Gün: Dekabr 27, 2018

Putin Ermənistanla bağlı bəyanat verdi

Rusiya Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xətti ilə əməkdaşlığın qorunub saxlanılması üçün əlindən gələni edəcək. Turkustan.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşdə deyib. “Dinamika yaxşıdır, onu qorumaq lazımdır. Bunu etməyə hazırıq. Təhlükəsizliyin təmin edilməsi sahəsini, KTMT xətti ilə əməkdaşlığımızı nəzərdə tuturam”, – […]

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən silsilə tədbirlər davam edib

Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində keçirilən tədbirdə əvvəlcə Dünya Azərbaycanlıların Həmrəylik Gününun qeyd olunması və yaranma tarixi barədə tədbir iştirakçılarına məlumat verilib. Sonra şagirdlərin ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Tədbrdə I sinif şagirdi Ayan İbrahimovanın (Müəllim: Məmmədov Əfras ) ifasında Ə.Tağıyev “Bülbül” , III sinif şagirdi […]

Quranla müalicə

Ruqya oxumaq şəfa tapmaq məqsədilə Quran ayələri və ya Peyğəmbərin – ona Allahın salamı və salavatı olsun – istifadə etdiyi zikr və duaları əlini xəstənin başına və ya ağrı olan yerinə qoyaraq oxumağa və ya oxuyub xəstənin üstünə üfürməyə deyilir. Ruqya sığınmaq, qorunmaq mənasını verən kəlmədir. Peyğəmbər həm özünə, həm […]

Putin Paşinyanı 17 gün sonra təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanı partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib. Turkustan.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, rus lider erməni nazirlə Moskva görüşündə ona bütün planlarının həyata keçirməkdə uğurlar arzulayıb: “Sizə Ermənistan və erməni xalqının rifahı naminə qarşınıza qoyduğunuz bütün planların […]

Ramiz Əzizbəylinin ayağı amputasiya edildi

“Bu gün axşam saatlarında atam əməliyyat olundu. Hazırda vəziyyəti qənaətbəxşdir”. Turkustan.info xəbər verir ki, bu sözləri “Sputnik Azərbaycan”a açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli deyib. Aktyorun qızı qısaca əməliyyatın təfərrüatı barədə də danışıb: “Atamın qanqrena olan ayağı son qərara əsasən nə dizdən, nə də topuqdan deyil, yalnız barmaq […]

“Vikiçilərin rolu danılmazdır” – Millət vəkili

Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, millət vəkili Adil Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllülərinin fəaliyyəti ilə yaxından tanış olub. Turkustan.info xəbər verir ki, deputat bu gün Azərbaycanın təbliğində “Vikipediya”nın təsirli vasitə olduğunu deyib: “Mən deyərdim ki, Azərbaycanın informasiya təbliğatında vikiçilərin rolu danılmazdır. Mövcud […]

Sabah Bakıya sulu qar, rayonlara qar yağacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 28-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağışın az sulu qarla yağması ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və […]

Paşinyan Putini Yerevana çağırdı

Paşinyan Rusiya ilə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanı partiyasında seçkilərdə qalib gəlməsi münasibəti ilə təbrik edib və bütün planları reallaşdırmaqda uğurlar arzulayıb. Turkustan.info xəbər verir ki, Paşinyanı Moskvada qəbul edən Putin Ermənistanla əlaqələrin dinamikasını saxlamaq […]

Məhkəmə Təranə Səmədova ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə davam etdirilib. T. Səmədovanın vəkili Janna Bağırova Oxu.Az-a açıqlamasında deyib ki, prosesdə hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində azyaşlı uşaq olduğu üçün onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması […]

Elə bilirdim ki, çoxlu pulum olanda… – Amerikanın ən nüfuzlu azərbaycanlı iş adamı ilə MÜSAHİBƏ

Onu heç nə ilə təəccübləndirmək mümkün deyil. Özünün də dediyi kimi, ən bahalı hotellərdə də, quru yerdə də yatıb. Biznesini sıfırlayıb yenidən daha böyük uğurlara imza atıb. Müsahibim Amerikanın ən nüfuzlu gənc iş adamlarından biri, Bakıda doğulub böyüyən Əmir Allahverdidir. Əmirin qurduğu sərmayə və İT şirkətləri bu gün dünyanın ən qabaqcıl […]

Putinin “Uçan Kreml”i — Dünyanın ən lüks təyyarəsi – FOTOLAR

Rusiya prezidenti Vladimir Putinin 390 milyon dollar dəyərində olan təyyarəsinin fotoları üzə çıxıb. Turkustan.info xəbər verir ki, “Uçan Kreml” adlı təyyarəni xəstə bir gənc lentə alıb. Arslan Kaipkulov adlı 15 yaşlı rusiyalı xəstə gəncə arzusuna çatmaq üçün “İlyushin II-96-300” təyyarəsinə girməyə icazə verilib. Putin xəstəliklə mübarizə aparan Arslana bir kamera […]

Azərbaycanda bu televiziyanın lisenziyası ləğv edildi

Dekabrın 27-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan  bildiriblər ki, iclasda “Türkel TV” MMC-yə regional televiziya yayımı üçün (Tovuz rayonu) verilmiş lisenziyaya Cəmiyyətin rəsmi müraciəti əsasında xitam verilməsi barədə qərar qəbul edilib. Eyni zamanda, iclasda hüquqi şəxsin yenidən təşkil edilməsi ilə əlaqədar olaraq “REGİON TV” MMC-yə ümumrespublika televiziya […]

Paşinyan Qarabağ klanı ilə SON DÖYÜŞDƏ

Ermənistanın eks-prezidenti Robert Koçaryanın barəsində çıxarılmış həbs qərarının dəyişdirilməsi ilə bağlı Kassasiya Məhkəməsinə müraciət edilib.Hazırda həbsdə saxlanılan sabiq prezidentin vəkillərinin verdiyi məlumata görə, kassasiya şikayəti 107 səhifədən ibarətdir. Xatırladaq ki, Robert Koçaryan 2008-ci il martın 10-də dinc kütləvi aksiyanın gülləbaran edilməsinə əmr verməkdə və dövlətin konstitusion əsaslarını güc yolu ilə […]

Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınır

Yaxın günlərdə Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat veriblər. “Stadler” şirkətinin istehsalı olan qatar 159 kilometr/saat sürətlə hərəkət edəcək. Sərnişinlər VIP və biznes sinif vaqonlardan istifadə edə biləcək. Hər bir vaqon kiçik mətbəx, soyuducu və simsiz internetlə təchiz olunub. Qeyd edək ki, […]

İlham Əliyev 2 sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: “ASAN xidmət” işçilərinin peşə bayramı günü […]

Mübariz Mənsimov yeni gəmisinə Rəsulzadənin adını verdi – FOTO

«Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!». Turkustan.info xəbər verir ki, bu misranı Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov şəxsi İnstagram hesabında payalaşaraq yeni müjdəli xəbəri izləyicilərlə bölüşüb. O, bildirib ki, mart ayından etibarən Məmməd Əmin Rəsulzadənin adını daşıyan gəmi sularda üzməyə […]

Hüseyn Əzizoğlu “Qarabağ”a görə təhqir edildi – İntim yerinə… (VİDEO)

Vayner Hüseyn Əzizoğlu daha bir qalmaqallı videoyla sosial şəbəkə izləyicilərinin narazılığına səbəb olub. Turkustan.info-nun məlumatına görə, bəzi izləyicilər hətta vayneri sərt şəkildə tənqid ediblər: “Sən bu ad uğrunda onminlərlə şəhid ver, div kimi oğlanlar canından keçsin. Amma Baxışov Hüseyn Əziz oğlu adlı bir tula gəlib reklam xatirinə Qarabağ sözünü ayıb […]

“Strateji Menecment Məktəbi” layihəsi keçiriləcək

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Strateji Menecment Məktəbi” layihəsi keçiriləcək. Layihənin əsas məqsədi ölkəmizdə gənclərin biznes, iqtisadiyyat, xüsusən də idarəçilik sahəsində inkişaf etməsi və gənclərin bu sahə ilə bağlı maariflənməsidir. Layihənin benefisiarları 16 – 29 yaş arası gənclər, gənc startapçılar, menecerlər, ali təhsil müəssisəsinin […]

ADAU-nun elmi şurasında payız semestrinin imtahan sessiyasına hazırlıq müzakirə edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) elmi şurasında 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq müzakirə edilib.    Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov elmi şurada əvvəlcə ilin uğurlarını qeyd edib. Bildirib ki, biz bu ili də uğurla başa vurduq. İlk olaraq tədrisin keyfiyyətinin yüksəldiyini nəzərə çatdıran rektor […]

Benzin, araq və siqaretə yeni vergi belə ödəniləcək – Qaydası müəyyənləşdi

Azərbaycanda 2020-ci ildən  benzin, dizel yanacağı, maye qaz, energetik içkilər (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün maye, tütün məmulatları və alkoqollu içkilərə görə icbari tibbi sığorta haqqı qismində alınacaq faktiki verginin hesablanması və ödənilməsi qaydası məlum olub.  Turkustan.info-nun məlumatına görə, bu, Milli Məclisə təqdim olunan və sabah plenar iclasda […]

İrəvana ciddi risk: Rusiya və ABŞ status-kvonu ləğv edir

Qarabağ konfliktinin həlli məsələsində mühüm hadisələr gözlənilir. Turkustan.info xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində İrəvan Dövlət Universitetinin Avropa Tədqiqatları Mərkəzinin rəhbəri Artur Kazinyan paylaşıb. “ABŞ qoşunlarını Suriyadan çıxarıb, Pentaqon rəhbəri Ceyms Mettis isə istefa verib. Bu o deməkdir ki, Rusiya ilə İranın Suriyada qarşısının alınması məsələsində razılaşma var. Rusiya […]

Mübariz Qurbanlı yeni vəzifəyə seçildi

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Himayəçilər Şurası yaradılıb və 7 nəfərdən ibarət tərkibi formalaşdırılıb. Turkustan.info bildirir ki, institutdan Axar.az-a verilən məlumata görə, şuranın tərkibinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının müdiri Vasim Məmmədəliyev, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, […]

Onlar “İlin ən fəal deputatları” seçildilər – SİYAHI

Parlament Jurnalistləri Birliyi (PJB) beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2018-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. PJB-nin sədr müavini Aqil Aslan Turkustan.info-ya bildirib ki, ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirirlər. Onun sözlərinə görə, bu, PJB-nin sayca […]

Fuad Muradov: “Diaspor təşkilatlarının fəaliyyətində yeni mərhələ başlayıb” – MÜSAHİBƏ

“Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib” Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibə verib. Turkustan.info həmin müsahibəni təqdim edir: – Fuad müəllim, qarşıdan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Hazırda beynəlxalq […]

Bakıda yeni ət satışı məntəqəsi fəaliyyətə başladı – FOTOLAR

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə müasir heyvan kəsimi və satışı məntəqələrinin təşkili davam etdirilir. Turkustan.info bildirir ki, agentlikdən Modern.az-a verilən məlumata görə, bu istiqamətdə yeni ət satışı məntəqəsi […]

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin xanəndəlik ixtisası üzrə müəllimi Qasım Əliyevin əmək fəaliyyətinin 50 illiyi qeyd olunub

Sumqayıt regional Mədəniyyət idarəsinin tabeliyində olan Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin xanəndəlik ixtisası üzrə müəllimi Qasım Əliyevin əmək fəaliyyətinin 50 illiyi münasibəti ilə rayon mədəniyyət mərkəzində möhtəşəm tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən məktəbin direktoru, əməkdar müəllim İkram Manafov yubilyarın yaradıcılığı haqqında ətraflı məlumat verib,. […]

Qənirə Ataşova: “Amerika bir okeandır, mən də dərin sularda üzmək istəyən balıq” – MÜSAHİBƏ

“Mirşahin Ağayevlə əlaqəm yoxdur” “Amerika dövlətini ayaqda saxlayan mühafizəkar ailələrdir” Modern.az saytının xaricdə yaşayan azərbaycanlı jurnalistlərlə silsilə müsahibələri davam edirik. Budəfəki həmsöhbətimiz fəaliyyəti dayandırılmış ANS Televiziyasının keçmiş əməkdaşı Qənirə Ataşovadır. Hazırda Amerikada yaşayan həmkarımızla söhbəti təqdim edirik. – Qənirə xanım hazırda ABŞ-ın hansı ştatında, hansı şəhərində yaşayırsınız? – Vaşinqton DC ilə […]

Ağdamda ermənilərə “atəş aç” əmrini kim verdi?

“Təxminən iki aydır cəbhə bölgəsində atəşkəsə riayət olunur. Bu sakitlik Ermənistanın baş naziri Nikol Paşinyana imkan verdi ki, parlament seçkisini rahat keçirib qələbə əldə etsin. Bəs necə oldu ki, separatçılar dünən qəfil atəş açaraq Ağdamın yaşlı sakinini yaraladılar?” Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu bildirib. Onun şərhinə görə, […]

Nazirlik “vergi xəbərçiliyi” məsələsinə aydınlıq gətirdi – RƏSMİ

Vergilər Nazirliyi vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı “vergi xəbərçiliyi”nin nəzərdə tutulduğuna dair məlumatlarla bağlı açıqlama yayıb.  Oxu.Az xəbər verir ki, məlumatda bildirilir ki, nə mövcud qanunvericiliyə dəyişikliklərdə, nə də yaxın perspektivdə belə bir mexanizmin tətbiqi nəzərdə tutulmur. “Dekabrın 25-də Vergilər Nazirliyində keçirilən Vergi Məcəlləsində dəyişikliklərlə bağlı mətbuat konfransında […]

Dədə Şəmşirin anadan olmasının 125 illiyi Abşeron rayonunda da qeyd edilib

Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq dekabrın 26-da Abşeron Rayon Mədəniyyət Mərkəzində Aşıq Şəmşirin anadan olmasının 125 illik yubileyi qeyd olunub. Tədbir Abşeron Rayon İcra Hakimiyyətinin və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb. Yubiley gecəsində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının, idarə, müəssissə […]

“Bu vəsiqədən azad olunmağın vaxtıdır” – Qarabağ İcmasının sədrindən MESAJ

“Bildiyiniz kimi 30 ilə yaxındır ki, davam edən Ermənistan separatizmi dalğası öz mənfi fəsadlarını göstərib.  1988-ci ildən Azərbaycana qarşı irəli sürülmüş ərazi iddiaları Sovetlər İttifaqının süqutundan sonra Azərbaycana qarşı açıq hərbi işğal siyasəti ilə davam edib. Artıq vaxtı çoxdan yetişib ki, geri qayıdaq, öz torpaqlarımıza sahib çıxaq”. Turkustan.info xəbər verir ki, […]

Ölkənin lider mobil operatoru şəbəkəsinin imkanlarını genişləndirir və gücləndirir

Azərbaycanın telekommunikasiya bazarında lider mobil operator olan “Azercell Telekom” abunəçiləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək və rəqəmsal dünyanın ən son yeniliklərinin ölkədə tətbiqinə hazır olmaq üçün şəbəkənin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi və təqdim olunan internet xidmətinin sürətinin daha da artırılması istiqamətində bir sıra mühüm addımlar atıb. Dekabrın 14-15-də […]

Eldar Əzizov üç vəzifəli şəxsi işdən çıxardı

Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri olub.  Turkustan.info-nun məlumatına görə, BŞİH-nin başçısı Eldar Əzizovun əmrinə əsasən, Kadr məsələləri sektorunun müdiri Gülarə Mürsəliyeva, Əsаsli tikinti və təmir şöbəsinin müdiri Cüneyid İsmayılov, Hüquq şöbəsinin müdiri Sani Nəsibov vəzifələrindən azad ediliblər. Gülarə Mürsəliyevanın yerinə İlahə Həsənzadə təyinat alıb. Digər iki şəxsin yerinə hələlik təyinat yoxdur. Bakı Şəhər İcra Hakimiyyətindən məlumatı təsdiq […]

Elşən Abbasov:”Azərbaycan kikboksçuları tarix yazırlar”

24-26 dekabr 2018-ci il tarixində Xətai Boks Arenasında Azərbaycan Kikboksinq Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “BAKU OPEN-2018” kikboksinq beynəlxalq çempionatı baş tutdu. Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü Elşən Abbasov təbdirin möhtəşəm keçdiyini bildirdi. “Mən deyərdim ki, bu gün Azərbaycan kikboksçuları tarix yazırlar. Azərbaycanda […]

Nazirdən pensiyalarla bağlı – MÜHÜM AÇIQLAMA

2006-cı ildən 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabında heç bir pensiya kapitalı qeydə alınmayanlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. istisna olunmaqla, pensiya yaşına çatanların 70 faizinin pensiya təyinatı avtomatlaşdırılmış şəkildə aparılacaq. Oxu.Az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev belə bir açıqlama verib. Onun […]

Prezident icra başçıları ilə bağlı qanun imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev “İnzibati icraat haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Turkustan.info xəbər verir ki, bu, dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) İcra Hakimiyyəti başçılarının sərəncamlarının məhkəmələrdə mübahisələndirilməsi ilə bağlıdır. Qanunun 4-cü (Aidiyyət) maddəsinin 3-cü bəndinə əsasən, inzibati orqanlar arasında aidiyyət […]

Şeyx deputatın açıq məktubuna REAKSİYA VERDİ – “Dəlil-sübut olmadan böhtan yağdırmaq…”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktub yazması maraqla qarşılanıb. Deputat qeyd edib ki, Bakıda keçirilən “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”un panellərində müzakirələr zamanı […]

Səsi yaşıl, ruhu ağ insan…

Ölkənin görkəmli alimlərindəndir- alimlər iki cür olur, bir sahədə püxtələşən və hər tərəfli mükəmməl. Mükəmməlləri hamıya görkəm olur… Kişiliyə böyük dəyər verir- özündə olmayan bunu bacarmaz… İmanlıdır- halalına haram qatmaz… Ziyalıdır- həqiqəti söyləməkdən çəkinmir… Ədalətlidir- haqq olmayan yerdə görünmür… Fədaidir- Azadlıq meydanında milyonlarla insan buna şahid olub…. Əzəmətlidir- Yaradanın izni […]

Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü ilə tabe müəssisələrdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il şənlikləri qeyd olunur

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində təşkil olunan yeni il şənliklərində bayramın atributu olan nağıl qəhrəmanları: Şaxta baba, Qar qız, yeni İlin padişahı-donuz, ayı, maşa və digər nağıl qəhrəmanları iştirak ediblər. Şənlikdə uşaqlarla birgə əyləncəli oyunlar keçirilib. Balacalar şeirlər, tapmacalar və yanıltmaclar söyləyib, şən musiqi sadaları altında rəqs edib, əyləniblər. […]

Yəhudi alimdən gələcəklə bağlı qorxulu proqnoz

Dünyaca məşhur “Homo Sapiens” və “Homo Deus” kitablarının müəllifi, israilli professor, tarixçi alim Yuval Noy Harari Türkiyə mətbuatına geniş müsahibə verib. Turkustan.info bildirir ki, müsahibədə Harari gələcəklə bağlı bir sıra açıqlamalar verib. O bildirib ki, süni intellekt və robotlar getdikcə daha da inkişaf edirlər. Alim hazırda süni intellekt dövrünün başlanğıcında olduğumuzu, getdikcə süni intellektin və robotların […]

Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi

Borçalı Cəmiyyəti 10-cu dəfə Gürcüstan Türklərinin Həmrəylik Bayramını keçirib. Uluslararası Türk Kültür Təşkilatı -TÜRKSOY-un da 25 yaşına həsr edilən builki mərasimdə Gürcüstan, Türkiyə, Güney Azərbaycandan olan ictimai- siyasi və elm xadimləri, sənətçilər, Ahıska Türklərinin təmsilçiləri iştirak etdilər. Dövlət himnimiz səsləndikdən sonra Azərbaycan, Gürcüstan və Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olanların […]