Azercell-dən musiqi sevərlərə yeni il hədiyyəsi

Yeni il ərəfəsində “Azercell Telekom” MMC abunəçilərinə özəl kampaniya təqdim edir.

Belə ki,  30.12.2018 – 05.01.2019 tarixləri arasında ZVUK-dan  (onlayn musiqi tətbiqi) ilk dəfə istifadə edənlərə Yeni il hədiyyəsi olaraq Azercell 7 günlük Premium abunəlik təqdim edəcək. Şirkətin yeni il hədiyyəsindən yararlanmaq üçün Hediyye2019 yazıb 7707 qısa nömrəsinə göndərmək lazımdır. Zvuk xidməti   istənilən musiqini dinləmək və yeni musiqi parçaları əlavə edərək abunəçilərə öz play listlərini yaratmaq imkanı verir. Xidmətə qoşulmaq üçün Google Play və ya AppStore-dan mobil tətbiqi yükləmək, qeydiyyat üçün tətbiqdə mobil nömrəni daxil edib, əvəzində SMS vasitəsilə gələn unikal kodu təkrarən mobil tətbiq üzərindən əlavə etmək lazımdır.

Abunəçilər Azercell Telekom MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəsindən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi — SimSim abunəçiləri (012) 4904949/2002, Fakturalı xətt abunəçiləri (012) 4905252/6565,

E-poçt: [email protected][email protected], o cümlədən onlayn müştəri xidmətləri) müraciət etməklə almaq imkanına malikdirlər.

Azercell-in təqdim etdiyi Yeni İl hədiyyəsindən faydalanmağa Siz də tələsin!