Be. İyn 24th, 2019

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə silsilə tədbirlər keçirilib

Abşeron rayon Mehdiabad qəsəbə məktəbində keçirilən konsertdə məktəbin xor kollektivinin ifasında “Yeni il” və “Azərbaycan” mahnıları, tar və qarmonçalanlar sinfi şagirdlərinin ifasında şən mahnllar, skripkaçılar sinfi şagirdlərinin ifasında “Vals” (D.Şostakoviç),  xanəndələr Ülvi Ağamalızadənin və Elvin Abdullayevin ifasında xalq və bəstəkar mahnıları maraqla dinlənilib.

Xızı Rayon Heydər Əliyev Mərkəzində bayram tədbiri keçirilib. Tədbirdə mədəniyyət müəssisələrinin kollektivləri geniş konsert proqramı ilə çıxış edib. Şaxta baba və Qar qızın gəlişi tədbirə xüsusi rəng qatıb. Qeyd edək ki, rayonun Uşaq Musiqi Məktabində, Sitalçay kənd klubunda da bayram şənliyi keçirilib.

Zəngilan rayon Bartaz kənd uşaq musiqi məktəbində keçirilən bayram tədbirində şagirdlərin ifasında Azərbaycan ritmləri, açq havaları, instrumental musiqilər səslənib. Fortepano şöbəsi və xor kollektivinin çıxışları da maraqla dinlənilib.

Şuşa Dövlət Rəsm Qalereyasında bayram münasibətil sərgi təşkil olunub. Sərgidə 30-a yaxın rəsm əsəri nümayiş olunub.

Qubadlı rayon F.Hüseynov adına Mahmudlu kənd Uşaq Musiqi Məktəbinin 30 illik yubileyi münasibəti ilə tədbir və bayram şənliyi keçirilib. Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçiləri Bayram Cəfərli, Süleyman Həsənzadə, Eldar Hüseynov, Sumqaıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin direktoru Samir Şəfiyev, Qubadlı rayon mədəniyyət müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə  məktəbin yaranma tarixi haqqında məlumat verilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli çıxış edərək məktəbin kollektivini təbrik edib, xoş arzularını çatdırıb, Sumqayıt Regional Mədəniyyət idarəsinin fəxri fərmanını təqdim edib. Tədbir konsert proqramı ilə davam edib. Konsertdə məktəbin xalq çalğı alətləri orkestrinin ifasında – Ü.Hacıbəyovun “Uvertura”sı, Şəbnəm Faiq qızının ifasında – “Bir xumar baxışlı”, Əfruz Atakişiyevanın ifasında – ”Peşman olarsan” mahnıları, müəllim və şagirdlərdən ibarət aşıq ansamblının ifasında-”Şahsevəni” havası, məktəbin məzunu Azər Allahverdiyevin ifasında – “Şur” muğamı, “Bərgüşad” folklor ansamblının ifasında – “Mahur” rəngi, məktəbin nağara çalanlar ansamblının ifasında  ”Azərbaycan ritmləri”, məktəbin V sinif şagirdləri Əminə Yaqut Nəsirlinin ifasında Tofiq Quliyevin “Popuri”, Məhəmmədəmin Nəsirlinin ifasında rus folklor mahnısı “İki gitara”, Məzahir Məmmədovun ifasında – “Dilkeş” təsnifi, Afiq Bayramovun ifasında – “Ad günü” rəqsi, məktəbin xor kollektivinin ifasında – ”Zəfər” himni maraqla qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti