Be. İyn 24th, 2019

Gürcüstan və Azərbaycandakı sürət qatarlarının MÜQAYİSƏSİ – Kim üstündür?

Dekabrın 29-da Bakı-Gəncə sürət qatarı hərəkətə başlayıb.

Turkustan.info bildirir ki, bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bunun böyük tarixi əhəmiyyətə malik olduğunu bildirib:

“Dəmiryolu infrastrukturunun inkişafı Azərbaycanda iqtisadiyyatın, turizmin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. İnsanların rahatlığını, təhlükəsizlyini və vaxt itkisinin qarşısının alınmasını təmin etməklə yenu xətlər regionların inkişafına da güclü dəstəkdir. Müasir texnologiyaların ölkəmizdə tətbiqi həm də ölkınin iqtisadi qüdrətini artırır. Ona görə də, Azərbaycan Dəmir Yollarının yeni istismara verdiyi Bakı-Gəncə sürətli qatarı ölkəmizdə sərnişin daşımasında yeni bir səhifədir. Bu səhifə müasir texnoji və innovativdir”.

T.Mirkişili qiymət baxımından sürət qatarını qonşu Gürcüstandakı sürət qatarı ilə müqayisə edib:

“İsveçrənin “Stadler” şirkətinin istehsalı olan Bakı-Gəncə sürətli qatarı 364 kilometr məsafəni hələlik 4 saat 30 dəqiqəyə qət edir. Standart yerlər 15 manat, biznes klass 50 manat,  biznes yerlər 50 man, birinci klass yerlər isə 100 manatadır.

Eyni şirkətin istehsalı olan Tibilisi-Batumi sürətli qatarı 343 kilometr məsafəni  5 saata stanadrt yerlər 30 manat,  biznes yerlər 60 manat olmaqla qət edir. Həqiqət müqayisədə bilinir. Bu səbəbdən Azərbaycan Dəmir Yollarını təbrik edib dəstəkləmək lazımdır”.