Qarabağ erməniləri Köçəryana azadlıq istədi

Qondarma Dağlıq Qarabağ parlamentinin fraksiyaları Robert Köçəryan barəsində qəbul edilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini tələb edirlər.

Turkustan.info xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Məlumata görə, qondarma rejimin parlament fraksiyalarının çıxış etdiyi bəyanatda Robert Köçəryanın iki erməni dövlətinin yaradılmasına verdiyi töhfələrin nəzərə alınaraq barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə çağırış edilib.

Xatırladaq ki, Robert Köçəryan dekabrın əvvəlində həbs edilib.  /Axar.az/

41 Baxılıb