Be. İyn 24th, 2019

“Vikiçilərin rolu danılmazdır” – Millət vəkili

Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, millət vəkili Adil Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllülərinin fəaliyyəti ilə yaxından tanış olub.
Turkustan.info xəbər verir ki, deputat bu gün Azərbaycanın təbliğində “Vikipediya”nın təsirli vasitə olduğunu deyib: “Mən deyərdim ki, Azərbaycanın informasiya təbliğatında vikiçilərin rolu danılmazdır. Mövcud olan resurslardan yararlanmaq və onları inkişaf etdirmək lazımdır. Xüsusilə, gənclərimiz vikiicma formasında fəal və bir olmalıdırlar.
MEK-in “Vikipediya” Metodik Mərkəzinin Vikipediya istiqamətində gördüyü işləri sosial şəbəkə,mətbuat izləyirəm. Çox böyük məlumatlandırma işi aparılır. Qürurvericidir. Davamlı olmasını tövsiyə edirəm”.
Millət vəkili vikikönüllüləri gördükləri işlər ilə bağlı təbrik eləyərək, fəaliyyətlərində uğurlar arzulayıb.