Fikrət Əmirov və Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsert keçirilib – SUMQAYITDA/ FOTOLAR

Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbində görkəmli bəstəkarlar Fikrət Əmirov və Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsert keçirilib. 

Turkustan.info verdiyi xəbərə görə, konsertdə bəstəkarların əsərləri məktəb şagirdlərin ifasında dinlənilib.

Şagirdlərdən VI sinif şagirdi Həbibzadə Royanın (müəllim Ağayeva Aygün) ifasında F.Əmirovun ”Küçələrə su səpmişəm”, V sinif şagirdi Əlizadə Nigar (müəllim:Seydəliyeva Sevda) T.Quliyevin “Turacı”, III sinif şagirdi Məlikrzayeva Gülarə (müəllim: Qədirli İradə) T.Quliyevin “Əsgərani” və V sinif şagirdi Əlizadə Fidan (müəllim: Qədirli İradə) T.Quliyevin “Bakı haqqında mahnı” əsərlərinin ifası tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti

Fikrət Əmirov və Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş konsert keçirilib - SUMQAYITDA/ FOTOLAR