Ça. İyn 25th, 2019

Bu gecə metro saat 2-yə qədər işləyəcək

Bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışır 

Turkustan.info xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilib. 

“Şəhərin məkrəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçirildiyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunub. Zərurətdən asılı olaraq, xəttə verilmək üçün ehtiyat qatarlar da nəzərdə tutulub. Bundan savayı, dekabrın 31-dən yeni il yanvarın 1-nə keçən gecə paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, gecə saat 02:00-a kimi Bakı Metropoliteninə giriş açıq olacaq”,- deyə “Bakı Metropoliteni” bəyan edib.  /Modern.az/