Gün: Dekabr 23, 2018

Nostradamusun 2018-ci il öngörüsü: Hansı gerçəkləşdi?

Hər ilin sonu-yeni ilin əvvəli ictimaiyyəti maraqlandıran məsələlərdən biri də növbəti ildə dünyanı hansı hadisələrin gözləməsidir. Bəzən məşhur öncəgörənlərin, ekstrasenslərin verdiyi proqnozlar il ərzində öz təsdiqini taparaq, hər kəsi heyrətləndirir. Dünyanın ən məşhur kahinlərindən olan Nostradamus 2018-ci il üçün verdiyi proqnozda Katolik kilsəsinin liderinin öləcəyini, terrorun ilin ən böyük problemi […]

Avtomobillərin qiyməti 20 faiz bahalaşdı – Video

Yeni il öncəsi avtomobil bazarına çoxlu sayda maşın satışa çıxarılmasına baxmayaraq, alıcı azdır. Turkustan.info Xəzər Xəbər-ə istinadən xəbər verir ki, buna səbəb bayram ərəfəsində avtomobillərin qiymətinin 15-20 faiz bahalaşmasıdir. Satıcılar, ötən aylarla müqayisədə bayram öncəsi avtomobillərin qiymətinin 15-20 faiz bahalaşdığını təsdiqləyiblər. Qiymət artımının olmasını satıcılarla yanaşı alıcılar da qeyd edir. Onların […]

Bu məhsul insanı heyvana çevirir və…- Məşhur alimdən XƏBƏRDARLIQ

Türkiyənin ürək və daxili xəstəliklər üzrə mütəxəssisi, professor Canan Karatay daha bir maraqlı açıqlama verib. Turkustan.info Unikal.org-a istinadən  xəbər verir ki, professor qluten maddəsinin səbəb olduğu xəstəliklərlə bağlı danışıb. O bildirib ki, qluten 20 növ xəstəlik yaradır. Bağırsaqlara daxil olarkən dost bakteriyaları öldürür, insanda asılılıq yaradır və insanı “qoyun halına” […]

Stalinin Hitlerə dəstək verdiyini bilənlər azdır…

30-cu illərin sonunda SSRİ üçün ən böyük düşmən Almaniya deyil, Böyük Britaniya idi. Əslində Stalinlə Hitler bir çox məsələlərdə eyni mövqe və düşüncəyə malik rəhbərlər idi. 1939-cu ilin avqust ayında Molotov-Ribbentrop paktına, daha doğrusu Stalin və Hitler razilaşmasına görə Avropanın iki yerə bölünməsi nəzərdə tutulurdu. Tezliklə bu “bölüşmə” başladı. Hitler […]

Netanyahudan bəyanat: Lazım gələrsə İrana qarşı…

ABŞ-ın Suriyadan çıxmasına baxmayaraq İranın bu ölkədəki hərbi varlığına qarşı mübarizə aparacağıq və lazım gələrsə əməliyyatları genişləndirəcəyik. Turkustan.info xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. “İki min amerikalı hərbçinin Suriyadan çıxması bizim tutarlı siyasətimizi dəyişdirə bilməz. ABŞ-İsrail arasında təhlükəsizlik sahəsində əməkdaşlıq tam sürətlə davam edir”, – […]

O, Tanrının pıçıltısıdır…

Ona nə gəlirsə qeybdən gəlir- o, SÖZü söyləmir, ağızdan doğur… Ruhuna yaşıldan pay düşüb- Tanrının sevdiyi rəngdir, hara çəkərsə ora canlanar… Onun gözlərinə hər adam baxa bilməz- baxışların qərq olduğu dəryadır… Onun da hamı kimi tərcümeyi halı var- tərcümeyi halı olmayan bircə Allahdır… -1946-cı il dekabrın 15-də Bakıda anadan olub. […]

Türkmənistan prezidenti üç dildə mahnı oxudu – VİDEO

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Yeni il öncəsi mərasimdə özünün mahnılarını ifa edib.  Turkustan.info xəbər verir ki, görüntülər “Türkmənistan Xronikası”nın “YouTube” kanalında yerləşdirilib. Belə ki, Berdiməhəmmədov ingilis, alman və türkmən dillərində mahnılar oxuyub. Həmçinin royalda müşayiət edib. /Azvision.az/  73 Baxılıb

III Dünya savaşı Qarabağdan başlayacaq: Qorxunc proqnoz

2019-cu ildə III Dünya müharibəsinin başlaya biləcəyi qaynar nöqtələrin adları bəlli olub. Turkustan.info xəbər verir ki, bu barədə “National İnterest” jurnalında amerikalı professor Robert Farlinin məqaləsi dərc olunub. Professorun fikrincə, qaynar nöqtələrdən biri hələlik bir-biriləri ilə sadəcə ticarət müharibəsi aparan ABŞ-la Çin arasında qızğın mübarizənin getdiyi Cənubi Çin dənizidir. İkinci belə […]

İndoneziyada dəhşətli sunami: 168 ölü, 584 yaralı – VİDEO

İndoneziyanın qərbində baş verən sunami nəticəsində 62 nəfər həlak olub. Turkustan.info xəbər verir ki, təbii fəlakət nəticəsində ən azı 20 nəfər itkin düşüb, 584 nəfər yaralanıb. Sunami nəticəsində yüzlərlə ev dağılıb. Hazırda əhalinin təxliyə edilməsi əməliyyatları davam edir. *** Sunami nəticəsində ölənlərin sayı 168 nəfərə çatıb. Bu barədə İndoneziya Təbii Fəlakətlərin […]

Ermənistanın “baş kəşfiyyatçısı” Azərbaycana gəldi

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan bu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib. Turkustan.info xəbər verir ki, Vanetsyan Qarabağda separatçı rejimin “rəhbəri” Bako Saakyanla görüşüb. Görüşdə təhlükəsizlik məsələlərinin müzakirə edildiyi deyilir. Hazırda cəbhədə sakitlik hökm sürür, bu baxımdan, Ermənistanın “baş kəşfiyyatçısı”nın Qarabağa gəlişi Paşinyan-Saakyan qarşıdurması fonunda diqqət çəkir.  […]

İlham Əliyev generalı işdən çıxardı

Prezident İlham Əliyev dekabrın 18-də Asəf Quliyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info-nun xəbərinə görə, müvafiq sənəd “Nuhçıxan” agentliyinin saytında yerləşdirilib. Dövlət başçısının digər sərəncamı ilə Niyaməddin Məhərrəm oğlu Tağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin […]

PKK Əsədlə razılaşdı: Menbiçə ordu göndərilir

ABŞ ordusunun Suriyadan çıxarılması qərarından təşvişə düşən PKK rəhbərliyi baş tutan gizli görüşlər zamanı Bəşər Əsədin yardımı qarşılığında neft bölgələrinin rejimə verilməsində razılığa gəlib. Turkustan.info xəbər verir ki, bu barədə “Yeni Şəfəq” nəşri yazıb. Məlumata görə, Menbiç bölgəsinin də Əsəd rejiminə verilməsi üçün razılıq əldə olunub. Bu çərçivədə ötən gün rejim […]

Ali məktəblərə qəbul qaydaları dəyişdi – Yeni tələblər və şərtlər

Turkustan.info-nun məlumatına görə, dəyişikliyə əsasən qəbul imtahanına dair tələblər dəyişib. Beləliklə, müvafiq tədris ili üzrə müsabiqədə iştirak edən abituriyentlər istisna olmaqla, qəbul imtahanlarının birinci mərhələsində abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan […]

DTX antiterror əməliyyatı keçirdi – 1 nəfər zərərsizləşdirildi

Terror aktını həyata keçirmək istəyən şəxsin qarşısı hadisə yerində alınıb Dövlət Təhlükəsizlik Xidməti Xaçmazın Yeni Həyat qəsəbəsində uğurlu antiterror əməliyyatı keçirib. Turkustan.info bildirir ki, İstiPress-in şimal bürosunun qəsəbə sakinlərindən əldə etdiyi məlumata görə, antiterror əməliyyatı zamanı terror aktını həyata keçirmək istəyən şəxs hadisə yerində zərərsizləşdirilib. Faktla bağlı araşdırma başlanılıb. Əlavə məlumat […]

Qarabağın həlli buna görə gecikir – Açıqlama

“Qardian” (“The Guardian”) nəşrində Azərbaycan prezidentinin ailə üzvləri ilə bağlı dərc olunan iftira və böhtan xarakterli məqalə ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasının tərkib hissəsidir. Turkustan.info-nun verdiyi xəbərə görə, bu sözləri axar.az-a dekabrın 21-də Böyük Britaniyanın “Qardian” nəşrində Azərbaycan prezidentinin ailə üzvləri ilə bağlı iftira və böhtan xarakterli məqalənin dərc olunmasına […]

ABŞ İŞİD-lə mübarizə üçün yeni ölkə seçdi

İŞİD-in son qalıqlarını məhv etmək üçün ABŞ İraqa yardım edəcək ABŞ-ın xarici işlər naziri Mayk Pompeo İŞİD-lə mübarizəni uğurla başa çatdırmaq üçün ölkəsinin İraqa yardım edəcəyini deyib. Turkustan.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, ötən gün Pompeo İraq prezidenti Bərhəm Salih və bu ölkənin baş naziri Adil Abdulmehdi ilə telefonla danışıqları zamanı […]

Türkiyə hücuma HAZIRLAŞIR

Türkiyə Fəratın şərqində əməliyyata hazırlaşdığı vaxtda PYD/YPG terrorçularının Suriya rejimindən “muxtariyyət” almaq istəyi ilə Şama heyət göndərib. Turkustan.info xəbər verir ki, Suriyada ABŞ-ın bölgədən çəkilməsi və Türkiyənin hərəkətə keçməsi məsələsi müzakirə olunacaq. Bundan əvvəl isə Rusiya və İranın vasitəçiliyi ilə PYD və Suriya rəsmiləri arasında görüş keçirilib. Suriya rejimi PYD-nin nəzarətindəki […]

Cəbhədə nə baş verir? – Nazirlik məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Turkustan.info xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazaxrayonunun Kəmərli, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən […]

SƏSi qırmızıya çalan xalq artisti

Sözü ifadə etməyin iki üsulu var- yazı və səs. SÖZ səslənəndə daha qüdrətli, daha kəsərli olur. Elə Tanrının “OL” kəlməsi də SƏSin qüdrəti ilə hökmünü tapıb. SƏS həm də rəngdir. SƏSin də qarası, ağı, qırmızısı, yaşılı, sarısı, göyü, çəhrayısı olur… Sizə böyük ədiblərin yazı ilə ifadə etdiyini SƏSinin rəngi ilə […]

Rusiyada mədəndə qalan şaxtaçıların meyitləri tapıldı – VİDEO

Dağ xilasediciləri Solikamskda “Uralkaliya” şaxtasında səkkiz nəfərin cəsədlərini aşkarlayıb. Turkustan.info Rusiya mətbuatına istinadən xəbər verir ki, xilasedicilər şaxtaçıların qaldığı mədənə yeddinci dəfə enməyə təşəbbüs ediblər. Perm diyarının qubernatoru Maksim Reşetnikov və əlahiddə hərbiləşdirilmiş Bereznikovsk mədən-xilasetmə dəstəsinin komandiri Mixail Pestov doqquz işçinin sağ qalmaq şanslarının cüzi olduğunu bildiriblər. Xatırladaq, dağ xilasediciləri yüksək […]

Gündə 1 yumurta yeyənləri bu xəstəlik gözləmir

Hər gün 1 yumurta yeməklə insult riskini xeyli azaltmaq mümkün imiş. Turkustan.info xəbər verir ki, Çin alimləri belə qənaətə gəliblər. Pekin Universiteti alimləri 9 il ərzində yaşı 30-dan 79-a qədər olan 420 min insanın qidalanması göstəricilərinə nəzarət edib. Mütəxəssislər aşkar ediblər ki, hər gün yumurta yeyən insanlarda bu məhsulu yeməyən və […]

“Bloomberg” açıqladı: Dünyanın ən zənginləri bu il nə qədər itirdi?

“Bloomberg” agentliyi 2018-ci ildə dünyanın ən varlı insanlarının varidatının 511 milyard dollar azaldığını bildirib. Turkustan.info xəbər verir ki, “Bloomberg Billionaires Index” siyahısına daxil olan ən varlı 500 biznesmenin ümumi kapitalı 4,7 trilyon dollaradək azalıb. Ekspertlərin hesablamalarına görə, siyahının lideri – “Amazon” kompaniyasının sahibi Ceff Bezos il ərzində 53 milyard dollar zərərə […]