Gün: Dekabr 28, 2018

Robert Koçaryan azadlığa buraxılmadı

Ermənistan Apellyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın girov müqabilində azad edilməsinə dair məhkəmə istintaqını təxirə salıb. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, bunu R.Koçaryanın vəkili Aram Orbalyan jurnalistlərə bildirib. “İstintaq qurumlarımız çox məşğul olduqlarından iş vaxtı başa çatandan sonra çalışmağın mümkün olmadığı qənaətinə gəliblər. Onların tələbi ilə məhkəmə Koçaryanın girov müqabilində […]

Direktor olmaq istəyənlərin nəzərinə!

Dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Direktorların işə qəbulu üzrə müsahibələrə dekabrın 5-dən başlanılıb. Bu günədək 350 nəfər namizədlə müsahibələr aparılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, direktorların işə qəbulu üzrə müsahibə mərhələsi yanvarın sonunadək davam edəcək. Bu mərhələdə 700-dən artıq namizəd iştirak edəcək.  […]

Gələn il Qarabağ danışıqları üçün nə vəd edir – Politoloq şərhi

Politoloq Elxan Şahinoğlu deyir ki, Paşinyan özündən əvvəlki hakimiyyətin siyasətini davam etdirsə, cəbhə bölgəsində vəziyyət gərginləşəcək. “Paşinyan bu il Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparmağa hazır deyildi”. Turkustan.info bildirir ki, bunu Sputnik Azərbaycan-a Qarabağ münaqişəsinin həlli ilə bağlı gözləntilərindən danışarkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. “Çox təəssüf ki, […]

İlham Əliyev 4 sərəncam, 5 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Binəqədi rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Turkustan.info sərəncamın mətnini təqdim edir: 1. Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin […]

Deputatlar harada dincələcək? – VİDEO

Bu gün Azərbaycan Milli Məclisinin 2018-ci il payız sessiyasının sonuncu plenar iclası keçirilib. Bu gündən deputatlar tətilə çıxıb. Parlamentin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Dekabrın 29-u şənbə, 30-u isə bazar, dekabrın 31-i isə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə təsadüf etdiyindən deputatlar 18 gün tətildə olacaqlar. BakuPost […]

Bakı-Gəncə-Bakı sürət qatarına start verilir – CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 30 dekabr 2018-ci il tarixindən etibarən Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verir.  Bakı və Gəncə şəhərləri, eləcə də həmin xətt üzrə yerləşən rayonlarla nəqliyyat əlaqələrinin genişləndirilməsinə, həmçinin, əhalinin sosial sifarişinin ödənməsinə hesablanmış bu əməli iş müstəsna əhəmiyyət kəsb edir.   Qeyd edək […]

Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

Yeni il ərəfəsində “Azercell Telekom” MMC abunəçilərinə özəl kampaniya təqdim edir. Belə ki,  30.12.2018 – 05.01.2019 tarixləri arasında ZVUK-dan  (onlayn musiqi tətbiqi) ilk dəfə istifadə edənlərə Yeni il hədiyyəsi olaraq Azercell 7 günlük Premium abunəlik təqdim edəcək. Şirkətin yeni il hədiyyəsindən yararlanmaq üçün Hediyye2019 yazıb 7707 qısa nömrəsinə göndərmək lazımdır. […]

Prezident yeni nazir müavini təyin etdi

Azərbaycan energetika nazirinə yeni müavin təyin olunub. Turkustan.info Report-a istinadən xəbər verir ki, bu vəzifə ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru, İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanova həvalə edilib. Energetika nazirinin müşaviri Zəminə Əliyeva xəbəri təsdiq edib və bildirib ki, yeni nazir müavini bu gün […]

Milli Məclis, Xarici İşlər Nazirliyi və Disporla İş üzrə Dövlət Komitəsi – Xaricdə ən böyük uğur platforması

Bizi birləşdirən nədir? Bir vətəndə millət, xalq və dövlət olaraq birliyimizdən söhbət gedir. Yəni ümumi dəyərlərimiz var və bizi birləşdirən də budur.      Harada yaşamağıımızdan asılı olmayaraq, Vətənimiz, dövlətimiz, bayrağımız kimi qürur hissi daşıyırıq. Vətəndən uzaqda olan hər kəs, sevdikləri yaxınında olsa belə, şüuraltı olaraq darıxır, doğma Vətən həsrəti çəkir… […]

Məhbusların intim həyatı: Qadın yoxdursa, meydan “üzdəniraq”lara qalır

Normal intim həyat yaşamayan şəxslərdə aqressiya, psixoloji pozğunluq yaranır. Bu cür şəxslərdə hətta zorakılıq halları da müşahidə etmək mümkündür. Mütəxəssislər də iddia edirlər ki, normal intim həyat yaşamayan şəxslərdə cinayətə meylilik digərləri ilə müqayisədə daha yüksəkdir. Bəlli səbəblərdən normal intim həyatdan məhrum olan şəxslərin bir qismi də məhbuslardır. Hətta bir […]

Bakı-Gəncə sürət qatarı işə düşdü – 4,5 saatlıq yol 100 manata

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 30 dekabr 2018-ci il tarixindən etibarən Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən BakuPost-a bildirilib ki, Bakı və Gəncə şəhərləri, eləcə də həmin xətt üzrə yerləşən rayonlarla nəqliyyat əlaqələrinin genişləndirilməsinə, həmçinin, əhalinin sosial sifarişinin ödənməsinə hesablanmış […]

Elçin Quliyev Ermənistanla sərhəddə – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Er­mə­nistanla dövlət sərhədində xidməti-döyüş fəaliyyətini həyata keçirən sər­həd döyüş məntəqələrində olub, təmas xəttində döyüş tapşırığını ye­rinə yetirən hərbi qulluqçularla görüşüb. Turkustan.info bildirir ki, DSX-nın Mətbuat Mərkəzindən BakuPost-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin […]

Dövlət yararsız avtomobillərə görə pul verəcək? – Utilizasiya ilə bağlı MÜSAHİBƏ

Nazirlər Kabineti 2019-2020-ci illərdə İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi ilə birlikdə Azərbaycanda yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını […]

Putinlə rüsvayçı görüş haqda Nikoldan – Şok etiraflar

Nikol Paşinyanın Vladimir Putinlə görüşü hazırkı erməni hökuməti ilə Kreml arasında yaranmış dərin uçurumu bir daha sərgiləyib. Turkustan.info xəbər verir ki, Paşinyan ermənilər üçün həyati əhəmiyyətə malik qaz probleminin həllinin dalana dirənməsini ört-basdır etməkdən ötrü səfərdən dərhal sonra Feysbuk hesabında uğursuz Moskva səfərinin yekunlarına “bəzək-düzək” verib. “Qazla bağlı qərar qəbul edilməsə […]

Eldar Əzizov daha bir keçmiş kadrına vəzifə verdi

Gülümseyecek Bir VIP Escort Bayanı Bulun Takdir edilesi olan güzellik artık bunun içindeki bütün değerleri süslemek için bekler ve yeni bir açıdan bu güzelliğin ne kadar değerli olduğunu gösterebilecek olan birçok olasılık olduğunu gösterir. cezbedici özelliklerin ne kadar güzel olduğu ve bunun içindeki bayanların natürel görünümleri sayesinde ne kadar harika […]

Səfər Mehdiyevin istefa verməsini labüd edəcək SƏBƏBLƏR

“Səfər Mehdiyevin “ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm”, açıqlaması özü məntiqsizdir. Çünki ölkədə qanunla tənzimlənən inhisarlar var. Buna “Azərsu”, “Azərişıq”, “Azəriqaz”, SOCAR və digərləri aiddir”. Turkustan.info bildirir ki, bu sözləri Yenicag.az-a Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin səsləndirdiyi fikirləri şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib. Qiymətlərin dövlət tərəfindən […]

Parlament qanuna dəyişikliyi təsdiqlədi – 10 min manat CƏRİMƏ…

Azərbaycanda əlvan və qara metal tullantılarının qəbulu ilə bağlı tələblər sərtləşdirilir. Turkustan.info-nun məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “İstehsalat və məişət tullantıları haqqında” qanunda dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, əlvan və qara metal tullantılarının qəbulu fəaliyyətini yalnız qara və əlvan metalların əridilməsi […]

Hansı halda pensiyalar daha çox artacaq? – ŞƏRH

“Gələn ay pensiya məbləğləri 2018-ci ildə orta aylıq əməkhaqqındakı faiz artımına indeksasiya olunacaq. Baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək”. Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, bunu iqtisadçı-alim Vüqar Bayramov deyib. O, qeyd edib ki, bu ildən başlayaraq pensiya məbləği inflyasiya səviyyəsinə deyil, orta aylıq əməkhaqqındakı artım faizinə indeksasiya […]

Üç deputat yeni vəzifəyə seçildi – SİYAHI

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” dəyişiklik layihəsi səsverməyə qoyulub. Turkustan.info məlumatına görə, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyev, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarova, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyev seçilib.  /Modern.az/

3100 şəhidin vərəsəsinə birdəfəlik ödəmə qərarı verilib

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən, şəhid hərbi qulluqçulardan vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı sahəsində işlər davam edir. Artıq 3100 şəhidin 4200 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub. Qərarlar əsasında onların birdəfəlik ödəmə (11 min manat) ilə təminatı davam edir. 2018-ci […]

Bakıda sürücüsüz avtobuslar işləyəcək

2023-cü ilədək Azərbaycanda, konkret olaraq Bakı şəhərində şəhərdaxili sərnişindaşımada sürücüsüz nəqliyyat vasitələrindən istifadə olunmasına başlanılması planlaşdırılır. Turkustan.info-nun məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramında qeyd edilib. Sənəddə göstərilib ki,  2019-2023-cü illərdə ölkədə avtonom (sürücüsüz) nəqliyyat vasitələrindən şəhərdaxili sərnişindaşımada, habelə əyləncə-turizm məqsədilə istifadə […]

Hacı Gülağa Abişovun 60 illiyinə məktub

Əziz qardaşım, Hacı Gülağa, sabah tezdən yol gedəcəm, səfərim var… İndi dünya o qədər balaçalaşıb ki, qolf topu kimi ovucda saxlamaq olur… Amerikadan göndərilən məktubun Azərbaycana çatması üçün aylarla gözləməyə ehtiyac yoxdur. Qarşımdakı sehirli güzgünün möcüzəsi onu sənə anındaca çatdıracaq. Məktubum bir nəfər haqqındadır, oxuyub cavab yazma: Onun siması nurludur- […]

ADAU-da imtahanlara ictimai və tələbə nəzarət qruplarının üzvləri ilə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının səmərəli təşkili, tələbələrin biliyinin qiymətləndirilməsi prosesinin ictimaiyyət nümayəndələri, eləcə də təhsil alan tələbələr üçün açıq olmasının təmin edilməsi məqsədilə valideyn şurası, ictimai və tələbə nəzarət qrupları yaradılıb, Universitetdə imtahan sessiyasının başlanılması ilə əlaqədar olaraq ictimai  və tələbə nəzarət […]

Azərbaycanda 5 günlük tətil başlayır

Dekabrın 29-dan Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 5 gün iş olmayacaq. Turkustan.info xəbər verir ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2019-cu ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür. Dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf etdiyinə görə, […]

Avtomobillərin cərimə olunması ilə bağlı – MÜHÜM YENİLİK

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşlarının hərəkəti yeni qayda ilə müəyyən ediləcək.  Turkustan.info Trend-ə istinadən xəbər verir ki, bu, “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə cərimələrin tətbiq edilməsi və s. məsələlər öz əksini tapıb.  Təklif edilən dəyişikliyə əsasən, […]

Mərkəzi Bank 2019-cu ilin pul siyasətini AÇIQLADI

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) 2018-ci ildə həyata keçirdiyi pul-kredit siyasəti milli iqtisadiyyatda qiymətlər sabitliyinə, aşağı və stabil inflyasiyanın təmin edilməsi vasitəsilə əhalinin yaşayışı və işgüzar fəaliyyət üçün əlverişli sosial-iqtisadi mühitin formalaşmasına yönəlib. Prezident İlham Əliyevin rəhbərliyi altında 2018-ci ildə ölkədə makroiqtisadi sabitliyin dayanıqlığının artırılması istiqamətində əhəmiyyətli işlər görülüb. İnflyasiya […]

Baş redaktorlar üçün 2018-ci il necə yadda qalır? – “Azərbaycan hədəfdə oldu”

Yola salmaqda olduğumuz 2018-ci il mətbuatda bir çox hadisələrlə qaldı. Turkustan.info bildirir ki, Modern.az saytı baş redaktorlar arasında sorğu keçirərək, bu ilin uğurlu olub-olmadığını xəbər alıb. Media rəhbərlərinin cavablarını təqdim edirik: “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 2018-i media üçün standart hadisələrlə yadda qalan il kimi dəyərləndirir. O diqqətə çatdırıb ki, əvvəlki illərdə […]

Milli Məclis bu gün 52 məsələni iclasa çıxarır

Milli Məclis bu gün 2018-ci ilin sonuncu plenar iclasına toplaşacaq. Modern.az-ın məlumatına görə, iclasın gündəliyinə 52 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin vəzifədən azad edilmələri haqqında   2. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin […]

Tramvay Bakıya qayıdır

2019-2023-cü illərdə Azərbaycanda mövcud ictimai nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, habelə şəhərdaxili ictimai nəqliyyat növlərinin sayının artırılması, tramvay, kabotaj sərnişin və yük gəmiçiliyinin təşkili imkanlarının və iqtisadi səmərəliliyinin araşdırılması, bu sahədə təkliflər hazırlanması nəzərdə tutulub. Turkustan.info-nun məlumatına görə, bu, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramında nəzərdə tutulub. […]

Quyuya kamera qoyuldu, hər kəs şoka düşdü – Zəmzəm suyu

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, dünyanın ən sağlam və faydalı sularından olan zəm-zəm suyunun sirri hələ də müəmmalı olaraq qalır. Bu gün texnologiyaların son dərəcə inkişaf etdiyi bir vaxtda belə zəm-zəm suyunun mənbəyi tapılmır. Turkustan.info Oxu24.com-a istinadən zəm-zəm suyu ilə bağlı maraqlı faktları təqdim edir: “Zəm-zəm” sözü ərəbcə “dayan” mənasını verən […]

ABŞ dünya ağalığından niyə çəkilir? – Açıqlama

Tramp ABŞ-ın daxili məsələlərinin həll edilməsinə daha çox önəm verir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a ABŞ Prezidenti Donald Trampın ABŞ-ın dünya jandarmı olaraq qala bilməyəcəyi fikrinə münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. Politoloq Trampın öncə bir biznesmen olduğunu bildirib: “Siyasətlə məşğul olandan, prezident seçiləndən sonra da Tramp üstünlüyü iqtisadiyyata verir. […]

Bakıda iki nəfər maşında güllələndi – VİDEO

Gecə saatlarında paytaxtın Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib. Turkustan.info xəbər verir ki, 10 TO 170 dövlət nömrə nişanlı “Hundai Elantra” markalı maşın arxadan atəş açılaraq saxlanılıb. Avtomobildə olan – 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov elə salondaca güllələnib.  Tural Babayev hadisə yerində dünyasını dəyişib, Asif Bağırov isə 1 saylı […]

Sərxan “Maşın şou”dan getdi – Finalçılar müəyyənləşdi – FOTO+VİDEO

Azərbaycanın ən çox müzakirə olunan realiti-şousu olan “Maşın şou. Hind kinosu”nun finalçıları müəyyənləşdi. Turkustan.info xəbər verdiyi kimi, layihədə dörd iştirakçı qalırdı, halbuki finalda yalnız üç nəfər qalmalıdır. Müzakirəyə Ranar Musayevin namizədliyi çıxarıldı. O isə ən emosiyasız iştirakçı kimi tanınırdı. Ənənəyə sadiq qalaraq şoudan çıxmağa namizəd rəqibini açıqlamadı. “Kor-koranə” oyun həmişə özündə lazımı […]

DİQQƏT! Yatarkən telefonu 2 metr kənara qoyun!!! – VİDEO

Kaliforniya Səhiyyə Departamentinin mütəxəssisləri xəbərdarlıq edir ki, insanlar gecə yatanda mobil telefonlarını bədəndən mümkün qədər uzaq məsafədə saxlamalıdır. Bu məsafə ən azı 2 metr olmalıdır. Bu radiasiyanın təsirinin və bununla da sağlamlıq üçün risklərin azalmasına kömək edəcək. Mütəxəssislər sübut edir ki, bir çox faktlar mobil telefonların xərçəng, diqqət pozulması, psixi […]

Türkiyəyə gedənlərin diqqətinə: Vergi alınacaq!

Türkiyə hökuməti ölkə aerportlarından istifadə edən turistlərdən təhlükəsizlik vergisi alacaq. Turkustan.info xəbər verir ki, qərarın 2019-cu ilin 1 yanvar tarixindən tətbiqinə başlanılacaq. Bildirilib ki, hökumət hava limanlarının təhlükəsizliyinin artırılması məqsədilə belə addım atıb. Belə ki, artan xərclər məhz elə turistlərin ödədiyi vergilər hesabına təmin ediləcək. Məlumata görə, vergi ödənişi əvvəlcə […]

Vidadi PETİsiyası: Cəmiyyətin əxlaqsızlığa müqavimət addımı

Sənan Nəcəfov   Bildiyiniz kimi, bir qrup gənc tərəfindən Fransaya sığınaraq Azərbaycana, eləcə də bir çox ictimai-siyasi xadimlərə qarşı çirkin kampaniya aparan, heç bir çərçivəyə sığmayan hədyanlar deyən, öz “mənəviyyat” və tərbiyəsinə uyğun olaraq təhqirlər səsləndirən vidadi isgəndərli (çox xahiş edirəm bu məxluqun adını böyük hərflərlə yazmayın- S.N.) ilə bağlı petisiya başladılıb. […]