Ç. İyn 19th, 2019

Filmlərdə görürdük, amma artıq gerçək olur: “Uçan taksi”lər xətdə çıxır – FOTO

Avstraliyada Mülki Aviasiya Təhlükəsizliyi Təşkilatı “uçan taksi” xidmətlərinin “Uber” kimi beynəlxalq şirkətlər tərəfindən ölkələrinə gətirilmə planlarının olduğunu və 5 il içində həyata keçirilə biləcəyini açıqlayıb.

Turkustan.info bu barədə Türkiyənin “Sözcü” qəzetinə istinadən xəbər verir.

Avstraliyanın hava məkanını nəzarətdə saxlayan bu təşkilat, böyük şəhərlərdə və iş mərkəzlərinin olduğu bölgələrdə “uçan taksi” layihəsinin həyata keçirilməsinə başlanılacağını açıqlayıb.

Milyonlarla dollar dəyərində olan bu layihəni həyata keçirməyə hazır olan Mülki Aviasiya Təhlükəsizliyi Təşkilatının sözçüsü Peter Gibson bildirib ki, layihə dünyada bir ilkdir.

 

Gibson bildirib ki, “Uber” şirkəti layihənin həyata keçirilməsi üçün artıq təşkilata müraciət edib: “Şirkət artıq qurumumuza müraciət edib və irəli sürdüyümüz şərtlərin əksəriyyəti ilə razılaşıb”.

“Uçan taksi” layihəsinin maraqlı tərəfi isə onun ucuz başa gəlməsindədir. Eynilə helikopter kirayəsində olduğu kimi aparılan proses, müştərilərə daha uyğun qiymətlərlə xidmət göstərməyə imkan yaradacaq.

Belə ki, nəqliyyat idarəetmə sistemi tərəfindən nəzarətdə saxlanılan elektrikli təyyarələr istehsal ediləcək və müştərilər bu təyyarələr sayəsində aldıqları xidmət üçün helikopter kirayəsinə verdikləri pulun yarısı qədər pul ödəyəcəklər.

Şirkət rəsmisi “Uber” tərəfindən həyata keçiriləcək layihədə elektrikli təyyarələr üçün ayrıca pilotların olacağını və təhlükəli məqamlarda kənardan müdaxilə edilə biləcəyini də deyib.

Bundan başqa qeyd edək ki, artıq beynəlxalq şirkət olan “Uber”ə alternativ olacaq daha bir şirkətin yaradılması üçün NASA ilə anlaşma imzalanıb.   /Musavat.com/

Paylaşılıb
CrestaProject