Putin Paşinyanı 17 gün sonra təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanı partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Turkustan.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, rus lider erməni nazirlə Moskva görüşündə ona bütün planlarının həyata keçirməkdə uğurlar arzulayıb: “Sizə Ermənistan və erməni xalqının rifahı naminə qarşınıza qoyduğunuz bütün planların gerçəkləşdirilməsində uğurlar arzu etmək istəyirəm”. 

Xatırladaq ki, Putin Paşinyanın dekabrın 10-dakı qələbəsindən sonra onu təbrik etməmişdi.