Bakı-Gəncə sürət qatarı niyə bahadır? – Qurbanov açıqladı

Bu gün Bakı-Gəncə sürət qatarı işə düşüb. Bu, çox uğurlu layihədir. Bəziləri deyirdilər ki, söz verilir, amma əməl edilmir. Biz söz də veririk, əməl də edirik.

Turkustan.info Report-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, qatarda xidmət yüksək səviyyədədir:

“Burada fərqli qiymətlər mövcuddur. Burada Biznes-klass yerlər var. Bu bir qədər bahalıdır, belə də olmalıdır. Burada insanlara seçim imkanı verilir. Yaxın vaxtlarda Wi-fi sistemi təkmilləşdiriləcək”.

C.Qurbanov qatarda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olduğunu vurğulayıb.

63 Baxılıb