Ça. İyn 25th, 2019

Azərbaycanda faciə – Əsgər yanına gedən ailə qəzaya düşdü – 2 ölü, 3 yaralı

Ucar rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların adları açıqlanıb.

Turkustan.info bildirir ki, bu barədə A24.az-a Ucar Rayon mərkəzi xəstəxanasının cərrahı Zahir Salahov məlumat verib. Yaralılar – Xaçmaz rayonu Şıxlar kənd sakinləri, 1981-ci il təvəllüdlü Məmmədova Yeganə Aydəmir qızı və onun oğlu, 2008-ci il təvəllüdlü Məmmədov İsmayıl Oqtay oğlu və Nərəcan kənd sakini, 1976-cı il təvəllüdlü Fətəliyev Füzuli Kəmaləddin oğludur.

Onlar müxtəlif bədən xəsarəti ilə Ucar rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ucar rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki,  “Niva” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobili toqquşub. Nəticədə iki nəfər ölüb, 3 nəfər ağır yaralanıb.