Yeyib-içməyə dəvət etdilər, sonra da bıçaqladılar – Göygöldə

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

Turkustan.info xəbər verir ki, hadisə rayonun Zurnabad kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Elşən Abbasov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb və vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Polis tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, Elşən Abbasov yaşadığı kənddə həmyaşıdları ilə birlikdə dəvət olunmuş qonaqlıqda olub.

Qonaqlıqda yeyib-içən tanışlar arasında mübahisə yaranıb.

Mübahisə zəminində Elşən Abbasov orada tanışlarından biri tərəfindən bıçaqlanıb.

Faktla bağlı Göygöl rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.  /Teleqraf.com/

60 Baxılıb