edir. Ən vacib məqam isə bu gün ölkəmiz sülh, sabitlik ölkəsi kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına mərasimdə çıxışı zamanı […]

Dağlıq Qarabağın Azərbaycanlı İcması qurultay çağırdı – TƏCİLİ

Sabah – dekabrın 20-də Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının qurultayı keçiriləcək. Turkustan.info bildirir ki, bu haqda Modern.az məlumat verən İcmanın üzvü Elçin Əhmədov toplantıda bir sıra məsələlərə baxılacağını desə də, geniş açıqlama verməyib. Modern.az-ın əldə etdiyi məlumata görə, qurultayda təşkilati məsələlər də gündəmdə olacaq. Belə ki, icmanın vəfat etmiş üzvləri […]

ABŞ qoşunlarını Suriyadan çıxarmağa başladı

ABŞ hərbçilərini Suriya ərazisindən çıxarmağa başlayıb. Turkustan.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders məlumat verib. Mətbuat katibi qeyd edib ki, ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb və proses davam etdiriləcək. Onun sözlərinə görə, ABŞ hərbi qüvvələri 60-100 gün arasında Suriyadan tamamilə çıxarılacaq. Qeyd edək ki, ABŞ prezident Donald […]

Azay Quliyev seçicilərini qəbul edib

Bu gün Milli Məclisin deputatı Azay Quliyev Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında seçicilərini qəbul edib. Deputat seçiciləriylə görüşərək onların problemləri ilə maraqlanıb. Müraciətlər əsasən əmlak, məşğulluq, sosial, təhsil məsələləri və digər mövzuları əhatə edib.  Qəbula gələn seçicilərin bir qisminin problemlərinin həlli ilə bağlı yerindəcə müvafiq qurumlarla əlaqə […]

Bakıda torpaq niyə ucuzlaşır?

2018-ci ilin oktyabr ayında Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunub. Turkustan.info xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. N.İbrahimovun sözlərinə görə, bir sot torpağın qiyməti 1,1 faiz azalıb. Ekspert bildirib ki, torpaq bazarında ucuzlaşma mövsümi xarakter daşıyır. Baş direktorun sözlərinə görə, torpaq bazarında […]

Xaricdə alınan bəzi diplomlar Azərbaycanda niyə tanınmır?

“Gələcəkdə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə xidmətlərin göstərilməsi müddətinin iki ay yarıma (hazırda 4 aydan az olmayan müddətə) endirilməsi üçün işlər görülür. Təbii ki, bu da tələb olunan sənədlərin düzgün şəkildə təqdim edildiyi halda ola bilər ki, biz əlavə vaxt itirməyək”. Turkustan.info […]

Aztəminatlı ailələrə birdəfəlik yardım veriləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında Sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, sərəncama əsasən 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il […]

Kılıçdaroğlun FETÖ-nü dəstəkləyən erməniylə görüşü qalmaqal yaratdı

Türkiyənin Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ASALA və FETÖ kimi terror təşkilatlarını müdafiə edən Natali Avazyanla görüşüb. Turkustan.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Malatya şəhərindən olan erməni əsilli blogerin Kılıçdaroğlu ilə nə barədə danışdığı məlum deyil. Qeyd edək ki, Avazyan tez-tez hökumət əleyhinə, terror təşkilatlarını dəstəkləyən “tvit”lər atır. […]

Bakıda 11 fahişə saxlayan kişi danışdı – Qapalı iclas

Bakıda 11 qadını fahişəliyə cəlb edən Pərviz Məmmədovun cinayət işi üzrə qapalı məhkəmə prosesi başlayıb. Turkustan.info xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. Daha sonra ittihama münasibət bildirən Pərviz Məmmədov özünü qismən təqsirli bilib. Növbəti qapalı iclas yanvarın […]

“Paşinyana kömək edə bilərik, çünki…” – Zahid Orucdan ilginc təklif

“Ermənistanın mövcud hakimiyyətində təmsil olunan bir sıra şəxslər hesab edirlər ki, onlar Rusiyadan qopmasalar, nə məlum 100 illik tarixi dəyişmək mümkün olacaq, nə də iqtisadi problemlər həll ediləcək və Nikol Paşinyan öz sələflərinin taleyini yaşayacaq”. Turkustan.info bildirir ki, Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc belə deyib. Deputat Ermənistan rəhbərliyinin […]

Əhməd Cavadın nəvəsi Araz Əlizadəyə həcvlə CAVAB VERDİ

Ötən gün Milli Məclisdə Azərbaycanın Dövlət Himni ilə bağlı müzakirələr aparıldı. Müzakirələr zamanı deputat Araz Əlizadənin “Himnimizin mətnini Əhməd Cavad yazmayıb. Bu faktlarla sübut olunub” fikri narazılığa səbəb oldu. Bəzi deputatlar və tarixçilər belə iddiaların yanlış və yersiz olduğunu diqqətə çatdırdılar. Son olaraq, Əhməd Cavadın nəvəsi Anar Axundzadə də babası […]

Fransalı alim ADAU-da mühazirə söyləyib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) dünyanın aparıcı alimlərinin mühazirələr söyləməsi ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilir. Növbəti mühazirə Aqronomluq fakültəsində bitki virusologiyasına həsr olunmaqla Fransada yaşayan Azərbaycanlı alim Əhməd Xeyir Pur tərəfindən aparılıb. Mühazirədə fakültənin “aqronomluq”, “bitki mühafizəsi”, “torpaqşünaslıq və aqrokimya” ixtisasları üzrə bakalavrlar və magistrantları iştirak ediblər.      […]

Faiq Ələkbərli İstanbulda Uluslararası simpoziuma qatılıb – FOTOLAR

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli 17-18 dekabr 2018-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində “Doğumunun 200-ci yubileyində Şihabəddin Mərcani : İslam təfəkküründə təcdit və ihya” Uluslararası simpoziumuna qatılıb. Turkustan.info xəbər verir ki, Beynəlxalq konfransda Azərbaycanı təmsil edən F. Ələkbərli “Cəmaləddin Əfqaninin İslam Birliyi […]

“Jurnalistika fakültələrində islahatlar aparılacaq” – Əflatun Amaşov

“Çox təəssüf ki, Azərbaycanın ali məktəblərinin jurnalistika fakültələrində tədris humanitar istiqamət üzrə aparılır”. Turkustan.info “Report”a istinadən xəbər verir ki, bunu “Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda keçirilən “dəyirmi masa”da Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. O vurğulayıb ki, ölkədə elmin populyarlaşdırılması vacibdir: “Bir çox dövlətlərdə jurnalistika fakültəsində tədris humanitar istiqamətlə […]

“Avropalılar mitinqlərdə insanlara qarşı rəftarı gəlib Azərbaycandan öyrənsinlər” — Komitə sədri

“Avropalılar mitinqdə etirazçılara qarşı necə rəftar edilməsini gəlib Azərbaycandan öyrənsinlər”. Turkustan.info bildirir ki, bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov Fransada keçirilən kütləvi etiraz aksiyalarına münasibət bildirərkən deyib.  Eldar İbrahimov bildirib ki, Azərbaycan polisi etiraz askiyaları zamanı insanlara […]

Azərbaycanda qəbir problemi olmayacaq – Heç kim pul istəməyəcək

Qanunla qəbirlər sıra nömrələrinə uyğun olacaq “Azərbaycanda artıq “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiqlənib. Təsdiq edilən yeni qaydalar neqativ halların qarşısını alacaq. Bütün qəbir yerləri dəfni həyata keçirilənlərə nizamlı şəkildə veriləcək”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib. Şöbə rəisi bildirib ki, qəbirlər sıra […]

Soyğunçular bir gecədə Bakını “silib-süpürüblər”

Son 10 ildə ölkəmizdə oğurluqların sayı 2 dəfədən çox artıb Son sutka ərzində Bakıda onlarla şəxsi əmlakın oğurlanması faktı baş verib. Turkustan.info bildirir ki, bu barədə Sputnik Azərbaycan-a paytaxtın hüquq-mühafizə orqanlarından məlumat verilib. Belə ki, Bakıda “Koroğlu” metrostansiyasının ərazisindəki aptekdən külli miqdarda pul oğurlanıb. Aptekin 32 yaşlı sahibi Elvin Abuşov […]

Bişkek də İrəvana qarşı – Jeenbekov Minski dəstəklədi

Qırğızıstan KTMT baş katibi vəzifəsinə Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın təyinatını dəstəkləyir. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov deyib. O, Zasla görüşdüyünü və onunla bu barədə söhbət apardığını bildirib. Jeenbekov KTMT kimi önəmli təşkilatın baş katibsiz qalmaması gərəkdiyini deyib.  /Eurasia Diary/  55 Baxılıb

17 yaşlı Güneli Rusiyada niyə öldürdülər? – TƏFƏRRÜAT

17 yaşlı azərbaycanlı Günel Dadaşovanın meyiti dekabrın 14-də Rusiyanın Nijneudinsk şəhərində aeroport rayonundakı adacıqda tapılıb.  Turkustan.info-nun xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin Nijneudinsk İdarəsinin məlumatında deyilir. Qətli törətməkdə şübhəli bilinən şəxslər artıq müəyyən edilib: Günelin 17 yaşlı sinif yoldaşı və 15 yaşlı başqa bir yeniyetmədir. Hazırda hər ikisi saxlanılıb və onlardan ifadə alınır. […]

Qorbaçov Sovet ordusunu necə zərərsizləşdirdi? – Maraqlı detal illər sonra ortaya çıxdı

Yaxın və ortamənzilli raketlərin ləğvinə dair SSRİ və ABŞ arasında 1987-ci ildə imzalanan sazişlə bağlı maraqlı detal ortaya çıxıb. Müqavilə imzalanan zaman ABŞ tərəfinin sərəncamında ümumilikdə yer-yer tipli operativ–taktiki raketin olmadığı məlum olub. Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının müdafiə məsələləri komitəsinin rəhbəri Vladimir Şamanov məlumat verib. […]

Hava XƏBƏRDARLIĞI – Yağış, qar, daşqın

Bakıda və Abşeron yarımadasında dekabrın 20-21-də arabir yağış yağacağı, dekabrın 20-də bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda bildirilib. Azərbaycanın rayonlarında dekabrın 20-21-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, […]

Deputatdan qiymətlərlə bağlı Tarif Şurasına ÇAĞIRIŞ: “Kefləri nə istəyir…”

Parlamentin dekabrın 18-də keçirilən iclasında Mənzil Məcəlləsində dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa yeni inşa edilən mənzillərdə yaşayan vətəndaşlar üçün kommunal xərclərin qiymətləndirilməsi məsələsinə toxunub.  Turkustan.info-nun məlumatına görə, deputat bu sahədəki  narazılıqlarını dilə gətirib: “Yaşayış və qeyri-yaşayış sahələri Bakı şəhərində 4 kateqoriya bölgüsü ilə qiymətləndirildiyi halda, mənzillərin […]

Avtomobillər üçün yeni rüsum qüvvəyə mindi

Avtomobillərə qeydiyyat şəhadətnaməsinin verilməsi üçün müəyyənləşdirilən yeni dövlət rüsumu qüvvəyə minib.  Turkustan.info-nun məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyası bununla əlaqədar “Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də müvafiq dəyişiklik edib.  Dəyişikliyə əsasən dekabrın 15-dən avtonəqliyyat və motonəqliyyat qeydiyyat şəhadətnaməsinin verilməsi üçün artıq 17 […]

Yeni həbsxanalar tikiləcək – RƏSMİ

Azərbaycanda yeni həbsxanalar tikiləcək.  Turkustan.info-nun məlumatına görə, bu, Prezident İlham Əliyevin 18 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb. Sənədə əsasən, Ədliyyə Nazirliyi 2019-2023-cü illərdə  Bakı şəhəri Umbakı qəsəbəsində yeni həbsxananın, qadın və yetkinlik yaşına çatmayan şəxslər üçün […]

Timiryazev universitetinin professoru ADAU-da mühazirə söyləyib

Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq əlaqələri yüksəlməkdə davam edir. Artıq dünyanın ən aparıcı universitetlərindən sözü gedən təhsil müəssisəsinə mühazirə söyləmək üçün elm adamları gəlir, tələbələr qarşısında ən maraqlı mühazirələr söyləyir və bu yolla tədrisin daha yüksək səviyyəyə çıxmasına təkan verirlər. Bu günlərdə isə Rusiya Federasiyasının K.A.Timiryazev adına Moskva Dövlət Aqrar […]

Oş şəhəri Türk Dünyasının Mədəniyyət paytaxtı elan olundu

Qırğızıstanın qədim Oş şəhəri 2019-cu il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olundu. Bununla bağlı qərar dekabrın 18-də ölkəmizin Kastamonu şəhərində TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclasında qəbul edildi. Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Kastamonu şəhərində Tarixi Kurşunlu xanda keçirilən TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri […]

Siz onu yeyirsiniz, o da xərçəngi… – Soyuducunuzdakı ərzaqları bir daha gözdən keçirin

Xərçəng hüceyrələrini məhv etmək haqda bir sıra fikirlər mövcuddur. Bəziləri bunun yanlız kimyaterapiya və şüa terapiyası ilə mümkün olduğunu, bəziləri isə hətta qida ilə xərçəngə qalib gəlməyin mümkün olduğunu deyir. Turkustan.info medicina.az-a istinadən xərçəng hüceyrələrini məhv edən qidalardan bəzilərini təqdim edir: Yağlı balıq Balıq yağı orqanizmi omeqa-3 amin turşuları ilə […]

Azərbaycanda bu şəxslər 7 il vergi ödəməyəcəklər

“2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək Vergi Məcəlləsində əməkhaqqıdan tutulan gəlir vergisi ilə bağlı güzəştlərdən 500 mindən çox vətəndaş faydalanacaq”. Turkustan.info “Report”a istinadən xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov ATV-də yayımlanan “İqtisadi zona” proqramında deyib. O, əməkhaqqıdan tutulan gəlir vergisi ilə bağlı islahatların mahiyyətini də şərh edib: […]

Neft UCUZLAŞIR – Bəs biz nə edəcəyik?

Artıq bir neçə gündür ki, dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Dekabrın 18-dən başlayaraq, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,81 dollar ucuzlaşaraq 61,21 dollar olub. London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,08 dollar geriləyərək 58,53 dollar, Nyu-York birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,99 […]

Azərbaycanda avtomatlaşdırılmış bank yaradılacaq

Azərbaycanda vakansiyalar üzrə avtomatlaşdırılmış bank yaradılacaq. Turkustan.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda insan kapitalı üzrə forumda deyib. Ölkədə əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təmin edilməsini nəzərdə tutan digər tədbirlərə gəlincə, nazir əmək bazarı üzrə Milli Observatoriyanın yaradılmasını qeyd edib: “Bu qurum əmək […]

Paşinyan Qarabağı Azərbaycana qaytarmağa hazırlaşır?

Levon Ter-Petrosyan Nikol Paşinyanın “xaç atası”dır, o, özü isə satqındır. Turkustan.info oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri “Əriklər ölkəsi” partiyasının sədri Zauri Postancyan deyib. Onun sözlərinə görə, Nikol Paşinyan xüsusən də Qarabağ məsələsi ilə bağlı “xaç atası”nın siyasətini davam etdirir. Postancyan deyib ki, əgər əvvəl Paşinyan Serj Sarksyanı satqın adlandıraraq, […]

Kərəm Vəliyev Türkiyədə: Ordu generalı ilə görüş – Foto

Türkiyədə səfərdə olan Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər ilə görüşüb. Turkustan.info bildirir ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, […]

DYP-dən sürücülərə xəbərdarlıq: Bu tələbə əməl edin

Hava şəraitini nəzərə alaraq, hərəkət iştirakçıları – piyada və sürücülər yollarda diqqətli olmaqla yanaşı, həssas olmalıdır. Günün pik saatlarında havaların yağışlı və çiskinli olması, səhər havanın gec işıqlanması və axşam tez qaralması hərəkət iştirakçılarının görmə qabilliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmaqla ictimai təhlükəsizliyin etibarlı olmasına […]

Eldar Əzizov Bakı İH-də 3 qurumu ləğv etdi – Struktur islahatlarına başladı

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov struktur islahatlarına başlayıb.  Turkustan.info-nun məlumatına görə, struktur islahatları çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin tabeliyindəki departament və idarə statusunda 3 təşkilat ləğv edilib.  Həmin təşkilatlarda çalışan əməkdaşlara hələ İcra Hakimiyyətinin tabeliyindəki digər təşkilatlarda işlə təmin olunub-olunmayacaqları bildirilməyib.  Bakı şəhər İcra Hakimiyyətinin yaxın iki gündə […]

Müalicəsi üçün yığılan yardım oğurlanan Nərgizin anası DANIŞDI – VİDEO

2 yaşlı qızın müalicəsi üçün yığılan pullar oğurlanıb. Hadisə ötən gün paytaxtın Xətai rayonu Gəncə prospekti ev 67, mənzil 21 ünvanında qeydə alınıb. Ev sahibi Könül Məmmədova deyir ki, ötən gün günorta saatlarında evdən çıxıblar. Axşam geri qayıdarkən evlərinin qarət edildiyini görüblər. Könül Məmmədovanın sözlərinə görə, iki yaşlı qızı Nərgiz […]

Amerika, soydaşlarıma verdiyin imkanlara görə səni çox sevirəm…

Vaxt az olduğundan ehtiramımı göstərməkdən ötrü onu qonaq dəvət edib, xidmətində durmaqdan başqa əlimdən heç nə gəlmədi. Kaş biləydiz, bu xanımın Azərbaycan musiqisinin təbliğində necə də böyük xidmətləri var… Bir başqa aləmdir, Aida xanım. Duyğusal, romantik. Bir o qədər də əzmkar, iradəli… Deyir ki, ailədə ilk və yeganə musiqiçidir. Atası […]

Azay Quliyev Milli Platformaya seçimlərdəki ədalətsizliyi tənqid etdi

Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Avropa İttifaqının dəstəklədiyi Vətəndaş Cəmiyyəti Forumunun Milli Platformasına üzv seçimlərində ədalətsiz yanaşma haqda fikir bildirib.  Turkustan.info xəbər verir ki, bu haqda Twitter hesabında yazan Azay Quliyevin qənaətinə görə, Avropa İttifaqının dəstəklədiyi Vətəndaş Cəmiyyəti Forumunun Milli Platformaya üzv seçimləri üçün tələb olunan […]

ABŞ Türkiyə ilə razılığa gəldi

Dövlət departamenti ABŞ-la Türkiyə arasında “Patriot” zenit-raket kompleksinin satışı ilə bağlı 3,5 milyard dollarlıq sazişi təsdiqləyib. Turkustan.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Pentaqon bəyanat yayıb. Türkiyə 20 buraxılış qurğusu və 80 qabaqlayıcı raketin alınması ilə bağlı ABŞ hökumətinə müraciət edib. “Türkiyə öz raket əleyhinə müdafiə potensialının möhkəmləndirilməsi, öz […]

Sahil Babayevə yeni səlahiyyət verildi – Sərəncam

Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsini imzalamaq səlahiyyətinin verilməsi barədə” sərəncam imzalayıb. Turkustan.info-nun məlumatına görə, sərəncama əsasən Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Əhalinin […]