Bz. İyl 21st, 2019

Səhiyyənin təşkili üzrə ABŞ-da tanınan beynəlxalq dərəcəli ekspert

Mehribandır- hardan gəlib, harda olduğunu və sonda hara gedəcəyini bilənlərin adətidir…
Təvəzökardır- insanı sevdirən ilahi rəngdən onda da var…
Şux zarafatları dodaq qaçırır- kübarlıq qandan gəlir…
Səxavətlidir- Yaradanın vergisini bəndələrinə ödəməyə çalışır…

Məzəli söhbətləri ilə ürəkləri fəth edən bu insanın xətri çox adamın yanında əzizdir. O, 1959-cu ildə müəllim ailəsində doğulub. 1976-cı ildə orta məktəbi əla qiymətlərlə bitirərək indiki Azərbaycan Tibb Universitetinə qəbul olunub. Oranı fərqlənmə diplomu ilə başa vurub. Həkim-cərrah ixtisasına yiyələnib.
1986-cı ilədək Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasında çalışıb. 
1986-cı ildən 1989-cu illədək Moskvada aspiranturada təhsilini davam etdirib.
1989-cu ilin iyun ayında vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə sahib olub. 
1989-cu ildən başlayaraq Azərbaycan Tibb Universitetində assistent, dosent, Musa Nağıyev adına xəstəxanda, eləcə də bir sıra özəl klinikalarda cərrah kimi fəaliyyət göstərib. Hazırda Azərbaycan Tibb Universitetin professoru və Tədris Cərrahlıq Mərkəzinin cərrahiyyə şöbəsinin rəhbəridir… 
2005-ci ildə “Kəskin bağırsaq keçməzliyinin kompleks müalicəsində cərrahi detoksikasiya probleminin həlli yolları” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi alıb.
2009-cu ildən prezident yanında Ali Attestasiya Kommisiyasınin ekspert şurasının üzvüdür və həmin ildən etibarən Amerika Birləşmiş Ştatlarının dövlət departamenti tərəfindən tanınan, səhiyyənin təşkili üzrə beynəlxalq dərəcəli ekspertdir. Ailəlidir, bir övladı var…

Haqqında söhbət açdığım professor Mübariz Əliyev bir başqa aləmdir. Lap elə nağıllardakı kimi. O aləmə düşdünsə, sehirlənəcəksən… 
Həyatının mənasını oğlu Yaqubda, bir də peşəsi ilə xalqa xidmətdə görən bu cərrahın əlinin şəfasından çox insana pay düşüb. Müxtəlif xəstəliklərdən əziyyət çəkən yüzlərlə soydaşımız məhz onun apardığı cərrahi əməliyyatlar nəticəsində şəfa tapıb, rahat həyata qayıdıb. Ölkəmizdə bir sıra unikal əməliyyatların ilkini o, başlayıb, o, ənənəyə çevirib…
Günələrin bir günü 65 yaşlı bir xəstə qarın boşluğundakı ağrılarla ona müraciət edir. Müayinə zamanı məlum olur ki, həmin xəstədə mədəaltı vəzinin xərçənginin ağırlaşmış formasıdır. Damarlara sirayət edən törəmə qonşu orqanlara da xələl yetirib. Bunu görən Mübariz Əliyev dərhal Almaniyaya yola düşür, orada bu sahədə peşəkarlaşmış hospitalda, bir neçə əməliyyatda iştirak edir və tezliklə vətənə dönərək həmin xəstəni əməliyyata hazırlayır. Əməliyyat uğurlu alınır və xəstə yenidən normal həyata qayıdır. Necə deyərlər, ölümün pəncəsindən qurtulur…
Cərrah səliqəsi deyilən bir anlam var. Bu səliqə əməliyyatdan sonrakı dövürdə daha çox nəzərə çarpır. İnsan onu yaşadıqca hiss etdiyi kimi, hətta əməliyyat olunan nahiyyəyə baxarkən tikişdən də görür…
Bu yaxınlarda P.L.Şupik adına Ukrayna Milli Diplomsonrası Tibb Akademiyasının 100 illik yubiley tədbirində iştirak edib. Həmin tədbirdə ölkəmizdən dəvət olunan yeganə nümayəndə kimi milli tibbi elmimizin keçmişi, bu günü və gələcəyi haqqında möhtəşəm bir nitq söyləyib. Ukrayna, alman mütəxəssisləri ilə məhsuldar əməkdaşlığına, təcrübə mübadiləsinə görə, ona Ukrayna Milli Bankının bu yübileylə əlaqədar təsis etdiyi xatirə pul vahidi təltif olunub…
Mübariz Əliyev haqqında çox danışmaq, çox söz demək olar. O, fədakarlığı sayəsində ölkəmizdə tanınan, ictimai çəkisi olan həkimlərdəndir…
2019-cu il aprel ayının 16-da Mübariz Əliyevin 60 yaşı tamam olur. Dörd aydan da az vaxt qalır. İnanırıq ki, göstərdiyi xidmətlərə görə onun zəhməti dəyərləndiriləcək və yaddaqalan yubiley tədbiri keçiriləcəkdir…
2009-cu ildə ABŞ-ın Dövlət Deportamentinin dəvəti ilə bu ölkənin Vaşinqton, Çikaqo, Minapolis və St. Luis şəhərlərində olan, Azərbaycanı ləyaqətlə təmsil edən professor Mübariz Əliyevə uzaq Amerikadan salam göndərir və yeni ildə möhkəm can sağlığı arzulayırıq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Görüntünün olası içeriği: 1 kişi, oturuyor

Görüntünün olası içeriği: 3 kişi, gülümseyen insanlar, oturan insanlar

Görüntünün olası içeriği: 3 kişi