Tramvay Bakıya qayıdır

2019-2023-cü illərdə Azərbaycanda mövcud ictimai nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, habelə şəhərdaxili ictimai nəqliyyat növlərinin sayının artırılması, tramvay, kabotaj sərnişin və yük gəmiçiliyinin təşkili imkanlarının və iqtisadi səmərəliliyinin araşdırılması, bu sahədə təkliflər hazırlanması nəzərdə tutulub.

Turkustan.info-nun məlumatına görə, bu, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramında nəzərdə tutulub.

Prezident İlham Əliyev təsdiqlədiyi Dövlət Proqramı ilə qeyd edilən əsas işlərin icraçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.   /Cebhe.info/