Gün: Dekabr 30, 2018

Kətan toxumu, qaynar su… – Minlərlə manatınız cibinizdə qalacaq

1 həftədən sonra dərinizdəki cavanlaşma özünü göstərməyə başlayacaq. Dərinin tonusu dəyişəcək və dartılma müşahidə olunacaq. Bu prossedurla həm vaxta, həm də pula qənaət etmiş olunacaqsınız. Lazım olanlar: Kətan toxumu Qaynar su Salfet 1.q kətan toxumunun üzərinə 1/3 st. qaynar su əlavə edilir. Qarışdırılır və ağızı salfetlə örtülərək axşama kimi dəmlənilir. […]

Azay Quliyev QHT camiəsinə və seçicilərinə mesaj ünvanladı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev  Twitter səhifəsindən təbrik mesajı ünvanlayıb. Mesajda deyilir: “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2019-cu il münasibətilə bütün QHT nümayəndələrini, seçicilərimi və məni izləyən hər kəsi ürəkdən təbrik edir və hər birinizə bol ruzi-bərəkət və xoşbəxtlik arzulayıram. Qoy […]

Azərbaycanlı gənclər Ankarada təşkilat qurdu – AGAH

19 Oktyabr 2018-cı ildə Türkiyə Respublikası qanunvericiliyinə müvafiq olaraq rəsmən dövlət qeydiyyatına alınan Ankarada yaşayan azərbaycanlı gənclərin sivil təşkilatlanması yönündə fəaliyyət göstərəcək “Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi” (AGAH) Gənclər Təşkilatının Ümumi Yığıncağı keçirilib. Turkustan.info xəbər verir ki, ümumi Yığıncağın keçirilməsində əsas məqsəd təsis edildikdən sonra müvəqqəti İdarə Heyəti tərəfindən idarə edilən İctimai […]

MİLLİ PSİXOLOGİYAMIZIN TRAVMALARI ÜZƏRİNDƏ DÜŞÜNƏRKƏN…

I Yazı Azərbaycanlı niyə mala-mülkə hərisdir? Həmişə bir fikir vurğulanır ki, Azərbaycanlılar digər zövqlərdən yoxsundur, əksəriyyət etibari ilə ancaq mala-mülkə, var-dövlətə hərisdirlər. Bəlkə, kor-koranə ehkamçılığımıza ara verib, biraz düşünübbu halın kökünü araşdıraq. Diqqətlə araşdırsaq, bu davranışın son iki əsrin məhsulu olduğu qənaətinə gələ bilərik. Bəs görəsən soy-kök xüsusiyyətlərimizin təməlində dayanmayan, […]

Alimlər spirtli içkinin yeni faydasını aşkarladı

Alimlər ürək çatışmazlığı diaqnozu qoyulmuş yaşlı insanlarda ölüm riskinin azalması ilə mütəmadi, lakin az miqdarda spirtli içki qəbulu arasında əlaqə aşkarlayıb. Turkustan.info-nun məlumatına görə, bu barədə Vaşinqtonun Tibb Universitetinin mütəxəssislərinin araşdırmasında deyilir. Müşahidə xarakterli araşdırmada ürək-damar sisteminin pozuntuları olan 393 pasiyent iştirak edib. Məlum olub ki, həftədə yeddi dəfə və […]

Gənclərə şad xəbər: Karyera portalı yaradılacaq

Gənclərin peşə təhsilindən əmək bazarına inteqrasiyasının gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın hədəfləri sırasındadır. Turkustan.info bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, bu məqsədlə sənəddə bir sıra fəaliyyət istiqamətləri […]

Gürcüstan və Azərbaycandakı sürət qatarlarının MÜQAYİSƏSİ – Kim üstündür?

Dekabrın 29-da Bakı-Gəncə sürət qatarı hərəkətə başlayıb. Turkustan.info bildirir ki, bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bunun böyük tarixi əhəmiyyətə malik olduğunu bildirib: “Dəmiryolu infrastrukturunun inkişafı Azərbaycanda iqtisadiyyatın, turizmin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. İnsanların rahatlığını, təhlükəsizlyini və vaxt itkisinin qarşısının […]

Putindən Paşinyana tərs sillə – Bu dəfə Sərkisyanı…

Rusiya Prezidenti Vladimir Putin Yeni il münasibətilə Ermənistanın üçüncü prezidenti Serj Sərkisyana təbrik məktubu ünvanlayıb. Turkustan.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Rusiya prezidenti bir sıra sabiq prezidentləri, o cümlədən, Ermənistanın keçmiş prezidentini təbrik edib. Qeyd edək ki, daha əvvəl Putin hazırda həbsdə olan Ermənistanın […]

Qarabağ erməniləri Köçəryana azadlıq istədi

Qondarma Dağlıq Qarabağ parlamentinin fraksiyaları Robert Köçəryan barəsində qəbul edilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini tələb edirlər. Turkustan.info xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Məlumata görə, qondarma rejimin parlament fraksiyalarının çıxış etdiyi bəyanatda Robert Köçəryanın iki erməni dövlətinin yaradılmasına verdiyi töhfələrin nəzərə alınaraq barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə çağırış edilib. Xatırladaq […]

Bayram günü hava necə olacaq? – PROQNOZ

Dekabrın 31-i ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Temperatur 3-5 dərəcə olacaq. Yuxarı Qarabağ: Xankəndi, Xocavənd, Zəngilan, Qubadlı, Şuşa, Xocalı, Laçın, həmçinin Daşkəsən, Gədəbəydə bəzi yerlərdə qar yağacağı gözlənilir. […]

Rusiyanın “Qiyamət silahı” ABŞ-ı sular altında qoyacaq

Rusiyanın “Poseydon” atom sualtı dronu “Qiyamət silahı” adlandırılıb. Turkustan.info xəbər verir ki, bu barədə “Daily Express” yazıb. Məlumata görə, rus ordusunun ixtiyarında olan bu silah 300 fut böyüklüyündə sunami dalğaları yarada bilər. Belə güc isə bir çox iri ABŞ səhərlərini sular altında qoyaraq xəritədən silməyə kifayətdir. Xatırladaq ki, sözegedən silah […]

Filmlərdə görürdük, amma artıq gerçək olur: “Uçan taksi”lər xətdə çıxır – FOTO

Avstraliyada Mülki Aviasiya Təhlükəsizliyi Təşkilatı “uçan taksi” xidmətlərinin “Uber” kimi beynəlxalq şirkətlər tərəfindən ölkələrinə gətirilmə planlarının olduğunu və 5 il içində həyata keçirilə biləcəyini açıqlayıb. Turkustan.info bu barədə Türkiyənin “Sözcü” qəzetinə istinadən xəbər verir. Avstraliyanın hava məkanını nəzarətdə saxlayan bu təşkilat, böyük şəhərlərdə və iş mərkəzlərinin olduğu bölgələrdə “uçan taksi” […]

ABŞ-dan Türkiyəyə səfər- Gülənin ekstradisiyası reallaşır…

Türkiyənin Ədliyyə alanya Escort naziri Əbdülhəmid Gül “CNN Türk”də qatıldığı proqramda FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ABŞ-dan ekstradisiyası haqqında danışıb. Turkustan.info xəbər verir ki, nazir ABŞ tərəfi ilə bu barədə razılıq əldə olunacağına ümid etdiyini deyib. “Bu yaxınlarda ABŞ rəsmiləri bu məsələ ilə bağlı Türkiyəyə gələcəklər. Hüquqi yardım çərçivəsində müzakirələr […]

Tərləmək hansı xəstəliklərin əlamətidir?

Tərləmə bədən səthində yerləşən tər vəziləri tərəfindən duzlu mayenin ifrazına deyilir. Bu orqanizmin normal fizioloji funksiyasıdır. Onun əsas vəzifəsi bədən səthini soyuq saxlamaq və hərarəti tənzimləməkdir. Bununla yanaşı tər vasitəsilə bədən şlaklardan təmizlənir. Tərləmənin səviyyəsi insanda olan tər vəzilərinin sayından asılıdır. Bəzi insanlarda digərlərindən daha çox tər vəziləri ola bilər […]

Mədət Quliyev veloyürüşdə – FOTOLAR

Dekabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Velosiped İdman Klubunun təşkilatçılığı, Heydər Əliyev Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF), Respublika Olimpiya Velosiped Məktəbinin, Gənc Velosipedçilər İctimai Birliyinin və Azərbaycan Əlil Velosipedçilər Klubunun dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Gücümüz həmrəyliyimizdir” devizi altında kütləvi veloyürüş keçirilib. Turkustan.info xəbər […]

Azərbaycanda qatar avtomobillə toqquşdu

Yevlaxda qatar qəzaya uğrayıb. Sərnişin qatarı ikiyollu nəqliyyat vasitəsi – “friLiner”lə (ikiyollu daşıyıcı tez zamanda üstqurmaların dəyişməsini təmin edən, dəmir yollarında texniki xidmət işlərini, elektrik xəttlərinin təmiri və hündürlükdə həyata keçirilən işlər üçün universal nəqliyyat vasitəsi) ilə toqquşub. Qəza nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır.  […]

Kürdəmir kafelərində milçəkli şokolad, qırıq çayniklər.. – RƏSMİLƏR nə deyir? – FOTOLAR

Hazırda paytaxtda, respublika ərazisinin müxtəlif yerlərində, xüsusilə rayonlara gedən yolların üstündə çox sayda kafe və restoranlar fəaliyyət göstərir. Bunların içərisində ən “şanlıları” isə Kürdəmirdəki dayanacaqlardadır. Uzun məsafə qət edərək rayonlara üz tutan vətəndaşlar yolüstü fasilədə məhz burada dayanırlar. Menyuda milçəkli çaydan tutmuş, baş çatladan tualet qoxusuna qarışmış kababa qədər hər […]

Rusiya Nikolu bağışlamır: Bakı üçün mühüm fürsət

Ermənistanı qarşıda olduqca çətin günlər gözləyir. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Ələsgərov deyib. “Paşinyanı ta əvvəldən ciddi fiqur kimi qəbul etməyən Moskva indi də bu ənənəsinə sadiq qalır. İrəvan xarici siyasətdə yol verdiyi səhvləri asan düzəldə bilməyəcək. Yeganə müttəfiqi Rusiyanı itirməsi Ermənistan üçün yaxşı heç nə […]

Türkiyənin ilk milli qırıcısından möhtəşəm zərbələr – Video

Türkiyənin milli istehsalı olan HÜRKUŞ-C-nin ilk uçuşu həyata keçirilib. Turkustan.info xəbər verir ki, özünümüdafiə qabiliyyətinə malik təyyarə uğurla sınaqdan keçirilib və müəyyən edilən hədəflərə zərbələr endirilib. Silahlandırılan HÜRKUŞ-C-nin 3 fərqli variant üzərində inkişaf etdirilməsi prosesi aparılır. Qeyd edək ki, daha öncə Türkiyənin 2023-cü ildə milli istehsalı olan qırıcı təyyarə buraxacağı barədə […]

Qarabağla əlaqələriniz haqda raport yazın… – Kiyevdən əmr

Ukraynada Təhlükəsizlik Xidmətinin əməkdaşlarına Rusiya, ilhaq edilmiş Krım, Donetsk, Luqansk, Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ separatçı bölgələri ilə hər hansı əlaqələrinə dair raport yazmaq əmr edilib. Turkustan.info Virtualaz.org-a istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsak bütün əməkdaşlara müvafiq anketi doldurmalarını və şəxsi əlaqələri barədə informasiyaları göstərməyi […]