Be. İyn 24th, 2019

Sabaha Bakı-Gəncə sürət qatarına 85 bilet satıldı

Bakı-Gəncə istiqaməti üzrə növbəti qatar dekabrın 30-da saat 09:00-da yola düşəcək.

Turkustan.info bildirir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən Modern.az-averilən məlumata görə, sabaha, ümumilikdə 85 bilet satılıb. 81 bilet standart, 4-ü biznes yer üçündür.

Səhərədək satılacaq biletlərin sayının artacağı gözlənilir.

Qeyd edək ki, standart yer üçün biletlərin qiyməti 15 manat, biznesdə 50 manat, birinci klasda 100 manatdır.