Gün: Dekabr 29, 2018

Qadınlar özlərini necə müdafiə etməlidirlər?

Son dövrlər cibgirlərin hücumuna məruz qalan insanların sayı artmaqdadır.  Bəs cibgirlərdən necə qorunmaq olar? Turkustan.info Oxu.Az-a istinadən bu barədə materialı təqdim edir: 1. Vücudun ən sərt və güclü hissəsi olduğu üçün ən yaxşı silahımız dirsəyimizdir. Cinayətkara qarşı istifadə edə biləcək qədər yaxın olsanız, dirsəyinizi özünümüdafiə aləti kimi istifadə edə bilərsiniz. 2. Oğru sizdən pulqabınızı […]

Əlillər sürücülük vəsiqəsini yeni qaydada alacaq – Tapşırıq verilib

Əlilliyi olan şəxslərin sürücülük vəsiqəsi alması qaydaları hazırlanacaq. Turkustan.info-nun məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb. Daxili İşlər Nazirliyi (DİN) bu sahədə əsas icraçı qurum olacaq. DİN 2019-2023-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, […]

Çin alimləri misi qızıla çevirməyi bacarır

Çin alimləri misi qızılın kimyəvi xassələrini daşıyan metala çeviriblər. Onların sözlərinə görə, bu nadir metal dünya bazarlarında çox baha olan qızılın ölkə sənayesində istifadəsini azaldacaq və iqtisadiyyata böyük gəlirlər gətirəcək. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, çinli alimlərin uzun müddət apardıqları təcrübələrin nəticələri “Science Advances” jurnalında dərc olunub. Məqalədə […]

1 ay spirtli içkidən imtina etmək nələrə səbəb olur? – Alimlərdən açıqlama

Britaniyanın Sasseksa universitetinin tədqiqatçıları “Quru yanvar” müsabiqəsinin nəticəsini elan ediblər. Turkustan.info xəbər verir ki, aksiyada iştirakçılar 1 ay ərzində spirtli içki qəbul etməyiblər. Bu barədə “EurekAlert” portalı məlumat yayıb. Məlumata əsasən, aksiyada 800 nəfər iştirak edib. “Quru yanvar”dan sonra bir il ərzində alimlər iştirakçıların vəziyyəti ilə maraqlanıb qida vərdişlərində yaranan […]

“22 minədək yeni iş yerinin açılması nəzərdə tutulub” – Nazir

Dekabrın 28-də Bakıda rəsmi şəxslərin, aidiyyəti dövlət qurumlarının, iş adamlarının və ekspertlərin iştirakı ilə “Azərbaycanda sənayenin və sahibkarlığın inkişafı – 2018” adlı tədbir keçirilib. Turkustan.info bildirir ki, İqtisadiyyat Nazirliyindən Minval.İnfo-ya verilən məlumata görə, tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısının rəhbərliyi ilə sistemli islahatların 2018-ci ildə də davam etdirildiyini, bu ilin […]

Türkiyə, Rusiya və İran prezidentləri yenidən bir araya gəlir

Yanvarın əvvəlində Rusiyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, onun rusiyalı həmkarı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında üçtərəfli görüş keçiriləcək. Turkustan.info xəbər verir ki, bunu Rusiya pezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib. Bildirilib ki, görüş Suriyadakı vəziyyətin tənzimlənməsi üzrə Astana danışıqları formatında […]

Sabaha Bakı-Gəncə sürət qatarına 85 bilet satıldı

Bakı-Gəncə istiqaməti üzrə növbəti qatar dekabrın 30-da saat 09:00-da yola düşəcək. Turkustan.info bildirir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən Modern.az-averilən məlumata görə, sabaha, ümumilikdə 85 bilet satılıb. 81 bilet standart, 4-ü biznes yer üçündür. Səhərədək satılacaq biletlərin sayının artacağı gözlənilir. Qeyd edək ki, standart yer üçün biletlərin qiyməti 15 manat, […]

Sərxoş ata oğlu tərəfindən öldürüldü – Azərbaycanda dəhşətli qətl

Kürdəmirdə atasını öldürməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Mətləb Nizamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info xəbər verir ki, Mətləb Nizamov 27 iyun 2016-cı ildə, saat 22 radələrində Bakı şəhərində olarkən arvadı Samirə Nizamova ona zəng edib. Samirə Nizamova ərinə atasının spirtli içki qəbul edərək onları incitdiyini, nalayiq […]

Bakıda fantastik qiymətə maşın nömrələri – Siyahı

Azərbaycanda fərqli maşın nömrəsi həvəskarı olan sürücülər var. Bu da avtomobilinin qeydiyyat nömrəsi fərqlənən sürücülərin onları baha qiymətə satmasına səbəb olur. Turkustan.info Turbo.az saytında elan verilən ən bahalı maşın nömrələrinin siyahısınını təqdim edir: 10 AA 639 – 25 500 manat 10 MD 357 – 35 000 manat 10 AA 660 […]

Bakıda avtomobillərin qiyməti bahalaşıb

Bakıda avtomobil bazarında bahalaşma müşahidə olunur. Turkustan.info bildirir ki, bu barədə Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib. Onun sözlərinə görə, ötən rüblə müqayisədə qiyməti 15 min manata qədər olan avtomobillərdə 15-20 faiz arası artım müşahidə olunub. 15 min manatdan yuxarı qiymətə olan avtomobillərdə 8-10 faiz qiymət artımı qeydə alınıb. […]

Paytaxtda polis əməkdaşı bıçaqlanıb

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ə.Əsgərov tutulub Bakıda polis vəzifə başında bıçaqlanıb. Turkustan.info bildirir ki, DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsi əməkdaşları tərəfindən dekabrın 27-də Bakı şəhər sakini O.Məmmədlini bıçaqla hədələyib 1300 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə […]

2019-cu ildə manatı nə gözləyir? – Ekspert rəyi

Mərkəzi Bankın 2019-cu il üçün pul-kredit siyasəti ilə bağlı planlarında cəmiyyət üçün maraqlı ola biləcək mesajlar var. Turkustan.info xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev deyib. Ekspert bildirib ki, inflyasiyanı aşağı həddə saxlamaq əsas vəzifə olacaq: “Bu həm də o deməkdir ki, manatın məzənnəsi mümkün qədər sabit saxlanılacaq. İkincisi, neftin […]

Bakıda iki nəfəri maşında güllələyən şəxs tutuldu

Daxili İşlər Nazirliyi Keşlədə baş verən güllələnmə ilə bağlı məlumat yayıb. Turkustan.info bildirir ki, nazirlikdən Oxu.Az-a verilən məlumata görə, dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib hadisə yerini tərk edib. Nəticədə […]

Növbəti sürət qatarının ünvanı… – Sədr açıqladı

Növbəti sürət qatarı Bakıdan Qəbələyə olacaq. Turkustan.info xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, növbəti sürət qatarı Qəbələ və Yalamaya olacaq. Artıq Bakı-Yalama dəmir yolunun tikintisi üçün tender elan olunub. Tikintinin iki il müddətinə başa çatması nəzərdə tutulub. “Bakı-Yalama istiqamətində […]

Problemli kreditlər bağışlanacaqmı?

Problemli kreditlərə güzəştin verilməsi yenə də ən çox müzakirə edilən məsələlərdəndır. Gürcüstan hökumətinin problemli kreditlərin bağışlaması qərarından sonra belə bir addımın Azərbaycanda tətbiqi imkanları xüsusi ilə müzakirə edilir. Maraqlıdır, ilk devalvasiyadan 3 ildən çox zaman keçdiyi halda indi kreditlərə güzəştin tətbiq edilməsi mümkündürmü? Əgər mümkündürsə, bu hansı formada ola bilər? […]

Bakı-Gəncə sürət qatarı niyə bahadır? – Qurbanov açıqladı

Bu gün Bakı-Gəncə sürət qatarı işə düşüb. Bu, çox uğurlu layihədir. Bəziləri deyirdilər ki, söz verilir, amma əməl edilmir. Biz söz də veririk, əməl də edirik. Turkustan.info Report-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib. O bildirib ki, qatarda xidmət yüksək səviyyədədir: “Burada fərqli […]

Bakı-Gəncə sürət qatarı ilk reysə çıxdı – FOTO

Dekabrın 29-da səhər saat 09:00-da Bakı-Gəncə sürət qatarı yola düşüb.  Turkustan.info xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qatar yola düşməzdən əvvəl qatardan istifadə edən sərnişinlərə, bu qatarda fəaliyyət göstərəcək əməkdaşlara uğurlar arzulayıb.  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqını təbrik edən QSC sədri işğal altında olan […]

Azərbaycanda faciə – Əsgər yanına gedən ailə qəzaya düşdü – 2 ölü, 3 yaralı

Ucar rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların adları açıqlanıb. Turkustan.info bildirir ki, bu barədə A24.az-a Ucar Rayon mərkəzi xəstəxanasının cərrahı Zahir Salahov məlumat verib. Yaralılar – Xaçmaz rayonu Şıxlar kənd sakinləri, 1981-ci il təvəllüdlü Məmmədova Yeganə Aydəmir qızı və onun oğlu, 2008-ci il təvəllüdlü Məmmədov İsmayıl Oqtay oğlu və Nərəcan […]

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə silsilə tədbirlər keçirilib

Abşeron rayon Mehdiabad qəsəbə məktəbində keçirilən konsertdə məktəbin xor kollektivinin ifasında “Yeni il” və “Azərbaycan” mahnıları, tar və qarmonçalanlar sinfi şagirdlərinin ifasında şən mahnllar, skripkaçılar sinfi şagirdlərinin ifasında “Vals” (D.Şostakoviç),  xanəndələr Ülvi Ağamalızadənin və Elvin Abdullayevin ifasında xalq və bəstəkar mahnıları maraqla dinlənilib. Xızı Rayon Heydər Əliyev Mərkəzində bayram tədbiri […]