Ç. İyn 19th, 2019

Bakıda iki nəfər maşında güllələndi – VİDEO

Gecə saatlarında paytaxtın Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib.

Turkustan.info xəbər verir ki, 10 TO 170 dövlət nömrə nişanlı “Hundai Elantra” markalı maşın arxadan atəş açılaraq saxlanılıb.

Avtomobildə olan – 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov elə salondaca güllələnib. 

Tural Babayev hadisə yerində dünyasını dəyişib, Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb.

Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

/oxu.az/

Paylaşılıb
CrestaProject