Azay Quliyev QHT camiəsinə və seçicilərinə mesaj ünvanladı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev  Twitter səhifəsindən təbrik mesajı ünvanlayıb. Mesajda deyilir:

“Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2019-cu il münasibətilə bütün QHT nümayəndələrini, seçicilərimi və məni izləyən hər kəsi ürəkdən təbrik edir və hər birinizə bol ruzi-bərəkət və xoşbəxtlik arzulayıram. Qoy 2019-cu il xalqımız və dövlətimiz üçün ən uğurlu il olsun!”