Gün: Dekabr 20, 2018

Putin Atatürkə münasibətdən danışdı

Atatürk Türkiyə tarixinin dahi xadimi olub. O, Rusiyanın dostu olub və Türkiyə dövlətinin əsasını qoyub. Turkustan.info bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putinin bugünkü mətbuat konfransında jurnalist Fuad Səfərovun sualına cavab verərkən deyib. Rusiyalı lider qeyd edib ki, hazırda Moskva və Ankaranın münasibətləri çox gözəl inkişaf edir, əlaqələr möhkəmlənir. “Tərəflərin maraqları […]

Xaricdə yaşayan Azərbaycanlı iş adamları doğma ölkələrindəki məhkəmələrdən şikayətçidirlər

Qazaxıstanda yaşayan iş adamı Vüsalə Rəhimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, doğma vətənində fəaliyyət göstərən məhkəmələrdən şikayət edib. Şikayət məktubunda qeyd edilir ki, onlar bir zamanlar iş ortağı olmuş İbrahimov Fikrət Vəli oğlunun böhtanının və Pirallahı məhkəməsinin qanunsuz qərarının qurbanı olublar. Belə ki, […]

Ukraynada deputatlar əlbəyaxa oldular – Video

Ukrayna Ali Radasının deputatları arasında kütləvi dava baş verib. Yayılan görüntülərdə deputatların bir-birinin üzərinə yumruqla hücum etdiyi əks olunub. Nestor Şufriç tribunada siyasətçi Viktor Medvedçukun tənqid edildiyi plakatın asılmasına narazılığını bildirib. O, posteri qopartmasından sonra həmkarı Yuri Beryoza ona hücum edib. Ardından iki deputatın qarşıdurması kütləvi davaya çevrilib və bundan […]

Putin: “Ermənistan Qafqazda ən yaxın müttəfiqimizdir”

Rusiya prezidenti Vladimir Putin Moskva ilə Yerevan arasındakı münasibətlərə toxunub. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Putin “seçkilərdən sonra Rusiya Ermənistanla münasibətləri necə bərpa edəcək?” sualına cavab verib. “Münasibətlərimizi bərpa etməyəcəyik çünki onlar çökməmişdi. Ermənistan bizim strateji müttəfiqimiz, KTMT və Avrasiya İttifaqının üzvüdür. Nəyi bərpa etməliyik? Buna görə əvvəlki […]

“Şəhid ailələri və Qarabağ əlilləri dövlətin güclü qayğısı ilə əhatə olunub”

Dekabrın 19-da Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin ofisində hərbiyönümlü QHT-lərin birgə toplantısı keçirilib.  Toplantı son günlər Azərbaycan dövləti və rəhbərliyinin əleyhinə, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı xaricdə aparılan çirkin kampaniyaya, bu yöndə səsləndirilən böhtanlara, əsassız iddialara etiraz məqsədilə təşkil olunub. Əvvəlcə tədbirdə […]

GÖZLƏNTİ: Kreml Qarabağ danışıqlarından çəkilir?

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar hələlik müsbət nəticə vermir.Bu, daha çox 25 ildən artıqdır ki, danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyətinin nəticəsidir.Danışıqlar var, amma nəticə yoxdur.Bir neçə gün bundan öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda münaqişənin həlli ilə bağlı diqqətçəkən açıqlama ilə çıxış edib.S.Lavrov […]

Novruz, Ramazan və Qurban bayramları ilə bağlı – SƏRƏNCAM

Dekabrın 19-da Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında sərəncam qəbul edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, Baş nazir Novruz Məmmədovun imzaladığı Sərəncama deyilir: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi […]

İlham Əliyev 1 sərəncam, 3 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev yüksəkgərginlikli elektrik verilişi xətlərinin yenidən qurulması və yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info sərəncamın mətnini təqdim edir: 1. “Qobu” yarımstansiyası üçün əlaqələndirici elektrik verilişi xəttinin tikintisi, 110 kV-luq elektrik verilişi xətlərinin və naqillərin yenilənməsi və əsaslı təmiri işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il […]

Azərbaycanda TƏBİB adlı qurum yaradılır

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.  Turkustan.info xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) yaratmalı və həmin publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun […]

Dekabrın 24-ü prezident İlham Əliyevin doğum günüdür

Dekabrın 24-ü prezident İlham Əliyevin doğum günüdür O, güclüdür- rəqiblərinə baxanda bunu aydın görmək olur… O, müdrikdir- işıqlı gələcəyə yol açır… O, mərhəmətlidir- əhv etməyi bacarır… Qazilərə, köçkünlərə, hərbiçilərə ev verilir, üstəgəl avtomobillər- heç bir ölkənin rəhbəri bu səxavəti göstərməyib… Böyük işlər görülür- yollar, körpülər, məktəblər, bağçalar, xəstəxanalar, salınan şəhərciklər […]

Paşinyandan Qarabağ, Moskva, Lukaşenko – Açıqlaması

Belarus Prezidenti Aleksandr Lukaşenko yalnız özünün cavabları haqqında danışıb, mənim cavablarım barədə isə susub. Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan deyib. O, qapalı iclasda olan söhbətlərin açıqlanmasını doğru hesab etmədiyini bildirib. Paşinyan həmçinin Avrasiya İttifaqında qaldırılan məsələlərə yerində tutarlı cavab verdiyini deyib. Paşinyan Lavrovun […]

Fikrət Əmirov və Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsert keçirilib – SUMQAYITDA/ FOTOLAR

Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbində görkəmli bəstəkarlar Fikrət Əmirov və Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsert keçirilib.  Turkustan.info verdiyi xəbərə görə, konsertdə bəstəkarların əsərləri məktəb şagirdlərin ifasında dinlənilib. Şagirdlərdən VI sinif şagirdi Həbibzadə Royanın (müəllim Ağayeva Aygün) ifasında F.Əmirovun ”Küçələrə su […]

Qondarma “DQR”in müstəqilliyi məsələsi ləğv edilir – Ermənistanda etiraf

Əbəs yerə demirlər, sevgi ilə nifrət atasında bir addım var. “Qarabağ klanından yorulan xalqın köməyilə hakimiyyətə gələn və Dağlıq Qarabağ məsələsi ilə bağlı aqressiv çıxışlar edən Nikol Paşinyan gözlənilmədən “Qarabağı qaytarmağa” hazır olmaqda ittiham edilib. Bakı tərəfindən Qarabağ münaqişəsinin həlli ilə bağlı səslənən optimist fikirlər Yerevanda gərgin müzakirələrə səbəb olub.  Xatırladaq ki, […]

ADAU-da “Kənd təsərrüfatının inkişafı-elm” mövzusunda elmi-praktik konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU)  “Kənd təsərrüfatının inkişafı-elm” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransdan iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Konfransı giriş sözü ilə açan universitetin  rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək respublikada yeganə ali aqrar təhsil müəssisəsi olan ADAU-nun aqrar sahədə innovativ texnologiyalar sahəsində fəallığının […]

Rus çempionu öldürən Anara cəza verildi – Video

Xabarovsk əyalət məhkəməsi ağırlıqqaldırma üzrə Dünya və Avropa çempionu Andrey Draçevin ölüm işi üzrə həmyerlimiz Anar Allahverənovu təqsirkar bilərək, onu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edib. Turkustan.info xəbər verir ki, dövlət ittihamçısı Allahverənov üçün 19 il həbs cəzası istəsə də, müttəhimin vəkilləri buna etiraz ediblər. […]

Şəmkirdə 28 yaşlı oğlan 200 iynə udub – “Yuxarıdan vəhy gəlir” – FOTO

28 yaşlı Şəmkir rayon sakini hər gün 6-7 ədəd iynə udur. Rayon xətəxanasında maraqlı hadisə baş verib. Turkustan.info oxu.az-a istinadən xəbər verir ki, rayon sakini, 28 yaşlı İsayev Emin ayın 17-də Şəmkir Mərkəzi rayon Xəstəxanasına müraciət edib. O bildirib ki, mədəsində narahatlıq hiss edir. Xəstənin müayinəsi zamanı MRT (Maqnit rezonans […]

DİQQƏT! Heyvan gəzdirən şəxslər cərimələnəcəklər – VİDEO

Azərcaycanda heyvan saxlayanların sayı artır və bu tendensiya günü-gündən davam edir. Amma bir problem var ki, vətəndaşların bir qismi bu heyvanları saxlayarkən təhlükəsizlik qaydalarına riayət etmirlər. ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Söhbət həmin heyvanların gəzintiyə çıxarılan zaman ətrafa saça biləcək təhlükənin qarşısını almaq üçün […]

Gəncə yeni ilin sehrinə düşüb – FOTO+VİDEO

Gəncədə şəhər icra hakimiyyətinin təşkilatçılğı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəlik Günü və Yeni il münasibəti ilə bayram tədbirləri başlayıb. Turkustan.info xəbər verir ki, Gəncənin Heydər Əliyev meydanı nağıllar aləmini xatırladır. Burada hündürlüyü 21 metr olan küknar ağacı qurulub, üzəri 500-dən çox müxtəlif oyuncaq və  işıq effektləri ilə bəzədilib.   […]

Prezidentin sərəncamı 50 min ailəni əhatə edəcək

Azərbaycan Prezidenti İlham Əliyev “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli sərəncam imzalayıb. Sərəncamla 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödəniləcək. Turkustan.info bildirir ki, […]

ABŞ hərbçilərinin Suriyadan çıxmasının görüntüləri – VİDEO

“Anadolu” agentliyi Suriyanı tərk edən ABŞ hərbi karvanının videogörüntülərini yayıb. Turkustan.info xəbər verir ki, ötən axşam çəkilən kadrlarda yolla hərəkət edən zirehli yük maşınları görüntülənib. Onların Suriyanın şimalından İraqa doğru yola düşdüyü bildirilib. Həmçinin vurğulanıb ki, məhz həmin maşınlar vasitəsilə Vaşinqton Suriyadakı silahlı kürd birləşmələrinə – YPG/PYD-yə hərbi sursat gətirirdi.  Qeyd edək ki, ABŞ prezident Donald Tramp tvitterdə […]

Fərasət Qurbanov: Layihələrin vətəndaşlar tərəfindən qiymətləndirilməsi 2-ci qrant müsabiqəsində nəzərdə tutulur

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2019-cu ildə tətbiq ediləcək yeniliklər haqqında məlumat verib. Fərasət Qurbanov bu barədə öz facebook səhifəsində  yazıb. Katibliyin icraçı direktoru qeyd edib: “Şuranın tətbiq edəcəyi yeniliklərə göstərdiyiniz marağa və verdiyiniz dəstəyə görə hər birinizə təşəkkür edirəm. Şərhlərdə və müraciətlərdə qiymətləndirmə […]

Azərbaycanda itkin düşən qızı əmisi oğlu öldürüb – Kişilərə satırmış… (Təfərrüat)

Ucarda baş verən dəhşətli qətlin təfərrüatları ortaya çıxıb. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, Ucar rayonu, Qaradağlı kəndində başı kəsilərək su kanalına atılan 31 yaşlı Gülnar Həşimovanın öz əmisi oğlu tərəfindən qətlə yetirildiyi məlum olub. Belə ki, İlkin Çıqqarov əmisi qızına 22 bıçaq zərbəsi endirib. O, qızı qətlə yetirməzdən öncə […]

Fazil Mustafa – “Bu cür dərəbəylik ancaq bizdə mövcuddur”

“Bu cür dərəbəylik ancaq bizdə mövcuddur və mülkiyyətçilərin hüquqlarını qoruyacaq heç bir mexanizm yoxdur”. Turkustan.info xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisdə səsləndirib. Millət vəkili Milli Məclisin dünənki iclasında Mənzil Məcəlləsində dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunarkən yeni inşa edilən mənzillərdə yaşayan vətəndaşlar üçün kommunal xərclərin özbaşına […]

“Nəvəmi qucaqlayanda oğlumun qoxusunu hiss etdim” – İlyas İsmayılov Türkiyədən QAYIDIB

“Bu günlərdə Türkiyədən yeni qayıtmışam. Nəvəmlə qısa da olsa, bir arada olmağın sevincini yaşadım. Qəribə hisslərdir. Anlatmaqda çətinlik çəkirəm”.  Turkustan.info bildirir ki, bunu Modern.az-a açıqlamasında Ədalət Partiyasının sədri İlyas İsmayılov deyib. O, bu mövzuda ətraflı danışa bilməyəcəyini bildirib. “Əvvəllər nəvəmi görməyə gedəndə oğlum Etimad da aramızda olurdu. İndi isə… Çox çətindir… […]

Tramp ordunu Suriyadan niyə çıxardı? – Səfir

ABŞ Prezidenti Donald Trampın qoşunları Suriyadan çıxarmaq qərarı bir sıra amillər, o cümlədən Türkiyə və daxili-siyasi məsələlərlə bağlıdır. Turkustan.info xəbər verir ki, bu barədə Suriyanın Çindəki səfiri İmad Mustafa danışıb. “Bu, bir çox amilin rol oynadığı çox qəliz vəziyyətdir. Bir tərəfdən də həqiqətən ABŞ-ın Türkiyəni Rusiyadan ayırıb öz təsir dairəsinə qaytarmaq […]

Trampdan Amerika əsgərlərinə “geri dönürük” mesajı

ABŞ prezidenti: “Böyük qələbədən sonra əsgərlərin evə dönmə vaxtı çatdı”  “Uzun müddətdir ki, Suriyada müharibə aparırıq, torpaqları geri aldıq”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp öz “Twitter” səhifəsində yazıb. “Uzun müddətdir ki, Suriyada müharibə aparırıq. İki ilə yaxındır ki, Birləşmiş Ştatlar prezidentiyəm. Həqiqətən, irəliləyişə nail […]

Qaynı ilə əlbir olub ərini öldürdü, meyitini ayaqyoluna atdı – Dəhşətli cinayət

Qəbələ rayonunda qətl törətməkdə ittiham olunan Vüsal Rəfiyev və Vüsalə Məmmədşərifovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Turkustan.info xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli biliblər. İttihama görə, Qəbələ rayonunun Tikanlı […]

2018-ci ildə vəzifəsini itirən məmurlar – SİYAHI

2018-ci ilin tarixə qovuşmasına qısa bir zaman qalıb. Bu il nazir postu ilə vidalaşanlar da olub. Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar Nazirlər Kabineti buraxılıb. İlham Əliyev prezident seçildikdən sonra Nazirlər Kabinetində köklü dəyişikliklər baş verib. Belə ki, 22 il baş nazir postunda olan Artur Rasizadəni Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi olmuş Novruz Məmmədov əvəzləyib. […]

Azərbaycanda görünməmiş hadisə: Vəhşi heyvanlar evə soxulub kişini parça-parça etdi

Dekabrın 19-da Daşkəsən rayonunun Almalı kəndində evdən kişi meyiti tapılıb. Kəndin kənarında, meşəlik ərazidə yerləşən və ən yaxın qonşusu ilə 200 metr məsafəsi olan evdən 1959-cu il təvəllüdlü Quliyev Bəndər Ələkbər oğlunun meyiti aşkarlanıb. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə yollanıb. Məlum olub ki, çarpayıda uzanıqlı vəziyyətdə olan […]

“İrəli” İctimai Birliyinin VI Hesabat-Seçki konfransının keçiriləcəyi tarix müəyyənləşib

Regionun ən böyük və peşəkar gənclər təşkilatlarından biri olan “İrəli” İctimai Birliyinin təşkilat olaraq 10, hərəkat olaraq fəaliyyətinin 15 yaşı tamam olur. Təşkilatın mətbuat xidmətindən Turkustan.info-ya bildirilib ki, 25 dekabr tarixində Nizami Kino Mərkəzində “İrəli” İctimai Birliyinin VI Hesabat-Seçki konfransı keçiriləcək. Konfransda Gənclər təşkilatlarının fəaliyyətinin açıq formada ictimaiyyətə çatdırılması məqsədi […]

Yağışlı hava nə qədər davam edəcək? – Açıqlama

Dekabrın 22-də bölgələrimizdə və paytaxtda hava şəraitinin yaxşılaşacağı gözlənilir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O, növbəti 3 gün ərzində paytaxta qarın yağmayacağını bildirib: “Bu gün və sabah qeyri-sabit hava şəraiti müşahidə ediləcək, arabir yağış […]

Rektor işçiləri sevindirdi: Hamıya pul mükafatı

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru, professor Elxan Hüseynov bayramqabağı işçilərini sevindirib. Turkustan.info bildirir ki, bu barədə Cebhe.info-ya universitetin mətbuat katibi Nazxanım Cəlilli məlumat verib. O bildirib ki, SDU-nun rektoru 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə kollektivə pul mükafatı verilməsi barədə əmr imzalayıb. N.Cəlilli qeyd edib […]

Eldar Əzizov bağçalara nəzarəti GÜCLƏNDİRDİ

Uşaq bağçalarının ərzaqla təminatı məsələlərinə nəzarət gücləndirilib. Turkustan.info bildirir ki, Bakı Şəhər İcra Hakimiyətindən Modern.az-a verilən məlumata görə buna səbəb ötən gün Bakı şəhərindəki Məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən bəzi qurumlar tərəfindən paytaxtın bir sıra uşaq bağçalarına standartlara uyğun olmayan ərzaq verilməsi olub. Məsələ ilə bağlı yerlərdən Bakı Şəhər […]

MEK əməkdaşı Şeyx Zahid Gilani mövzusunda məruzə edib

Bu günlərdə Lənkəran şəhərində “Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani” mövzusunda beynəlxalq simpozium keçirilib. Simpoziumun təşkilatçıları AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Nəcməddin Ərbakan Universiteti idi. Lənkəran şəhərində keçirilən simpoziumda Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov, Lənkəran Şəhər […]

Prokurorluq orqanlarına dair yeni tələb müəyyənləşdi – QƏRAR

Prokurorluq orqanlarının arxiv sənədlərinə dair yeni tələb müəyyənləşib.  Turkustan.info-nun məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”yə müvafiq dəyişiklik edib.  Beləliklə, prokurorluq orqanlarlına arxiv sənədləri Milli arxiv fonduna daxil olmaqla, həmin təşkilatların özündə daimi mühafizə olunmalıdır.  /BakuPost/ 55 Baxılıb

ABŞ dollarla bağlı vacib qərar qəbul etdi

ABŞ Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini 0,25 faiz artırıb. Turkustan.info xəbər verir ki, bununla da baza faiz dərəcəsi 2,25-2,50 səviyyəsində qərarlaşıb. Qeyd edək ki, noyabrda ABŞ Federal Ehtiyat Sistemi baza faiz dərəcəsini dəyişməz saxlamaq haqqında qərar qəbul etmişdi. Xatırladaq ki, 2018-ci ilin əvvəlindən FED faiz dərəcəsini üç dəfə – martın […]

Sumqayıt Regional Mədəniyyət idarəsi silsilə tədbirlər keçirib – FOTOLAR

Turkustan.info-nun verdiyi xəbərə görə, Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə “Şanlı ömrün əfsanəsi” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində doğma torpaqdan uzaqlarda, Adriatik dənizi sahillərində faşizmə qarşı mübarizədə apardığı […]

Amerikadan salam var…

Bizim ona vəfa borcumuz var- borclu qalmaq yaxşı hal deyil… Yüksək əxlaq qazanılmır, İlahidən gəlir- Tanrı ondan bunu əsirgəməyib… Təvəzökardır- insan ruhunda olan rənglərin ən gözəli onda da var…  İnsanpərvərdir- yaratdıqlarına Yaradana görə ehtiram göstərməyi bacarır… Diqqətlidir- uşaqdan böyüyə çox adama bundan pay düşüb… İşgüzardır- əməlləri ilə Yardımlıda tarix yazdı… […]

Azərbaycanlıları məhv edən yağ – Bütün dükanlarda satılır, amma xərçəng yaradırmış

Neçə illərdir, haqqında dəhşətli fikirlər deyilən, həkimlərin və alimlərin xəbərdar etdiyi, amma Azərbaycanda dükan, market rəflərində gündən-günə artan palma yağları barədə araşdırma xarakterli video hazırlanıb. Turkustan.info jurnalist və bloger Bahadır Seyidovun “Azərbaycanlıları xərçəng edən Palma yağları” adlı materialını təqdim edir: 187 Baxılıb

Kremlin Azərbaycanla bağlı böyük planları var – Zaxarova

Rusiyanın xüsusilə Azərbaycanla ikitərəfli münasibətlərin inkişafı ilə bağlı böyük planları var. Turkustan.info bildirir ki, bunu mətbuat konfransında Trend-in müxbirinin sualına cavab verərkən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib: “Ümid edirik ki, gələn il tərəfdaşlarımız, müttəfiqlərimiz və dost ölkələrlə münasibətlərimiz uğurla inkişaf edəcək. Bizim xüsusilə Azərbaycanla […]