Ça. İyn 25th, 2019

Rusiya Nikolu bağışlamır: Bakı üçün mühüm fürsət

Ermənistanı qarşıda olduqca çətin günlər gözləyir.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Ələsgərov deyib.

“Paşinyanı ta əvvəldən ciddi fiqur kimi qəbul etməyən Moskva indi də bu ənənəsinə sadiq qalır. İrəvan xarici siyasətdə yol verdiyi səhvləri asan düzəldə bilməyəcək. Yeganə müttəfiqi Rusiyanı itirməsi Ermənistan üçün yaxşı heç nə vəd etmir. Bu, Nikolun ikili siyasətinin nəticəsidir”, – ekspert bildirib.

Politoloq qeyd edib ki, Ermənistana verilən qazın qiyməti ilə bağlı uzun müddətdir aparılan müzakirələrin nəticəsiz qalması iki məqamdan xəbər verir:

“Birincisi, Rusiya forpostuna maddi və mənəvi dəstəyini tamamilə azaldaraq, onu əvvəki kimi müdafiə etməyəcək. Bu isə Ermənistanın regionda təklənməsi deməkdir. İkincisi, Moskva Paşinyanı heç vaxt ciddi fiqur kimi qəbul etməyəcək. Beləliklə, Rusiya-Ermənistan münasibətlərində uçurum dərinləşəcək. Zənnimcə, Bakı bu prosesləri diqqətlə izləməli və yaranmış fürsəti mütləq dəyərləndirməlidir”.