ADAU da həmrəylik günü və yeni il tədbirlərinə start verilib

Azərbayca Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar bayram tədbiri keçirilib.

Bayram tədbirini Tərbiyə işləri üzrə prorektor Aidə Qasımova açıb və  Ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvanda əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik ideyasının bu gün milyonlarla soydaşımızı birləşdirməyindən danışb. Bildirib ki, bu əsil  dövlətçilik  amalına çevrilib. Həmçinin qeyd edib ki, Azərbaycanın davamlı inkişafını təmin edən əsas amillərdən biri də milli birlik və həmrəyliyimizdir. Ölkəmizdəki sabitlik, davamlı inkişaf və yüksək rifah isə xalqımızın birlik və həmrəyliyini daha da möhkəmləndirir, quruculuq, abadlıq işlərinin həcmi ilbəil artır.

 Tələbələrin ifasında səslən musiqi nömrələri, şerlər tədbirə xüsusi coşqu qatıb. Şən rəqslər və əyləncəli oyunlar iştirakçılara xoş övqat bəxş edib.