Be. İyn 17th, 2019

İl: 2018

Paşinyan Putini Yerevana çağırdı

Paşinyan Rusiya ilə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanı partiyasında seçkilərdə qalib gəlməsi münasibəti ilə təbrik edib və bütün planları reallaşdırmaqda uğurlar arzulayıb.

Turkustan.info xəbər verir ki, Paşinyanı Moskvada qəbul edən Putin Ermənistanla əlaqələrin dinamikasını saxlamaq lazım olduğunu qeyd edib.

Paşinyan isə öz növbəsində Rusiya ilə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib, həmçinin Rusiya prezidentini 2019-cu ildə Ermənistana rəsmi səfər etməyə çağırıb.   /sputnik.az/ 

Məhkəmə Təranə Səmədova ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə davam etdirilib.

T. Səmədovanın vəkili Janna Bağırova Oxu.Az-a açıqlamasında deyib ki, prosesdə hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində azyaşlı uşaq olduğu üçün onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət qaldırıb.

Ancaq məhkəmə vəsatəti təmin etməyib.

Hakimlər Kollegiyası cinayət işinin qapalı məhkəmədə qismən istintaqla aparılması haqqında qərar qəbul edib.

Məhkəmə baxışı yanvarın 8-də davam etdiriləcək.

Qeyd edək ki, T.Səmədova da barəsində bəraət çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.

Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T.Səmədova bir il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb.

O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Elə bilirdim ki, çoxlu pulum olanda… – Amerikanın ən nüfuzlu azərbaycanlı iş adamı ilə MÜSAHİBƏ

Onu heç nə ilə təəccübləndirmək mümkün deyil. Özünün də dediyi kimi, ən bahalı hotellərdə də, quru yerdə də yatıb. Biznesini sıfırlayıb yenidən daha böyük uğurlara imza atıb. Müsahibim Amerikanın ən nüfuzlu gənc iş adamlarından biri, Bakıda doğulub böyüyən Əmir Allahverdidir. Əmirin qurduğu sərmayə və İT şirkətləri bu gün dünyanın ən qabaqcıl brendləri ilə rəqabət aparır. Əmir həmçinin, sağlam həyat tərzinə üstünlük verir. Fit görkəmi ilə idmançılar üçün də nümunədir.

– Əmir, demək olar ki, eyni dövrün uşaqlarıyıq. Məncə, çox gözəl illər idi…

– Çox qəribədir. İnsan uşaq olanda böyümək istəyir. Böyüyəndə də uşaqlığına geri qayıtmaq üçün hər şeyini verməyə hazır olur. O vaxtlar indiki bolluq yox idi, amma biz yenə də xoşbəxt idik. Bir-birimizə sms yazmırdıq, saatlarla internet qarşısında vaxtımızı öldürmürdük. Pəncərələrimizə yaxınlaşıb qışqırırdıq ki, Bəhram, həyətə düş, oynayaq. Anamız çörək almağa göndərəndə isə, evə qayıda-qayıda yarısını yeyib bitirirdik. Yadınızdadır, “Turbo”, “Love is” saqqızları?

– Əlbəttə.

– O saqqızlardan çıxan yapışqanları toplayırdım. Xüsusən də maşın şəkillərini… Əminəm ki, bunu hamımız edirdik (gülürük).

– Və o maşın yapışqanları yığan uşaq bu gün dünyanın ən nüfuzlu İT şirkətinin sahibidir.

– Bəli. Bu şirkət qardaşımla qurduğumuz biznesin bir qoludur. Məlumatın sürətli ötürülməsi üçün SSD drayvlar istehsal edirik. Bu işdə yeganə rəqibimiz “Samsung” şirkətidir.

– Amerikaya köçmək qərarınız nə ilə bağlı idi?

– Atam hökmlü insandır. Bir gün dedi ki, sən Amerikaya getməlisən. Hətta orada ömürlük yaşayacağımı, bəlkə heç vaxt geri qayıtmayacağımı da gözə aldı. Qətiyyən getmək istəmirdim, amma təyyarənin uçmağına cəmi 3 saat qalmış əşyalarımı yığıb aeroporta gəldim. Mühacir həyatı çox çətindir. Quru yerdə yatdığım günlər də olub. Amma əminəm ki, hər kəs sıfırdan başlayıb istənilən biznesdə uğur qazana bilər.

– Müsahibələrinizin birində atanızla bağlı alışmadığımız xatirənizi bölüşmüsünüz. Bəlkə bizim oxucularımıza da danışaq bu haqda?

– Mən dərslərini yaxşı oxuyub, evdən çıxmayan sakit uşaq deyildim. Günüm dostlarımla küçələrdə keçirdi. Bu isə valideynlərimi təngə gətirirdi. Bir dəfə gecə evə qayıtdım. Atam mənimlə çox ciddi söhbət elədi. Dedi ki, bu gündən sonra maddi cəhətdən məni təmin etməyəcək və artıq evdə yediyim yeməyə görə də pul ödəməli olacam. Çox qəribə hisslər keçirdim, amma işimi qurmaq üçün bu, mənə stimul verdi.

– Gənc, kifayət qədər də uğurlu biznesmensiniz. Bəlkə zirvələri fəth etməyin yolunu bizə də öyrədəsiniz?

– Sıfırdan başlamaqdan heç vaxt qorxmayın. Bir müddət başqa sahələrdə işləyib pul qazanmaq bahasına olsa belə xəyallarınızdakı iş üçün sərmayə yığın. Əlinizdə olanlarla kifayətlənməyin, rahatlaşmayın. Bilirsiniz də, zirvəyə qalxanadək, nəfəsiniz də kəsiləcək, ayaqlarınız da büdrəyəcək, soyuqdan əlləriniz də donacaq. Amma zirvənin ləzzəti hər şeyi unutduracaq.

– İdmançıların prodüserliyi ilə də məşğulsunuz. Kimlərlə çalışırsınız?

– Taleyinə biganə qalmadığım idmançıların prodüserliyini üzərimə götürüb onlara kömək edirəm. İndi Rusiyanın qaydasız döyüşçülərinin assosiasiyası idmançılarının Amerikada tanıdılması üçün bizə müraciət edib. Mən istənilən işə başlayanda yalnız maksimal uğuru gözə alıram. Odur hələ ki, idmançıları da, özümü də bu yolda sınayıram. Çünki hər iki tərəfdən 100 faiz əmin olmalıyam. Hazırda isə UFC, Bellator kimi turnirlərdə iştirak edirəm. Bu biznesin inkişafı üçün bütün vacib şərtlərlə tanış oluram.

– Özünüzü növbəti uğurlara necə ruhlandırırsınız. Ümumiyyətlə, bir az motivasiya üsullarınızdan danışın…

– Uğur əldə edən insanlarla görüşürəm, onların müsahibələrini dinləyirəm. Ətrafıma məndən daha yaxşı, daha uğurlu, hətta əldə etdiklərindən də artığına nail olmaq istəyən insanları toplayıram. Həmçinin özüm də nümunə olmağa çalışıram. Olimpiya və dünya çempionları ilə birgə məşq edirəm. Bu güclü insanlar uduzmağı sevmirlər, yalnız irəli addımlayırlar.

– Mənəvi gücünüz qədər fiziki hazırlığınız da diqqətimi çəkdi. Elə bu yaxınlarda Amerika mediasında yayılan videonuzla hətta hərbçilərə meydan oxudunuz…

– Bəli, sağlam həyat tərzi sürürəm. Həmin videoda isə 24 kq yüklə 10 dəfə dartındım. Bu, Amerikanın hərbi hava qüvvələrinin əsgərlərinin maksimal normatividir.

– Cibimiz boşaldıqca, ətrafımız da boş qalır. Oxşar vəziyyətə düşmüsünüz?

– Yaradana şükür olsun ki, belə duruma düşməmişəm. Biznes elə sahədir ki, enişini-yoxuşunu öncədən müəyyən edə bilmirsən. Dəfələrlə hər şeyi sıfırlayıb yenidən başlamışam. Yaxın dostlarım barmaqla sayılacaq qədərdir, amma heç vaxt mənə xəyanət etməyiblər.

– Bəs hansı cəhətlərimiz bizi uğura aparır?

– Güclü iradə, inadkarlıq, məsuliyyət, ən əsası öz səhvlərini görmək bacarığı. Özünüzü nə qədər tənqid etsəniz, bir o qədər sürətlə uğura addımlayacaqsınız.

– Əsl sevgini pulla almaq mümkündür?

– Təbii ki, yox. Əvvəl düşünürdüm ki, çoxlu pul qazanacam, sonra evlənmək asanlaşacaq. Amma indi anlayıram ki, yanılmışam. Təsəvvür edin ki, sevdiyiniz insanla bütün çətinlikləri birgə keçəndən sonra rahat həyatı dadırsınız. Kasıblıqla sınanmış sevgi daha möhkəm olur.

– Sizcə dünyamızda hər kəs eyni hüquqa sahib olmalıdır?

– Amerikada belə bir deyim var: “Bir insanın hüquqlarının bitdiyi nöqtədə digərinin hüquqları başlayır”.

– Bəs necə düşünürsünüz, ətrafımızdakı hər kəsə yardım etməyə məcburuq?

– Düşünürəm ki, bəli. İmkanınız varsa, yaxşılıq etməkdən çəkinməyin. Amma sadəcə pul verməyin, qazanmağın yollarını da öyrədin. Bu, onun sizdən asılılığının qarşısını alacaq, özü də həyatda nəyəsə nail ola biləcək.

– Amir Allahverdi üçün gözəllik idealı var?

– Bəli… Anam… O, mənim üçün gözəllik idealıdır.   /publika/

Putinin “Uçan Kreml”i — Dünyanın ən lüks təyyarəsi – FOTOLAR

Rusiya prezidenti Vladimir Putinin 390 milyon dollar dəyərində olan təyyarəsinin fotoları üzə çıxıb.

Turkustan.info xəbər verir ki, “Uçan Kreml” adlı təyyarəni xəstə bir gənc lentə alıb.

Arslan Kaipkulov adlı 15 yaşlı rusiyalı xəstə gəncə arzusuna çatmaq üçün “İlyushin II-96-300” təyyarəsinə girməyə icazə verilib. Putin xəstəliklə mübarizə aparan Arslana bir kamera hədiyyə edib və təyyarəni gəzməyinə icazə verib. Kaipkulovun sayəsində Putinin qızıl işləməli tualeti, xüsusi şərab anbarını, iki nəfərlik yatağını və idman salonu olan təyyarəsinin içini görmək mümkün olub.
Amma Arslana təyyarənin gizli bölmələrinə girməyə icazə verilməyib.   /Ölkə.Az/

Azərbaycanda bu televiziyanın lisenziyası ləğv edildi

Dekabrın 27-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan  bildiriblər ki, iclasda “Türkel TV” MMC-yə regional televiziya yayımı üçün (Tovuz rayonu) verilmiş lisenziyaya Cəmiyyətin rəsmi müraciəti əsasında xitam verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda, iclasda hüquqi şəxsin yenidən təşkil edilməsi ilə əlaqədar olaraq “REGİON TV” MMC-yə ümumrespublika televiziya yayımı üçün verilmiş 2014-cü il 14 mart tarixli və “Türkel TV” MMC-yə ümumrespublika televiziya yayımı (Xəbər) üçün verilmiş 2017-ci il 27 dekabr tarixli lisenziyaların “ARB 24” MMC-nin adına rəsmiləşdirilməsi barədə qərar qəbul olunub.     /Axar.az/

Paşinyan Qarabağ klanı ilə SON DÖYÜŞDƏ

Ermənistanın eks-prezidenti Robert Koçaryanın barəsində çıxarılmış həbs qərarının dəyişdirilməsi ilə bağlı Kassasiya Məhkəməsinə müraciət edilib.Hazırda həbsdə saxlanılan sabiq prezidentin vəkillərinin verdiyi məlumata görə, kassasiya şikayəti 107 səhifədən ibarətdir. Xatırladaq ki, Robert Koçaryan 2008-ci il martın 10-də dinc kütləvi aksiyanın gülləbaran edilməsinə əmr verməkdə və dövlətin konstitusion əsaslarını güc yolu ilə dəyişdirməkdə ittiham edilir. 

Siyasi müşahidəçilərin rəyinə görə, R. Koçaryanın azadlığa buraxılması Ermənistanda siyasi vəziyyəti yenidən dəyişə bilər.Çünki aprel ayında Serj Sarkisyanın “məxməri inqilab” yolu ilə devrilməsindən sonra Qarabağ klanı başsız qalmış vəziyyətdədir.Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın qabaqlayıcı addım atıb Robert Koçaryanı həbs etdirməsi Qarabağ klanını ikinci prezidentin ətrafında cəmləşdirmək imkanından məhrum edib. Lakin adıçəkilən klan hakimiyyətdən uzaqlaşsa da maliyyə və hərbi resurslara malikdir. Onların əsas problemi daha çox lider çatışmazlığı ilə bağlıdır.Bu baxımdan, Qarabağ klanı Serj Sarkisyandan daha güclü təsir bağışlayan R.Koçaryanın azadlığa çıxmasına çalışır.Əgər məhkəmə R.Koçaryana bəraət verərsə, o zaman Qarabağ klanı və radikal siyasi qüvvələr parlamentdən kənar siyasi müxalifət formalaşdırmaq üçün toparlanmağa çalışacaq. Bu isə Paşinyan hökumətinə qarşı ölkədə Rusiya tərəfindən dəstəklənən yeni siyasi güc mərkəzinin yaranmasına səbəb ola bilər. Bu təhlükəni görən N.Paşinyan Qarabağ klanına təzyiqləri artırmaqla alternativ qüvvələri neytrallaşdırmağa çalışır.Mövcud ziddiyyət isə özünü daha çox N.Paşinyan hökuməti ilə Dağlıq Qarabağdakı separatçı rejim arasında qarşıdurmanın artmasında göstərir.Hazırda qeyd edildiyi kimi Serj Sarkisyan siyasi reytinqini tamamilə itirib.Robert Koçaryan da həbsdədir.Ona görə də Qarabağ klanının Paşinyana qarşı müqavimət mərkəzinin başında daha çox işğalçı rejimin rəhbəri Bako Saakyan ön planda görünür.Bako Saakyan özünü neytral mövqedə göstərməyə çalışsa da Paşinyana qarşı müxalifət üçün istinad divarı rolunu oynayır. Bu da “məxməri inqilab”ın lideri ilə separatçıların başçısı arasında “soyuq müharibə”nin yaranması ilə müşahidə olunur. Nikol artıq hakimiyyətini möhkəmlətdiyi üçün Qarabağ klanının son qalığı kimi Bako Saakyanı da devirməyi qarşısına məqsəd qoyub.Bako Saakyanla Ermənistanın hazırkı baş nazirinə tabe olmaq istəməməsi ona qarşı hücumlarla nəticələnir.Son günlər Xankəndidə Saakyan rejiminə qarşı etiraz aksiyalarının başlamasına dair məlumatlar da bu təzyiqin göstəricisidir.

Ermənistanda sosial şəbəkələrdə yer alan xəbərlərdə Xankəndini yenidən etiraz dalğasının bürüdüyü bildirilir. Bir neçə gündür şəhərin mərkəzi küçələrində müxtəlif təbəqələrdən olan əhalinin iştirakı ilə mitinqlər, etiraz aksiyaları və yürüşlər keçirilir.

Rəsmi İrəvan müxtəlif bəhanələrlə xüsusi təyinatlı dəstələri Xankəndiyə göndərsə də, görülən tədbirlər Ermənistan ictimaiyyətindən gizlədilir. Xəbərlərdə qeyd edilir ki, görünür, Nikol Paşinyan İrəvanda nail olduğu məqsədinə burada da çatmaq və “Qarabağ klanı”nı hakimiyyətdən birdəfəlik uzaqlaşdırmaq fikrindədir.

Eksperlərin fikrincə, hadisələrin belə inkişafı tezliklə Ermənistan və Qarabağ erməniləri arasında siyasi qarşıdurmanı dərinləşdirəcək.Bako Saakyan isə hələlik xarici ölkələrə səfər etməklə öz mövqeyini daha çox diasporanın dəstəyi ilə qoruyub saxlamağa çalışır.Ermənistanda “məxməri inqilab”a dəstək vermiş diasporanın Nikol Paşinyana təsir imkanları genişdir.Bu baxımdan, B.Saakyan xaricdə yaşayan ermənilərin vasitəsilə Paşinyandan qorunmaq taktikası seçib.   /Cebhe.info/

Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınır

Yaxın günlərdə Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat veriblər.

“Stadler” şirkətinin istehsalı olan qatar 159 kilometr/saat sürətlə hərəkət edəcək. Sərnişinlər VIP və biznes sinif vaqonlardan istifadə edə biləcək. Hər bir vaqon kiçik mətbəx, soyuducu və simsiz internetlə təchiz olunub.

Qeyd edək ki, Bakı ilə Gəncə arasında məsafə avtomobil yolu ilə 372 kilometr təşkil edir.

İlham Əliyev 2 sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

“ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Mehdiyev Ülvi Ramiz oğlu

Batıyeva Labidə Həsən qızı

Cəfərli Azad Məhyəddin oğlu

Cəfərov Elxan Müsafir oğlu

Hüseynova Nazənin Şahin qızı

İsayev Elman Rəhman oğlu

Orucov Novruz Elman oğlu

Sabirli Ramal Seyidbaba oğlu

Salmanov Ceyhun Akif oğlu

Zeynalova Zərnigar Vasif qızı

“Tərəqqi” medalı ilə

Cəfərov Elvin Rasim oğlu

Cəfərov Fariz Tahar oğlu

Elçiyev Rüfət Vaqif oğlu

Əliyev Əbdül Nəcəf oğlu

Fətullayev Murad Həsən oğlu

Hacıyev Cahangir Qəhrəman oğlu

Hətəmov Xətai Sevindik oğlu

Hüseynli Lalə Məhərrəm qızı

Xəlilova Ulduzə Tofiq qızı

Xudaverdiyev Məhəmmədəli Bayram oğlu

Qarayev Fuad Firdovsi oğlu

Qasımov Adil Nazim oğlu

Mehtiyeva Nərmin Tərlan qızı

Muxtarov Vidadi Babaxan oğlu

Musavi Emin Qabil oğlu

Mustafazadə Turqud Ramiz oğlu

Tağı-zadə Tağı Xalid oğlu.

***

Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4,0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.   /Axar.az/

Mübariz Mənsimov yeni gəmisinə Rəsulzadənin adını verdi – FOTO

«Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!».

Turkustan.info xəbər verir ki, bu misranı Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov şəxsi İnstagram hesabında payalaşaraq yeni müjdəli xəbəri izləyicilərlə bölüşüb. O, bildirib ki, mart ayından etibarən Məmməd Əmin Rəsulzadənin adını daşıyan gəmi sularda üzməyə başlayacaq:

“Ürəyi Azərbaycanla döyünən, son nəfəsində belə bu gözəl sözlə fani dünyaya gözünü yuman, ancaq əsəri olan Cümhuriyyəti bizə miras buraxan Məmməd Əmin Rəsulzadəni unutmadıq. Azərbaycanın 100 illiyi şərəfinə 21 martda təhvil alacağımız yeni gəmimiz məhz bu böyük şəxsiyyətin adını daşıyacaq. “Palmali”nin idarə heyəti bu təklifimi dəstəklədi və qəbul etdi. Çox sevinirəm ki, Azərbaycanın böyük şəxsiyyətlərinin adlarını daşıyan gəmilərimiz arasında Rəsulzadə ismi də olacaq. «Türkəm, bu cəhətdən özümü xoşbəxt hiss edirəm!» deyən böyük şəxsiyyət adını Türk Dünyasına qızıl hərflərlə yazdırıb. Onu unutmadıq, unutmayacaq, unutdurmayacağıq. Keçmişini unudanın, sayğı duymayanın gələcəyi də olmaz. Biz fəxr edirik ki, şanlı tariximiz, parlaq gələcəyimiz var. Yeni gəmimiz xeyirli-uğurlu olsun! Bütün Türk dünyasına”.   /A24.Az/

Hüseyn Əzizoğlu “Qarabağ”a görə təhqir edildi – İntim yerinə… (VİDEO)

Vayner Hüseyn Əzizoğlu daha bir qalmaqallı videoyla sosial şəbəkə izləyicilərinin narazılığına səbəb olub.

Turkustan.info-nun məlumatına görə, bəzi izləyicilər hətta vayneri sərt şəkildə tənqid ediblər:

“Sən bu ad uğrunda onminlərlə şəhid ver, div kimi oğlanlar canından keçsin. Amma Baxışov Hüseyn Əziz oğlu adlı bir tula gəlib reklam xatirinə Qarabağ sözünü ayıb yerlərinə tutsun”.

Qeyd edək ki, bu, H.Əzizoğlunun qalmaqala səbəb olan ilk videosu deyil.

/Dərgi.az/

“Strateji Menecment Məktəbi” layihəsi keçiriləcək

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Strateji Menecment Məktəbi” layihəsi keçiriləcək.

Layihənin əsas məqsədi ölkəmizdə gənclərin biznes, iqtisadiyyat, xüsusən də idarəçilik sahəsində inkişaf etməsi və gənclərin bu sahə ilə bağlı maariflənməsidir. Layihənin benefisiarları 16 – 29 yaş arası gənclər, gənc startapçılar, menecerlər, ali təhsil müəssisəsinin tələbələri, biznesin idarə olunması, idarəçilik, iqtisadiyyat ixtisaslarının məzun və tələbələridir. Layihə 3 ay müddətində davam edəcək və iki mərhələdən ibarət olacaqdır. İlkin mərhələdə gənclərə rəhbərin bilməli olduğu müxtəlif mövzularda peşəkar, təcrübəli təlimçilər tərəfindən təlimlər keçiriləcəkdir. Keçiriləcək təlim mövzuları bunlardır: “Strateji Menecment”, “Risk Menecment”, “Biznesə başlamanın yolları”, “Marketinq”, “Büdcə planlaşdırılması”, “İnsan Resurslarının idarə edilməsi”.

Təlim sessiyaları yekunlaşdıqdan sonra layihə iştirakçıları komandalar şəklində “Strateji Menecment” virtual simulyasiya oyununda yarışacaqlar. Simulyasiya oyunu strateji idarəetmə istiqamətində təşkil olunacaqdır. Komandaların məqsədi virtual bazarda rəqabət aparmaq, düzgün qərarların verilməsini öyrənmək, dəyişən şərtlərə, hadisələrə, qiymətlərə çevik reaksiya verərək, idarə edilən kapitalın artmasını təmin etməkdir. Hər həftənin şənbə günü qərar qəbul etmə günü olacaqdır. Layihənin sonunda qalib komandalar müxtəlif hədiyyələrlə mükafatlandırılacaqdır. Layihənin həyata keçirilməsi həm gənclərin idarəçilik, analitika, sahibkarlıq, biznes sahələrində bilik və bacarıqlarını artıracaq, həm də gələcəyin rəhbərlərinə – gənclərimizə biznesin idarə olunması sahəsində özlərini sınamağa, təcrübə qazanmağa imkan yaradacaqdır.

ADAU-nun elmi şurasında payız semestrinin imtahan sessiyasına hazırlıq müzakirə edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) elmi şurasında 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlıq müzakirə edilib.  

 Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov elmi şurada əvvəlcə ilin uğurlarını qeyd edib. Bildirib ki, biz bu ili də uğurla başa vurduq. İlk olaraq tədrisin keyfiyyətinin yüksəldiyini nəzərə çatdıran rektor onu da əlavə edib ki, dövlətin dəstəyi ilə təhsil müəssisəsində bu il də kifayət qədər təmir işləri həyata keçirilib, fəaliyyət və tədris üçün hər şərait yaradılıb. İndi bizim əsas hədəfimiz tələbə sayını 10 min nəfərə çatdırmaq və Universitetin beynəlxalq statusunu təmin etməkdir.

İmtahanlara hazırlığa gəlincə elmi şuranın yığıncağında bildirilib ki,  artıq  valideyn, tələbə və ictimai nəzarət şuraları, eləcə də “qaynar xətt” yaradılıb və əlaqə telefonu, e-mail ünvanı qeyd edilib, imtahanların cavablarını kodlaşdırmaq üçün qrup təşkil edilib. İmtahanlarda verilən qiymətlərə etiraz edən tələbələrin müraciətlərinə baxılması üçün apellyasiya komissiyası mövcuddur. Şəffaflığın, obyektivliyin, növbətçiliyin və digər məsələlərin təmin edilməsi üçün müvafiq struktur bölmələrə tapşırıqlar verilib, kütləvi informasiya vasitələri nümayəndələrinə və valideynlərə imtahanlarda iştirak etmək üçün şərait yaradılıb, imtahan fənləri üzrə mütəxəssis olmayan şəxslərdən ibarət xüsusi nəzarətçilər qrupu və imtahan rəhbəri təsdiq edilib.

Təhsil müəssisəsində imtahanlar  test üsulu, yazılı və  şifahi formada keçiriləcək.  

 

Benzin, araq və siqaretə yeni vergi belə ödəniləcək – Qaydası müəyyənləşdi

Azərbaycanda 2020-ci ildən  benzin, dizel yanacağı, maye qaz, energetik içkilər (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün maye, tütün məmulatları və alkoqollu içkilərə görə icbari tibbi sığorta haqqı qismində alınacaq faktiki verginin hesablanması və ödənilməsi qaydası məlum olub. 
Turkustan.info-nun məlumatına görə, bu, Milli Məclisə təqdim olunan və sabah plenar iclasda müzakirəyə çıxarılacaq “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində əksini tapıb. 
Qanun layihəsinə əsasən, Azərbaycan ərazisində benzininin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicisi icbari tibbi sığorta haqqını aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəyirlər. 
Energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə, tütün məmulatlarına, alkoqollu içkilərə aksiz markalarının verilməsinə görə icbari tibbi sığorta haqqı isə vergi ödəyicisi tərəfindən həmin aksiz markalarının alınmasına görə dövlət rüsumu ilə eyni vaxtda ödənilir.
Qeyd edək ki, qanun layihəsinə əsasən, Azərbaycan  ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzinin, dizel yanacağının və maye qazın hər litrinə görə 2 qəpik,  energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 10 qəpik, tütün məmulatlarına aksiz markasının verilməsinə görə verilən hər bir aksiz markasına görə 5 qəpik, alkoqollu içkilərə aksiz markasının verilməsinə görə  verilən hər bir aksiz markasına görə 10 qəpik icbari tibbi sığorta üzrə sığorta haqları qismində alınacaq. 
Bu qanunun 2020-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.
Bu məhsullar ekologiyaya, insan sağlamlığına mənfi təsir göstərdiyi üçün faktiki belə vergiyə cəlb olunduğu ehtimal edilir. Bu vəsaitin İcbari Tibbi Sığorta agentliyinin hesabına köçürüləcək.  /BakuPost/

İrəvana ciddi risk: Rusiya və ABŞ status-kvonu ləğv edir

Qarabağ konfliktinin həlli məsələsində mühüm hadisələr gözlənilir.

Turkustan.info xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində İrəvan Dövlət Universitetinin Avropa Tədqiqatları Mərkəzinin rəhbəri Artur Kazinyan paylaşıb.

“ABŞ qoşunlarını Suriyadan çıxarıb, Pentaqon rəhbəri Ceyms Mettis isə istefa verib. Bu o deməkdir ki, Rusiya ilə İranın Suriyada qarşısının alınması məsələsində razılaşma var. Rusiya ilə İran məsələsində razılaşma olmasaydı, ABŞ Suriyadan ordularını çıxartmazdı, İsrail isə buna sadəcə izn verməzdi. Bu, Ermənistan üçün ciddi risklər yaradır. Belə ki, bu böyük razılaşmada Qarabağ konfliktinin həlli vacib yer tutur. Görünür, bizim regionda Rusiya-ABŞ ümumi maraqları formalaşdırılır. Nəticədə sonuncuların Qarabağ ətrafında razılığı Ermənistanın status-kvonu dəstəkləməsi imkanlarını məhdudlaşdıracaq”, – deyə o bildirib.  /Axar.az/

Mübariz Qurbanlı yeni vəzifəyə seçildi

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Himayəçilər Şurası yaradılıb və 7 nəfərdən ibarət tərkibi formalaşdırılıb.

Turkustan.info bildirir ki, institutdan Axar.az-a verilən məlumata görə, şuranın tərkibinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının müdiri Vasim Məmmədəliyev, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov daxil ediliblər.

Dekabrın 27-də Himayəçilər Şurasının ilk iclası keçirilib və təşkilati məsələlər müzakirə olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şuranın sədri seçilib.

Qeyd edək ki, Himayəçilər Şurasının səlahiyyətlərinə Azərbaycan İlahiyyat İnstitutunun strateji inkişaf proqramını təsdiq etmək; İnstitutun fəaliyyət istiqamətlərinə nəzarət etmək; elm-təhsil-innovasiya mərkəzi kimi inkişaf etməsinə; fundamental, nəzəri-metodoloji, pedaqoji-metodik və tətbiqi elmi layihələrinin həyata keçirilməsinə; beynəlxalq əlaqələrinin qurulmasına; Aİİ məzunlarının işlə təmin olunmasına dəstək vermək kimi məsələlər daxildir.

Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.

Onlar “İlin ən fəal deputatları” seçildilər – SİYAHI

Parlament Jurnalistləri Birliyi (PJB) beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2018-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

PJB-nin sədr müavini Aqil Aslan Turkustan.info-ya bildirib ki, ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirirlər. Onun sözlərinə görə, bu, PJB-nin sayca 13-cü sorğusudur: 

“Bu sorğu da öncəki illərdə olduğu kimi 4 nominasiya üzrə aparılıb. 

Sorğu nəticəsində Milli Məclisin 2018-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində ən fəal iştirak edən deputatlar, seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar, qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputatlar müəyyənləşib”.

“İlin ən fəal deputatı” nominasiyasının qalibləri Siyavuş NovruzovFazil MustafaQüdrəHəsənquliyevZahid Oruc və Əli Hüseynli olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2018-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər. 

“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat” nominasiyasının qalibləri Qənirə Paşayeva, Vahid Əhmədov, Ağalar Vəliyev, Əli Məsimli və Ülvi Quliyev olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2018-ci ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri çətinliklərin həllinə yardımçı olduqlarına, həmçinin seçicilərin problemlərini parlamentdə qaldırdıqlarına görə müəyyən ediliblər. 

“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qalibləri Bahar Muradova, Cavanşir Feyziyev, Azay Quliyev, Tahir Mirkişili və Sevinc Fətəliyevadır.

“Qanunvericlik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibləri isə Əhliman Əmiraslanov və Əflatun Amaşov olub.

Aqil Aslan qeyd edib ki, Bahar MuradovaAzay QuliyevQüdrəHəsənquliyevVahid ƏhmədovFazil Mustafa, Əli Məsimli və Qənirə Paşayeva digər nominasiyalarda da parlament jurnalistlərinin səsini qazanıblar.

Fuad Muradov: “Diaspor təşkilatlarının fəaliyyətində yeni mərhələ başlayıb” – MÜSAHİBƏ

“Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib”

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibə verib. Turkustan.info həmin müsahibəni təqdim edir:

– Fuad müəllim, qarşıdan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Hazırda beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi bir şəraitdə dünyada yaşayan azərbaycanlıların həmrəyliyinin daha da gücləndirilməsi aktual məsələlərdən biridir. Bu mənada, dövlətimizin diaspor siyasətinin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik…

– 1993-cü ildə Ümummillli lider Heydər Əliyevin, xalqın təkidi ilə, yenidən hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla sistemli iş aparılması, diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi bu sahədə xüsusi dövlət qurumunun yaradılması ilə nəticələndi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 2002-ci ilin 5 iyulunda «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzalandı. 2008-ci ildə isə ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bu illər ərzində azərbaycanlıların təşkilatlanması istiqamətində müəyyən işlər görüldü, türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələr quruldu və birgə fəaliyyət strategiyası qəbul olundu.Dünyada gedən qloballaşma prosesi, xalqlar arasında sürətli inteqrasiya meyillərinin güclənməsi bu gün diaspor quruculuğu sahəsində daha effektiv işlər görməyi qaçılmaz edir. Əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu diaspor siyasətinin mahiyyəti azərbaycanlıların tarixi vətənləri ilə əlaqələrini inkişaf etdirməkdən, xaricdə yaşayan azərbaycanlıların mədəni-siyasi hüquqlarını müdafiə etmək və eyni zamanda diasporun poten­sia­lından faydalanaraq dövlətlərarası münasibətlərin inkişafına töhfə verməkdən, ölkəmizin milli maraqlarının təbliğinə və siyasi arenada təsir gücünün artmasına şərait yaratmaqdan ibarət idi. Mövcud vəziyyət belə deməyə əsas verir ki, Azərbaycan  bu məqsədlərə çatmaq üçün  xeyli yol qət edib.

Müasir dövrdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementlərindən birinə çevrilib. Yeni dünya düzəni və qloballaşma prosesləri diaspor siyasətinin  tarixi məzmununu dəyişməkdədir. İndi diasporlar yalnız müəyyən bir dövlətin ərazisində məskunlaşmış eyni milli mənsubiyyətli insanların yaratdıqları ictimai hərəkat və ya birlik kimi nəzərdən keçirilmir, onlar həm də təmsil etdikləri xalqın milli maraqlarının fəal müdafiəçisi kimi tanınır. Diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatının vacib komponentinə çevrilir, xarici siyasətə təsir imkanları əldə edir, dövlətlər arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Diasporların dövlətlər arasındakı münasibətlərə təsiri onların daxili mahiyyəti, özünəməxsus xarakteri, konkret bir mədəniyyətin daşıyıcısı olması, təmsil etdiyi millətin, xalqın, yaxud etnosun tarixi mənafelərini ifadə etməsi ilə bilavasitə bağlıdır. Çünki dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir xalqın diasporu yalnız özünün hüquq və azadlıqlarının qorunmasına çalışmır, həm də milli mədəni irsini təbliğ etməyə, tarixi Vətəni haqqında rəy formalaşdırmağa, onun rifahı və inkişafına dəstək olmağa səy göstərir. Bu, icma və birliklərin əhatəsində olduğu xarici mühitin təsiri altında formalaşmır, diasporun özünəməxsus keyfiyyəti olub onun mentalitetinin, tarixi yaddaşının, milli şüurunun, “milli mənlik” qürurunun təzahürü kimi özünü göstərir. Lakin dünyanın movcud diaspor ənənələri göstərir ki, bu birliklərin fəaliyyəti yalnız milli-mənəvi və mədəni dəyərlərin qorunması və milli varlığın təsdiqi dairəsi ilə məhdudlaşmır. Ölkəsindən kənarda yaşayan milli icmaların siyasi-iqtisadi mənafelər baxımından öz dövlətinin və xalqının maraqlarına xidmət etməsi, dövlətlərarası münasibətlərə təsir göstərməsi də vacib faktor kimi beynəlxalq siyasətdə aktiv şəkildə tətbiq edilməkdədir.Diasporların dövlətlər arasındakı münasibətlərin inkişafı haqqında danışarkən, Azərbaycanın bu sahədəki təcrübəsinə diqqət yetirmək yerinə düşür. XX yüzilliyin sonlarında dünyada baş vermiş mürəkkəb ictimai-siyasi proseslər, Sovet İttifaqının süqutu, birqütblü dünyanın yaranması, yeni müstəqil dövlətlərin meydana çıxmasından sonra diaspor quruculuğu işinin əhəmiyyəti daha da artmağa başladı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra diaspor quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Dövlət müstəqilliyini əldə etdikdən sonra,Azərbaycan qısa vaxtda milli dövlət quruculuğu, iqtisadi, demokratik inkişaf, beynəlxalq aləmdə tutduğu mövqeyinə görə regionun lider dövlətinə çevrildi. Bu inkişaf həm də Azərbaycan diasporunun yaranması, onun formalaşması, təşkilatlanması, mütəşəkkil qüvvəyə çevrilməsinə şərait yaratdı. Əldə edilmiş nailiyyətlər, eyni zamanda dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsi, ölkəmizin milli maraqları ətrafında sıx birləşməsi üçün güclü zəmin formalaşdırdı. Soydaşlarımızın tarixi Vətənlə əlaqələrini daha da gücləndirmək istiqamətində Ümummilli liderin atdığı mühüm addımlar tədricən nəticəsini verməyə başladı və 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi kimi tarixi hadisə baş verdi. Dünya azərbaycanlıları ilk dəfə olaraq Bakıda bir araya gəldi, qarşıda duran vəzifələri, problemləri, onların aradan qaldırılması yolları müzakirə edildi. Ümummilli liderin diaspor quruculuğu sahəsində ardıcıl olaraq həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində Azərbaycan diasporunun tarixində yeni bir mərhələ başladı.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müasir dünyanın qlobal tələblərinə uyğun siyasi kursu son dövrlərdə diaspor hərəkatını daha da gücləndirib, xaricdəki Azərbaycan icmaları arasında əlaqələr  möhkəmlənib, haqq səsimizin dünyaya çatdırılması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi, həmçinin ölkələr daxilində siyasi proseslərə, az da olsa təsir göstərilməsi istiqamətində bir sıra nailiyyətlərə imza atılıb. Bəzi ölkələrin diaspor təcrübəsinə baxdıqda görünən odur ki, diaspor ilə sarsılmaz bağlar qura bilən ölkələr, beynəlxalq arenada daha güclü tərəfə çevrilirlər. Ölkəmiz də, məhz  bu hədəfə doğru irəliləyir.Qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirərək diaspor quruculuğu işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində önəmli addımlar atmaqdadır.

Bu istiqamətdə Azərbaycanı layiqincə təmsil edən, ölkəmizdə və dünyada xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, həmçinin, mədəniyyətə, idmana qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə sahələrində respublikada və beynəlxalq miqyasda ictimai-siyasi xadim kimi böyük işlər görən birinci xanım, Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna rolu xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılan internet portalı (http://www.justiceforkhojaly.org), müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin kökləri, səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb.

Daha dəqiq desək, Fondun dəstəyi ilə 2007-ci ildən başla­yaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşə­kil­lər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur.Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.

Bu gün Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində daha bir yeni mərhələ başlayıb. Müasir dünyanın çağırışları yeni diaspor strategiyasının hazırlanmasını zəruri etdiyindən Diasporla İş üzrə Dövlət Komitəsinin yeni “Strateji Yol Xəritəsi” işlənib hazırlanıb və icrası istiqamətində addımlar atılır.

– Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunduqdan sonra Sizin ilk işlərinizdən biri xaricdəki diaspor nümayəndələri ilə görüşlərin keçirilməsi oldu.  Bu görüşlərdən çıxan nəticələr nədən ibarətdir?

– Dövlət Komitəsi tərəfindən ölkə başçısının tapşırıqlarına, Komitənin Əsasnaməsinə və digər norma­tiv-hüquqi sənədlərə uyğun olaraq dünya azərbaycanlılarının birləşdirilməsi, soy­daş­­ları­mızın fəaliyyətinin koordinasiya edilməsi, diaspor hərəkatının gücləndi­rilməsi, milli-mədəni irsin təbliği, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyə­tinə çatdırılması və həmvətənlərimizin xarici ölkələrin ictimasi-siyasi həyatında fəal mövqe tutması, siyasi-iqtisadi təsir imkanlarına malik olması  istiqamətində ardıcıl tədbirlər həyata keçi­rilir. Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyinatımdan sonra strateji hədəflərə yönələn yenilənmiş fəaliyyət proqramı çərçivəsində artıq intensiv tədbirlərin həyata keçirilməsinə başlanılıb. Türkiyə, Fransa, Almaniya, Rumıniya, Ukrayna, Rusiya, Gürcüstan, İsveçrə, İsveç, Hollandiya, Çin və Amerika Birləşmiş Şatatlarına səfərlər edilib, soydaşlarımız və diaspor fəalları ilə görüşlər keçirilib, onların problemləri öyrənilib və həlli istiqamətində əməli tədbirlər görülür. Diaspor təşkilatları arasında birliyin təmin edilməsi, soydaşlarımızın vahid məqsəd ətrafında birgə fəaliyyətinə nail olunması məqsədilə Almaniya, Fransa, İsveçrə, İsveç, Hollan­diya, Skandinaviya və Amerika Birləşmiş Ştatlarında Azərbaycanlıların Koor­dinasiya Şuraları təsis edilib.Eyni zamanda, bu ölkələrdə Azərbaycanın diaspor fəaliyyətinin səmərəliliyinin artırılması və tədricən güclü lobbiçilik ənənələrinə keçid istiqamətlərinin müəyyənləşdirilməsi üçün Komitə rəsmilərinin həmin ölkələrdə tarixi əhəmiyyət kəsb edən bir sıra görüşləri keçirilib. Bu gün dünyanın təqribən 50 ölkəsində 556 diaspor təşkilatı mövcuddur. Ümumiyyətlə isə son 8 ayda Dövlət Komitəsinin nümayəndə heyəti 11 ölkədə diasporumuz ilə görüşlər keçirib, onların vəziyyəti ilə yerindəcə tanış olunub və fikir mübadiləsi aparılıb.

Dünyada yaşayan azərbaycanlı gənclərin birliyinin daha da möhkəmləndirilməsi yolunda atılmış növbəti  addımlardan biri bu ilin avqust ayında 37 ölkədən 140 gəncin iştirakı ilə“Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsinin keçirilməsi və burada “Azərbaycan Diaspor Gəncləri” şəbəkəsinin təsis edilməsidir. Bir sözlə, soydaşlarımızın yaşadıqları dövlətlərin cəmiyyətinə dərindən inteqrasiya olunması, həmin ölkələrin ictimai-siyasi, iqtisadi və mədəni həyatında getdikcə daha fəal rol oynaması zəruridir. Bunlar respublikamızın beynəlxalq əlaqələrinin genişlənməsinə, Azərbay­can reallıqlarının dünyaya daha yaxşı təqdim olunmasına, zəngin və çoxşaxəli mədəni irsimizin təbliğinə əlverişli şərait yaradır. Eyni zamanda, dünyanın müxtəlif şəhərlərində artıq fəaliyyətə başlayan, gələ­cəkdə digər ölkələrdə də açılması nəzərdə tutulan Azərbaycan mədəniyyət mərkəz­ləri və Azərbaycan dili məktəbləri diasporumuzun imkanlarını daha da artırır. Azərbaycan dövlətinin dəstəyi, ölkə başçısı cənab İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısı və bu istiqamətdə verdiyi tapşırıqlar diaspor təşkilatlarımızin bundan sonra da öz səylərini daha da gücləndirəcəyinə böyük ümidlər yaradır. Bir məsələni də xüsusi qeyd etmək istərdim ki, müxtəli ölkələrdə keçirdiyimiz görüşlərdə azərbaycanlıların birliyinə təkan verildi, Azərbaycan dövlətinin xaricdəki azərbaycanlıara diqqət və qayğısıbir daha təsdiqləndi, Azərbaycana dost diaspor təşkilatları ilə Azərbaycan diaspor təşkilatları, eyni zamanda DİDK arasında əməkdaşlığın əsası qoyuldu, diaspor təşkilatları ilə təcrübə mübadiləsi sahəsində tarixi razılaşmalar əldə olundu, yerli rəsmilərlə görüşlərdə həmin ölkələrdəki azərbaycanlıların problemləri qaldırıldı və onların həllinə mümkün təkan verildi, Azərbaycan adı bir daha təbliğ olundu, azərbaycanlıların bu ölkələrdəki mövqeyinə əhəmiyyətli müsbət təsir göstərildi, Dövlət səviyyəsində diaspora dəstəyin artdığı sübut olundu,Amerikadakı Azərbaycan diasporunun fəaliyyətinin güclənməsinə stimul verildi.

– Dövlət Komitəsi tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində hansı addımlar atılır?

-Xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının təmin olunması ilə əlaqədar dünyadakı beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin miqrasiya və bilavasitə diaspora məsul dövlət orqanları, qeyri-hökumət qurumları,Azərbaycandakı beynəlxalq təşkilatlar və səfirliklər ilə birbaşa əməkdaşlıq yaradılıb. Səfərdə olduğumuz hər bir ölkədə müvafiq qurumlarla da görüşlər keçirir, soydaşlarımızınproblemlərini onların diqqətinə çatdırır, problemlərin həlli  yolları ilə bağlı müzakirələr aparır və dəstək olmağa çalışırıq. Almaniya və Fransa DİN, ABŞ Dövlət departamenti,dünyanın bir çox elm və təhsil ocaqları ilə əməkdaşlıq qurulub.Diasporla iş üzrə Dövlət Komitəsi xaricdəki azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı daha bir vacib təşəbbüsə qoşulub.Azərbaycanlıların Xarici ölkələrdə insan alverinin qurbanına çevrilməsinin qarşısının alınması və eyni zamanda, qurban olmuş şəxslərin xilas edilməsi işinə Dövlət Komitəsi, eləcə də xaricdəki Azərbaycan diaspor təşkilatlarının cəlb edilməsi üçün Beynəlxalq Miqrasiya Təşkilatı ilə müzakirələr aparılır.       

Bununla birgə, soydaşlarımız və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləş­dirilməsi məqsədi ilə Komitədə Milli Məclisin nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrupu yaradılıb. Bu istiqamətdə xarici təcrübə öyrənilərək, qanunun ilkin variantı hazırlanıb.Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Türkiyə Res­pub­likasında şəxsiyyəti təsdiq edən sənədləri olmadan məskunlaşmış azərbaycanlıların problemlərinin həlli, soydaşlarımızın müvafiq sənədlər əldə etməsi istiqamətində davamlı işlər görülür. Bu məsələ ilə bağlıXarici İşlər Nazirliyi, Daxili İşlər Nazir­liyi və s. digər  əlaqədar qurumların əməkdaşlarından ibarət işçi qrup yaradılıb. İşçi qrupu Türkiyəyə ezam edilərək müvafiq görüşlər keçirib. Səfər zamanı işçi qrupu tərəfindən soydaşlarımızın sənədləri toplanaraq onların hazırlanması üçün müvafiq dövlət qurumlarına təqdim edilib.Bu istiqamətdə digər ölkələrdə də iş aparılır. Bizə daxil olan müraciətlərə görə, bir neçə ölkədə həmvətənlərimizlə bağlı analoji problemlər var və bu istiqamətdə yaxın gələcəkdə digər dövlət qurumları ilə birgə fəaliyyətə başlanılacaq.

Soydaşlarımızın hüquq və azadlıqlarından danışarkən Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini də unuda bilmərik. Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məsələ hər zaman ölkə rəhbərliyinin və komitənin diqqətindədir. Gürcüstan hökuməti də bu problemlərin həlli istiqamətində addımlar atıb. Bu ilin iyun ayında Dövlət Komitəsinin nümayəndə heyəti ilə Gürcüstanda səfərdə olduq, azərbaycanlılar yaşayan bölgələrdə yerli sakinlərlə görüşüb onların problemləri, qayğıları ilə tanış olduq, icra orqanlarının nümayəndələri və bir sıra rəsmi qurumlarda görüşlər keçirdik. Həmvətənlərimizin burada təhsil, səhiyyə və sosial problemlərini öyrəndik. Lakin diqqət yetirdiyimiz ən önəmli məsələ Gürcüstan azərbaycanlılarının yerli cəmiyyətinə inteqrasiyasına nail olmaqdır. Çünki, yalnız cəmiyyətə inteqrasiya etmiş, vətəndaşı olduğu dövlətin dilini, qanunlarını bilən bir toplum öz hüquqlarını qoruya, normal yaşam şərtlərini təmin edə bilər. Eyni zamanda, bildirim ki, səfər çərçivəsində Heydər Əliyev Fondu adından Bolnisi və Qardabani rayonunlarına yüksək tibbi imkanlara malik təcili tibbi yardım avtomobili hədiyyə edilib.

Təbii ki, Gürcüstan azərbaycanlılarının problemlər uzun illər ərzində yığılıb qalmış, SSRİ-nin süqutundan sonra yaranmış situasiyanın doğurduğu fəsadlardır və soydaşlarımızın orada torpaqla təmin olunmasından tutmuş, təhsil sahəsinə qədər çox problemləri var. Bunlar qısa zamanda həll olunası məsələlər deyil və inanırıq ki, Azərbaycan hökumətinin Gürcüstan hökuməti ilə sıx əməkdaşlıq şəraitində bu problemlər tədricən həllini tapacaq.      

Regionla bağlı problemlərlə yanaşı, ümumi problemlər də mövcuddur. Əslində buna problem deməzdim, sadəcə görüləsi işlərdir. Yəni, dilimizin qorunması və yaşadılması, soydaşlarımızın assimlyasiya deyil, inteqrasiya etməsi hər zaman aktualdır və Dövlət Komitəsi olaraq da bu məsələlər qarşımızda qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə də davamlı işlər görülür, məsələn, bu yaxınlarda İsveçrədə “Qarabağ” adlı Azərbaycan dili və mədəniyyəti məktəbi açılaraq, soydaşlarımızın istifadəsinə verilib, Fransanın Nant şəhərində də belə bir tədris ocağının açılması planlaşdırılır.  

Hazırda Komitə xaricdə Azərbaycan məktəblərinin sayının artırılması, soydaşlarımızın dilimiz, tariximiz, mədəniyyətimiz və ümumilikdə ölkəmiz haqqında daha geniş informasiyalar əldə etməsi üçün ardıcıl addımlar atır. Amma görülən işlər, yalnız məktəblərlə tamamlanmır. Bir sıra ölkələrdə müvafiq kurslar fəaliyyət göstərir. Davamlı olaraq fəaliyyət göstərən kurslarda Azərbaycan dilinin, mədəniyyətinin incəlikləri nəinki soydaşlarımıza, onların övladlarına, eyni zamanda xarici ölkə vətəndaşlarına da öyrədilir. Görülən bu işlərdə məqsəd miqrasiya etmiş soydaşlarımızın adaptasiyasına dəstək olmaq, uşaqların inkişafını təmin etmək, onlara Azərbaycan adətlərini aşılamaq, dilimizi yaşatmaq, mədəniyyətimizi və tariximizi öyrətmək, həmçinin gənc nəsil arasında istedadların aşkar olunaraq inkişafına kömək etməkdir. Bütün bunlar, həm də azərbaycanlı ailələrin bir-biri ilə ünsiyyəti baxımından faydalıdır.

Beləliklə də, Azərbaycan dili və mədəniyyətinin təbliği ilə yanaşı, həm də Azərbaycanın zəngin tarixi-mədəni irsə malik olduğu, azərbaycanlıların tolerant və sülhpərvər bir xalq olduğu bir daha dünyaya bəyan edilir. Eyni vaxtda, istər məktəb­lərin, istərsə də kursların fəaliyyətində Azərbaycan həqiqətlərinin təbliği, torpaqlarımızın işğalı, Qarabağ problemi ilə bağlı informasiyaların dünya ictimaiyyətinə çatdırılması əsas hədəflərdən biri kimi saxlanılır. 

– Xarici ölkələrin diaspor siyasətinə cavabdeh dövlət qurumları və müxtəlif xalqların diaspor təşkilatları ilə qarşılıqlı əməkdaşlığa dair hansı addımlar atılıb və bu istiqamətdə gələcək planlarınız nədir?

– Dövlət Komitəsi ilk dəfə olaraq xarici ölkələrin diaspor siyasətinə cavabdeh dövlət qurumları ilə qarşlıqlı əməkdaşlıq haqqında Memorandum imzalayıb. Bu anlaşma ilk olaraq bizimlə Rumıniyanın Xa­ric­də Ya­şa­yan Ru­mınlar­la İş üz­rə Nazirliyi arasında baş tutub. Sənəd iki strateji tərəfdaş ölkənin di­as­porunun bir­gə əmək­daş­lı­ğı­nı və təc­rü­bə mü­ba­di­lə­si­ni nəzərdə tutur. Me­mo­ran­dum iki öl­kə di­as­por­la­rı­nın ya­xın­laş­ma­sı, bir­gə fəa­liy­yət gös­tər­mə­si, la­yi­hə­lə­rin ye­ri­nə ye­ti­ril­mə­si, bir-bi­ri­nin təc­rü­bə­sin­dən bəh­rə­lən­mə­si is­ti­qa­mə­tin­də mü­hüm əhə­miy­yət kəsb edir.Rumıniya səfər çərçivəsində eyni zamanda, Xa­ric­də Ya­şa­yan Ru­mın­lar­la İş Ko­mis­si­ya­sı­nın səd­ri se­na­tor Vio­rel Ri­çard Ba­dea, Ru­mı­ni­ya­nın Baş na­zi­ri Vio­ri­ka Dan­çi­la­nın iş apa­ra­tın­da döv­lət mü­şa­vi­ri And­reea Pas­tar­nak və Baş na­zi­rin stra­te­ji tə­rəf­daş­lıq­la­rın tət­bi­qi üz­rə müa­vi­ni Ana Bir­çal ilə gö­rüş­lər ke­çi­ri­lib. Gö­rüş­lər­də iki öl­kə di­as­por­la­rı ara­sın­da əmək­daş­lı­ğın is­ti­qa­mət­lə­ri mü­za­ki­rə olu­nub. 2009-cu il­də im­za­lan­mış Stra­te­ji tə­rəf­daş­lı­ğın ya­ra­dıl­ma­sı haq­da Bir­gə Bə­yan­na­mə və Stra­te­ji tə­rəf­daş­lı­ğın hə­ya­ta ke­çi­ril­mə­si üz­rə Bir­gə Fəa­liy­yət Pla­nı­nın va­cib­li­yi­nə to­xu­nulub, iq­ti­sa­di əla­qə­lə­rin, qar­şı­lıq­lı sər­ma­yə qo­yu­luş­la­rı­nın ge­niş­lən­di­ril­mə­si­nin önə­mi­ qeyd edilib.İmzalanmış Memorandumla əlaqədar xüsusi işçi qrup yaradılıb və artıq sənəd üzərindən əməli işə keçilib. Belə ki, bu ayın əvvəlindəDiasporla İş üzrə Dövlət Komitəsi ilə Rumıniyanın Xaricdəki Rumınlarla İş üzrə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrup Buxarestdə görüşüb, gələcək əməkdaşlığın istiqamətlərini müzakirə edib.

Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklər və Əqraba Toplulukları İdarəsi ilə Komitə arasında da “Diasporla iş sahəsində əməkdaşlığa dair anlaşma Memorandomu” imzalanıb. Bu sənəd qardaş ölkənin analoji qurumu ilə daha sıx və səmərəli əməkdaşlığa şərait yaradacaq. Hazırda İsveçrə, Meksika, Misir və İsrailin diaspor üzrə məsul dövlət qurumları ilə  də memorandumun imzalanması üçün danışıqlar aparılır.         

Xüsusi qeyd olunmalıdır ki, son dövrdə digər xalqların diasporları ilə, konkret olaraq dünyanın müxtəlif yerlərində yaşayan yəhudi, rusdilli diasporlar və pakistan, meksika, koreya diasporları ilə də əlaqələr yaradılıb,sıx əməkdaşlıqların qurulması istiqamətində əməli iş aparılır.

– Məlumdur ki, hər bir yeni dövrün yeni çağırışları mövcuddur. Rəhbərlik etdiyiniz Dövlət Komitəsi bu çağırışlara cavab vermək üçün nə kimi işlər görməyi nəzərdə tutur?Bu istiqamətdə innovativ addımlar nədən ibarət olacaq?

– Bu gün ölkəmizdə innovativ inkişaf üçün ciddi addımlar atılır və ildən-ilə genişlənir. Bu prosesdə informasiya texnologiyaları sahəsi mühüm rola malikdir. Dövlət Komitəsi də informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yararlanaraq müxtəlif innovativ layihələr həyata keçirməkdədir.

Dövlət Komitəsinin rəsmi internet saytı yeni tərtibatda, üç dildə istifadəyə verilib;

Saytın təhlükəsizliyi maksimum səviyyədə təmin edilib;

Statistik göstəricilər nəzərə alınmaqla saytın mobil və digər qurğuları dəstəkləməsi təmin edilib;

Sayt sosial şəbəkələr ilə tamamilə inteqrasiya edilib və həm vebsayt üzrə, həm də ayrıca sosial şəbəkələr üzrə əhatəli analitik hesabatların qeydiyyatı aparılır;

Diasporamap.com inforqrafik xəritə patformasını istifadəyə verdik, müxtəlif ölkələrdəki diaspor təşkilatlarını və tanınmış azərbaycanlıları ölkələr üzrə topladıq. Qeyd edim ki, bu istiqamətdə işlərimiz davam edir, təşkilatların vahid bazası təkmilləşdirilir;

Dövlət Komitəsinin loqo və üslubunu çoxsaylı təkliflər nəzərə almaqla yenidən tərtib etdik;

Multimedia məhsullarının sayını artırmaqla Dövlət Komitəsi haqqında informasiya boşluğunu doldurmağa nail olduq. Video və inforqrafik çarxlar, slayd və təqdimat xarakterli informasiyalar saytımızın və sosial şəbəkələrin köməyi ilə geniş ictimaiyyətə çatdırılır;

Komitənin internet televiziyası Diaspor TV yaradılaraq aktiv fəaliyyəti təmin edilmişdir.Diaspor TV-də“Dünyada yaşayan azırbaycanlıları tanıyaq-tanıdaq” layihəsi həyata keçirilir. Layihə çərçivəsində, uğur əldə etmiş soydaşlarımız haqqında videorolik­lər hazırlanaraq yayımlanır. Onlayn Azərbaycan dili dərsləri təşkil edilir, “Azər­bay­can dilində danışan xaricilər” və “Qarabağ” rubrikası da fəaliyyət göstərir. Burada Qarabağ haqqında 5 cümlə 5 dildə yayımlanır. “Sabahın xeyir, Azərbaycan” rubrikası var, xaricdə yaşayan soydaşlarımız, əsasən gənclər ölkəmizi salamlayır, sabahın xeyir Vətən söyləyirlər.

Paralel olaraq, Komitənin İctimai Televiziya ilə birgə layihəsi çərçivəsində ayda bir dəfə  “Vətən uzaqda deyil” adlı veriliş yayımlanır. Verilişdə xaricdə yaşayan soydaşlarımızla müsahibələr, həyata keçirilən layihələr barədə videoreportajlar və s. yer alır.

Müasir dövrün tələbinə uyğun olaraq sosial şəbəkələrə – əsasən facebook, twitter, youtube-a diqqət artırılıb. Xüsusilə, sosial şəbəkələr üçün müxtəlif rubrikalar üzrə hazırlanmış multimedia materialları və rəsmi vebsaytın informasiya paylaşımları hesabına izləyicilərin sayında böyük artım oldu və proses sürətlə davam etməkdədir.Diaspor təşkilatlarına onların elektron və sosial mediada işini gücləndirmək məqsədilə informasiya-kommunikasiya texnologiyaları sahəsində tam ödənişsiz texniki dəstək təklif edirik. Diaspor təşkilatlarının internet saytlarının hazırlanması, e-poçt xidmətlərinin yaradılması və digər innovativ məsələlərdə, eləcə də sosial mediada marketinq işinin təşkilinə dair dəstək göstərəcəyik. Bu məqsədlə, diaspor təşkilatlarının qeydiyyata alınması prosesi davam edir və artıq 85 təşkilat qeydiyyatdan keçib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin radiosu Diaspor.FM test yayıma başladı. Həm veb üzərindən, həm də mobil tətbiq vasitəsi ilə yayım aparılır.

Həyatda olan, dünyadan köçmüş, dünya tarixinə və dünya gündəminə iz salmış azərbaycanlıların bioqrafiyalarının toplandığı bank yaradılır. Bank onlayn rejimdə fəaliyyət göstərəcək və ətraflı axtarış sisteminə malik olacaq.

Bu tip layihələrin həyata keçirilməsində əsas hədəflərimizdən biri də internet məkanında Azərbaycan həqiqətləri ilə bağlı informasiyaların – kontentin üstünlüyünənail olmaqdır.

Xaricdə yaşayan azərbaycanlıların diqqətini cəlb etmək, onları simvolik və virtual formada birləşdirmək, həvəsləndirmək üçün də planlarımız var. Bu planlar innovativ əsaslara söykənir. Bu səbəbdən daha effektiv fəaliyyətin qurulmasına inanırıq.

– Xaricdəki azərbaycanlıların yaşadıqları ölkələrdə ictimai-siyasi proseslərdə aktiv iştirakını təmin etmək də bu gün aktual mövzulardan biridir. Bununla əlaqədar mövcud mənzərə necədir?

– Diaspor quruculuğu sahəsində dövlətimizin apardığı ardıcıl siyasət, ölkə başçısının tapşırıqlarına uyğun olaraq hər bir müəyyən dövr üçün tətbiq edilən yeni proqramlar öz bəhrəsini verir. Görülən ardıcıl tədbirlər, dövlət tərəfindən işlənib hazırlanan konkret strateji istiqamətlər həm­vətənlərimizin məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərini genişləndirməyə imkan yaradır. Azərbayca­nın dünyaya tanıdılmasına, zəngin mədəniyyətimizin təbliğinə vəsilə formalaşdırılır, bəzi antimilli qüvvə­lərin dövlətimiz və xalqımız əleyhinə yönəlmiş məkrli planla­rına qarşı təsirli təd­bir­lərin görülməsi nəticələrini verir. Amma hesab edirik ki, diaspor təşkilatlarımız bundan sonra da səylərini artırmalı, Komitənin hazırladığı yeni yol xəritəsinə uyğun Azər­baycanın müvafiq dövlət qurumları və xarici ölkələrdəki diplomatik nümayən­dəlik­ləri ilə əməkdaşlıq şəraitində daha məqsədyönlü və çevik fəaliyyət göstərməlidirlər. 

Artıq Xarici İşlər Nazirliyi və Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında razılaşmaya uyğun olaraq Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərinə birgə fəaliyyətlə bağlı müvafiq məktub göndərilib. Bu istiqamətdə digər əlaqələndirmə tədbirlərinin həyata keçirilməsi də gündəlikdə duran məsələlər sırasındadır və yeni fəaliyyət proqramları çərçivəsində atılan addımların müvafiq nəticələrinin təhlili göstərir ki, ayrı-ayrı ölkələrdəki Azərbaycan diaspor təşkilatları öz fəaliyyətlərində yeni, effektiv iş mərhələsinin başlandığını etiraf edir.  Təşkilat rəhbərləri Diasporla İş üzrə Dövlət Komitəsinin işindəki sağlam istiqaməti, aparılan islahatları və ən əsası, isti münasibətləri təqdir edir. Artıq bir ölkə daxilində bir-biri ilə çəkişən, umu-küsü saxlayan diaspor təşkilatı demək olar ki, yoxdur. Sağlam idarəçilik, səmimi münasibət demək olar ki, bütün vətənsevər qüvvələrin bir araya gəlməsinə şərait yaradıb.Ölkə başçısı, cənab İlham Əliyev tərəfindən yaradılan Diaspora Dəstək Fondu isə dünyada Azərbaycanın diaspor ənənələrinin daha da inkişaf etməsinə möhkəm təməl formalaşdıracaq. Xarici ölkələrdəki təşkilatlarımız Komitə ilə yaxın münasibətlər qurmaqla dövlətə, xalqa, milli dəyərlərə sahib olmaq yolunda iri addımlarla hərəkət edə biləcəklər. Tərəfimizdən aparılan təhlillərin ilkin nəticələri göstərir ki, diaspor təşkilatlarında səmərəli və effettiv fəaliyyət üçün təməlli motivasiya yaranıb. Yeni yaradılan Koordinasiya Şuralarında əlaqələndirmə sahəsində mühüm addımlar atılır. Təşkilatlar ayrı-ayrılıqda fəaliyyət konsepsiyalarının hazırlanmasına başlamaqla, təmsil olunduqları ölkələrdə yalnız milli-mənəvi dəyərlərin deyil, Azərbaycan həqiqətlərinin də təbliğini, erməni diaspor təşkilatlarının həmlələrinin qarşısını almağı və yaşadıqları cəmiyyətin ictimai-siyasi həyatına nüfuz etməyin perspektivlərini dəqiqləşdirirlər. Möhkəm təşkilatlanma, dayanıqlı fəaliyyət, xarici ölkələrin siyasi-iqtisadi həyatında önəmli yerlərə ucalmaqla təsir imkanlarının genişləndirilməsi yeni mərhələ üçün bir məqsəddir, hədəf isə bütün təşkilatlar üzrə tədricən lobbiçilik ənənələrinə keçidin təmin olunması ilə Azərbaycan dövlətinin və xalqının mənafelərinin, milli maraqlarının qorunmasıdır.  

– Fuad müəllim, artıq 2018-ci il başa çatmaqdadır. Gələn il Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılması istiqamətində hansı işlərin həyata keçirilməsi  nəzərdə tutulur? Xüsusilə, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin beynəlxalq miqyasda ifşa olunması, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönündə Dövlət Komitəsi hansı tədbirləri həyata keçirəcək?

– Müasir dövrdə informasiya müharibəsi, şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri, Azərbaycan diaspor hərəkatında gənclərin rolu, lobbi quruculuğu, cəmiyyətə inteqrasiya və siyasi həyatda fəallığın artırılması kimi mühüm məsələlər, həmçinin təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi diqqət mərkəzində olacaq. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq ictimaiyyətin müəlumatlandırılması, konkret hadisələr üzrə faktların dünya ictimaiyyətinə çatdırılması cənab Prezidentin hər birimizin qarşısında müəyyən etdiyi ən vacib məsələlərədn biridir. Bu istiqamətdə görülən işlərdən danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu sahədə rolunu təkrarən qeyd etmək istərdim. Onun təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniya ən önəmli addımlardandır.

Qeyd etmək yerinə düşər ki, görülən bu işlər yalnız müəyyən vəzifə daşıyıcılarının və ayrı-ayrı ictimai xadimlərin deyil, bütövlükdə hər bir azərbaycan­lının, hər bir vətənsevərin, eləcə də beynəlxalq hüquq normalarına hörmətlə yanaşan hər bir insanın borcudur. Diasporla İş üzrə Dövlət Komitəsi olaraq da soydaşlarımızla bu istiqamətdə söhbətlər aparılır, təşkilatlara həqiqətlərin təbliğində bütün mümkün dəstək göstərilir. Biz təşkilatları bütün zəruri əyani vəsaitlərlə təmin edirik, onlara təbliğat dəstəyi göstəririk. Biz hər hansı diaspor təşkilatının fəaliyyət planına düzəliş və ya hər hansı təsir etmirik. Sadəcə təşkilatlar dövlətimizin məqsəd və hədəflərini, o cümlədən Komitənin qarşısında dayanan vəzifələri bilirlər və öz fəaliyyət planlarını da buna uyğun qururlar.     

 

Bakıda yeni ət satışı məntəqəsi fəaliyyətə başladı – FOTOLAR

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə müasir heyvan kəsimi və satışı məntəqələrinin təşkili davam etdirilir.

Turkustan.info bildirir ki, agentlikdən Modern.az-a verilən məlumata görə, bu istiqamətdə yeni ət satışı məntəqəsi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev küçəri ünvanında “Bol ət” mağazası fəaliyyətə başlayıb. 30-a yaxın sahibkarın ət satışı fəaliyyətini həyata keçirə biləcəyi məntəqə əhalinin gündəlik ət tələbatının 4 tonunu ödəmək gücündədir. Bu kimi ət satışı məntəqələrinin yaxın gələcəkdə Binəqədi və Yasamal rayonlarında açılması nəzərdə tutulur.

Məqsəd ölkə ərazisində heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsidir.

Qida Təhlükəsizliyi Agentliyi müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə prosesə sahibkarları da cəlb etməklə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsinin təmin edilməsini davam etdirəcək. Odur ki, Agentlik ölkə üzrə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar, modul və mobil tipli heyvan kəsimi məntəqələrini yaratmaq istəyən sahibkarları əməkdaşlığa dəvət edir.

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin xanəndəlik ixtisası üzrə müəllimi Qasım Əliyevin əmək fəaliyyətinin 50 illiyi qeyd olunub

Sumqayıt regional Mədəniyyət idarəsinin tabeliyində olan Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin xanəndəlik ixtisası üzrə müəllimi Qasım Əliyevin əmək fəaliyyətinin 50 illiyi münasibəti ilə rayon mədəniyyət mərkəzində möhtəşəm tədbir keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən məktəbin direktoru, əməkdar müəllim İkram Manafov yubilyarın yaradıcılığı haqqında ətraflı məlumat verib,.

Sonra Qasım Əliyevə Abşeron Rayon İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim edilib.

Tədbir, məktəbin xalq çalğı alətləri orkestri, birləşmiş xor və solo ifalardan ibarət konsert proqramı ilə davam edib

 Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Hacı Xanməmmədov, Cahangir Cahangirov, Adil Bəbirovun əsərləri, xalq mahnı və muğamlarla yanaşı, xarici ölkə bəstəkarlarının da əsərlərinin yer aldığı konsert proqramında bütün ifalar, o cümlədən respublika və beynəlxalq müsabiqələr laureatlarının – Atlas Mehdiyeva – xanəndə (müəl: Qasım Əliyev), Bagir Babayev – tar (müəl: Mübariz Paşayev), Nuray Mehdiyeva – fortepiano (müəl: Arzu Manafova), Nuranə Salamova və Gövhər Piriverdiyeva – fortepiano ansamblı (müəl: İradə Məmmədova) – ifaları alqışlarla qarşılanıb.

Qənirə Ataşova: “Amerika bir okeandır, mən də dərin sularda üzmək istəyən balıq” – MÜSAHİBƏ

“Mirşahin Ağayevlə əlaqəm yoxdur”

“Amerika dövlətini ayaqda saxlayan mühafizəkar ailələrdir”

Modern.az saytının xaricdə yaşayan azərbaycanlı jurnalistlərlə silsilə müsahibələri davam edirik. Budəfəki həmsöhbətimiz fəaliyyəti dayandırılmış ANS Televiziyasının keçmiş əməkdaşı Qənirə Ataşovadır. Hazırda Amerikada yaşayan həmkarımızla söhbəti təqdim edirik.

– Qənirə xanım hazırda ABŞ-ın hansı ştatında, hansı şəhərində yaşayırsınız?

– Vaşinqton DC ilə Arlinqton şəhərinin sərhədində yaşayıram. Yorulanda və ya zövq almaq istəyəndə pəncərəmdən Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti olmuş Linkolnun əzəmətli abidəsinə baxıram. Bu mənzərəyə baxa-baxa bir stəkan çay içmək və ucsuz-bucaqsız xəyala dalmaq misilsizdir. Yaşadığım ərazi mərkəzidir, metro və ictimai nəqliyyata əlçatandır. Ən önəmlisi isə savadlı insanların mərkəzləşdiyi ərazi olduğu üçün məktəblərinin reytinqi yüksəkdir. Bu səbəbdən burda yaşamağa qərar vermişəm. 

– Vətəndaşlıq almısınız?

– Hər halda viza statusumu öyrənmək istəyirsiniz. Amerika torpağına 4-cü gəlişimdə tələbə vizası ilə qədəm qoymuşam və hələ də bu viza ilə burada yaşayıram. Amma yaxın zamanda bu statusumda dəyişiklik ola bilər. 

– Azərbaycandan çıxışınızda problem yaranmışdı. Amma səsiniz Amerikadan gəldi. Bu necə baş verdi?

– Bəli, səbəbsiz halda ölkədən çıxışımda maneə yaradılmışdı. Bu, hansısa məmurun oyunu idi. Burda çox detallara gedə bilərəm, amma lüzum görmürəm. Bu maneənin aradan qaldırılmasında mənə şəxsən Azərbaycan Prezidenti cənab İlham Əliyev kömək oldu.

Oxumağa getmək niyyətimi də birinci cənab Prezidentə bildirdim. Köməklik etdiyi üçün cənab Prezidentə sonsuz təşəkkürümü bildirirəm. 

– Siz Türkiyəyə getdiniz, amma sonra Amerikaya yollandınız. Nə idi Amerikada sizi çəkən? Türkiyədə niyə qalmaq istəmədiniz? 

– Hər halda siz mənim Bakıya döndükdən sonra Türkiyə səfərimi nəzərdə tutursunuz. Əvvəla deyim ki, mənim Türkiyədə hakim və ziyalı dairələrdə etibarlı dostlarım var. Onlara nəyisə sübut etməyə ehtiyac yoxdur və məlum hadisədən sonra onlar “gəl bizimlə Türkiyədə işlə” təklifini etdilər. Mən isə Amerikada təhsil almağı seçdim. Düşüncəmə hörmət edən insanlar fikrimi dəstəklədilər və hətta Amerikada təhsil yolunda mənə dəstək də oldular. Maliyyəmin bir qismini məhz Türkiyə verdi. Amerikada isə məni sonsuz azadlıq çəkirdi. Mən zatən bu dünyaya azad ruhda doğulmuşdum və ən böyük azadlığı da atamdan almışdım. Gözümü açandan atamın qulağıma dediyi bu sözləri xatırlayıram: “Oxuyun, səhvinizdə də arxanızdayam”, “Oxuyun, öz ayaqlarınız üzərində dayanın”- bu sözlərin hikmətini indi 39-cu yaşımda dərk edirəm və övladlarıma da eyni sözləri dediyimin fərqindəyəm. 


Amerika bir okeandır, mən də dərin sularda üzmək istəyən balıq. Burda insan üçün böyük imkanlar var, sən qanuna riayət edirsənsə, bütün imkanlardan yararlana  bilərsən. Məhdudiyyət yoxdur. Ruhun azaddır, sevgi azaddır. Əməksevər insan üçün burda pul qazanmaq, inanın, çox asandır.

İnsan öz təcrübəsi ilə həm də öyrənir. Məsələn, ANS-ə 18 yaşımda gəldim, əməksevər, məsuliyyətli və üzərimdə çalışan olduğum üçün bu kanalda yüksəldim. Ən yaxşı halda 1500 manat əmək haqqı aldım. Heç kimdən kiçik bir hədiyyə qəbul etmədim ki, bu, halal olmaz. Qazandığım yalnız qida, kommunal, toy və yasa çatdı. Əgər cənab Prezident jurnalistlərə ev verməsəydi və mən ANS-də atılan o püşkdən ev çıxarmasaydım, deməli, hələ də evsiz qalacaqdım. Amma bu, belə olmalı deyildi. Mən evi qazandığım pulla almalı idim.

Amerikada isə bizimlə bir karyerasına başlayan və daha az əmək sərf edən insanın yaşamaq üçün bütün imkanları var. O, xəstələnəndə həkimə pul verib əməliyyat olunmur. O, zəng edib həkimlə əməliyyat pulunun nə qədər olduğunu, məhz onun üçün nə qədər endirim ediləcəyini öyrənmir. 1999-cu ildə ANS-də işə başlayanda bizə vəd verildi ki, tezliklə hər şey daha yaxşı olacaq və biz hətta qocalanda daha yaxşı təqaüd alacağıq. İllər keçdi, o gələcək üçün şərəflə, əməklə çalışdım, amma o gələcək gəlmədi. Əksinə, savadı olmayan kimlərsə məmur oldu, biliyi olmayan da həkim. Uşaqlar hələ də 11-ci sinfi bitirib hansı peşə sahibi olacağını bilmir. İqtisad Universitetini bitirib öz maliyyə durumunu düzəldə bilməyən gənclər var. Məni yaxından tanıyanlar hansı enerjiyə sahib olduğumu bilir. İllər keçdikcə, enerji sərf edirəm, geri gəlməyəcək enerji. Dünyaya gətirdiyim övlad da mənim genimi daşıyır. Onda da bu enerjini görürəm.

Onlara daha geniş imkanlar açmaq üçün, dediyim o okeanda daha sərbəst üzmələri üçün özümü heç bir zaman üzmədiyim okean sularına atdım.

Nə olursa mənə olsun, məndən sonrakı nəsil daha rahat yaşasın, dünyaya faydalı olsun deyə. Bir də tarixi araşdırmağı sevirəm. Türklər Orta Asiyadan Anadoluya 1100-cü illərdə bərəkətli torpaq axtarışı üçün gəldi, avropalılar isə Amerika qitəsinə 1600-cü illərdə gəldi. Onlar bilinməz torpaqlarda yaşamağa risk edə bildilər. Mənim özümə verdiyim sual bu oldu: informasiya texnologiyalarının inkişaf dövründə bunu nədən sən edə bilməyəsən?

– Hazırda nə işlə məşğulsunuz?

– Tələbəyəm və araşdırmalar edirəm. “Washingtonda BAU international”da 3 dərs alıram.  Burada ixtisas “Global affairs and politics”dir.

“George Mason”dan isə bir dərs alıram. Burada jurnalistika üzrə təhsil alıram. 

– Amerikada Azərbaycan mətbuatını və ya televiziya kanallarını izləyirsiniz?

– Sosial media üzərindən izləyirəm, qısa formada olan videolara baxıram. Hansısa kanala baxdığımı xatırlamıram. 

– REAL TV açılanda sizə orada işləmək təklif olundumu? 

– Xeyr.

– Mirşahin Ağayev və Vahid Mustafayevlə əlaqələriniz qalıbmı? 

– Vahid müəllimlə əlaqəm var. ANS Şirkətlər Qrupunun həvəsdən düşmədən inamla əməyə sarılıb Azərbaycana yeniliklər gətirməsinə sevinirəm. Amma Mirşahin Ağayevlə əlaqəm yoxdur. 

– Qənirə xanım, ANS-in bağlanmasına görə bəziləri sizi ittiham edirdi, siz necə, heç özünüzü təqsirkar bilirsiniz? 

– Qətiyyən. Çünki ANS-in bağlanmasının mənimlə bağlılığı yox idi. Fətullah Gülənlə müsahibədə iştirakıma gəlincə, bu, mərkəzi redaksiya ilə razılaşdırılmışdı və professional qərar idi. Jurnalistin işi müsahibə almaqdır. O müsahibəni dünya şöhrətli TV-lərlə, jurnalistlərlə bərabər aldım. Onların hər biri operativ müsahibə aldığı üçün ölkələrində ödülləndirildi, mən isə incidildim….. 

– Amerikada tanınmış azərbaycanlılarla görüşürsünüzmü?
 

– Bəli, görüşürəm. Amma hamı ilə mümkün deyil. Amerikaya hər gələn azərbaycanlı da sizin düşündüyünüz səviyyədə deyil. Kimisi böyük arzular üçün, kimisi sadəcə “Amerikaya gəlim” deyə burdadır. Hər kəs öz ətrafını gec və ya tez tapır. Amma səfirliyimizlə sıx əlaqədəyəm. Bir müddət Azərbaycan məktəbində dərs də dedim. Amma indi çatdırmıram. Həftəiçi universitetlər, uşaqların məsuliyyəti və işim. İstirahət günümü övladlarıma həsr edirəm. 


– Bəs sizin orada hansısa problemləriniz var?
 

– Şükür Allaha, heç bir problemim yoxdur. 

– Amerika dünyanın ən qüdrətli dövlətidir. Gəlin, bu qüdrəti orada yaşayan biri kimi xarakterizə edin.

– Həqiqətən də qüdrətlidir və onu qüdrətli edən Tramp və ya Obama deyil. Onu qüdrətli edən qanunlara hörmət və riayətdir. Qanunun aliliyi qorunduğu üçün insan da ona hörmət edir.

Amerikada əmin olduğum bir nüans var. Bütün insanlar və mədəniyyətlər eyni kökə sahibdir. Dolayısı ilə hamımız eyniyik. Bəzi dövlətlər mükəmməl qanunlar işləyərək vətəndaşını xoşbəxt edib, bəziləri isə əksini.

Bu, dərin sualdır və bu mövzuda çox danışmaq olar. Misal üzərində deyim. Amerikada orta məktəb 9 il məcburidir. Sonrakı mərhələni hər kəs deyil, yalnız professional ixtisas arxasınca gedənlər davam edir. Davam etməyənlər düşünürsünüz pis yaşayır? Xeyr. Ölkədə nizam tərəzisi – məhkəmə hüquq sistemi, təhsil və səhiyyə işlədiyi üçün hər kəs öz haqqını alır. Bəli, burda da kasıblar var, evsizlər var, haqsızlığa uğrayanlar var. Amma nisbət və çoxluq məsələsində onlar çox, amma çox azdırlar. Burda 50 balla universitetdən kəsilib, 600 balla Tibb Universitetinə düzəlib, sonra da kor həkim olmağa heç kim icazə verməz. 

– Amma Amerikada dediyiniz kimi, problemlər də çoxdur…

– Hər bir dövlət kimi, Amerikanın da öz siyasi, iqtisadi və müxtəlif problemləri var. Miqrant axını çox olduğu üçün bu məsələdən irəli gələn problemlər bizi də maraqlandırır. Silah və narkotik satışının azad olması məncə problemdir. Düşünürəm, bu, Amerikanın gələcəyi üçün də narahatlıq yaradır. Məsələn, oğlum 8-ci sinfi bitirmək üzrədir. Bu, həm də həssas yaş mərhələsidir. Burda həm gözəl təhsil var, gözəl seçimlər var, həm də seks və narkotik azadlığı. Biz bu azadlıqlardan düzgün yararlanmaq üçün gözümüzü 4 açmalı, ətrafı hər gün öyrənməliyik. Problemsiz heç bir dövlət yoxdur. Əsas problemdən düzgün çıxış yolu tapmaqdır. 

– Bildiyimizə görə idmanla da məşğul olursunuz.

– Bəli, professional yoqa ilə məşğulam. Namaz, kitab, musiqi ruhun qidası olduğu kimi, yoqa da cismin qidasıdır, həm də ruhu sağlam tutur.

Elastik olmağım bu idman novü ilə məşğul olmağıma kömək edir. Burda yoqa fərqli formada olur. Bəzi dərsləri “Hot Power Yoga”ni hətta 40 dərəcə istilik olan otaqlarda edirik. Bəzən səhər saat 6-da dərsə başlayıram. Tənbəllik insana “etmə, getmə” deyir, “yat” deyir. Amma içimdə bir hiss də var. O isə “sən tənbəlliyə qalib gəlməlisən söyləyir”.

Ruhumda qanadlarım var və yoqa mənə uçmağa kömək edir.Yoqada çoxlu dostlar qazanmışam, gözəl mühitim var. Hər şey üçün Allaha və atama minnətdaram. 


– Amerika deyəndə belə təəssürat yaranır ki, guya, bu ölkədə insanlar çox liberaldırlar, onlar üçün ailə dəyərləri-filan arxa plandadır. Amma informasiyalara baxandan sonra vəziyyətin heç də bu cür olmadığını görmək mümkündür. Bu mənada deyə bilərikmi, Amerika cəmiyyəti çox mühafizəkardır?
 

– Amerika tanıdığım ən mühafizəkar cəmiyyətdir. Kristmas ərəfəsidir. İnsanlar ibadətindədir. Burda da insanlar bayramda böyüklərinə qonaq gedir, nənələr nəvələrə hədiyyə göndərir. Təsəvvür edin, hətta mənim oğlanlarıma da evimizə məktubla bərabər hədiyyə göndərən amerikalılar var.

Bəziləri düşünür ki, Amerika deyən kimi həddini aşmış azadlıq görəcəyik. Bu, əsla belə deyil. Amerika dövlətini ayaqda saxlayan mühafizəkar ailələrdir. 100 ağıllı minlərlə mükəmməl olmayanı idarə edə bilir. Daha bir dəli gəlib min ağıllını dəli etmir. Bəlkə də yerinə düşər. Böyük oğlumun sinif yoldaşının valideynləri Federal hökumətdə çalışır.Keçən həftə bizə qonaq gəlmişdi. Məqsəd oğlanlarının dostunun ailəsini yaxından tanımaqdır. Kiçik qızı yaramazlıq etdi və qorxaraq anasına baxdı. “Uşaqdır fikir vermə” dedim. Ana, “uşaq da həddini bilməlidir” söylədi. “Amerikalılar necə cəzalandırır?” deyə soruşdum. Ana “evin içində, gərəkirsə əllərinə də vururam” cavabını verdi. Deməyim odur, amerikalı da dəyərli insan yetişdirir. 


– Amerika prezidenti Donald Trampın ölkə daxilində yürütdüyü siyasətlə bağlı bəyəndiyiniz və bəyənmədiyiniz məqamlar nələrdir?
 

– Obamanı sevirəm. Simpatiyam var o adama. Donald Tramp xarici siyasətdə fikirlərini tez- tez dəyişir. Elə daxili siyasətdə də. Pafoslu cıxışları ilə hər kəsi həyəcanlandırsa da, ona nəzarət edən Konqres var. Burda son sözü heç də Tramp demir. Məsələn, o, CNN jurnalistinin Ağ Evə girişini qadağan etdi, məhkəmə isə bərpa etdi. Daxili siyasətdə də hər şeyin yaxşısının, onun xalqının olmasını istəyir. Bu da normaldır. İnsan öz vətəndaşını düşünür.

Tramp nədənsə mühacirlərə, xüsusən də Latın Amerikasından gələnlərə qarşı çox dözümsüz davranır. Amerikada deyirlər ki, Tramp varını elə ucuz işçi qüvvəsi olan ispanların hesabına toplayıb. İndi, Meksika ilə sərhəddə divar çəkmək üçün istədiyi pulu ala bilmədiyinə görə büdcəni təsdiqləməyib və Federal hökumət neçə gündür bağlıdır. Bu gün Meksika ilə sərhəddə balaca qızın ölümü ABŞ adına böyük utancverici hadisədir.

– Keçmiş iş yoldaşınız Sevinc Osmanqızı ilə görüşmüsünüz? 

– Bəli, mənim Sevinc Osmanqızı ilə əlaqəm var. Sevinc xanım hələ Amerika səfirliyində işləyərkən onunla əməkdaşlıq etmişdik. Sonra bir kollektivdə işlədim.

Amerikada olduğumuz müddətdə yalnız bir dəfə görüşə bildik. Təəssüf ki, görüşməyə vaxt olmur.

– Bayaq övladlarınızdan qısa danışdınız. Onlar haqda daha ətraflı məlumat verərdiniz?

– Fərhad 8-ci sinifdə təhsil alır və əla oxuyur. Xarici vətəndaş olsa da, Amerikada ingilis dili üzrə istedadlılar sinfində dərs alır, riyaziyyatdan da eyni sinifdədir. Məktəbi və müəllimlərini sevir. Amerikanın fürsətlər ölkəsi olduğunu dərk edir. Amma ətrafdakı parıltının da fərqindədir. Bu parıltının gözünü kor etməməsi üçün həmişə qulağına gəldiyimiz torpaqları və şərtləri xatırladır, onlara özləri kimi oxumaq üçün biliyi olub imkanı olmayan dostlarına kömək etməsinin vacibliyini deyirəm. 
Ceyhun da 5-ci sinifdə oxuyur. Əgər Allah bu uşaqları qorusa, onların dünya üçün faydalı insan ola biləcəklərinə inanıram.

Ağdamda ermənilərə “atəş aç” əmrini kim verdi?

“Təxminən iki aydır cəbhə bölgəsində atəşkəsə riayət olunur. Bu sakitlik Ermənistanın baş naziri Nikol Paşinyana imkan verdi ki, parlament seçkisini rahat keçirib qələbə əldə etsin. Bəs necə oldu ki, separatçılar dünən qəfil atəş açaraq Ağdamın yaşlı sakinini yaraladılar?”

Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Onun şərhinə görə, atəşkəsin pozulması Ermənistanın baş naziri Nikol Paşinyanın maraqlarına cavab vermir.

“Ümumiyyətlə cəbhə bölgəsindəki istənilən gərginlik Paşinyanın mövqelərinə zərbədir, erməni hərbçilərinin itkisi isə onun reytinqinə mənfi təsir edəcək. Bəs onda “atəş aç” əmrini hansı qüvvələr verib və verəcək?”-deyə ekspert qeyd edib.

E.Şahinoğlu qeyd edib ki, Ermənistanda “Qarabağ klanı” 20 il hakimiyyətdə oldu, bu klan həm Dağlıq Qarabağdakı separatçılara, həm də Ermənistan hakimiyyətinə nəzarət edirdi.

Politloq cəbhədə atəşkəsin pozulmasında hansı qüvvələrin maraqlı olduğu haqda da fikir səsləndirib:

“Ona görə də bu klanın istəyi xaricində Dağlıq Qarabağda heç nə baş verə bilməzdi. İndi isə durum fərqlidir. Dağlıq Qarabağdakı separatçılar sözdə Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın istəklərinə tabe olsalar da, əməldə onun vəziyyətini gərginləşdirə biləcək addımlardan çəkinməyəcəklər. Dağlıq Qarabağdakı separatçılar Paşinyanın mövqelərini zəiflətmək üçün fürsət axtarırlar. Separatçılara İrəvan deyil, Robert Koçaryan və Rusiyadakı siyasi-hərbi mərkəzlər təsir edir.

Elə dünənki insidentin müəllifləri də onlardır. Ancaq bizim üçün fərqi yoxdur. Paşinyan Dağlıq Qarabağdakı separatçılara nəzarət edə bilmirsə bu onun problemidir. Bizim vəzifəmiz isə atəşkəsi pozan separatçıları susdurmaq və düşmənin itkilərini artırmaqdır”.

Qeyd edək ki, dekabrın 26-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Ağdam rayonunun Mirəşelli kəndi ərazisində mülki şəxsləri atəşə tutması nəticəsində bir nəfər xəsarət alıb. 

Bakıdan rayona gələrək şəhid qardaşı oğlunun və qardaşının məzarını ziyarət etməyə gedən Ağdam rayonunun Baş Qərvənd kənd sakini, 1945-ci il təvəllüdlü Allahverdiyeva Dilşad Allahverdi qızı və bir neçə yaxın qohumu düşmən tərəfindən atəşə tutulub.

Düşmənin atəşi nəticəsində yaşlı qadın qulaq nahiyəsindən xəsarət alıb. Ağdam rayon xəstəxanasına aparılan D.Allahverdiyevaya ilkin tibbi yardım göstərilib.

 

Nazirlik “vergi xəbərçiliyi” məsələsinə aydınlıq gətirdi – RƏSMİ

Vergilər Nazirliyi vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı “vergi xəbərçiliyi”nin nəzərdə tutulduğuna dair məlumatlarla bağlı açıqlama yayıb. 

Oxu.Az xəbər verir ki, məlumatda bildirilir ki, nə mövcud qanunvericiliyə dəyişikliklərdə, nə də yaxın perspektivdə belə bir mexanizmin tətbiqi nəzərdə tutulmur.

“Dekabrın 25-də Vergilər Nazirliyində keçirilən Vergi Məcəlləsində dəyişikliklərlə bağlı mətbuat konfransında media nümayəndələri tərəfindən vergidən yayınmaya dair məlumatların verilməsi zamanı mükafatlandırma mexanizminin olub-olmaması barədə sual ünvanlanıb. 

Sual cavablandırılarkən, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən verilən cavabda belə bir mexanizmin olmadığı, bununla bağlı bəzi ölkələrdə beynəlxalq təcrübənin (“Whistleblow” mexanizmi) mövcud olduğu və bunun digər təcrübələr kimi gələcəkdə nəzərdən keçirilməsinin mümkünlüyü qeyd edilib.

Hazırda vergidən yayınanlar barədə məlumat verənlərin mükafatlandırılmasına və ya digər formada təşviq edilməsinə dair hər hansı təklif və ya layihə nəzərdən keçirilmir. Media nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, məsələnin mahiyyətinə diqqətlə yanaşsınlar və yalnız rəsmi mənbələrə istinad etsinlər”.   /oxu.az/

Dədə Şəmşirin anadan olmasının 125 illiyi Abşeron rayonunda da qeyd edilib

Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq dekabrın 26-da Abşeron Rayon Mədəniyyət Mərkəzində Aşıq Şəmşirin anadan olmasının 125 illik yubileyi qeyd olunub.

Tədbir Abşeron Rayon İcra Hakimiyyətinin və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb. Yubiley gecəsində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının, idarə, müəssissə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, Aşıq Şəmşirin ailə üzvləri, həmçinin söz-saz adamları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Aşıq Şəmşirə həsr olunmuş filmin nümayişi ilə başlayan tədbirdə Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək sənətkarın zəngin yaradıcılığından söz açıb.

Bildirilib ki, ölkəmizdə yaradıcı insanlara yüksək diqqət və qayğı göstərilir. Ölkə başçısının müvafiq Sərəncamı ilə Aşıq Şəmşirin 125 illik yubileyinin bu gün respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunması aşıq sənətini yaşadanlara verilən qiymətin bariz göstəricisi kimi dəyərləndirilib.

Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın milli sərvətimiz olan saz sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında gördükləri genişmiqyaslı işlərdən söz açan M.Qasımlı bugünkü tədbirin həmin işlərin davamı olduğunu bildirib.

Tədbirdə Abşeron rayon Mədəniyyət evinin aşıqları və tanınmış incəsənət xadimləri çıxış edərək saz havaları üstündə Dədə Şəmşirin şeirlərini səsləndiriblər.

Yubiley gecəsində “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, saz-söz ustadı Aşıq Şəmşirin Azərbaycan ədəbiyyatına bəxş etdiyi zəngin mədəni irsdən söz açıb.

 

“Bu vəsiqədən azad olunmağın vaxtıdır” – Qarabağ İcmasının sədrindən MESAJ

“Bildiyiniz kimi 30 ilə yaxındır ki, davam edən Ermənistan separatizmi dalğası öz mənfi fəsadlarını göstərib.  1988-ci ildən Azərbaycana qarşı irəli sürülmüş ərazi iddiaları Sovetlər İttifaqının süqutundan sonra Azərbaycana qarşı açıq hərbi işğal siyasəti ilə davam edib. Artıq vaxtı çoxdan yetişib ki, geri qayıdaq, öz torpaqlarımıza sahib çıxaq”.

Turkustan.info xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev deyib:

Onun sözlərinə görə,  Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ məsələsi ATƏT-in sənədlərinə uyğun olaraq iki tərəfdən ibarətdir: Təcavüzkar Ermənistan və Təcavüzə məruz qalan Azərbaycan.

“Eyni zamanda bu məsələnin maraqlı tərəfi var – Dağlıq Qarabağın Azərbaycanlı və Erməni icmaları. Bizim Dağlıq Qarabağın Azərbaycanlı İcmasının 20 dekabr tarixində Idarə heyətinin yeni sədri və sədr müavinləri seçildi. Hazırda bizim qarşımızda olan əsas məqsəd və vəzifələr İcmanın üzrləri olaraq daim geriyə qayıtmaq əzmində olduğumuzu nümayiş etdirməkdir. Eyni zamanda Dağlıq Qarabağın münaqişəsi ilə bağlı beynəlxalq aləmdə səsimizin daha ucadan eşidilməsinə nail olmaqdır.

Qeyd etmək istəyirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirilmiş görüşlər və yaxud digər tədbirlərdə İcma üzvləri iştirak ediblər. Amma bundan sonra biz fəaliyyətimizi daha intensiv həyata keçirməyi düşünürük. Məsələn, beynəlxalq təşkilat və konfranslarda İcma olaraq iştirak etmək, beynəlxalq təşkilatlarla keçirilən müzakirələrdə, debatlarda təmsil olunmaq və eyni zamanda internet üzərində, sosial şəbəkələr üzərində fəaliyyətimizi daha da intensivləşdirməkdir”.

T.Gəncəliyev bildirib ki, erməni təbliğat maşını zamanla iftira dolu məlumatlar yayır, erməni icmasının daha şişirdilmiş obrazını təqdim etməyə çalışır.

“Ancaq burada qeyd olunmalıdır ki, Dağlıq Qarabağın iki bərabərhüquqlu icması var , bunlar həm Azərbaycanlı, həm də Erməni icmalardır. Dediyimiz kimi biz, Dağlıq Qarabağın Erməni İcması ilə daim konstruktiv dialoqların, təmasların qurulmasını təmin etmək istəyirik. Ancaq ilk növbədə bizim Azərbaycan Respublikasının işğal olunmuş əraziləri işğaldan azad olunduqdan sonra erməni icması ilə bir yerdə yaşamağa hazırıq. Buna görə, dediyim kimi konstruktiv  dialoqların, təmasların qurulmasına razıyıq. Artıq 26 ildən çoxdur ki, biz məcburi köçkünlük vəsiqəsini özümüzlə daşıyırıq. Məncə artıq vaxt yetişib, bu vəsiqədən azad olunmağın vaxtıdır. Biz istəyirik ki, öz torpaqlarımıza geri dönək və mənim dediyim erməni icması ilə dialoqa hazır olmağımız onu göstərir ki, biz Azərbaycan icması olaraq heç kimə qarşı düşmənçilik hislərimiz yoxdur, biz nifrət bəsləmirik, yeganə istəyimiz öz torpaqlarımıza qayıtmağımızdır.

Bundan artıq konstruktiv mövqe göstərmək mənim təsəvvürümə gəlmir. Baxmayaraq ki, biz uzun müddətdir öz torpaqlarımıza qayıtmaqdan, öz mülkiyyət hüquqlarımızın həyata keçirilməsindən, 26 ildən çox öz babalarımızın, nənələrimizin məzarını ziyarət etmək hüququndan məhrum olmuşuq. Bütün bunlara baxmayaraq biz heç kimə qarşı düşmənçilik, nifrət hissələri duymuruq və geri qayıtmaq istəyirik. Erməni icmasına qarşı da sülh əlimizi uzadaraq onlarla bir yerdə yaşamağa hazır olduğumuzu bildiririk”.

O bildirib ki, Dağlıq Qarabağ bölgəsinin hazırda 3 rayonu – Xocalı, Şuşa və Xocavənd rayonlarının sakinləri olaraq 80 min nəfər üzv var.

“Bu münaqişənin tənzimlənməsi istiqamətində bütün məsələlər nəzərdən keçirilə bilər. Bizim əsas məqsədimiz öz hüquqlarımızı təmin etmək, erməni icması ilə birlikdə konstruktiv  danışıqlara başlamaqdır. Sarkisyan bizim və erməni icmasının arasına olan danışıqlara mane olurdu. Biz gələn ildən erməni icması ilə birgə dialoqa girə biləcəyik”.  /Modern.az/

Ölkənin lider mobil operatoru şəbəkəsinin imkanlarını genişləndirir və gücləndirir

Azərbaycanın telekommunikasiya bazarında lider mobil operator olan “Azercell Telekom” abunəçiləri yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək və rəqəmsal dünyanın ən son yeniliklərinin ölkədə tətbiqinə hazır olmaq üçün şəbəkənin gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi və təqdim olunan internet xidmətinin sürətinin daha da artırılması istiqamətində bir sıra mühüm addımlar atıb. Dekabrın 14-15-də Abunəçi Məlumatlarının Mərkəzləşdirilməsi layihəsi (UDC) uğurla tamamlanıb. Bir neçə mürəkkəb mərhələni özündə biləşdirən UDC layihəsi “Azercell” şirkətinin texnoloji cəhətdən davamlı inkişafının göstəricilərindən biridir. Qeyd edilən tarixlərdə, həmçinin məlumat strukturumuzun gücləndirilməsi zəminində HLR Miqrasiyası prosesi müvəffəqiyyətlə yerinə yetirilib. Paralel şəkildə internet ötürücülüyünün artırılması məqsədilə Paket-kommutasiya şəbəkəsinin genişləndirilməsi işləri də uğurla icra olunub.

“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev sözügedən proseslərlə bağlı bildirib ki, şirkət abunəçiləri təqdim edə biləcəyi ən güclü və dayanıqlı şəbəkə ilə təmin etmək üçün böyük layihələr həyata keçirir və mövcud resurslardan maksimal şəkildə istifadə edir.

“Ümumiyyətlə, bu tip nəhəng layihələrin yerinə yetirilməsi çox ciddi riskləri özündə birləşdirir. Bir çox ölkələrdə bu layihələr zamanı ümumi şəbəkə kəsintisi kimi ciddi fəsadlar yaşanıb. Lakin “Azercell” UDC layihə qrupu “Ericsson” mütəxəssisləri ilə birlikdə qarşıya çıxa biləcək bütün risk və problemləri öncədən nəzərə alaraq, texniki nasazlıqları minimum həddə endirə biliblər”, – deyə V.Mürsəliyev bildirib. O, bütün diqqətin “Azercell” şəbəkəsinin 5G və digər yeni nəsil texnologiyaların tətbiqinə hazırlanmasına, müştəri təcrübəsinin mükəmməlləşdirilməsinə yönəldiyini vurğulayıb.

V.Mürsəliyev onu da qeyd etdi ki, şirkət bundan sonra da təqdim etdiyi keyfiyyətli və rahat xidməti ilə abunəçilərin gündəlik, eləcə də işgüzar həyatını asanlaşdırmaq üçün çalışmağa davam edəcək.

Qeyd etmək lazımdır ki, UDC (User Data Consolidation) – Abunə istiqamətli telekommunikasiya şəbəkələrinin verilənlər bazasının daha çevik, daha sürətli və daha keyfiyyətli istifadəsinə imkan verir. UDC – çoxməqsədli sistemdir və telekommunikasiya sahəsində fəaliyyət göstərən digər bütün növ sistemlərlə uyğunlaşa bilir.

Telekommunikasiya şəbəkəsində hər bir aktiv mobil cihazın məlumatlarını özündə cəmləyən HLR-yerləşmə qeydiyyatı bazası mövcuddur. HLR-ın məqsədi bu məlumatların toplanmasında funksionallığı təmin etmək və istifadəçinin müəyyən edilməsi (təsdiqlənməsi) kimi istəkləri emal etməkdir. Qeyd edək ki, məlumat bazası hər zaman yenilənir. Tutum qabiliyyəti tükənmək üzrə olarkən və ya şəbəkədə təkmilləşmə işləri görülərkən, hər bir istifadəçi üçün məlumat strukturu gücləndirilməli olur. Bu halda istifadəçi məlumatlarının itirilməsinin qarşısının alınması üçün data köhnə HLR-dan (mənbə HLR) yeni HLR-a (hədəf HLR) köçürülür. Bu proses HLR miqrasiyası adlanır ki, şirkətimiz tərəfindən uğurla tamamlanıb.

Paket-kommutasiya şəbəkəsinin genişləndirilməsi layihəsi müştəri təcrübəsinin inkişafına yönəlmiş mühüm proseslərdən biridir. “Azercell” onun köməyi ilə internetdə məlumat ötürücülüyünü artırmağa nail olacaq. Beləliklə də, internet istifadəsinin pik saatlarında mobil operatorun abunəçiləri sürətin nisbətən zəifləməsinin şahidi olmayacaqlar.

Ümumiyyətlə, bütün sadalanan proseslər təkmilləşməyə yönəldiyindən müştərilərin rahatlığını təmin etməkdə yardımçı olur.

Azərbaycana bir sıra texnoloji yeniliklər gətirən “Azercell” bundan sonra da öz missiyasına sadiq qalaraq innovativ həllər, müasir xidmətlər vasitəsilə abunəçilərin həyatını asanlaşdırmaq və rəqəmsallaşdırmaq üçün şəbəkəsinin gücləndirilməsini davam etdirəcək, bu istiqamətdə zəruri olan tədbirləri həyata keçirəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. 

Eldar Əzizov üç vəzifəli şəxsi işdən çıxardı

Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri olub. 

Turkustan.info-nun məlumatına görə, BŞİH-nin başçısı Eldar Əzizovun əmrinə əsasən, Kadr məsələləri sektorunun müdiri Gülarə Mürsəliyeva, Əsаsli tikinti və təmir şöbəsinin müdiri Cüneyid İsmayılov, Hüquq şöbəsinin müdiri Sani Nəsibov vəzifələrindən azad ediliblər.

Gülarə Mürsəliyevanın yerinə İlahə Həsənzadə təyinat alıb. Digər iki şəxsin yerinə hələlik təyinat yoxdur.

Bakı Şəhər İcra Hakimiyyətindən məlumatı təsdiq ediblər.    /oxu.az/

Elşən Abbasov:”Azərbaycan kikboksçuları tarix yazırlar”

24-26 dekabr 2018-ci il tarixində Xətai Boks Arenasında Azərbaycan Kikboksinq Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “BAKU OPEN-2018” kikboksinq beynəlxalq çempionatı baş tutdu. Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü Elşən Abbasov təbdirin möhtəşəm keçdiyini bildirdi. “Mən deyərdim ki, bu gün Azərbaycan kikboksçuları tarix yazırlar. Azərbaycanda güclü kikboksinq məktəbi var. Onun minlərlə üzvü var. Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti,Millət vəkili Adil müəllim güclü komanda formalaşdırıb. Həmin məktəbdə İstedadlı, güclü kikboksçuları nəsili yetişir. Çempionatın yüksək səviyyədə təşkil olunması və izdihamlı keçməsi sübut etdi ki,kikboksinq ölkədə ən sevilən idman növüdür. Üç gündə ancaq qürur hissi yaşadım”.

Nazirdən pensiyalarla bağlı – MÜHÜM AÇIQLAMA

2006-cı ildən 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabında heç bir pensiya kapitalı qeydə alınmayanlar, dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və s. istisna olunmaqla, pensiya yaşına çatanların 70 faizinin pensiya təyinatı avtomatlaşdırılmış şəkildə aparılacaq.

Oxu.Az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev belə bir açıqlama verib.

Onun sözlərinə görə, pensiya yaşına çatan və fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınan (məbləğdən asılı olmayaraq) şəxslərə 2006-cı ilin yanvarın 1-dək olan dövr üçün avtomatik 25 il sosial sığorta stajı hesablanacaq ki, bu da 2006-cı ilədək 25 ildən az stajı olduğu üçün pensiya hüququ yaranmayan şəxslərin bu hüquqa malik olmasına şərait yaradacaq. 

O bildirib ki, 2019-cu ildən Azərbaycanda pensiya yaşı tamam olan, pensiya hüququ qazanan şəxslərin 70 faizi heç bir sənəd toplamadan, heç bir idarəyə getmədən doğum günündə pensiya təyinatı alacaqlar: 

“Ya SMS, ya email, ya da məktub vasitəsilə onlara bu barədə məlumat veriləcək. Onlara pensiyalarının məbləği, hansı bankdan kartlarını götürə biləcəkləri barədə məlumat veriləcək. Gələn il digər 30 faiz güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərlə bağlı da qanunvericilik bazasını hazırlayacağıq”      /oxu.az/

Prezident icra başçıları ilə bağlı qanun imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev “İnzibati icraat haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Turkustan.info xəbər verir ki, bu, dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) İcra Hakimiyyəti başçılarının sərəncamlarının məhkəmələrdə mübahisələndirilməsi ilə bağlıdır.
Qanunun 4-cü (Aidiyyət) maddəsinin 3-cü bəndinə əsasən, inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. Dəyişikliklə bəndə yeni cümlə əlavə edilir: “Bu mübahisələr dövlət və bələdiyyə əmlakının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar olduqda, qəbul edilmiş inzibati aktlar, həmçinin birbaşa məhkəmələrdə mübahisələndirilə bilər”.
Qeyd edək ki, bir sıra hallarda Əmək Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) İcra Hakimiyyəti başçılarının sərəncamlarının mübahisələndirilməsi ilə bağlı qaldırılan iddialara məhkəmələr tərəfindən inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlərlə bağlı mübahisə olması əsası ilə baxılmır. Dəyişiklik həmin problemin aradan qaldırılması üçün edilib.   /BakuPost/

Şeyx deputatın açıq məktubuna REAKSİYA VERDİ – “Dəlil-sübut olmadan böhtan yağdırmaq…”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktub yazması maraqla qarşılanıb.
Deputat qeyd edib ki, Bakıda keçirilən “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”un panellərində müzakirələr zamanı İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberlinin “Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız yoxdur” deməsi onu dərindən sarsıdıb. Bildirib ki, Azərbaycanın bəzi rayonlarında, o cümlədən Bakının bir sıra kəndlərində qız uşaqlarının təhsil almaları ilə bağlı problemlərin olduğunu, bəzi valideynlərin qız övladlarını məktəbə buraxmadıqlarını dəfələrlə ictimaiyyətin və müvafiq dövlət orqanlarının diqqətinə çatdırıb.
Sözsüz ki, millət vəkili çox ciddi bir problemə toxunub. Çünki bu günün savadlı qız uşağı sabahın savadlı anası, ən nəhayət, son nəticədə savadlı ailə, savadlı cəmiyyətin olması deməkdir. Maraqlıdır, Q.Həsənquliyev təhsillə bağlı niyə təhsilə aid qurumlara deyil, məhz dini strukturlara üz tutdu? Deputatın məktubuna reaksiya gəlibmi?
Turkustan.info xəbər verir ki, bununla bağlı “Yeni Müsavat”ın suallarını cavablandıran Q.Həsənquliyev dedi ki, qız uşaqlarının təhsildən yayındırılması bizim millətin ən “yaralı” sahələrindən biridir: “Çox təəssüf ki, Azərbaycanın bəzi bölgələrində hələ də qız uşaqlarını təhsildən yayındırırlar. Səmimi şəkildə deyirəm ki, bu da daha çox din faktoru ilə əlaqədardır. Mənim də Dini İşlər üzrə Komitəyə və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə müraciət etməyim bundan qaynaqlanır.Bu işdə Təhsil Nazirliyinə, dövlət strukturlarına ciddi dəstək lazımdır. Birincisi, Dini Komitə dövlət qurumudur, o, digər dövlət qurumları ilə əlaqəli işləməlidir, o cümlədən Təhsil Nazirliyi ilə. Həm də bizim dini icmalarla işbirliyində olmalıdır. Qafqaz Müsəlmanları İdarəsi isə bu işə öz töhfəsini verməlidir. Bizim din xadimləri yas mərasimlərində, müxtəlif dini mərasimlərdə moizələr oxuyurlar. Mən həmin müraciətimdə əbəs yerə Hacı Zeynalabdin Tağıyevdən misal çəkməmişdim. Hacı Zeynalabdin Tağıyev 117 il bundan öncə Azərbaycanda, ümumiyyətlə, Qafqazda, bəlkə də müsəlman şərqində qızlar üçün ilk məktəb açmışdı. Lakin hətta imkanlı adamlar belə, həmin məktəbə qızları buraxmırdılar. Ona görə də Hacı Zeynalabdin Tağıyev məhz din xadimlərinə müraciət edir, onların köməyindən istifadə etməyə çalışır. Onları göndərir ki, gedin, dünyadakı İslam mərkəzlərində olan savadlı din xadimlərindən məktub alın, gətirin, müsəmanlar arasında yayın ki, bizim qızlarımız, qadınlarımız təhsil almalıdır və s! Ona görə də mən bu müraciətimlə din faktorunu xüsusilə qabartdım”.
Q.Həsənquliyev müraciətini “açıq məktub” formasında yazmasının səbəblərinə də aydınlıq gətirdi: “Əlbəttə, mən bunu açıq məktub formasında hazırlamaya da bilərdim. Yəni mən bunu birbaşa hörmətli Şeyxülislamla telefon əlaqəsi quraraq onun diqqətinə çatdıra bilərdim. Yaxud bizim Mübariz müəllimlə çox normal işgüzar münasibətlərimiz var, onun da diqqətinə çatdıra bilərdim. Ya da elə-belə, adi məktub göndərərdim. Mən bunu ona görə açıq məktub formasında yazdım ki, başqa din xadimləri də bunu oxusunlar, ictimaiyyətin diqqətini bu məsələyə yenidən yönəltmək istədim. Sözsüz, mən bu müraciəti Şeyxülislama etsəm də, əminəm ki, bizim təhsil siyasəti ilə məşğul olan şəxslər də bu məsələ ilə tanış olurlar”.
Deputat dedi ki, qızların təhsildən uzaqlaşdırılması ilə bağlı problemin kökündə din amili dayanır: “Kökündə İslam dini dayandığına görə və vaxtilə yanlış olaraq aparılmış dini təbliğat ona gətirib çıxarıb ki, bir çox insanlar yuxarı siniflərdən qızlarını çıxarırlar, təhsil almağa qoymurlar. Hətta Bakının kəndlərində belə, bəzən 3-4-cü siniflərdən sonra qız uşaqlarını məktəblərə buraxmırlar. Yəni başlarını bağlayıb mədrəsəyə göndərirlər, amma məktəbdə oxumağa imkan vermirlər. Bu, cəhalətdir”.
Ä°lgili resim
Q.Həsənquliyev rəsmi qurumlara da xitab etdi: “Mən hesab edirəm ki, hökumət də bu məsələdə ciddi və qətiyyətli olmalıdır. Xüsusilə də rayonlarda icra başçıları, icra hakimiyyətinin nümayəndələri, icra strukturlarının təmsilçiləri, təhsil şöbəsinin işçiləri, məktəb direktorları, həmçinin hüquq-mühafizə orqanları bu məsələdə son dərəcədə diqqətli olmalıdırlar. Amma inzibati resurslardan istifadə etməklə bu problemi həll etmək mümkün deyil. Burada maarifləndirmə işinə çox böyük ehtiyac var. Mən çağırıram ki, bizim din xadimləri təkcə dinimizi təmsil etməsinlər. Birinci, dinimizi yaxşı mənada təbliğ etsinlər… Bəzən əsası olmayan rəvayətlər danışırlar. Onun əvəzinə, yaxşı olardı ki, humanizm, insanlıq, xeyriyyəçilik təmsil olunsun. Görün, Azərbaycanda nə qədər gənclər təhsil haqqını verə bilmədiyinə görə, universitetləri tərk etməli olurlar. Təhsil haqqını ödəməyin, insanları oxutmağın nə qədər savab iş olduğunu qoy bizim imkanlı adamların diqqətinə çatdırsınlar, məclislərdə bu barədə danışsınlar, insanları xeyriyyəçilik fəaliyyətinə yönəltsinlər, xeyirxahlığa, ianə verməyə çağırsınlar. Həmçinin qadın hüquqlarından danışsınlar. Açıq deyək, bu gün rayonlarda hələ də məişət zorakılıqları var, qadınlara qarşı zor tətbiq olunur, boşanmaların sayı artıb. Bu məsələlərdən daha çox danışsınlar”.
Q.Həsənquliyev artıq açıq məktubuna Şeyxdən reaksiya gəldiyini bildirdi: “Mən çox məmnun oldum ki, hörmətli Şeyximiz artıq bu məsələyə reaksiya verib. Şeyx həzrətlərinin verdiyi məlumata görə, 27 dekabrda saat 11.00-da din xadimlərinin böyük bir toplantısı olacaq, orada qızların təhsildən yayınması məsələsi müzakirə olunacaq. Din xadimlərinin qarşısında bu məsələ yenidən bir vəzifə kimi qoyulacaq. Bu da onu göstərir ki, doğrudan da hörmətli şeyximiz Allahşükür Paşazadə çox mütərəqqi bir insandır. Bu fakt onun növbəti bir təsdiqidir”. Millət vəkili yeri gəlmişkən dedi ki, bəzən şeyxə qarşı çox ədalətsiz və vicdansızcasına kampaniya aparılıb: “Mən sizə açıq deyirəm ki, bu, Azərbaycanın düşmənlərinin işidir. Düzdür, bəziləri bilməyərəkdən bu kampaniyaya qoşulurlar. Amma bilirsiniz ki, 90-cı ilin yanvarında xalqın önünə çıxa biləcək birləşdirici fiqur, avtoritet, nüfuzlu lider yox idi. O zaman bizim dini liderimiz xalqın qarşısına çıxdı. Odur ki, xalqımız bunu heç vaxt unutmamalıdır. Ona görə də bu gün bəlkə də bizim düşmənlərimiz Azərbaycanı öz dini liderini gözdən salmaq, Azərbaycan xalqını bir növ din və mənəviyyat sahəsində ”tərk-silah” etmək, bu sahədə boşluq yaratmaq, bununla da xalqın mütəşəkkilliyinə, birliyinə zərbə vurmaq istəyirlər. Odur ki, biz hər birimiz belə hallara qarşı olmalıyıq”.
Deputat Şeyxülislama qarşı kampaniyaları da pislədi: “Son vaxtlar mən mətbuatda dini, mənsəbi bilinməyən adamlar, bəzi siyasətbazlar tərəfindən, təzə peyda olmuş ”filosoflar” tərəfindən yersiz və xalqımıza böyük zərbə ola biləcək ittihamların şahidi oluram. Biz bunların qarşısında durmalıyıq və o adamlara da deməliyik ki, siz öyrədilmiş, tapşırıqla fəaliyyət göstərən insanlarsınız. Əslində nöqsanlar mövcuddursa, yaxud Şeyxülislamdan gözləntimiz varsa, tutaq ki, mən etdiyim kimi, müraciət etmək olar. Bu yolla bəzi məsələlərə aydınlıq gətirmək olar. Amma heç bir sənədsiz-sübutsuz ittihamlar yolverilməzdir. O zaman mən prezident seçkilərində də söylədim ki, əldə heç bir əsas, dəlil-sübut olmaya-olmaya böhtanları yağdırmaq, nələrdəsə ittiham etmək heç kəsə başucalığı gətirmir, xüsusilə də əgər o ittihamlar şeyx həzrətlərinə yönəlibsə… Şeyxi hədəfə alanlar onun bütün Qafqazın şeyxi olmasından pərişan olmalı deyillər. Biz əslində hamımız məmnun olardıq ki, o, bütün dünya müsəlmanlarının Şeyxülislamı olsun. Sonda təəssüfləndiyim bir məqamı da vurğulamaq istərdim: yalnız Azərbaycanda mümkündür ki, bir adamın nüfuzundan, hörmətindən ona qarşı bu cür qərəzli şəkildə istifadə olunsun”.

Səsi yaşıl, ruhu ağ insan…

Ölkənin görkəmli alimlərindəndir- alimlər iki cür olur, bir sahədə püxtələşən və hər tərəfli mükəmməl. Mükəmməlləri hamıya görkəm olur…
Kişiliyə böyük dəyər verir- özündə olmayan bunu bacarmaz…
İmanlıdır- halalına haram qatmaz…
Ziyalıdır- həqiqəti söyləməkdən çəkinmir…
Ədalətlidir- haqq olmayan yerdə görünmür…
Fədaidir- Azadlıq meydanında milyonlarla insan buna şahid olub….
Əzəmətlidir- Yaradanın izni olmasa, bir kəs min kəsdən seçilməz…
Səsi yaşıl, ruhu ağdır- bunu ariflər üçün dedim…
Sədaqətlidir- İlahi bəzəkdir, hər kəsdə ola bilməz…
O, 1947-ci ildə Vedibasarda doğulub. 1966-cı ildə orta təhsilini Bakıda bitirib. Elə həmin il də Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olunub. Oranı müvəfəqiyyətlə başa vurub. 
1972-1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində çalışıb.
1978-ci ildə namizəd, 1989-cu ildə doktor elmi dərəcələrinə yiyələnib.
1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.
1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilib.
1993-cü ildə Azərbaycan Respublikasının Ali və Orta ixtisas təhsili naziri vəzifəsi ona həvalə olunub.
1993-cü ildə həmin nazirliyin ləğvi ilə əlaqədar nazir vəzifəsindən uzaqlaşdırılıb.
Azərbaycan xalqının qarşısında alnı açıq, üzü ağdır. Çox ürəklərdə yuva qura bilib. Hamı onu təmiz adam, söz deməyi bacaran ziyalı kimi tanıyır. Deyir ki, vəzifə gəldi-gedərdir, əsas odur ki, xalqının dəyərli övladı ola biləsən…
Bəli, Firudin Cəlilov xalqımızın böyük oğullarından biridir- böyüklüyünü xidmətləri ilə göstərib…
Belə insanlara diqqət göstərmək, qayğısına qalmaq Tanrının xoşuna gələn əməllərdəndir…
Hörmətli Firudin müəllim, xalqın qarşısında xidmətləriniz var, ona görə də sevilirsiz. 
Bəndələrinin sevdiyi qulunu Tanrı da sevir…
Yeni iliniz mübarək!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü ilə tabe müəssisələrdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il şənlikləri qeyd olunur

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində təşkil olunan yeni il şənliklərində bayramın atributu olan nağıl qəhrəmanları: Şaxta baba, Qar qız, yeni İlin padişahı-donuz, ayı, maşa və digər nağıl qəhrəmanları iştirak ediblər. Şənlikdə uşaqlarla birgə əyləncəli oyunlar keçirilib. Balacalar şeirlər, tapmacalar və yanıltmaclar söyləyib, şən musiqi sadaları altında rəqs edib, əyləniblər.

 4 sayli Diyarşünaslıq klubunun kollektivi Fun Word əylencə mərkəzində uşaqlar üçün “Yeni il şənliyi” keçirib. Şənlikdə klubun “Qağayi” və “Burotino” rəqs qruplari çıxış edib. Tədbirdə klubun “Rəssamlıq” kursunun şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub. Şənlikdə təşkil olunan şar, köpük, kağız şoulari uşaqlar tərəfindən sevinc və maraqla qarşılanıb.

Q.Qarayev adına 1 saylı Uşaq Musiqi məktəbində keçirilən bayram tədbirində məktəbin və Sumqayıt Musiqi kollecinin şagird və tələbələrinin konserti keçirilib. Konsertdə məktəbin “Akademik, milli və caz musiqisi” Respublika festivalının mükafatçıları, Sumqayıt Musiqi kollecinin tələbələri, həmçinin hal-hazırda Musiqi kollecində təhsil alan məktəbin məzunlarının ifasında Azərbaycan və Dünya musiqisinin ən gözəl nümunələri dinlənilib.

Şuşa rayon Mədəniyyət Mərkəzində keçiriən bayram şənliyində Mədəniyyət  Mərkəzinin  kollektivi  konsert  proqramı  ilə çıxış edib. Tədbirdə müğənnilərin ifasında xalq və bəstəkar mahnıları, muğamlar tamaşaçılar  tərəfindən  böyük  rəğbət  hissi  ilə qarşılanıb.  Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov iştirak edərək mədəniyyət işçilərini və Şuşa rayon ictimaiyyəıtini təbrik edib, xoş arzularını çatdırıb.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

Yəhudi alimdən gələcəklə bağlı qorxulu proqnoz

Dünyaca məşhur “Homo Sapiens” və “Homo Deus” kitablarının müəllifi, israilli professor, tarixçi alim Yuval Noy Harari Türkiyə mətbuatına geniş müsahibə verib.

Turkustan.info bildirir ki, müsahibədə Harari gələcəklə bağlı bir sıra açıqlamalar verib.

O bildirib ki, süni intellekt və robotlar getdikcə daha da inkişaf edirlər. Alim hazırda süni intellekt dövrünün başlanğıcında olduğumuzu, getdikcə süni intellektin və robotların iş bazarında insanları sıxışdıracağını söyləyib. Harari bunun nəticəsində milyonlara insanın işsiz qala biləcəyini və “işə yaramazlar” təbəqəsinin yaranacağını qeyd edib.

Alimin fikrincə, bəzi peşələr yox olacaq və insanlar üçün yeni iş yerləri yaranacaq. Bu isə xüsusi bacarıq və davamlı təhsil tələb edəcək. Nəticədə insanlar üç, dörd, hətta beş universitet oxumağa məcbur olacaqlar.

Harari hesab edir ki, insanların 20 il sonra universitetdə hansı sahə üzrə təhsil alacaqları, harada işləyəcəkləri, kiminlə evlənəcəkləri və s. məsələlər kompüter vasitəsilə təyin ediləcək. O, artıq bu üsuldan banklarda kredit verilməsi zamanı istifadə olunduğunu bildirib. 

Harari müvafiq alqoritmin qəddar rejimlərin əlinə düşəcəyi halda, nəticələrin qorxunc olacağını, “rəqəmsal diktatorluq”ların yarana biləcəyini söyləyib.    /oxu.az/

Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi

Borçalı Cəmiyyəti 10-cu dəfə Gürcüstan Türklərinin Həmrəylik Bayramını keçirib. Uluslararası Türk Kültür Təşkilatı -TÜRKSOY-un da 25 yaşına həsr edilən builki mərasimdə Gürcüstan, Türkiyə, Güney Azərbaycandan olan ictimai- siyasi və elm xadimləri, sənətçilər, Ahıska Türklərinin təmsilçiləri iştirak etdilər. Dövlət himnimiz səsləndikdən sonra Azərbaycan, Gürcüstan və Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sukutla yad edilib. Mərasimin aparıcısı Rüfət Muradlının qısa çıxışından sonra Borçalı Cəmiyyətinin fəaliyyətinə və TÜRKSOY-a həsr olunmuş video filmlər göstərilib. Axıska türklərinin “Vətən” Cəmiyyətinin yeni sədri İsmayıl Rəhimovu, Gürcüstandan gəlmiş ictimai-siyasi xadim Əhməd İmamquliyevi və digər qonaqları salamlayan Borçalı Cəmiyyətin sədri Zəlimxan Məmmədli çıxışında ötən həmrəylik bayramından keçən bir il ərzində görülən işlər, uğurlar haqda danışıb, TÜRKSOY təşkilatını təbrik edib və Borçalı Cəmiyyətinin gələn il üçün fəalliyət istiqamətləri haqda mərasim iştirakçılarına məlumat verib. O bildirib:”Biz 10 ildir kimsədən yardım gələcəyinə ümid bəsləmədən millətimizə, elimizə güvənərək bəlli məsafə qət edə bilmişik. Bununla Azərbaycan insanının potensialının tükənməz və güclü olduğuna bir daha əmin olaraq altı qızıl xətlə cızılan hadisələr yarada bilmişik. TÜRKSOY təşkilatının Borçalını tanıtma proqramı tarixi hadisə olmaqla Borçalı türklərinin Türk dünyasına inteqrasiyasında çox əhəmiyyətli bir qapıdır. TÜRKSOY ailəsinə, şəxsən baş katib Dusen Kaseinov cənablarına adınızdan təşəkkür etməklə bildirirəm ki, iş birliyimiz davam edəcək və ən yaxın bir zamanda özü şəxsən Borçalı Cəmiyyətinin qonağı olacaq. Eyni zamanda Borçalı Cəmiyyəti Azərbaycan türklüyünün mənəvi cəhətdən ayrılmaz bir parası olan Borçalı türkləri adından, öz daxili imkanları ilə Bakının erməni-bolşevik işğalından təmizlənməsində müstəsna rol oynamış Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın büstünü qoymaqla yenə də insan amilinin qüdrətini əyani nümayiş etdirdi. Biz bundan sonra da insan resursumuzun gücünə, ədalətin, haqqın gücünə güvənərək başlatdığımız müqəddəs yolu davam etdirmək əzmindəyik. Hər birinizi bu bayram münasibəti ilə təbrik etməklə bəyan edirəm ki, yenə də özümüzə güvənərək növbəti ilin prtalarına qədər Borçalı Ensiklopediyasının ən azı birinci cildinin nəşrinə nail olacağıq.” 
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Daha sonra İlin Şərəf Medalları sahiblərinə təqdim edilib. Borçalı Cəmiyyəti İH -nin 15 dekabr qərarına əsasən səmərəli elmi və ictimai fəaliyyətinə görə İsaxan İsaxanlı, Knyaz Aslan, Vahid Ömərov, Əsəd Təhləli, Bədirxan Əhmədov, Məmməd Sarvan , Şahbaz Musayev eləcə də Borçalı Cəmiyyətində qoyulan Nuru Paşanın büstünün müəllifi Zirəddin Quliyev İlin Şərəf medallarına layiq görülüblər. Borçalı Cəmiyyətinin builki Türklüyə Xidmət Ödüllərinə TÜRKSOY təşkilatının baş katibi Düsen Kaseinov və Türkiyədə yaşayan görkəmli heykəltəraş Səid Rüstəm layiq görülüblər. Bayram mərasimində Borçalı Cəmiyyətinin xüsusi hədiyyələri Gürcüstanın tanınmış siyasi simalarından Əhməd İmamquliyevə, Aşıq Şahbaz Göyçəoğluna Axiska Türklərinin Vətən Cəmiyyətinin sədri İsmayıl Əliyevə, Milli Mədəniyyətin Təbliği İB -nin sədri Jalə Cəfərovaya, Kəpənəkçi Xeyriyyə Fondunun sədri Azər Göyüşova, Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşirə də təqdim olunub. Tədbirdə Əhməd İmamquliyev çıxış edərək Borçalı Cəmiyyətinə bu möhtəşəm görüşə görə təşəkkürünü bildirməklə Gürcüstanın siyasi həyatında sona qədər var olacağını, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafı üçün mübarizə aparacağını bildirib. 
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Gecədə həmçinin Güney Azərbaycan Konqresinin təsis etdiyi Seyid Cəfər Pişəvəri mükafatı da sahiblərinə təqdim edilib. Tanınmış alim Esmira Fuad və sənətçi Həsən Cəbrayılov mükafatlara layiq görülüblər. Uluslararası Türk Kültürü Təşkilatının 25 illiyinə həsr edilən Həmrəylik Bayramı mərasimində mükafatlananlarla bərabır Borçalının El ağsaqqalları və görkəmli ziyalılar Abbas Abdulla, Osman Əhmədoğlu, Mədəd Coşqun, Elxan Məmmədli, professor Telman Əliyev, tarix elmləri doktoru Mahal Qacar da Borçalı Cəmiyyətinə öz xeyir dualarını veriblər. Bayram mərasimi Aşıq Cahangir , Şüşa Elat Muğam Üçlüyünün solisti Bəxşeyiş Mehdiyev, Ariz Hüseynov, Xəlil Qaraçöp və Xudafərin ansamblının çıxışları ilə davam edib.
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi

“ABŞ dövlət katibinin Nizami ilə bağlı xətasından dərhal sonra ona yazdım” – Rafael Hüseynovun CAVABI

Bu milləti millət edən, bu vətəni Vətən edən dəyərlər hamımızındır. Biz onlarsız biz olmazdıq. 
Torpağımızın hər qarışı uğrunda hər an can qurban etməyə hazır olduğumuz kimi, dilimizin hər sözünü, elimizin hər nəğməsini, analarımızın barmaqlarından və istedadından doğmuş hər xalını, hər əski daşımızı, qalamızı, tikilimizi, bu yudun hər böyük övladını də eyni məhəbbət və fədakarlıqla daim qorumalıyıq.
Sərvətlər qədrini bildikcə, göz bəbəyin kimi qoruduqca sənindir.
Onlara doğru əsən soyuq yellərə, uzanan əllərə laqeyd qalırsansa, daha ciddi təhlükələrin bir gün başının üstünü alacağına şübhə etmə.
Sübut arxada qalan qəmli tarixçələrdir.
Nizami Gəncəvi Azərbaycan xalqının iftixar qaynaqlarındandır.
Əbədi vüqar və zövq daşıyıcılarımıza isə, əlbəttə ki, həmişə ikiqat, üçqat həssaslıqla yanaşmalıyıq.
Nizamiyə münasibətdə bizi nigaran qoyan mövqelər səngimirsə, günahı ilk növbədə özümüzdə aramalıyıq.
Şəxsən mən bir ədəbiyyatçı, söz adamı olaraq ən əvvəl özümü suçlu sayıram.
Demək, az yazmışam, az demişəm, Azərbaycan sərhədlərindən kənarlarda Azərbaycan şairi Nizamini yetərincə və lazımi səviyyədə təqdim etməmişəm ki, belə istənilməz hallar ortaya çıxır.
Ona görə də mən özümü də, digər səriştəsi, imkanı, gücü çatanları da bu müqəddəs qoruyuculuq səmtində müdam səfərbər olmağa dəvət edirəm.
Elə həmin səbəblərdən də ABŞ Dövlət Katibi M.Pompeonun Nizami Gəncəvi ilə bağlı bir xətasından sonra mən dərhal televiziya vasitəsilə fikrimi bildirdim. Lakin yazılı şəkildə həyata keçirilmiş bir hərəkətə qarşı şifahi cavabı (hərçənd televiziya müsahibəsi də yazının bir ayrı şəklidir) az saydım.
ABŞ Dövlət Katibinə rəsmən məktub yazıb göndərdim və ümid edirəm ki, cavab da alacağam.
Həmin məktubun ingiliscə və ana dilimizdə olan mətnlərini diqqətinizə təqdim edirəm.

To the Secretary of State of the United States of America Mr. Michael.R. Pompeo.

Dear Secretary of State!

Greeting of noble feelings addressed to the Iranian people on the occasion of the beginning the longest day of the New Year on December 21, is a wonderful step towards the process of mutual understanding and affection between nations.
In your short greeting, you quoted two verses from the poem “Leyli and Mejnun” by the great 12th century poet and philosopher of Azerbaijan, Nizami Ganjavi. Actually, it arises gentle impression at first sight. 
It is very thoughtful of you to quote this wise thought “even in hopelessness there is hope; at the end of a dark night there is light.” written eight centuries ago by immortal Nizami. 
It proves that Nizami and his words remain relevant even 800 hundred years later of his death.
However, we are deeply concerned about one mistake in your tweet. Although, Iranian people rejoiced with your greetings, Azerbaijani people feel disappointed by it. As wrongly mentioned in your tweet Nizami is not Persian poet.
Nizami is Azerbaijani poet who was born in 1141 in the Azerbaijani city of Ganja. He never left his hometown and created all his masterpieces until his death there. Nizami Mausoleum, built in honor of him is the pilgrimage of Azerbaijani people.
The monuments of Nizami are in Baku, Ganja and other cities of Azerbaijan. His honorable name is given to streets, institutions, squares; his works are taught to young generation and learned, researched by them. In addition to this, many books are written, movies are directed on his literary legacy.
Azerbaijan is the only country where thousands of children are named after their beloved poet Nizami.
As a Azerbaijani poet the monuments of Nizami are raised in Italy, Egypt, Russia, Luxemburg and other foreign countries.
As one of the fundamental symbols of Azerbaijani people his literary heritage reflects on national identity, talent, creative power of Azerbaijani nation. For that reason to introduce this immortal and precious figure as Persian poet surprised and made anxiety among Azerbaijan people.
It is not coincidence that why azerbaijani people react to this distortion related to Nizami Ganjavi so emotionally.
For thousand years not only the territories and resources of Azerbaijan, but also great figures, cultural heritage, monuments have become the victim of aggressive policy and adopted.
As a high-ranking official of the US, a co-chair country of the OSCE Minsk Group, you realize that Armenia continues its occupant policy against Azerbaijan and as a result of such policies, Armenia and its international supporters have occupied 20 per cent of our land through military invasion over a million Azerbaijanis have become IDPs and refugees. Unfortunately, the cultural invasion policy against Azerbaijan is still going on at various levels.
Nizami Ganjavi is Azerbaijani poet, however, by following literary traditions of 12-13th centuries Nizami wrote his works in Persian dominated in central Asia as a common poetic language in that period. As the influence of Persian language covered a wide region, from the Middle Asia to Caucasus, and from the Iran to India writers from different countries wrote their literary works in Persian, scientific letters in Arabic. The domination of Persian language was the result of globalization at that period. And all Central Asia united under this globalization by becoming the main center of intercultural dialogue and cultural exchange.
Today most Arabian-american, Pakistani-american authors write their literary works in the English language in the United States of America, or many Turkish-descended writers in Germany prefer to write in german. We can also take an example indian authors who adopt English as their native language and create beautiful literary works in it or Arabian writers live in Algeria and write in French. And also famous Kazakh, Kyrgyz authors who create their works in Russian. When take language as a basic factor, Is it acceptable to identify indian, urdu as English, Arabian as French, Turkish as german or Kazakh as Russian. Moreover, it is also not appropriate to identify all American authors as ‘English poets’.
People express their objections to such an indifference to nationality and feel pain.
Nizami Ganjavi, who praised global ideas, is among the internationally recognized poets. His works have been read, loved and translated into many languages in the world. Nizami Ganjavi is an Azerbaijani poet and the son of the Azerbaijani people, and the efforts to separate him from his own country and his people is unacceptable. Earlier, some Iranian nationalists and Armenians also made similar attempts. 
The shortcoming in the Secretary of State’s congratulation message addressing Iranians, has evoked such possibility among the people of Azerbaijan that the false information was deliberately included in the message. 
Dear Secretary of State! 
Paying my deep respect to you, I would like to express my hope that such errors will not occur in future. 
In the meantime, I voice my hope that the necessary measures will be taken to remove the already occurred error.

Sincerely, 
Rafael B.Huseynov

Academician, Director of the National museum of the Azerbaijani Literature named after Nizami Ganjavi of The Azerbaijan National Academy of Sciences 
The Head of the Committee of Culture of the National Assembly (Milli Majlis) the Azerbaijani Republic

The 24th of December of 2018

AMERIKA BIRLƏŞMİŞ ŞTATLARININ DÖVLƏT KATİBİ CƏNAB MAYKL POMPEOYA

Hörmətli Dövlət Katibi!

Dekabrın 21-də ilin ən uzun gecəsinin bitərək işığı artan günlərin başlanması münasibətilə İran xalqına ünvanladığınız təbrik nəcib hisslərin ifadəsi təsiri bağışlayır və ölkələr, xalqlar arasında anlaşmanın, mehribanlığın dərinləşməsinə yönəlmiş addım kimi diqqətəlayiqdir.
Qısa təbrikinizdə Siz XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasından 2 misranı iqtibas gətirmisiniz. Bu da ilk baxışdan xoş təəssürat oyadır. Ölməz söz ustasının 8 əsr öncə yazdığı “Hər ümidsizliyin arxasında bir ümid, hər qaranlığın ardında bir işıq var” kimi müdrik fikrinə XXI əsrdə dünyanın ən qüdrətli dövlətinin rəhbərlərindən birinin müraciət etməsi, o sətirləri mahiyyətcə siyasi bir mətn içərisində istifadə etməsi düşündürücüdür. Deməli, Nizami Gəncəvi də, onun sözü də yaşayır, həm də yalnız tarix yadigarı kimi yaşamır, həmin fikirlər köhnəlməyib, bu gün də müasir səslənir və insanlara gərəklidir.
Lakin imzaladağınız mətndə buraxılmış bir acınacaqlı səhv narahatlıq oyadır. Təbrikinizlə Siz İranın fars əhalisini sevindirmiş olsanız da, bəlkə də özünüz istəmədən Azərbaycan xalqını məyus etmişsiniz.
Nizami Gəncəvi Sizin mətndə yanlış olaraq göstərildiyi kimi fars şairi deyil. 
Nizami Azərbaycan şairidir, 1141-ci ildə Azərbaycan şəhəri Gəncədə doğulub, ömrü boyu bu şəhərdə yaşayıb, bütün əsərlərini Gəncədə yaradıb, 1209-cu ildə Gəncədə vəfat edib, bu gün də onun Azərbaycandakı movzoleyi bütün xalqın ən uca tutduğu ziyarət yerlərindəndir. 
Azərbaycanın paytaxtı Bakıda, eləcə də Gəncədə və digər şəhərlərimizdə Nizaminin abidələri ucalır, adına rayonlar, küçələr, meydanlar, müəssisələr var, əsərləri tədris edilir, irsi öyrənilir, haqqında araşdırmalar aparılır, kitablar yazılır, filmlər çəkilir.
Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada sevimli şairin şərəfinə Nizami adını daşıyan və müxtəlif yaş nəsillərinə aid minlərlə insan var. 
Azərbaycan şairi olaraq Nizami Gəncəvinin heykəlləri bu gün İtaliyada, Misirdə, Rusiyada, Lüksemburqda və digər xarici ölkələrdə də yüksəlməkdədir.
Nizami Gəncəvi Azərbaycan xalqı üçün sadəcə görkəmli şair deyil. Nizami Azərbaycan xalqının başlıca rəmzlərindən biridir, bu xalqın milli kimliyinin, istedadının, yaradıcı gücünün vacib göstəricilərindəndir. Ona görə də Azərbaycan xalqı üçün son dərəcə əziz və qiymətli olan belə bir əbədiyaşar və dünyada məşhur övladının başqa bir xalqın nümayəndəsi kimi qələmə verilməsi, həm də bunun dünyanın ən böyük dövlətinin rəhbərlərindən biri tərəfindən edilməsi Azərbaycan Respublikasında əhalinin ən müxtəlif təbəqələri arasında təəccüb və narazılıq oyatmışdır.
Görünür Sizin təbrik mətninizdəki xəta ilkin informasiyanı təqdim edənlərdən gəlir və ümid etmək istərdik ki, burada xüsusi məqsəd güdülməmişdir. 
Azərbaycan insanlarının Nizami Gəncəvi ilə əlaqədar baş vermiş bu təhrifə belə həssas münasibət göstərməsi təsadüfi deyil.
Tarix boyu Azərbaycanın yalnız torpaqlarına və sərvətlərinıə deyil, həm də böyük şəxsiyyətlərinə, mədəni irsinə, abidələrinə qarşı da təcavüz, qəsb siyasəti yürüdülmüşdür. 
Sizə, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ölkənin yüksək təmsilçisi kimi yaxşı məlumdur ki, 30 ilə yaxındır Ermənistan Azərbaycana qarşı işğal siyasəti aparır və bunun nəticəsi olaraq ölkə ərazisinin 20 faizi Ermənistan və ona havadarlıq edən xarici güclər tərəfindən hərbi müdaxilə yolu ilə zəbt edilmiş, deportasiya və işğalın nəticəsi olaraq 1 milyon azərbaycanlı insan qaçqın və məcburi köçkünə çevrilmişdir.
Təəssüf ki, Azərbaycana qarşı müxtəlif səviyyələrdə mədəni qəsbkarlıq siyasəti indi də davam etməkdədir.
Nizami Gəncəvi Azərbaycan şairidir, lakin orta əsrlərdə Mərkəzi Asiyada mövcud olmuş ədəbi ənənəyə uyğun olaraq əsərlərini o zamanın ortaq poeziya dili olan farscada yazmışdır. Həmin dövrdə Orta Asiyadan Qafqaza, İrandan Hindistana qədərki nəhəng məkanda milliyyətindən asılı olmayaraq müxtəlif xalqların ədibləri bədii əsərlərini fars, elmi risalələrini ərəbcə yazırdılar. Bu həmin dövrkü qloballaşmanın nəticəsi idi və nəticə etibarı ilə bütöv Mərkəzi Asiyanı ortaq elmi-ədəbi məkana çevirir, mədəniyyətlərarası dilaoqa, mədəni transferə geniş imkanlar açırdı.
Bu gün də ABŞ-da ingiliscə yazan çoxlu ərəb və pakistanlı yazıçı və sairlər var, yaxud Almaniyada yaşayan, alman dilində gözəl poeziya və nəsr nümunələri doğuran onlarla türk ədibi fəaliyyətdədir. Ya Hindistan vətəndaşı olan, ana dili kimi mənimsədiyi ingiliscədə gözəl bədii əsərlər yaradan hindli qələm sahiblərini, yaxud əlcəzairli fransızdilli ərəb yazıçı və şairləri yada salaq. Yaxud rus dilində yazıb-yaratmış, dünyada tanınmış qazax, qırğız yazıçı və şairlərini götürək. Yazdıqları dili əsas sayaraq hindliyə və urduya ingilis, ərəbə fransız, türkə alman, qırğıza, qazaxa rus deyilsə doğrumu olar? Və ya elə əhalisi ingiliscə danışan Amerika Birləşmiş Ştatlarına baxaq. Bütün amerikalı yazıçı və şairlərə “ingilis ədibləri” demək ədalətli və düzgün olardımı? 
Axı çox zaman insanlar milliyyətə münasibətdə göstərilən belə diqqətsizliyi ağrı ilə, çox incik qəbul edir, etirazlarını bildirirlər. 
Ümumbəşəri ideyaları tərənnüm etmiş Nizami Gəncəvi lap çoxdan bütün dünyanınkı olan şairlər cərgəsindədir. O bu gün dünyanın bir çox dillərinə tərcümə edilib, oxunur, sevilir. Lakin Nizami Gəncəvi Azərbaycan xalqının övladıdır, ilk növbədə Azərbaycan şairidir və onu öz ölkəsindən, öz xalqından ayırmaq təşəbbüsləri yolverilməzdir.
Çünki əvvəllər də bəzi fars millətçiləri və erməniılər tərəfindən belə cəhdlərin olması müşahidə edilmişdir.
Dövlət Katibinin İran xalqına ünvanlanmış, ancaq dünyada hər kəsin oxuya biləcəyi təbrikində buraxılmış nöqsan da Azərbaycan insanlarında belə ehtimallar oyatmışdır ki, bəlkə bu saxta məlumat mətnin tərtibi əsnasında məqsdəli şəkildə ötürülmüşdür.
Hörmətli Dövlət Katibi!
Sizə ehtiramımı çatdıraraq belə bir ümidimi də ifadə etmək istəyirəm ki, gələcəkdə bir daha belə xətalara yol verilməyəcək, buraxılmış qüsurun da nə şəkildəsə aradan götürülməsi üçün müvafiq tədbir görüləcəkdir.

Hörmətlə:

Rafael B.Hüseynov
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin direktoru, akademik,
Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət Komitəsinin sədri

24 dekabr 2018

Onu Onkologiya xəstəxanasından evə ölməyə göndərmişdilər… – 1975-ci ilin xərçəng əleyhinə resepti

Bu məqalə 1984-cü ildə Moskva qəzetlərində dərc olunmuşdu.
Rusiyalı qadın Moskva Onkologiya xəstəxanasında 2 dəfə əməliyyat olunduqdan sonra, həkimlər onda irəliləyiş görmədiyinə görə, evə yazırlar. Qadın ömrünə 1 ay qaldığını da öyrənir.

Evdə yataqda ümidsiz yatan xəstə əlinə keçən köhnə qəzetdə bütün orqanizmi gücləndirən bir resept oxuyur. Heç olmasa, bir az özümə gəlim, ağrılarım azalsın deyə onu hazırlayır.

1975-ci ildə dərc olunmuş həmin resepti təqdim edirik.

Lətli aloe yarpaqlarından 4-5 ədəd qırıb yuyur, üstdəki tikanlarını təmizləyir,  tənzifdə suyunu süzüb, ət çəkəndən keçirirsiz.2 litr aloe şirəsi alınmalıdır. Bura 2 kq təmiz bal və 2 butul kaqor ( qırmızı şərab, çaxır) əlavə olunur. Hamısını emallı qabda qarışdırıb, 3 litrlik balonlara süzüb, qaranlıq yerdə 10 gün saxlayırsız. 10 gün sonra balondakını süzür, alınan məhluldan gündə 1 xörək qaşığı yeməkdən əvvəl içirsiz. İlk günlər çay qaşığı ilə başlaya bilərsiz. 

Butullar soyuducuda saxlanılır. Işıq keçirməsin deyə, qara parçaya bükülür. 
Bu qarışımı 2 ay qəbul edən qadın ölmədiyini görüb, Onkoloji xəstəxanaya müayinə üçün gedir. 3-cü dərəcəli uşaqlıq xərçəngi diaqnozundan əsər-əlamət qalmamışdı. Qadının çəkisi də 15 kq artmışdı. 

Bu barədə qəzetlərdə sonradan yenidən materiallar dərc olunanda qadının 78 yaşı var idi, sağ və sağlam idi.

Bu resept eyni dozada vərəm, ağciyər xəstəlikləri, mədə xorası, psixi xəstəliklər, əsəb, iflic, baş ağrısı, qaraciyər xəstəliklərində də tətbiq oluna bilər.   /Medicina.az /

DTX-dan ŞOK HƏBSLƏR – MTN zabitləri dövlətə xəyanət maddəsi ilə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanda kəşfiyyat fəaliyyətinin təsbit edilməsi və qarşısının alınması istiqamətində intensiv araşdırmalar davam edir.
Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları nümayəndələrinin illər ərzində Azərbaycanda çoxmərhələli kəşfiyyat işi, bununla əlaqədar qonşu ölkələrin ərazisində məxfi görüşlərin təşkili və Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarını fərdi əməkdaşlığa cəlb etməyə istiqamətlənən kanalların qurulmasından ibarət dərin kəşfiyyat işi müfəssəl aşkarlanmış, aidiyyəti şəxslər casusluq formasında dövlətə xəyanət və digər cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş, xarici xüsusi xidmət orqanları əməkdaşlarının kəşfiyyat işi üçün uydurulmuş və həqiqi şəxsiyyətləri, kəşfiyyat metodikaları aşkarlanmış, əməliyyat-kəşfiyyat işləri ilk mənbəyədək ifşa edilib zərərsizləşdirilmişdir.   
Müəyyən edilmişdir ki, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində, xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan Respublikasının vətəndaşı 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək, tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət etmişdir. 
İstintaq zamanı Zakir İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilmişdir. Zakir İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə  məsuliyyətə cəlb edilərək həbs edilmişdir.  
Eləcə də müəyyən edilmişdir ki, 1977-ci il təvəllüdlü Yusifzadə Bəhruz Yaşar oğlu təhlükəsizlik orqanlarında xidmətdən ehtiyata buraxıldıqdan sonra xarici ölkələrə səfərlərində əvvəllər məxfi əməkdaşlığa cəlb etdiyi xarici ölkə vətəndaşının vasitəsi ilə onunla əlaqə quran xarici xüsusi xidmət orqanları əməkdaşları ilə görüşlər təşkil etmiş, onlar tərəfindən maddi maraq müqabilində əməkdaşlığa cəlb edilmiş, yenidən Azərbaycan xüsusi xidmət orqanlarından hər hansı birinə işə düzəlməyə cəhd etmək barədə tapşırıq almışdır. Bəhruz Yusifzadə göstərilən istiqamətdə fəaliyyət göstərərkən ifşa olunmuşdur. 
Bəhruz Yusifzadənin casusluq fəaliyyətinə, xarici xüsusi xidmət orqanlarından maddi vəsait qəbul etməsinə dair çoxsaylı video və sair materiallar əldə edilmişdir. Bəhruz Yusifzadə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilmişdir.  
Aparılan cinayət işi üzrə cinayət əməllərinin törədilməsinə şərait yaradan hallar müəyyən edilmiş, digər şəxslər müxtəlif cinayət əməllərinə görə məsuliyyətə cəlb edilmiş, ifşa olunmuş dərin casusluq işi üzrə xarici xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatların mahiyyəti nəzərə alınaraq mümkün nəticələri aradan qaldırılmışdır.  
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir. 

Bələdiyyə seçkilərinin keçiriləcəyi tarix artıq məlumdur

2019-cu il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1926 saat təşkil edir.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, 2019-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ‘”2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2018-ci il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən 2019-cu ildə 1, 2 yanvar – Yeni il bayramı, 20 Yanvar – Ümumxalq hüzn günü, 8 Mart – Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika günü, 5,6 iyun – Ramazan bayramı, 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 12,13 avqust – Qurban bayramı, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günləri hesab edilmir.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin “2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2018-ci il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən 2019-cu ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25, 26 mart, 17 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart tarixi istirahət günləridir.

2019-cu ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 211.1-ci və 213-cü maddələrinə əsasən bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. 2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.

2019-cu ildə beşgünlük iş həftəsində 242 iş günü (onlardan 9-u bayramqabağı, 1-i səsvermə qabağı iş günü), iş günü hesab edilməyən 103 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 18 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və istirahət günü ilə üst-üstə düşən 1 Ümumxalq hüzn günü vardır.

2019-cu il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1926 saat təşkil edir.   /sputnik.az/

“Putinin ölümü katalizator olacaq” – Rusiya üçün bədbin proqnoz

“Rusiya hazırda sadəcə, Putinin sayəsində öz bütövlüyünü qoruyub saxlaya bilir”.

Yenicag.ru-nun məlumatına görə, bu fikirləri Rusiyanın tanınmış jurnalisti, bloqer Kiril Sazonov deyib.

Sazonovun fikrincə, ölkəni bürümüş ağır problemlər postPutin dönəmində Rusiyanın parçalanmasını sürətləndirəcək:
“Rusiyada sistemdaxili böhran artıq qapının astanasındadır. Ancaq Rusiya mediası bu məsələni inadla ört-basdır etməkdədir.

Rusiya hazırda sadəcə, Putinin sayəsində öz bütövlüyünü qoruyub saxlaya bilir. Lakin Putinin ölümü katalizator olacaq.

Çünki bir tərəfdən Qafqazda ciddi problemlər mövcuddur, digər tərəfdənsə, Çin artıq Sibirin böyük hissəsinə iddialıdır, oraları zəbt edə bilər.

Eyni zamanda, Çeçenistan və İnquşetiyada da vəziyyət gərgindir. İndi əsas məsələ bu “qala” uçarkən, onun altında qalmamaqdır”.

 

Səfir: 2018-ci il Azərbaycan-Türkiyə münasibətləri üçün önəmli il oldu

2018-ci il Azərbaycan-Türkiyə münasibətləri üçün önəmli il oldu.

Turkustan.info Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, bu il TANAP, “Star” layihələri reallaşdırıldı, hər iki dövlət başçısının iştirakı ilə Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş böyük parad keçirildi:

“2018-ci il iki ölkə münasibətləri baxımından unudulmayacaq bir il oldu. Ümid edirəm ki, 2019-cu il daha uğurlu keçəcək”.

Əli Həsənov: “2019-cu ildə bizi çox mühüm hadisələr, yeniliklər gözləyir”

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçirilib.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli fondun il ərzində gördüyü işlərdən danışıb. O qeyd edib ki, fond il ərzində 33 qəzetə maliyyə yardımı ayırıb. Media rəhbərlərinin Gürcüstana və Türkiyəyə səfərləri təşkil olunub. Onun sözlərinə görə, fond il ərzində 10 müsabiqə keçirib. Bu müsabiqələrdə 1000-dən çox jurnalist iştirak edib, 500 jurnalist qalib gələrək mükafatlandırılıb.

Vüqar Səfərli qeyd edib ki, hazırda jurnalistlər üçün inşa olunan binanın 13-cü mərtəbəsi tikilir. Onun sözlərinə görə, 2020-ci ildə binanın jurnalistlərin istifadəsinə verilməsi gözlənilir.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov il ərzində jurnalistlərlə görüşün ənənə halını aldığını bildirib. 2018-ci ilin Azərbaycanda dövlətçilik ili olduğunu vurğulayan Əli Həsənov qeyd edib ki, cənab prezidentin sərəncamı ilə Xalq Cümhuriyyətinin 100 illiyi keçirilib. O bildirib ki, il ərzində Xalq Cümhuriyyətinin 100 illiyi təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də böyük toplantılar, konfranslarla qeyd olunub:

“Bildiyiniz kimi Azərbaycan dövlətçiliyinin tarixi daha qədimdir. Əlbəttə,  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması heç də Azərbaycan dövlətçiliyinin 100 illiyi demək deyil. Bu, sadəcə Xalq Cümhuriyyəti tarixinin 100 illiyidir və biz bunu qeyd etməliydik. Çünki Xalq Cümhuriyyəti Azərbaycanın qürur duyduğu, beynəlxalq aləmdə onun yaratdığı təsisatlarla, ənənələri ilə öyündüyü bir cümhuriyyət olubdur. Bilirsiniz ki, bu cümhuriyyət Şərq aləmində, İslam dünyasında ilk dünyəvi parlamentli respublika olub. Bu cümhuriyyətin sahibi Azərbaycan xalqıdır. İlk dəfə çoxpartiyalı sistem əsasında parlament formalaşdırılıb.

Bu parlamentin də sahibi biz-Azərbaycan xalqı olmuşuq. İlk dəfə qadınlarla kişilərə bərabər seçki hüququ verilib. Bununla da bizim öyünməyə haqqımız var. Çünki Avropa ölkələrinin çoxundan, ABŞ-dan əvvəl biz qadınlara seçib-seçilmək hüququ vermişik. Xalq Cümhuriyyəti Azərbaycanda ilk dəfə hüquqi dövlətin təsisatlarını yaradıb. Xalq Cümhuriyyəti sözün əsl mənasında ilk dəfə sivil vətəndaş cəmiyyəti yaratmağa cəhd edib. Əlbəttə 23 yetmədi ki, onlar qarşılarına qoyduqları bütün məqsədlərinə çatsınlar. Azərbaycanın mədəni inkişafında Xalq Cümhuriyyəti mühüm rol oynayıb. Universitet təsis edib və sair quruluşlar yaradıb. Biz Xalq Cümhuriyyətimizin tarixi ilə qürur duyuruq”.   

Əli Həsənov qeyd edib ki, 2018-ci il Azərbaycan tarixində daha bir əlamətdar hadisə ilə yadda qalıb:

“Bilirsiniz ki, Azərbaycanın böyük təbii qaz ehtiyatları var. Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Azərbaycanın neft strategiyası çərçivəsində xüsusi proqramları var idi. O proqramların reallaşdırılması çərçivəsində bu il önəmli, həlledici il olub. Avropa Birliyinin, qlobal dünyanın reallaşdıra bilmədiyi “Nabukko” marşrutu ilə, əlbəttə Türkiyə və digər dövlətlərin dəstəyi, Azərbaycan və Türkiyənin liderliyi ilə Cənub Qaz Dəhlizi reallaşdırıldı. Bu faktiki olaraq “Nabukko” layihəsinin liderləri dəyişmiş eyni variantı idi. Bildiyiniz kimi bu ilin may ayında Bakıda, iyun ayında Türkiyədə “Nabukko”nun əsas özəyini təşkil edən TANAP layihəsinin açılışı oldu. Gələn ilin ortalarında TAP layihəsinin reallaşması başa çatacaq. 2020-ci ildən bu kəmər tam gücü ilə işə düşəcək”.

Əli Həsənov bildirib ki, Bakı-Tbilisi-Qars layihəsinin açılışı keçən il olsa da, onun əsasən işə düşməsi də bu ilin mayına təsadüf etdi.

Prezidentin köməkçisi-şöbə müdiri bu il Azərbaycanın üçüncü süni peykini orbitə çıxardığını vurğulayıb:

“Bu da ölkəmizin nüfuzuna böyük təsir gösrtərir”.

Əli Həsənov qeyd edib ki, bu il jurnalistikamız da inkişaf edib, yeni-yeni saytlar yaradılıb. O cümlədən saytların başqa dillərdə versiyaları fəaliyyətə başlayıb. Prezidetin köməkçisi-şöbə müdiri Azərbaycan Mətbuat Şurasının fəaliyyətini müsbət qiymətdirdiyini vurğulayıb. Əlavə edib ki, bu il reket jurnalistikası ilə mübarizə güclənib.

Əli Həsənov 2019-cu ildə bizi çox mühüm hadisələrin, yeniliklərin gözlədiyini vurğulayıb. Prezidentin köməkçisi-şöbə müdiri Azərbaycan jurnalistlərini, onların ailələrini Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edib. Onlara şəxsi və yaradıcılıq uğurları arzulayıb.
Daha sonra müsabiqə qaliblərinin mükafatlandırılması olub.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov il ərzində jurnalisttikamızın mühüm nailiyyətlər qazandığını, bununla belə bu uğurlarla kifayətlənməmək lazım olduğunu vurğulayıb.

Mərasimdə, həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilən “Azərbaycan” qəzetininin əməkdaşlarına dövlət mükafatları təqdim edilib.
Mərasim bədii proqramla davam etdirilib.   /Cebhe.info/

DTX xarici xüsusi xidmət orqanlarına işləyənləri həbs etdi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycanda kəşfiyyat fəaliyyətinin təsbit edilməsi və qarşısının alınması istiqamətində intensiv araşdırmalar davam edir.

Turkustan.info bildirir ki, DTX-nin İctimai əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları nümayəndələrinin illər ərzində Azərbaycanda çoxmərhələli kəşfiyyat işi, bununla əlaqədar qonşu ölkələrin ərazisində məxfi görüşlərin təşkili və Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarını fərdi əməkdaşlığa cəlb etməyə istiqamətlənən kanalların qurulmasından ibarət dərin kəşfiyyat işi müfəssəl aşkarlanıb, aidiyyəti şəxslər casusluq formasında dövələtə xəyanət və digər cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilib, xarici xüsusi xidmət orqanları əməkdaşlarının kəşfiyyat işi üçün uydurulmuş və həqiqi şəxsiyyətləri, kəşfiyyat metodikaları aşkarlanıb, əməliyyat-kəşfiyyat işləri ilk mənbəyədək ifşa edilərək zərərsizləşdirilib.

Müəyyən edilib ki, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan Respublikasının vətəndaşı, 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib.

İstintaq zamanı Zakir İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilib. Zakir İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.

Eləcə də müəyyən edilib ki, 1977-ci il təvəllüdlü Yusifzadə Bəhruz Yaşar oğlu təhlükəsizlik orqanlarında xidmətdən ehtiyata buraxıldıqdan sonra xarici ölkələrə səfərlərində əvvəllər məxfi əməkdaşlığa cəlb etdiyi xarici ölkə vətəndaşının vasitəsilə onunla əlaqə quran xarici xüsusi xidmət orqanları əməkdaşları ilə görüşlər təşkil edib, onlar tərəfindən maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib, yenidən Azərbaycan xüsusi xidmət orqanlarından hər hansı birinə işə düzəlməyə cəhd etmək barədə tapşırıq alıb. Bəhruz Yusifzadə göstərilən istiqamətdə fəaliyyət göstərərkən ifşa olunub.

Bəhruz Yusifzadənin casusluq fəaliyyətinə, xarici xüsusi xidmət orqanlarından maddi vəsait qəbul etməsinə dair çoxsaylı video və sair materiallar əldə edilib. Bəhruz Yusifzadə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.

Aparılan cinayət işi üzrə cinayət əməllərinin törədilməsinə şərait yaradan hallar müəyyən edilib, digər şəxslər müxtəlif cinayət əməllərinə görə məsuliyyətə cəlb edilib, ifşa olunmuş dərin casusluq işi üzrə xarici xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatların mahiyyəti nəzərə alınaraq mümkün nəticələri aradan qaldırılıb.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.

Vəliəhd: İsrail olmadan inkişaf edə bilmərik

İsrail olmadan biz inkişaf edə bilmərik.

Turkustan.info xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman amerikalı aktivist Mark Şaynerə deyib.

Bu barədə danışan Şayner ABŞ-ın Suriyadan geri çəkilməsindən sonra ərəb ölkələrinin İsrail ilə əlaqələri intensivləşdirəcəyini deyib:

“Salman mənə dedi ki, İsrail-Körfəz ölkələrinin yaxınlaşmasının əsas səbəbi regionda mövcud olan düşmən təhlükəsidir”.   /Axar.az/

Mehman Hüseynova əlavə cinayət işi açıldı

Dekabrın 26-da 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Bu barədə Penitensiar xidmətdən BakuPost-a daxil olan məlumatda bildirilir.

Hadisə zamanı xəsarət almış Ə.Abdalova tibbi yardım göstərilməsi məqsədi ilə müəssisəyə təcili həkim briqadası çağrılıb.

Bildirilir ki, məhkum M.Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Bakı şəhəri Qaradağ rayon Prokurorluğu tərəfindən hadisə yeri müayinə olunmuş və aidiyyəti üzrə araşdırma aparılır. Prokurorluqdan verilmiş məlumata görə faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanılıb.

Fədayə Laçın 5 il azadlıqdan məhrum edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar Xidmətin üç əməkdaşı-qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ceyhun Səmədov son söz deyib. O, məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını istəyib.

Digər təqsirləndirilən şəxslər – Tural Poladxanov və Fuad Hacıyev də son sözlə çıxış edərək, barələrində şərti cəza seçilməsini istəyib.

Hakimlər Kollegiyası hökmü elan etmək üçün müşavirəyə gedib.

Müşavirədən qayıdan hakimlər F.Laçının 5 il azadlıqdan məhrum edilməsi barədə hökm oxuyublar.

Xatırladaq ki, prokuror, Ceyhun Səmədovun 10 il, Fuad Hacıyevin 8 il 6 ay, Tural Poladxanovun 8 il 6 ay, Bəhruz Abdullayevin 10 il, Əli Ağaminin 20 il, Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, İsrafil Soltanovun 8 il, Şahlar Bəyəlizadənin 8 il, Anar Əsgərovun 8 il, Tərlan Zeynalovun da 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror müğənni Fədayə Laçının isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Fədayə məhkəmədə mahnı oxudu: Hökm veriləcək

Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, kriminal aləmdə nüfuza malik Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Turkustan.info Axar.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Ceyhun Səmədov son söz deyib.

O, məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını istəyib.

Digər təqsirləndirilən şəxslər – Tural Poladxanov və Fuad Hacıyev də son sözlə çıxış edərək, barələrində şərti cəza seçilməsini istəyib.

Hakimlər Kollegiyası hökmü elan etmək üçün müşavirəyə gedib.

Hakimlər müşavirədə olarkən müğənni Fədayə Laçın məhkəmədə “Xatırlayarsan, məni” mahnısını ifa edib.

Qeyd edək ki, prokuror Ceyhun Səmədova 10 il, Fuad Hacıyevə 8 il 6 ay, Tural Poladxanova 8 il 6 ay, Bəhruz Abdullayevə 10 il, Əli Ağamiyə 20 il, Məhəmməd Hacıyevə 8 il, Günay Atakişiyevaya 7 il, İsrafil Soltanova 8 il, Şahlar Bəyəlizadəyə 8 il, Anar Əsgərova 8 il, Təralan Zeynalova 8 il azadlıqdan məhrumetmə cəzası tələb edib.

Prokuror müğənni Fədayə Laçının isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Mühafizə altından qaçan Əli Ağami həbs olunub, Etibar Məmmədov isə əməliyyat zamanı zərərsizləşdirilərək öldürülüb.

Məlum olub ki, kriminal avtoritetlərin qaçmasında müğənni Fədayə Laçın, onun tanışı Günay Atakişiyeva da yaxından köməklik göstəriblər.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Həmçinin Pentensiar xidmətin vəzifəli əməkdaşlarına qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.

Eldar Əzizov onu işdən çıxardı – YENİ TƏYİNAT

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sektor müdirini işdən çıxarıb.

Turkustan.info-nun əldə etdiyi məlumata görə, Eldar Əzizovun müvafiq əmri ilə, Kadr məsələləri sektorunun müdiri Gülarə Mustafa qızı Mürsəliyeva vəzifəsindən azad olunub. Onun yerinə isə İlahə Həsənzadə təyin olunub. O, bu təyinata qədər Səbail Rayon İcra Hakimiyyəti Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində Məsləhətçi (kadrlar üzrə işin aparıcısı) vəzifəsində çalışıb.

Xəbəri Bakı Şəhər İcra Hakmiyyətindən təsdiqləyiblər.   /Unikal.org/

İlin son günlərində qar yağacaq – XƏBƏRDARLIQ

Dekabrın 27-28-də temperatur 5 dərəcə aşağı enəcək

Sabah yağışlı və küləkli hava gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, dekabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 8-11dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 27-28-də Abşeron yarımadasında küləkli və rütubətli hava şəraitinin üstünlüyü fonunda temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişsizdir.

ETSN xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında dekabrın 27-28-də şimal-qərb küləyinin arabir güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.  /istipress.com/

Milli Məclisdə 5 vəzifəyə rəhbər seçiləcək

Milli Məclisin payız sessiyasının dekabrın 28-də keçiriləcək sonuncu iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarına yeni rəhbərlərin seçilməsi məsələsinə baxılacaq.

Turkustan.info-nun Modern.az-a istinadənəldə etdiyi məlumata görə, hazırda 5 parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boşdur.

Bunlar, Azərbaycan – Almaniya, Azərbaycan – Cibuti, Azərbaycan – Kanada, Azərbaycan – Türkmənistan və Azərbaycan – Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri vəzifəsidir.

Dekabrın 28- də Milli Məclisin iclasında Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin namizədliyi təsdiqləndikdən sonra isə 4 parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boş qalacaq.

Bundan əlavə, payız sessiyasının sonuncu iclasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın  namizədliyi irəli sürülməsi məsələsinə baxılacaq.

Hazırda Azərbaycan – Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Milli Məclis sədrinin müavini Valeh Ələsgərovdur.

2019-cu ilin yaz  sessiyasında  Milli Məclisin iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərinin seçilməsi məsələsinə baxılacaq.  Və işçi qruplarına yeni rəhbərlər seçiləcək.

MTN generalı həbs edildi – Rüşvət ittihamı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Ədalət Hüseyn oğlu Əsədullayev həbs edilib.

Turkustan.info-nun xəbərinə görə, Ədalət Əsədullayevə Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Səbail rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə baş tutan qapalı prosesdə Ədalət Əsədullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ədalət Əsədullayev Milli Təhlükəsizlik Nazirliyi ləğv olunandan sonra sərəncama götürülüb. Bundan əvvəl adı “MTN işin”də şahid qismində keçib.

O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işində ifadəsi alınıb.

Mirəziz Əsgərov iş adamı Vidadi Əzizin külli miqdarda pulunu ələ keçirməkdə ittiham olunub.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mirəziz Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib. O, 1 il 6 ay rəhbər vəzifə tuta bilməz. Hökmə əsasən, zərərçəkmişin mülki iddiası rədd edilib.

Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakı və evindən götürülmüş pul Mirəziz Əsgərovun özünə qaytarılması barədə qərar qəbul edilib.

Mirəziz Əsgərovun özü də məhkəmə hökmündən apelyasiya şikayəti verib. O, günahsız olduğunu, Vidadi Əziz tərəfindən şərlənməsi nəticəsində həbs edildiyini qeyd edib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin hökmündən apelyasiya şikayəti verən zərərçəkmiş iş adamı Vidadi Əziz təqsirləndirilən Mirəziz Əsgərovun cəzasının ağırlaşdırılmasını istəyib.

İş adamı Mirəziz Əsgərova qarşı 193 min manat, Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min manat mülki iddiasının təmin olunmasını tələb edib.

Qeyd edək ki, birinci instansiya məhkəməsində çıxış edən prokuror Mirəziz Əsgərovun 2 il rəhbər vəzifə tutmaq hüququnu itirməklə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Dövlət ittihamçısı Vüqar Quliyev söyləmişdi ki, zərərçəkmiş Vidadi Əziz Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min manat və Mirəziz Əsgərova qarşı isə 193 min manatlıq mülki iddia qaldırıb: “Zərərçəkmiş dövlətə qarşı iddiasını əsaslandıra bilməyib. Qeyd edib ki, vəzifəli şəxs ona qarşı cinayət törədibsə, dövlət məsuliyyət daşıyır. Vidadi Əzizə qarşı 2012-ci ildə cinayət törədilib və bu müddət ərzində müvafiq qurumlara müraciət etməyib. Yalnız 2015-ci ildə rəsmi müraciət edib.

Vətəndaşın şikayəti ilə bağlı ciddi tədbir görülüb. Buna görə də onun dövlətə qarşı mülki iddiası tam rədd edilməli, Mirəziz Əsgərova qarşı iddiası isə baxılmamış saxlanılmalıdır”.

Prokuror əlavə edib ki, Mirəziz Əsgərovun üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı tədbirin görülməsi məhkəmənin mülahizəsinə buraxılsın.

İttihama görə, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb.

Daha sonra Mirəziz Əsgərov Vidadi Əzizin sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb, amma son nəticədə 40 min manat alıb.

Mirəziz Əsgərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilib.

Mirəziz Əsgərov 2015-ci il oktyabrın 15-də həbs edilib. Ona təyin edilmiş cəza müddəti artıq bitmiş hesab olunub və o, cəza çəkmə yerindən azad edilib.  /Teleqraf.com/

Qarabağ münaqişəsinin konkret həll vaxtı… – Zaxarova

Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün bütün mümkün addımların atılmasına tərəfdardır.

Turkustan.info xəbər verir ki, bunu Dağlıq Qarabağ münaqişəsinin 2019-cu ildə həll olunması ehtimallarından danışan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz vaxt məhdudiyyəti qoymuruq. Biz həmişə bu problemin tezliklə həll olunmasına və bu məqsədlə görülən bütün tədbirlərə tərəfdar çıxmışıq”, – deyən M.Zaxarova münaqişənin uzunmüddətli olduğundan konkret nə vaxt həllini tapacağını söyləməyin çətin olduğunu dilə gətirib.

“Lakin Rusiya tərəfindən istər həmsədr qismində, istər milli vahid, istərsə də Azərbaycan və Ermənistanla birgə tarixi keçmişi olan ölkə kimi, asılı olan nə varsa, bütün zəruri addımlar atılacaq”, – Rusiya XİN rəsmisi vurğulayıb.

“Lotu Quli” ilə bağlı Ədliyyə Nazirliyindən AÇIQLAMA

Kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) Bakıda ev dustağı olması xəbəri həqiqəti əks etdirmir.
Turkustan.info xəbər verir ki, bu barədə məlumatı “Sputnik Azərbaycan” Ədliyyə Nazirliyinə istinadən yayıb. Nazirlik N.Səlifovun Azərbaycana ekstradisiya edilmədiyini bildirib. Belə ki, onun Azərbaycan ərazisinə ekstradisiyası üçün ölkə ərazisində hansısa yeni cinayət törətmədiyi qeyd edilib.
Ədliyyə Nazirliyi, həmçinin Qulinin Azərbaycanda olma ehtimalının olduğunu, amma onun burada ev dustaqlığına məhkum edilmədiyini və ya ona qarşı yeni ittihamlar irəli sürülmədiyini bildirib.
Qeyd edək ki, bundan bəzi KİV-lər Qulinin Bakıya gətirilərək, ev dustağı edildiyi haqqında məlumat yayıb.
Dövlət Miqrasiya Xidmətindən isə bildiriblər ki, N.Səlifov deportasiya edilməyib. Dövlət strukturunda bildiriblər ki, belə informasiyaya malik deyillər.
Ehtimal ki, Nadir Salifov Azərbaycana könüllü qaydada gəlib.

Prezident və birinci xanım istirahət parkında – FOTOLAR

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunun Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində yerləşən istirahət parkında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Turkustan.info-nun xəbərinə görə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verdi.

Bildirildi ki, bu istirahət parkı müasir səviyyədə yenidən qurulub. Ümumilikdə, 1,7 hektar ərazidə abadlıq işləri aparılıb, 9 min kvadratmetr sahədə yaşıllıq salınıb.

Parkda suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti meydançaları salınıb, oturacaqlar qoyulub, dekorativ hasar çəkilib. Bu istirahət məkanında çay evi, kafe, gənclər evi, internet klub, qocalar evi inşa olunub. Burada, həmçinin idman və uşaq əyləncə qurğuları və fəvvarə də quraşdırılıb.

Prezident İlham Əliyevin tapşırığı ilə son dövrlərdə Bakı şəhərində parklar və xiyabanlar əsaslı şəkildə yenidən qurulur, yeni park, xiyaban və istirahət guşələri yaradılır. Bütün bunlar sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində reallaşdırılan layihələrin davamıdır.

Yeni park, istirahət məkanı və guşələrinin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək üçün görülən məqsədyönlü işlərdəndir. Yenidən qurulan bu park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi baxımından olduqca əhəmiyyətlidir.

Yeni park və xiyabanların salınması ölkəmizdə aparılan geniş abadlıq-quruculuq işlərinin daha bir nümunəsidir. Bu cür layihələrin icrası bir daha sübut edir ki, paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlər ardıcıl şəkildə və yüksək keyfiyyətlə davam etdirilir.

/Modern.az/

Azərbaycan ordusu gecə vaxtı döyüş hazırlığına gətirildi

Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda hərbi birliyin döyüş atışlı gecə təlimi keçirilib.

Turkustan.info bildirir ki, bu haqda Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Ssenariyə uyğun olaraq təlimlərə cəlb olunan motoatıcı, artilleriya, zirehli tank və mühəndis-istehkam bölmələri döyüş atışları icra edib.

Manaf Ağayevdən efirdə gülüş hədəfi olacaq sözlər: “Döşümü…” (Video)

Müğənni Manaf Ağayev qonaq olduğu verilişdə gülüş hədəfinə çevrilən sözlər işlədib.

Turkustan.info xəbər verir ki, müğənni musiqiçilərinin illərdir onunla olduğunu, birgə çalışdıqlarnı deyib, amma bunu fərqli formada ifadə edib:

“Rayonda yaşadığım dövrdə maşınla evimizə gəlirdilər, toya aparırdılar. Təqvim əsasında toylara gedirdim. Yalan danışa bilmərəm. Qoşanağara, sintezator ifaçısı anadan olandan yanımdadı. Onlara hər şeyimi vermişəm, bircə döşümü verməmişəm. Hər şeyə şahiddirlər”.

Manafın bu sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən gülüşlə qarşılanıb.  


/Dərgi.az/

İnflyasiya 2.3% olacaq – Mərkəzi Bank proqnozunu açıqladı

Son iki ayda inflyasiyada azalma meyili davam edib. 
Turkustan.info bildirir ki, Mərkəzi Bankın  Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentindən BakuPost-a verilən məlumata görə,2018-ci ilin 11 ayında orta illik inflyasiya 2.3% təşkil edib ki, bu da hədəf intervalından əhəmiyyətli aşağıdır.
Məlumatda qeyd edilir ki, mövsümi amillərin təsirilə noyabrda ərzaq inflyasiyası bir qədər artıb. Lakin qeyri-ərzaq məhsulları və pullu xidmətlərin aşağı templi qiymət dəyişimi, habelə monetar amillər bu artımı neytrallaşdırıb. Nəticədə aylıq inflyasiya 0.6% səviyyəsində qərarlaşmışdır. 
Mərkəzi Bank inflyasiya gözləntiləri və proqnozları da açıqlayıb. Mərkəzi Bank hesab edir ki, istehlak qiymətlərinin cari dinamikası və manatın dayanıqlı məzənnəsi inflyasiya gözləntilərini stabilləşdirən əsas amillər olaraq qalır. Eyni zamanda cari ildə pul siyasətinin yumşaldılması istiqamətində ardıcıl qərarlar bazar subyektlərinin inflyasiya gözləntilərinə azaldıcı təsir göstərib. Biznes sektorunun inflyasiya gözləntiləri ötən iki ayda ticarət və xidmət sektorunda azalıb, qeyri-neft emal sənayesi və tikintidə artıbr. Ev təsərrüfatlarının inflyasiya gözləntiləri müxtəlif gəlir qrupları üzrə fərqlidir:  “Son proqnozlara görə 2018-ci ilin sonuna inflyasiyanın 2.3% ətrafında qərarlaşacağı gözlənilir”.

“Şaxta baba da bizimdir, şam ağacı da…”

Hikmət Babaoğlu – siyasi elmlər üzrə fəlsəfə doktoru

Yeni ilin miladi təqvimlə yanvarın 1-də, yaxud Günəş təqvim ilə martın 21-də qeyd olunması köhnə mübahisədir. Tacikistanda da bu mübahisələr mövcuddur və bu il rəsmi şəkildə qərara gəlinib ki, Yeni ili xüsusu təmtəraq olmadan, yəni yolkasız, Şaxta baba və Qar qızasız qeyd eləsinlər. Novruzu əsas bayramı sayan bu ölkə kimi Azərbaycanda da “Şaxta baba əleyhdarları” var.

Milli aydınlarımızdan Hikmət Babaoğlunun həm yolka, həm də Şaxta Baba ilə bağlı maraqlı fikirləri, tapıntıları var.

 

***

Bildiyimiz kimi, yanvar ayının 1-də yeni ilə keçid kimi qeyd etdiyimiz miladi təqvim İsa peyğəmbərin doğuluşunu simvolizə edir və bu doğuluş şərti olaraq insanlığın, bəşəriyyətin yeni tarixini müəyyənləşdirir. Bu, xristian dini inancından irəli gələn sistemli dini-ideoloji baxışdır. Amma tarixi mənbələrdə hələ İsanın doğuluşuna qədər, yəni milada qədər olan dövrdə biz bu doğuluşu simvolizə edən və doğuluş günü şam ağacının müqəddəs ağac kimi istifadə olunmasını göstərən, eyni zamanda, şaxta baba obrazı ilə identifikasiya oluna biləcək bir obrazın mövcudluğunu qədim türk xalqlarının tarixində və əsasən uyğur xalqının tarixində görürük. Bu tarixin kifayət qədər qədim olduğunu nəzərə alsaq, o zaman milad mədəniyyətini, şam ağacını və şaxta baba obrazını qədim hun-uyğur ənənələri ilə izah edə bilərik. Fransız tarixçisi Jan Pol Ru yazır ki, türklərdə müxtəlif müqəddəs heyvanlar və bitkilər var idi. Müqəddəs bitkilərin arasında o, şam ağacını da göstərir və qeyd edir ki, qədim türk mifologiyasına görə Qaraqorum dağlarından aşağıya – ovalığa doğru iki çay axırdı. Onlardan biri Tola çayı, digəri isə Selenqa çayı idi. Bu iki çayın arasında Kamançı, yəni Şamançı adlanan bir yer vardı. Burada iki ağac bitmişdi. Bu ağaclardan biri “küsük” adlandırılan şam ağacı idi, digəri isə toz ağacı, yəni qayın ağacı idi.

Hun-uyğur mifoloji təsəvvürünə görə, günlərin bir günü bu ağaclar arasında olan təpəciyə göydən bir nur düşdü və bir müddət otuz insanın əhatə edəcəyi yer qədər olan əraziyə hər gecə, hər gün bu nur düşməkdə davam etdi. Uyğur xalqı bunu müşahidə edirdi. Bir gün isə eynilə insanın doğuluşu kimi, bu təpədən 5 qapı açıldı. Bu beş qapının içərisində 5 uşaq var idi. Külək dəyən kimi bu uşaqlar böyüdülər, çox keçmədən danışmağa başladılar. Uyğurların əcdadları bu uşaqların dünyaya gəlməsini bir doğuluş günü kimi qeyd etdilər və onları müqəddəs hesab edərək özlərinə başçı seçdilər. Uşaqlar danışan kimi valideynlərinin kim olduğunu soruşdular. Onlar valideynləri kimi şam ağacı və toz ağacını göstərdilər. Bu uşaqlar valideynlərinə itaət edərkən bu ağaclar da onlara xeyir-dua verdilər və əbədi həyat arzuladılar. Uyğur xalqının öndə gedənləri, ağsaqqallar həmin uşaqlara Sonqur təkin, Kotur təkin, Tükel təkin, Or təkin və Buku təkin adlarını qoydular. Bunların içərisində ən zirək, cəsur və iti zəkalı olduğu üçün Buku təkini özlərinə başçı seçdilər.

Göründüyü kimi, xristian miladından, yəni İsa miladından öncə Buku təkin miladı var və o, şam və toz ağaclarından doğulub. Onun doğulduğu yerə Kamançı, yaxud Şamançı deyilir. Bildiyimiz kimi, qədim şaman fəlsəfəsində və tanrıçılıq inancında şamanlar şam ağacını əbədi həyatın simvolu kimi qəbul edirdilər. Çünki şam ağacı qışda və yazda da yaşıl qalır, ölmür. Şamanlar xüsusi meditasiya vasitəsilə Tanrı ilə əlaqəyə girmə prosesində həm yüksək dağ zirvələrindən, həm də şam ağacından isfadə edirdilər. Nəzərə alaq ki, şam ağacı oxvari şəkildə göyə yüksəlir və onlar bu oxvari formadan meditasiya prosesində informasiya ötürücüsü və qəbul edicisi kimi istifadə edirdilər. Yəni şam ağacının xüsusi oxvari formasından Tanrıya, göyə informasiya ötürmək üçün istifadə edirdilər. Digər tərəfdən, İsanın doğulduğu Yerusəlimin isti iqlimini və oradakı bitki örtüyünü nəzərə alsaq, onun şam ağacının altında dünyaya gəlməsi fikrinin və bugünkü yolkanın da bununla əlaqləndirilməsinin yanlış olduğunu görərik. Üstəlik Şaxta Babanın geyimi Şimal geyimidir. Başında şişpapaq qıpçaqların şiş papağı əynində isə xüsusi qolpaqlı kürk var. Bu tipik şaman geyimidir.

Bunları nəzərə alsaq və tarixi hadisələri müqayisə etsək görərik ki, bu dövrü araşdıran tarixçilər əfsanəvi Buku, yaxud Buğu xaqanı, Alp Ər Tunqa, yəni Əfrasiyabla eyniləşdirirlər. Əfrasiyabın tarixi şəxsiyyət olduğunu və eradan əvvəl VIII-VII-ci əsrlərdə yaşadığını da bilirik. Herodot yazır ki, e.ə. VIII əsrdə bütün türklər saqların hökmdarı Alp Ər Tunqanın rəhbərliyi altında bir yerdə yaşayırdılar.

Belə olan halda, artıq mifoloji təsəvvür tarixiləşir və əfsanə olmaqdan çıxır. Deməli, küknar, şaman və milad üçlüyü, yəni, şaxta baba, şam ağacı və milad triadası İsa miladından ən azı 800 il əvvələ gedir. Ona görə də hesab edirik ki, yeni ili, yəni bu doğuluşu müşayiət edən şam ağacı və şaxta baba əslində şaman və şam ağacıdır ki, burada şam əbədiyaşarlıq simvoludur. Hətta son dövrlərə qədər Azərbaycanın bəzi kəndlərində, məsələn, bizim yaşadığımız qərb bölgəsindəki bəzi kəndlərdə dünyasını dəyişən insanın nəşinin qolunun altına kiçik şam ağacı qoyardılar. Görünür, burada mistik bir inanc var idi ki, şam ağacı insanın ölümündən sonrakı həyatını təmin edəcək. Bu Şamançılıq fəlsəfəsinin, yaxud Tanrıçılıq dininin günümüzə qədər yaşamasının bir sübutudur.

Bəs necə olub ki, qədim türk mifologiyasından yaranan bu milad-doğuş triadası, yəni şaman, şam ağacı və milad fəlsəfəsi xristianlığa keçib? Bildiyimiz kimi, qədim hunlar tanrıçılığa sitayiş edirdilər və şamanizmin bütün ənənələrinə riayət edirdilər. Necə ki, onlar Şərqi Sibirdən Avropaya qədər gəldikləri bütün ərazilərdə monastırlar tikirdilər və bu monastrları Manas dağındakı şamanın ibadət etdiyi zirvəyə bənzədirdilər. Yeri gəlmişkən, “manasdar” sözü də buradan irəli gəlir. Yəni Manasdakı baş şamanın ibadət yerinə bənzər ibadət yerləri tikirdilər, çünki Manas dağına qayıtmaq uzun vaxt apardığı üçün şamanlar tanrıya ibadətlərini simvolik olaraq Manas dağını və oradakı zirvəni xatırladan süni yaradılmış dağda həyata keçirirdilər. Manasçı, Manasa gedib-gələn, yəni Manasdar termini də buradan əmələ gəlmişdir. Bura da “dar”, “dər” sözdüzəldici şəkilçidir. Məsələn, ev-evdar, mal-maldar və s.

Hunlar, milad ənənələrini də yəni Buku xaqanın doğuluşu, şam və şaman üçlüyü fəlsəfəsini də özlərilə Avropaya gətirdilər. 451-ci ildə Milanı zəbt edən Atilla qısa müddətdən sonra Romanı mühasirəyə alır. Roma məğlub olacağını başa düşən zaman Roma papası Atillanın bütün şərtlərinə razı olacağını bildirir və ondan xahiş edir ki, Romaya girməsin. Bu zaman Atillanın qoyduğu 6 şərtdən biri də ondan ibarət idi ki, siz bizim kimi ibadət edəcəksiniz. Beləliklə, romalılar o vaxta qədər əslində yəhudilərin ibadətlərini imitasiya edən xristian ibadətindən imtina edərək məhz tanrıçılıq ibadətini və bu proses zamanı onların geyindiyi geyimi və tanrıçılığın simvolu olan, habelə müqəddəs Georgi xaçı kimi tanıdığımız və o dövrdə Atillanın bayrağı üzərində olan, odu, suyu, havanı və torpağı simvolizə edən müqəddəs dörd üçbucağı Georgi xaçı kimi mənimsəyirlər. Elə dini öyrənmək üçün tikdikləri məntəqələri də hunların Manas-darına bənzədirlər. Beləliklə, hazırda xristianlıqda tanıdığımız monastrlar meydana gəlir. Əslində, Georgi xaçı kimi tanıdığımız fiqur, xaç deyil, tanrıçılığın dörd müqəddəs ünsürünün ən bərk həndəsi fiquru olan dörd üçbucaqda birləşməsidir.

Bu prosesdə avropalılar doğuluşu da türk mifoloji tarixinə uyğun olaraq şaman, şam ağacı və milad üçlüyü kimi qəbul edirlər. Sadəcə onlar sonrakı dövrlərdə Hun imperiyasının süqutundan sonra miladı artıq Buku xanın, yənun türklərin əfsanəvi əcdadının doğuluşu kimi deyil, İsa peyğəmbərin miladı kimi qeyd etməyə başladılar.

Ona görə də şaxta babanın geyiminə nəzər salsaq görərik ki, şaman geyimidir, şam ağacı da Qərb müəlliflərinin də qəbul etdiyi kimi türklərin müqəddəs bitkisidir və Buku xaqanın doğuluşu da şam və toz ağaclarından başlayır. Belə olan halda, biz tamamailə əminliklə deyə bilərik ki, şaxta baba da bizimdir, şam ağacı inancı da bizimdir, doğuş isə İsanın deyil, ulu əcdadımız, əfsanəvi liderimiz, tarixi şəxsiyyət Alp Ər Tonqa ilə eyniləşdirilən, tarixi şəxsiyyət kimi qəbul edə biləcəyimiz Buku xaqanın doğuluşudur.

Bunun hansı tarixdə qeyd olunması isə əhəmiyyətli deyil. Bu doğuluşu istər, yanvar ayında, istərsə də mart ayında qeyd etmək və şərti olaraq təqvimi dəyişmək olar. Ona görə də şaxta baba da, şam ağacı da, şaman da bizə doğmadır. Bunlar bizim unudulmuş milli tariximizdir, adət-ənənəmizdir, şərəfli keçmişimizdir.

Elməddin Behbud: “Layihələrin idarə edilməsi və e-hesabat” proqramı Şuranın digər elektron xidmətləriylə inteqrasiya olunacaq

 Sosial mediada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ildən tətbiq edəcəyi 13 yeni elektron xidmətin müzakirəsi davam edir.
Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud bu barədə öz “facebook” səhifəsində yazıb:
“Dəyərli QHT rəhbərləri, 28 noyabr tarixində keçirilən ictimai dinləmədən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ildən tətbiq edəcəyi 13 yeni elektron xidmət barədə məlumatlısınız. Onlarla bağlı indiyədək açdığımız müzakirələrə qoşularaq rəy və fikirlərinizi bildirməyiniz haqqında bəhs etdiyim proqramların təkmilləşdirilməsi üçün QHT-lərin töhfəsi hesab oluna bilər. Qiymətli düşüncələrini bizimlə paylaşan dostlarımıza bir daha təşəkkürümü bildirirəm. 
İndi isə hazırda üzərində müvafiq iş aparılan “Layihələrin idarə edilməsi və e-hesabat proqramı” haqqında fikirlərinizi dinləmək və təkliflərinizi almaq istərdik.
Bildiyiniz kimi, 2013-cü ildən etibarən QHT layihələri üzrə hesabatların elektron qəbulu məqsədilə E-hesabat proqram təminatı yaradılıb. Bu proqram icra olunan layihələrin nəticələri üzrə təsviri və maliyyə hesabatlarının qəbulu prosesini həyata keçirir. Ancaq etiraf edək ki, proqramın texniki imkanları hesabatların təhlilini, əldə olunan məlumatların emalını və layihələrin icrasına və idarə olunmasına elektron nəzarəti tam təmin etmək imkanında deyil. Həmçinin, Şuranın göstərdiyi müxtəlif elektron xidmətlərin hər birinə ayrılıqda daxilolma şifrələrinin tələb olunması QHT-lərin proqramdan istifadəsini bir qədər çətinləşdirir.
Şuranın apardığı monitorinqlər və təhlillər, eləcə də QHT-lərdən daxil olan təkliflər layihələrin idarə edilməsi və hesabatların qəbulu üzrə elektron proqramın yenilənməsini və təkmilləşdirilməsini zəruri edir.
Gələn ildən tətbiq olunacaq “Layihələrin idarə edilməsi və e-hesabat” adlı yeni proqram isə Şuranın göstərdiyi elektron xidmətlərin keyfiyyətinin və funksionallığının daha da artırılması, yuxarıda sadaladığım problemlərin aradan qaldırılması, eyni zamanda bu xidmətin digər elektron xidmətlərlə inteqrasiya olunaraq vahid mərkəzdə cəmlənməsi məqsədilə yaradılır.
Haqqında danışdığım proqramın 5 başlıca üstünlüyünü sizlərlə bölüşmək istəyirəm:
1. QHT layihələrinin idarəedilməsi və hesabatların (təsviri və maliyyə) qəbulu tamamilə elektronlaşdırılaracaq və vahid baza üzərindən aparılacaq;
2. Proqram layihələrin yekunlarına dair müvafiq statistika və ümumiləşdirmələrin aparılmasını təmin edəcək;
3. QHT-lər Şuranın bütün elektron xidmətlərinə elektron imza və vahid şifrə ilə giriş imkanı əldə edəcəklər;
4. Şura Katibliyinin əməkdaşlarının (layihə üzrə əlaqələndirici və mühasib) və QHT nümayəndələrinin layihənin icrasına dair bütün yazışmaları bir paneldə aparılacaq;
5. Layihə idarəedilməsi və hesabatların qəbulu ilə bağlı yazışmalar eyni zamanda avtomatik olaraq QHT-lərin e-mail ünvanlarına da göndəriləcək. Bu da qarşılıqlı əlaqələrin operativliyini artıraraq kommunikasiyada olan bütün çətinlikləri aradan qaldıracaq.
Bu proqram eyni zamanda “QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi” lövhəsinə müvafiq məlumatların ötürülməsini də təmin edəcək.
Gördüyünüz kimi bu xidmətin tətbiqi nəticəsində QHT-lərin Şura Katibliyinin müvafiq bölməsinin əməkdaşları ilə daha asan və operativ kommunikasiyası təmin olunacaq, həmçinin təşkilatlar Şuranın bütün elektron xidmətlərinə e.imza və vahid şifrəylə daxil ola biləcək, eyni zamanda icra etdikləri layihə ilə bağlı bütün yazışmalar onların e-mail ünvanlarına da göndəriləcək”.

Deputat Şeyxə məktub yazdı: Bu hal utancvericidir

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktub yazıb.

Turkustan.info-nun xəbərinə görə, millət vəkili məktubunda bildirib ki, Bakıda keçirilən “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”un panellərində müzakirələr zamanı İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberlinin “Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız yoxdur” deməsi onu dərindən sarsıdıb.

“Azərbaycanın bəzi rayonlarında, o cümlədən Bakının bir sıra kəndlərində qız uşaqlarının təhsil almaları ilə bağlı problemlərin olduğunu, bəzi valideynlərin qız övladlarını məktəbə buraxmadıqlarını dəfələrlə ictimaiyyətin və müvafiq dövlət orqanlarının diqqətinə çatdırmışıq.

Ötən əsrin əvvəllərində, müsəlman şərqinin qaranlıqları içərisindən sıyrılmağı bacaran ziyalılarımız Azərbaycan qızlarının təhsil almalarına böyük əhəmiyyət verdikləri, bunun üçün böyük fədakarlıqlar etdikləri halda, biz Cümhuriyyətimizin 100-cü ildönümündə, dünyəvi Azərbaycan Respublikasında qızlarımızın məktəbə buraxılmamasından danışırıq. Utanvericidir!

Nəinki Bakıda, bütün müsəlman şərqində ilk dünyəvi qızlar məktəbinin açılışından 117 il keçir.

Məktəbin qurucusu Hacı Zeynalabdin Tağıyevə görə, “bir kişi təhsil alarsa, bu, yalnız savadlı bir insan olması deməkdir. Amma bir qızın təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir”.

Vaxtilə müsəlman qaragüruhçularının sözünü kəsmək üçün Hacı Zeynalabdin Tağıyev nüfuz sahibi olan Molla Mirzə Məhəmməd oğluna çoxlu pul və hədiyyələr verib müqəddəs yerlərə – Məkkəyə, Mədinəyə, Kərbəlaya, Qahirəyə, İstanbula, Tehrana göndərmiş və tapşırmışdı ki, oradakı mötəbər, rəsmi din xadimlərinin hamısından imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsın ki, müsəlman qızları da oğlanlar kimi şəriət məktəblərindən başqa, müasir məktəblərdə də təhsil ala bilərlər.

Zeynalabdin Tağıyevin məsciddə, ruhanilər qarşısında çıxışı isə xüsusi maraq doğurur: “Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir…”

Onun sözlərinə görə, bu gün bəzi yaşayış məntəqələrində qızların təhsil almaları ilə bağlı yaranmış vəziyyət hamını ciddi şəkildə narahat etməlidir:

“Çünki təhsilsiz qadın hər şeydən öncə təhsilsiz övlad və təbii ki, təhsilsiz millət deməkdir.

Düşünürəm ki, din xadimləri öz xütbələrində, iştirak etdikləri məclislərdə rəvayətlər danışmaq əvəzinə qızların təhsil almalarını, qadın hüquqlarını, xeyriyyəçiliyi, haqqı və ədaləti təşviq etməli, bu istiqamətdə ardıcıl təbliğat aparmalı, sivil cəmiyyət quruculuğuna öz tövhələrini verməlidirlər.

Ümid edirəm rəhbərlik etdiyiniz qurumlar tezliklə bu istiqamətdə real addımların atılmasına nail olacaqlar”.  /A24.Az/

Onlar qanunvericilik təşəbbüsü ilə çıxış etdilər, Milli Məclisə yeni qanun layihələri verdilər

2018-ci il yekunlaşır. Bu il ərzində Milli Məclis bir sıra qanunlara dəyişikliklər edib, yeni qanun layihələri qəbul olunub. Yaz və payız sessiyaları ərzində parlamentin bir neçə deputatı qanunvericilik təşəbbüsü ilə çıxış edib və fərdi şəkildə qanun layihələri hazırladıqlarını bildiriblər.

Turkustan.info Milli Məclisin 2018-ci ilin yaz və payız sessiyalarında qanunvericilik təşəbbüsü ilə çıxış edən və qanun layihələri hazırlayan deputatları xatırladır:

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü , Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev müəllifi olduğu “Peşə birlikləri haqqında” və “Sosial sifariş haqqında” yeni qanun layihələrinin parlamentin payız sessiyasının qanunvericilik işləri planına daxil olunmasını təklif edib. Milli Məclisin sədri Oqtay Əsədov isə Azay Quliyevin təkliflə baxılması üçün parlamentin Aparatına tapşırıq verib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov rəhbərlik etdiyi komitənin iclaslarının birində “Donor haqqında” qanunun qəbul edilməsini təklif edib. Sənəddəki müddəalar isə  işçi qrupunun təklifi əsasında müəyyən ediləcək.

İnsan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, “Mətbuat Şurası haqqında” qanun layihəsinin üzərində iş gedir. Yeni sənədin hazırlanması ilə bağlı işçi qrup da yaradılıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə qrupa rəhbər seçilib. Əflatun Amaşov eyni zamanda “Deputatların gəlir deklorasiyası haqqında” qanun qəbul edilməsini də təklif edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov həmkarı Əli Məsimli ilə birlikdə “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırladıqlarını və həmin sənədin qəbul edilməsini təklif ediblər. Qanun layihəsi 19 maddədən ibarətdir. Sənəddə tələbələrin rahat bir şəkildə təhsil kreditlərindən yararlanması kimi məsələlər öz əksini tapıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli  “Kredit risklərinin sığortalanması haqqında” qanun layihəsinin hazırlanmasını təklif edib. Deputat bildirib ki,  bu qanunun mövcudluğu xarici valyutada verilən kreditlə bağlı mümkün gərginliyi azalda bilər. Deputat həmçinin, bu gün xarici valyutada kredit götürmüş, lakin qaytara bilməyən ölkə vətəndaşlarının vəziyyətinin nəzərə alınmasını, buna görə də “Müflisləşmə haqında qanun”da dəyişiklik edilməsini və qanuna fiziki şəxslərin də müflisləşməsi ilə bağlı maddələrin əlavə olunmasını təklif edib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyev isə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsinin müəllifidir. Sənəd Milli Məclis Aparatına təqdim olunub. Qanun layihəsi 12 maddədən ibarətdir. Sənəddə işğal olunmuş ərazilərdə hüquqi rejim, hərəkətin məhdudlaşdırılması, işğal edilmiş ərazilərdəki daşınmaz əmlakla bağlı mülkiyyət hüquqları və sair məsələlər konkret hüquqi formada təsbit olunub.   /Modern.az/

Türkiyə Paşinyanın təklifinə cavab verdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın yeni hakimiyyətinin Yerevanın Ankara ilə ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazır olması təklifinə cavab verib. 

Turkustan.info xəbər verir ki, bununla bağlı Türkiyənin “Habertürk” nəşri məlumat yayıb. 

“Ermənistanın yeni hakimiyyəti Türkiyə ilə ilkin şərt olmadan görüşməyə hazır olması ilə bağlı açıqlama verib. Ancaq bizim şərtlərimiz aydındır. Azərbaycanın həssaslığını nəzərə almadan hansısa addım ata bilər?

Əslində eyni zamanda Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün addımlar atılmalı və problemlər həll edilməlidir. 

Bu, Ermənistan üçün daha səmərəli olacaq. Qarabağ və işğal olunmuş torpaqlarla bağlı məsələni həll etmək lazımdır”, – Çavuşoğlu bildirib. 

Türkiyə XİN rəhbəri qeyd edib ki, əgər Ermənistan təcrid edilmiş vəziyyətdə qalmaq istəmirsə, problemi həll etməlidir. 

“Bizim üçün həssas məsələlər məlumdur. Biz Azərbaycanın qəbul edəcəyi istənilən qərarı dəstəkləyəcəyik”.    /oxu.az/

Prezident və birinci xanım “sosial evlər”in açılışında…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 26-da Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak ediblər.

Sonra dövlət başçısı və xanımı ərazidə ümumi sahəsi 15,4 hektar olacaq yeni yaşayış kompleksinin təməlini qoyublar.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonu ərazisində yenidən qurulan parkda yaradılan şəraitlə tanış olublar.    /modern.az/

 

Ramiz Əzizbəylidən PİS XƏBƏR – Ayağı kəsiləcək

Xəbər verdiyimiz kimi xalq artisti Ramiz Əzizbəyli artıq bir neçə gündür xəstəxanada həkim nəzarətindədir.

Turkustan.info bildirir ki, aktyorun ailəsi Open.az-a Əzizbəylinin səhhəti haqda açıqlama verib.

“Onun ölüm xəbərini yaydılar. Lakin xahiş edirik, bu məsələyə biraz həssas yanaşaq. Şükürlər olsun ki, Ramiz bəy nəfəs alıb-verir. Amma səhhəti kritikdir. 99 faiz onun ayağı kəsiləcək. Barmağında yavaş-yavaş qanqrena başlayıb. Ona görə də klinikaya gətirdik. Məlum oldu ki, damarları 80 faizdən çox tıxanıb”, – deyə kürəkəni bildirib.

Fazil Mustafa Firudin Qurbanovun BDU-ya rektor gətirilməsinə belə qiymət verdi

“Bakı Dövlət Universiteti (BDU) ənənəvi olaraq əslində Azərbaycanda ali təhsilin hansı səviyyədə olmasının barometri saylır. Ölkənin tələbə sayına və tarixinə görə ən əzəmətli universiteti sayılan BDU haqqında rəylər bizləri də yaxından maraqlandırır, çünki bu gün az-çox qazandığımız bilgilərə, həyat təcrübəsinə görə onun müəllimlərinə və təhsil mühitinə borcluyuq”.

Turkustan.info-nun Modern.az-a istinadən məlumatına görə, bu sözləri millət vəkili Fazil Mustafa BDU ətrafında cərəyan edən proseslərə menasibət bildirərkən deyib.

“Etiraf edim ki, son illərdə hər dəfə bu universitetin binasına rəsmi tədbirlərdə iştirak etmək üçün daxil olanda özümü hansısa inzibati orqanın aurası içində hiss etdiyimdən burada sağlam təhsil mühitinin yaranmasını çox arzulayırdım.Hazırda Bakı Dövlət Universitetini üçün belə bir şansın yarandığını düşünürəm. Vaxtilə Milli Təhlükəsizlik Nazirliyinin durumunu xatırlayanda görürsən ki, hansısa bir kadr dəyişikliyi bir qurumun korlanmış imicini qısa müddətdə necə dəyişə bilir. Bir neçə il öncə insanlar üçün işgəncə aparatına çevrilmiş, sahibkarlardan şantaj və quldurluq yolu ilə pul soyan müxanizm sayılan Milli Təhlükəsizlik Nazirliyi Mədət Quliyevin təyinatından sonra sırf dövlətin təhlükəsizliyi ilə məşğul olan quruma çevrildi, rüşvət və soyğunçuluq tamamilə ortadan qaldırıldı və bu qurumun itirilmiş nüfuzu bərpa olundu. Yəni niyyət olanda bir şeyləri köklü şəkildə dəyişmək mümkün olur. İndi də universitet rektoru vəzifəsinin icrasına təhsil nazirinin müavini Firudun Qurbanovun təyin olunması ilə belə bir mütərəqqi dəyişimin baş verməsini gözləmək olar. Korrupsiyada adı hallanmayan, təhsil sistemində ciddi təcrübəyə malik olan Firudin Qurbanovun burada sağlam təhsil mühiti, elmi araşdırmalara təşviq sistemi yaratmaq potensialına güvənirəm və ümid edirəm ki, yaxın gələcəkdə daha fərqli bir Universitet imici ilə qarşılaşacağıq. Bakı Dövlət Universitetində baş verəcək müsbət dəyişikliklər ali təhsil sistemimizdə sağlam islahatlar üçün ciddi bir stimul ola bilər”, – Fazil Mustava bildirib.

Nazirdən 2019-cu ildə pensiyaya çıxacaq şəxslərlə bağlı AÇIQLAMA

“2019-cu ildə pensiyaya çıxacaq şəxslərin 70 faizinin pensiya təminatı avtomatlaşdırılmış formada həyata keçiriləcək”.

Turkustan.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Azərbaycan sosial müdafiə sisteminin inkişafı: dünən, bugün və sabah” mövzusunda keçirdiyi beynəlxalq elmi-praktik konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. 

O bildirib ki, 2019-cu ildən Azərbaycanda pensiya yaşı tamam olan, pensiya hüququ qazanan şəxslərin 70 faizi heç bir sənəd toplamadan, heç bir idarəyə getmədən doğum günündə pensiya təyinatı alacaqlar:

“Ya sms, ya email, ya da məktub vasitəsilə onlara bu barədə məlumat veriləcək. Onlara pensiyalarının məbləği, hansı bankdan kartlarını götürə biləcəkləri barədə məlumat veriləcək. Gələn il digər 30 faiz güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərlə bağlı da qanunvericilik bazasının hazırlayacağıq”.   /Cebhe.info/

“Azərbaycan kikboksçularının nailiyyətləri bütün türk dünyasının uğurudur”

Turkustan.info bildirir ki, bu sözləri kikboksinq idman növünün inkişafında xidmətlərinə görə, Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, Millət vəkili Adil Əliyev tərəfindən fəxri diplomla mükafatlandırılan Türkiyə və Azərbaycanın tanınmış ictimai xadimi, Okuklu holdinqin rəhbəri Yılmaz Okuklu bildirib.

“Azərbaycan idmançılarının uğurları, nailiyyətləri bizi qürurlandırır. Qürurverici haldır illərdir ki, illərdir birgə addımladığımız Azərbaycan Kikboksinq Federasiyasının idmançıları beynəlxalq arenada Azərbaycanın adını ucaldırlar.

Azərbaycan kikboksçularının nailiyyətləri bütün türk dünyasının uğurudur. Bundan sonra da azərbaycanlı kikboksçularının xoş sədalarını eşidiyəcəyik”.

Suriyalı İrəvanda nazirlik işçilərini cəzalandırmaq istədi

Ermənistan Səhiyyə Nazirliyində dava düşüb.

Turkustan.info xəbər verir ki, polisə bir nəfərin nazirliyin binasına soxulması və dava salması ilə bağlı məlumat daxil olub.

Nazirlik əməkdaşlarından biri hadisə yerinə gələn polislərə deyib ki, İrəvanda yaşayan Egiya K. adlı Suriya vətəndaşı onu və bir neçə əməkdaşı cəzalandıracağı ilə hədələyib.

Hadisənin başvermə səbəbi və şübhəli şəxsin taleyi haqda heç bir məlumat yoxdur.   /Axar.az/

Dağlıq Qarabağ: 2018-ci ilin YEKUNLARI

2018-ci il də Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirmədi. Ancaq bütün illərdə olduğu kimi 2018-ci ildə də Qarabağ ətrafında maraqlı hadisələr yaşandı. Birincisi, Ermənistanda 20 ildən sonra “Qarabağ klanı” hakimiyyətdən uzaqlaşdırıldı. İkincisi, son bir neçə ayda atəşkəsin pozulması halları azaldı. 2018-ci ildə Dağlıq Qarabağ ətrafında baş verən hadisələri bir daha yada salaq:

İtaliya Qarabağla məşğul olmalı idi…

2018-ci ilin əvvəlində ATƏT-də sədrlik İtaliyaya keçdi. Təbii olaraq Azərbaycan siyasi elitasında və ictimaiyyətində bu cür suallar yarandı: münaqişənin həllində İtaliyadan nəsə gözləmək olarmı? İtaliyanın sədrliyi müddətində nələr baş verə bilər? İtaliyanın mümkün təşəbbüslərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri olacaqmı?

İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli addımlar atacağı elə ilin əvəlindən sual altında idi. Bəli, İtaliya rəsmiləri və bu ölkənin Xarici İşlər Nazirliyi ATƏT sədri kimi Qarabağla məşğul olacaqlarını açıqladılar. Ancaq bu ifadəni 25 ildə ATƏT-ə sədrlik edən bütün dövlətlər səsləndiriblər. Yaxın keçmişdə ATƏT-ə Qazaxıstan və Almaniya da sədrlik ediblər. Eyni ilə İtaliya kimi hər iki dövlətin rəsmiləri də Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışacaqlarını bildirmişdilər. Özü də Qazaxıstanın müxtəlif formatlarda Azərbaycan və Ermənistanla daha sıx əlaqələri var. Ancaq Qazaxıstanın fəallığı və təşəbbüsləri də Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmədi. Almaniya ATƏT-ə sədrlik edəndə müxtəlif təşəbbüslərlə çıxış etdi, Azərbaycan və Ermənistan prezidentləri müxtəlif vaxtlarda Berlinə dəvət edildilər. Almaniyanın o zamankı xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı plan hazırladıqlarını dedi və Azərbaycana, Ermənistana səfər etdi. Ancaq Astana kimi Berlinin də ATƏT sədri kimi fəallığı və müxtəlif təşəbbüsləri işə yaramadı. 

Astana və Berlin Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək istəyirdilər. Ancaq təəssüf ki, bu onlardan asılı olan məsələ deyildi. ATƏT-ə sədrlik simvolik xarakter daşıyır, sədr nə qədər fəal olsa da o, başqa dövlətlərin passivliyi fonunda uğur qazana bilməz. Dağlıq Qarabağ münaqişəsinin həllində əsas söz sahibi böyük dövlətlərdir. Bu dövlətlər isə Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün ciddi addımlar atmırlar. Elə İtaliya da münaqişənin həlli istiqamətində heç bir addım atmadı, Berlin və Astana qədər fəal olmadı.

Ermənistandakı sorğu real durumu ortaya qoydu

2016-cı ilin aprel savaşı erməni cəmiyyətində Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına olan inamı sarsıdıb. Bunu Ermənistanda bu ilin yanvar ayında keçirilən son rəy sorğularından biri də sübut edirdi. Deməli, İrəvanda yerləşən Regional Əməkdaşlıq və Qloballaşma Mərkəzinin başda İrəvan olmaqla Ermənistanın müxtəlif şəhərlərində 900 respondent arasında keçirdiyi sorğu nəticələrinə görə, 34 faiz Rusiyanı əvvəlkitək strateji tərəfdaş sayarkən, 30 faiz əksini düşünür. “Rusiya Ermənistanın təhlükəsizliyini təmin edirmi” sualına verilən cavabdakı nisbət də məyusluqdan xəbər verir. 25 faiz düşünür ki, Rusiya Ermənistanın təhlükəsizliyini təmin edir, 30 faiz isə təmin etmədiyini bildirib.

Ermənilərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına inamı lap azalıb. Ermənilərin yalnız 31 faizi hesab edir ki, Azərbaycanla müharibə başlayacağı təqdirdə adı çəkilən təşkilat Ermənistanı qoruyacaq, 63 faizi isə “qorumayacaq” deyib. Ermənilərə ən çox təsir edən odur ki, Rusiya Ermənistanı strateji tərəfdaş adlandırdığı halda Azərbaycana silah satır. Rusların “bu biznes layihədir, imtina edə bilmərik” cavabı erməniləri daha çox məyus edir.

 

Lavrovun Qarabağla bağlı 4 bəndlik təklifi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 15-də Moskvada 2017-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirdi. Lavrov həmin mətbuat konfransında müxtəlif beynəlxalq mövzulara toxundu. Sergey Lavrov həmin mətbuat konfransında Qarabağ münaqişəsinin həlli haqqında da bir neçə fikir söylədi.

Birincisi, Lavrov 2018-ci ildə Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hansısa müsbət impulslar gözlədiklərini dedi.

İkincisi, Lavrov təmas xəttində vəziyyətin sakit olması üçün əlavə addımlar atılmasının vacibliyini bildirdi.

Üçüncüsü, Lavrov dedi ki, məsələyə mərhələli yanaşma lazımdır: “Bu mərhələli yanaşma nəyi indi etməyin mümkünlüyünü göstərəcək, münaqişənin yekun həlli və Dağlıq Qarabağın statusu ilə bağlı əlavə müzakirəyə ehtiyac olan yolları müəyyən edəcək”.

Dördüncüsü, Lavrov Azərbaycanla Ermənistanın razılaşmasının vacibliyini vurğuladı.

Azərbaycanla Ermənistan arasında psixoloji savaş

ATƏT-in Minsk Qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin daimi nümayəndəsi Anjey Kasprşik yanvarda Azərbaycanda və Ermənistanda oldular. Həmçinin işğal altındakı Dağlıq Qarabağ bölgəsinə getdilər. Orada separatçıların lideri Bako Saakyanla görüşdülər.

Vasitəçilərin səfərin yekunu ilə bağlı yaydıqları açıqlamada iki əsas tezis var idi:

Birinci tezis: “Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa çağırırıq”;

İkinci tezis: “Tərəfləri gərginliyə yol açan açıqlamalara son verməyə çağırırıq”.

Bu iki tezis ondan xəbər verirdi ki, həmsədrlər Azərbaycanla Ermənistan arasında gərginliyi ortadan qaldıra bilmirlər və atəşkəsin pozulmayacağına da zəmanətləri yoxdur.

Fevralın 13-də Dağlıq Qarabağda erməni separatçılarının Azərbaycandan ayrılmaya yönəlik mitinqlərə başlamasının 30 ili tamam oldu. 1988-ci ilin 13 fevralında Xankəndidə Azərbaycanın əleyhinə ilk mitinqlər başladı, separatizmin və terrorun əsası qoyuldu. 30 ildir Azərbaycan Dağlıq Qarabağ üzərində nəzarəti itirib. İşğalın 30 il davam etməsi Azərbaycan üçün böyük müddətdir. Ancaq bu 30 il Ermənistan və Dağlıq Qarabağ əhalisi üçün də gərgin keçdi, onlar istəklərinə nail olmadılar. Azərbaycan torpaqlarının işğalı ermənilərə xoşbəxtlik gətirmədi, çünki hər gün itki ilə üzləşirlər, qorxu içindədirlər və daima “Azərbaycan ordusu nə zaman hücuma başlaya bilər” sualına cavab axtarırlar.

Fevralın 13-də işğalın 30 ili münasibətilə işğal altındakı Xankəndidə mitinq keçirildi. Separatçıların lideri Bako Saakyan bu mitinqdə Azərbaycan əleyhinə xeyli fikir söylədi, Azərbaycanı bir neçə dəfə düşmən ölkə adlandırdı. Bako Saakyan mitinqdə belə bir cümlə də işlətdi: “Azərbaycan 2016-cı ilin aprelində genişmiqyaslı hücuma keçməklə sürətlə Artsax dövlətini məhv etmək istəyirdi”.

Bu açıqlamada həqiqət var. Azərbaycan ordusunun imkanı olsaydı, 2016-cı ilin aprelindəki döyüşlərdə daha çox ərazini işğaldan azad etmək istəyərdi. Rusiya buna imkan vermədi. Ancaq aprel müharibəsi yenə də təkrarlana bilər və bu amil Ermənistanda və Dağlıq Qarabağda yaşayan ermənilər üçün böyük qorxu deməkdir.

İrəvanın iki narahatlığı…

Azərbaycan prezidenti İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının fevral ayındakı qurultayında Dağlıq Qarabağ probleminin həlli haqqında da danışdı. Prezident həmin qurultayda belə bir fikir də işlətdi ki, azərbaycanlılar gələcəkdə İrəvana da qayıdacaqlar.

Bu açıqlama Ermənistan rəsmilərinin qəzəbinə səbəb oldu. Ermənistan prezidenti və digər rəsmiləri İlham Əliyevin bu fikrini Azərbaycanın Ermənistan torpaqlarına iddia kimi qiymətləndirdilər. Yəni guya rəsmi Bakı gələcəkdə Ermənistanın torpaqlarını işğal etmək istəyir. İlham Əliyevin çıxışında “biz Ermənistandakı torpaqları geri alacağıq” sözləri yox idi. Sadəcə, İlham Əliyev ona işarə edirdi ki, əgər Ermənistan Azərbaycan torpaqlarını işğal edibsə, Azərbaycan da eyni hərəkəti edə bilər. Bu, Azərbaycanla Ermənistan arasındakı psixoloji savaşın tərkib hissəsidir.

Buna baxmayaraq, Ermənistan hakimiyyəti beynəlxalq aləmdə belə təbliğat aparmağa başladı ki, guya İlham Əliyev məhz Ermənistan torpaqlarının işğalını nəzərdə tutub. Ermənistan hakimiyyəti və erməni lobbisi dezinformasiyalarını gücləndirdilər və məsələyə ilk reaksiya verən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova oldu. Erməni jurnalistlərdən biri ona bu haqda sual verdikdə Mariya Zaxarova İlham Əliyevin çıxışındakı həmin sözləri tənqid etdi. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayaraq Mariya Zaxarovaya cavab verdi.

Bu arada, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Bakıda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Zakir Həsənov həmin görüşdə qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında müharibə hər an başlana bilər. Ermənistan hakimiyyəti və erməni lobbisi bu açıqlamadan da öz məqsədiləri üçün istifadə etməyə çalışdı və məsələni belə qoydu ki, guya Azərbaycan müharibəyə başlamağı planlaşdırır.

Azərbaycanın Müdafiə Nazirliyi genişmiqyaslı təlimlər keçirdi. Bu təlimlərə on minlərlə hərbçi və minlərlə hərbi texnika cəlb edildi. Məntiqlə belə bir vəziyyətdə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Xankəndidə olmalı, hadisələrin gedişatını yerindəcə izləməli idi. Ancaq separatçıların lideri Bako Saakyan həmin anda ABŞ-a səfər edərək Konqres binasında görüşlər keçirirdi. Bunun özü də ciddi sual yaradır ki, Azərbaycanı tərəfdaş ölkə adlandıran Vaşinqton separatçıların liderinin Konqresdəki görüşlərinə niyə imkan yaradıb?

Azərbaycan Xarici İşlər Nazirliyi bu səfərə etiraz olaraq ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutaya etiraz notası verdi. Bu doğru addım idi. Dövlət Departamenti rəsmi Bakının etirazına belə cavab verdi ki, Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağdakı rejimi tanımır.

Bako Saakyanın ABŞ-a səfərinin iki məqsədi var idi.

Birinci məqsəd konqresmenlərlə görüş keçirib ermənipərəst amerikanların dəstəyini almaq, ikinci məqsəd Amerikada pul toplayaraq işğal altındakı infrastruktur çalışmalarını genişləndirmək idi. Təəssüf ki, Vaşinqton Bako Saakyana hər iki məqsədinə çatmasına şərait yaradır.           

Nikol Paşinyan ikinci yolu seçdi

Nikol Paşinyanın Serj Sərkisyan üzərində qələbəsindən sonra onun iki yolu var idi. Birinci yol Sərkisyanın istefasıyla kifayətlənib Karen Karapetyanın baş nazir seçilməsinə razılaşmaq, ikinci yol isə indiki hökumətin müvəqqəti xarakter daşıdığını bildirərək növbədənkənar parlament seçkisi tələb etmək idi.

Paşinyan doğru qərar verdi və ikinci yolu seçdi. Çünki Serj Sərkisyanın dəyişməsi işin yarısı idi, parlamentdə Respublika Partiyasının çoxluğuna son qoymaq lazım idi. Paşinyan artan reytinqindən istifadə edərək yeni seçkiyə gedib parlament çoxluğunu müxalifətin xeyrinə dəyişmək istəyirdi. Hakim partiyanın koalisiyası dağıldı.

ABŞ Dövlət Departamentindən aprelin 24-də Ermənistandakı hadisələrlə bağlı maraqlı açıqlama yayınladı. Departamentin rəsmisi Hezer Hauert Ermənistanda tərəfləri konstuktiv dialoqa çağırdı. Amerikalı rəsminin sonrakı cümləsi diqqəti cəlb edirdi: “Ermənistanda sülh yolu ilə hakimiyyətin ötürülməsi Ermənistan Konstitusiyasına əsaslanmalıdır və biz Ermənistanın yeni hökuməti ilə dialoqa açığıq”. Bu cümlənin qayəsi sonuncu hissədədir. Vaşinqton Ermənistanda hələ yeni hökumət qurulmadan köhnə-yeni hökuməti aşırmağa çalışan yeni qüvvələrin legitimliyini dəstəklədi. Vaşinqton bu bəyanatıyla Paşinyana ilk dəstəyini vermiş oldu.

Moskva Serj Sərkisyanı qorumadı və onun istefasını kənardan seyr etdi, Kremldən keçmiş baş naziri müdafiə edən heç bir açıqlama verilmədi. Ancaq Moskva daha sonra düyməyə basdı. Görünür, Kremldə anladılar ki, Ermənistanda küçə hakimiyyəti formalaşır və bu, uzun müddət davam edə bilər. Ona görə də Rusiya prezidenti Vladimir Putin aprelin 25-də erməni həmkarı Armen Sərkisyana zəng etdi, həmin gün xarici işlər naziri Edvard Nalbandyan isə təcili Moskvaya çağırıldı. Kremlin bu addımının iki məqsədi var idi. Birincisi, Ermənistandakı vəziyyət və hakimiyyətin planları barədə informasiyaları ilk əldən almaq istəyirdilər, ikincisi də İrəvana edilən telefon zəngləri ilə Qərb dövlətlərinə mesaj yollayırdılar ki, Ermənistanın taleyini Kreml həll edir və başqa dövlətin bu ölkədə işi olmasın.

Serj Sərkisyan üzərində qələbə çalan Nikol Paşinyanın aprelin 24-də keçirdiyi mətbuat konfransında suallara verdiyi cavablardan gəlinən nəticələr bunlar idi:

Birincisi, Ermənistanın yeni hakimiyyəti Rusiya ilə müttəfiqlikdən qopmayacaq.

İkincisi, yeni hakimiyyət Rusiya hərbi bazalarından imtina etməyəcək, Ermənistan Moskvanın baş rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, o cümlədən Avrasiya İqtisadi İttifaqından çıxmayacaq.

Üçüncüsü, yeni hakimiyyət əvvəlkitək Rusiya hərbçilərinin Türkiyə və İran sərhəddini qorumasında maraqlıdır.

Dördüncüsü, Paşinyan Rusiya ilə dostluqdan danışarkən İranın adını daha çox çəkdi və bu dövlətin ölkəsi üçün strateji əhəmiyyət kəsb etdiyini dönə-dönə vurğuladı. Maraqlıdır ki, Paşinyana Qarabağla bağlı ya sual verilmədi, ya da o bu haqda hələ danışmağa tələsmirdi.

Rəsmi Bakı soyuqqanlı davranıb Ermənistandakı xaosdan yararlanaraq orduya hücum əmri vermədi. Halbuki, Ermənistan 1990-cı illərdə Azərbaycandakı xaosdan istifadə edərək hücuma keçib Dağlıq Qarabağa bitişik əraziləri də işğal etmişdi.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çox arxayın idi ki, Azərbaycanda və Ermənistanda seçkilər arxada qaldıqdan sonra Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı danışıqlar intensivləşəcək. Tam tərsi oldu. Bu isə o demək idi ki, danışıqlarda 2018-ci il də itirildi.

Bakı Paşinyana cavab verməyə başladı

Nikol Paşinyan hakimiyyətə gələn kimi iki böyük səhvə yol verdi.

Birinci səhv onun baş nazir seçilməsindən dərhal sonra Dağlıq Qarabağa gəlişi idi. O bununla sübut etmək istəyirdi ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalı davam edəcək, yəni o özündən əvvəlki rəhbərlərin siyasətini davam etdirəcək. Halbuki, o keçmiş prezident və baş nazir Serj Sərkisyanı səhvlərinə görə istefaya məcbur etmişdi.

Paşinyanın ikinci böyük səhvi onun Xankəndidə verdiyi açıqlamalar idi. Paşinyan özü ilə Xankəndiyə xarici jurnalistləri də aparmışdı. O Xankəndidə dedi ki, birincisi, Dağlıq Qarabağın “tanınmasına” çalışmaq lazımdır, ikincisi, Bakı birbaşa separatçılarla danışıqlar aparmalıdır. Bunu keçmiş prezidentlər Serj Sərkisyan və Robert Köçəryan da deyirdilər, ancaq bir nəticə hasil etmədilər.

Azərbaycan heç bir halda Paşinyanın dediyini etməyəcək. Azərbaycan əbədiyyətə qədər savaşar, ancaq separatçılarla birbaşa danışıqlara getməz. Çünki bu halda Ermənistanın işğalda heç bir rolu olmadığı görünə bilər. Rəsmi Bakı isə bu görüntünün yaranmasına imkan verməz.

Nikol Paşinyan Dağlıq Qarabağdan sonra mayın 14-də Soçiyə gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Rusiya prezidenti həmin görüşdə Paşinyana qırmızı cizgiləri izah etdi. Qırmızı cizgilər ondan ibarətdir ki, Paşinyan xarici və təhlükəsizlik siyasətində daima Kremllə məsləhətləşməlidir. Maraqlıdır ki, Rusiyada qatı ruspərəst jurnalistlər də Paşinyanı tənqid etməyə başladılar. Həmin jurnalistlər deyirdilər ki, Rusiya olmadan Ermənistan bir gün tab gətirə bilməz, ona görə də İrəvan Qərbə doğru irəliləyə bilməz.

İlham Əliyev Naxçıvanda Paşinyana cavab verdi

Azərbaycan prezidenti İlham Əliyev mayın 16-da Naxçıvanda oldu. 1990-cı illərin əvvəllərindən Azərbaycan-Ermənistan müharibəsi başladıqdan bu yana Naxçıvan blokada şəraitindədir. Naxçıvanın Azərbaycanın materik hissəsi ilə birbaşa əlaqəsi yoxdur. Buna görə də İlham Əliyevin mütəmadi olaraq Naxçıvana getməsi zəruridir. İlham Əliyev prezident kimi Naxçıvana bu vaxta qədər 14 dəfə səfər edib.

İlham Əliyev Naxçıvanda hərbi hissələrdə oldu. Prezident dedi ki, Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər.

İlham Əliyev Naxçıvanda niyə belə bir açıqlama verdi? Məsələ burasındadır ki, Dağlıq Qarabağda vəziyyət gərginləşən kimi Ermənistan Naxçıvan ərazisini də atəşə tutmağa başlayır. Ona görə də Bakı Naxçıvanın təhlükəsizliyinə diqqəti artırır. Azərbaycanın xarici ölkələrdən aldığı müasir hərbi texnikanın bir hissəsi Naxçıvanda yerləşdirilir. Bu o deməkdir ki, Dağlıq Qarabağda müharibə başlasa, Naxçıvan da bu müharibədə iştirak etməyə hazırdır.

Diplomatiya bacarmadı, ordu bacaracaq

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu belə bir açıqlama verdi:  “Türkiyənin keçmiş illərdə kifayət qədər qüvvəsi olsaydı, Azərbaycan ərazilərinin işğal edilməsinə imkan verməzdi”. Çavuşoğlu Azərbaycanın Türkiyə üçün böyük strateji əhəmiyyət kəsb etdiyini qeyd edib. Türkiyəli diplomat eyni zamanda Ankaranın hər zaman rəsmi Bakını dəstəklədiyini və gələcəkdə də Azərbaycana dayaq olacaqlarını vurğulayıb.

Mövlud Çavuşoğlunun bu açıqlaması əhəmiyyətli idi. Türkiyə ordusu Suriya və İraqda terrorçularla mübarizə aparır, uğurlu hərbi əməliyyatlar keçirir. Heç bir dövlət buna mane olmur və ya mane olmaq istəmir. Bu arada, Azərbaycan ordusu da strateji yüksəklikləri ələ keçirir. Azərbaycan ordusu Naxçıvan istiqamətində böyük ərazini işğaldan azad etdi. Beləliklə, həm Türkiyə, həm də Azərbaycan ordusu strateji əməliyyatlar reallaşdırdılar.

Çavuşoğlunun sözləri Ermənistanın indiki hakimiyyətinə və beynəlxalq aləmə mesaj idi. Cavuşoğlu sanki demək istəyirdi ki, gələcəkdə Türkiyə və Azərbaycan ordusu birlikdə də hərəkət edə bilərlər.

Ermənistanda Rusiya ordusu olmasaydı, Azərbaycan Türkiyə ilə birlikdə Qarabağ məsələsini çoxdan həll etmişdi. Buna baxmayaraq, Azərbaycan ordusunun addım-addım strateji yüksəklikləri geri qaytarmasına Rusiya heç nə demir. Ermənistanı da narahat edən budur.

Ermənistan Belarusdan da narazıdır. Çünki Belarus Azərbaycana müasir raketlər satıb. Belarus prezidenti Aleksandr Lukaşenko ermənilərin cavabını ilin ortasında da verdi.

Birincisi, o dedi ki, Belarusun Azərbaycana silah satması beynəlxalq hüquqa və imzalanan sazişlərə zidd deyil.

İkincisi, Lukaşenko bildirdi ki, Belarusun ağır vaxtında məhz Azərbaycan onun ölkəsinə maliyyə yardımı edib.

Yəni Lukaşenko ermənilərə demək istəyirdi ki, Azərbaycana bundan sonra da silah satacaq və bunun Ermənistana aidiyyatı yoxdur. Azərbaycanla Ermənistan arasındakı hərbi qarşıdurmanın gələcək taleyini məhz kimin hansı silahlara malik olması həll edəcək.

Zakir Həsənov Azərbaycan ordusunun əsas prioritetlərini izah etdi

Azərbaycanın müdafiə naziri Zakir Həsənov iyunun 20-də mətbuat konfransı keçirdi. Bu mətbuat konfransının ciddi əhəmiyyəti var idi.

Birincisi, Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra ilk dəfə geniş mətbuat konfransı keçirdi. Buna ehtiyac var idi. Çünki Ermənistan Azərbaycana qarşı informasiya müharibəsi aparır. Buna görə də qarşı tərəfin  dezinformasiyasının qarşısı alınmalıdır. Bunu etmək üçün də daima ordu rəhbərliyi cəmiyyətə mövcud vəziyyət barədə məlumat verməlidir. 

İkincisi, Zakir Həsənov mətbuat konfransını isti otaqda deyil, döyüş əməliyyatlarının keçirildiyi ərazidə təşkil etdi. Bu da Azərbaycanın Ermənistanla apardığı informasiya müharibəsində vacib amil idi.

Üçüncüsü, Azərbaycan cəmiyyəti ordunun Naxçıvandakı əməliyyatının detallarını  bilmək istəyirdi və Zakir Həsənov mətbuat konfransında bu əməliyyatın detallarına toxundu.

Zakir Həsənovun mətbuat konfransında söylədiklərini bir neçə hissəyə bölmək olar.

Birinci hissədə müdafiə naziri Azərbaycan ordusunun vəziyyətinə toxundu. Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra Azərbaycan ordusunun ərzaqla təminatı güclənib. Azərbaycan hərbçiləri keyfiyyətli ərzaqla təmin olunurlar. Əlbəttə, ola bilsin ki, bəzi hərbi hissələrdə hələ müəyyən problemlər var, ancaq yaxın müddətdə həmin problemlər də həll olunacaq. Müdafiə nazirinin sözlərindən məlum oldu ki, Azərbaycan Ordusu bir ayda 500 tondan çox ətdən istifadə edir. Dövlət ordunun həm ərzaq, həm də maddi texniki bazasının gücləndirilməsi üçün istənilən maliyyəni ayırmağa hazırdır. Keçmiş illərdə orduda neqativ hallar barədə xəbərlər olardı. İndi bu haqda xəbərlər ya yoxdur, ya da çox azdır.

İkinci hissədə müdafiə naziri Naxçıvandakı hərbi əməliyyatın detallarına toxundu. Erməni tərəfi bu barədə susmağa və ya dezinformasiya yaymağa üstünlük verir. Guya Naxçıvandakı torpaqlar onlara lazım deyildi. Bununla Ermənistan Azərbaycan ordusunun Naxçıvanda qazandığı uğurun miqyasını azaltmağa çalışır. Zakir Həsənov Naxçıvandakı əməliyyatı çox uğurlu adlandırdı. Zakir Həsənov Ermənistan hakimiyyətinin “neytral torpaq” anlayışını bu sözlərlə alt-üst etdi: “Sahibsiz torpaq yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi”. Naxçıvandakı əməliyyatın əhəmiyyətini daha bir amil artırır: Laçına gedən yol Azərbaycan ordusunun nəzarətinə keçdi. Bu o deməkdir ki, erməni generalların sözlərindən fərqli olaraq azad olunan yüksəkliklər strateji əhəmiyyətə malikdir. Bundan sonra Azərbaycan ordusu həmin yüksəkliklərdən işğalçının problemlərini artıracaq.

Nazir üçüncü hissədə Azərbaycanın aldığı yeni hərbi texnikadan danışdı. Nazirin sözlərinə görə, Azərbaycan ordusu üçün yeni tanklar, yeni piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Digər tərəfdən, Azərbaycan ordusu bu gün ən müasir raket və artilleriya sistemlərinə malikdir. Nazirin sözlərindən də anlaşılırdı ki, bu raketlər Ermənistan ordusunun istənilən hədəfini məhv etməyə qadirdir. Bütün bu texnikalar iyunun 26-da Bakıda keçiriləcək hərbi paradda nümayiş etdiriləcəkdi.

Sergey Lavrov BMT-nin 4 qətnaməsini vacib hesab etmir

İyunun 21-də BMT-nin baş katibi Antonio Quterriş və Rusiyanın xarici işlər naziri Sergey Lavrov birgə mətbuat konfransı keçirdilər. Onlara “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT qətnamələri niyə yerinə yetirilmir” sualı verildi.

BMT-nin baş katibi suala konkret cavab verdi: “BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməlidir”. Ancaq bu cavabda da qüsur var idi. BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməli deyillər, bu qərarları yerinə yetirməlidirlər. Yerinə yetirmədikdə isə bunun üçün bəlli mexanizmlər hərəkətə gətirilir.

Sergey Lavrovun suala verdiyi cavab isə mahiyyətdən kənar oldu.  Birincisi, o dedi ki, Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində işləməyə davam edirlər. Azərbaycan 3 dövlətin 20 illik fəaliyyətindən razı deyil. Lavrovun cavabının sonrakı hissəsi daha maraqlıdır: “Bu qətnamələr hərbi əməliyyatlar dövründə qəbul olunub. Onlar böyük ölçüdə bu qanlı vəziyyətə son qoymağa və məsələni siyasi dialoqa çevirməyə imkan verib”. Yəni Lavrov qətnamələrin əsas əhəmiyyətinə toxunmadı. Lavrovun sözlərindən belə çıxırdı ki, BMT qətnamələri sadəcə atəşkəsə nail olmaq və sonu görünməyən dialoqa başlamaq üçün idi. Həmin qətnamələrdəki “işğal altındakı rayonlar azad olunmalıdır” ifadəsi unuduldu.

Bu cavablardan sonra Azərbaycanın BMT qətnamələrinə istinad etməsi çətinləşir. Çünki qətnamələri qəbul edən təşkilat və Təhlükəsizlik Şurasının daimi üzvləri 4 qətnamənin yerinə yetirilməsi və işğal altındakı torpaqların boşaldılması üçün heç nə etmirlər. Bu Ermənistanın maraqlarına cavab verir. Ermənistanda heç zaman BMT qətnamələrindən danışmırlar.

Azərbaycan ordusunun yeni hədəfləri var

 

İyunun 26-da Bakıda Azərbaycan  ordusunun yaradılmasının 100 illiyi ilə bağlı hərbi parad keçirildi. Bu paradın keçirilməsinin böyük əhəmiyyəti var idi:

Birincisi, Azərbaycanda sonuncu dəfə hərbi parad 2013-cü ildə keçirilmişdi. Son 5 ildə Azərbaycan ordusu xeyli inkişaf edib, modern silahlar və hərbi texnikalar alınıb, yerli hərbi istehsal artıb. Azərbaycan hərbçilərinin maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan ordusu tədricən sovet hərbi məktəbindən uzaqlaşır. Bunu son hərbi parad da göstərdi. 2000-ci illərə qədər Azərbaycan ordusu daha çox Rusiyadan aldığı silah vər hərbi texnika ilə təchiz olunmuşdu, son illərdə isə vəziyyət dəyişib. Azərbaycan ordusu NATO standartlarına yaxınlaşır. Bu həm hərbçilərin geyimində, həm də alınan hərbi texnikada özünü göstərir. Azərbaycanın silah aldığı ölkələrin sayı artıb. Bütün bunların dünyaya, o cümlədən Azərbaycanın torpaqlarını işğal edən Ermənistana göstərilməsinə ehtiyac var idi.

İkincisi, Azərbaycan prezidenti İlham Əliyev hərbi parad vasitəsilə vacib mesajlar verdi. Bu da əhəmiyyətli idi. Doğrudur, İlham Əliyev Azərbaycan ordusu ilə bağlı mütəmadi olaraq mesajlar verir, işğal faktoruna toxunur. Ancaq hərbi parad elə bir müstəvidir ki, orada verilən mesajlar daha diqqətlə analiz edilir, Azərbaycan ordusunun gələcək hədəfləri müəyyənləşdirilir, Azərbaycan və dünya ictimaiyyətinə çatdırılır. Bu mesajları isə diqqətlə analiz etməyə ehtiyac var.

İlham Əliyevin hərbi paradda çıxışı zamanı əsas mesajı bu oldu: “Müharibə başa çatmayıb, müharibənin yalnız birinci mərhələsi başa çatıb”. Bu nə deməkdir? Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarını işğal etdi və yanlış olaraq məsələni öz xeyrinə həll etdiyini düşündü. Təxminən 10 il atəşkəsə riayət edildi. Azərbaycanda siyasi sabitlik yaradıldı, daha sonra isə yeni enerji layihələri hesabına maliyyə imkanları artdı. Bunun nəticəsində orduya əlavə vəsait ayrıldı və ordu xeyli peşəkarlaşdı. Bunun nəticəsində Azərbaycan ordusunun Ermənistana təzyiqi artdı. Bu obyektiv prosesdir. Ermənistanda anlayırlar ki, Azərbaycan ordusu əbədiyyətə qədər işğala dözməyəcək, ancaq Dağlıq Qarabağ ətrafındakı torpaqları azad etməyə hazır deyillər. Ermənistanda heç bir siyasətçi Azərbaycan ordusunun real gücünü görməyənədək geri addım atmayacaq. Deməli, bütün hallarda son sözü Azərbaycan ordusu deyəcək. İlham Əliyevin “Azərbaycan heç vaxt işğalla barışmayacaq və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək” sözləri də bundan xəbər verir.

Azərbaycanda ordu yeganə sahədir ki, xərcləri sürətlə artır. 2003-cü ildən bu günədək Azərbaycanın hərbi xərcləri 15 dəfə artıb. Hərbi şəhərciklərin 80 faizi son illərdə yenidən tikilib və təmir edilib. Növbəti hədəf yaxın 2-3 il ərzində bütün hərbi şəhərciklərin təmir olunmasıdır. Hərbçilərin mənzil-məişət məsələləri həll olunur. Orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Hərbi hissələrdə 20 mindən çox mülki vətəndaş çalışır. Başqa sözlə, əsgərlər məişət işlərindən azad edilib.

İlham Əliyev beynəlxalq hüquqa inanmır və bunu zaman da sübut edir. Beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, Ermənistanın işğalına son qoymur, mexanizmlərini işə salmır. Ona görə də prezident əmin olub ki, torpaqların işğaldan azad olunmasının yeganə alternativi ordunun əməliyyatları ilə bağlıdır. “Düşmənin istənilən strateji obyektini məhv etməyə qadirik. Bütün strateji məntəqələr Azərbaycan ordusu tərəfindən məhv edilə bilər” – deyən İlham Əliyev Azərbaycanın artan gücü qarşısında Ermənistanın zəifləyəcəyi qənaətindədir. Ermənistanı cəzalandırmaqdan başqa yol qalmayıb.

Azərbaycan ordusu yeni strategiyadan çıxış edir. Bu özünü 2016-cı ilin aprel ayında və son Naxçıvan əməliyyatında göstərdi. Kiçik miqyaslı hərbi əməliyyatlarla strateji yüksəkliklər azad edilir. Bu, Azərbaycan ordusuna mənəvi üstünlük qazandırır.

Böyük dövlətlər, o cümlədən Rusiya Azərbaycan ordusunun yeni strategiyasına mane ola bilmir. Rusiya 2016-cı ilin aprelində Azərbaycan ordusunun daha böyük ərazini azad etməsinə imkan vermədi, müharibənin qarşısını aldı. Ancaq Rusiya rəsmiləri Azərbaycan ordusunun Naxçıvanda həyata keçirdiyi hərbi əməliyyata heç nə demədilər. Həmin əməliyyatdan sonra İlham Əliyev Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Putin Azərbaycanla siyasi münasibətlərin yüksək səviyyədə olduğunu dedi. Başqa sözlə, Azərbaycan ordusunun strateji yüksəklikləri azad etməsinə Rusiya da sərt reaksiya vermir. Odur ki, rəsmi Bakı bu siyasətini getdikcə genişləndirəcək. Erməni ekspertləri yay aylarında qorxurdular ki, Rusiyada futbol üzrə dünya çempionatı bitdikdən sonra Azərbaycan ordusu yenidən hücuma keçsin.

Azərbaycana gələn rusiyalı ekspertlər və deputatlar nədən qorxurlar?

Rusiyanın bir qrup siyasi eksperti və deputatı iyulun əvvəlində  Azərbaycanda oldu. Onlar işğaldan azad olunan Lələtəpə yüksəkliyində və Cocuq Mərcanlı kəndində oldular. Cocuq Mərcanlı kəndində rusiyalı ekspertlərin və deputatların iştirakı ilə “Bakı və  Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans keçirildi.

Konfransda bu şəxslər iştirak edirdilər: Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Dmitriy Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov,  Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, Ekspertlər Klubunun üzvü Valeriy Korovin, “Milli müdafiə” jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, İrs İnstitutunun direktoru Yevgeniy Baxrevskiy, ekspert Dmitriy Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov.

Konfransda iştirak edən rusiyalı ekspertlər və deputatlar aşağıdakı eyni fikirləri səsləndirdilər:

– “Dağlıq Qarabağ işğal altındadır və bu bölgə Azərbaycana aiddir, ona görə də Azərbaycana qaytarılmalıdır”.

– “Ermənistandakı hərbi çevriliş Dağlıq Qarabağla bağlı əldə olunmuş razılığın pozulmasına hesablanıb. İlkin olaraq Dağlıq Qarabağ ətrafındakı 5 rayon boşaldılmalıdır”.

– “Rusiya Azərbaycanla hərbi əməkdaşlığın davam etdirilməsinə sadiqdir. Azərbaycan Rusiyanın ən iri silah alıcılarından biridir. Rusiya Ermənistanla Azərbaycan arasında sülh olmasında maraqlıdır”.

– “Rusiya mediası qafqazfob və türkfob güclər tərəfindən idarə olunur. Onlar Qafqazı və Türk dünyasını Rusiyadan ayırırlar”. 

-“Rusiyanın strateji planlarında Azərbaycanın rolu yüksəlir. Bunu diqqətdə saxlamaq lazımdır. Avrasiya ideyası türklərin və slavyanların alyansı ideyasıdır. Avrasiya siyasətini türklərsiz və slavyanlarsız qurmaq qətiyyən mümkün deyil. Biz Azərbaycanı Avrasiya siyasətində görmək istəyirik”.

Rusiyanı təmsil edən ekspertlər və deputatlar Azərbaycanı tərk etdikdən sonra maraqlı hadisə baş verdi. Rusiyanın dövlət televiziya kanalı olan “Rossiya 1” telekanalında nümayiş etdirilən “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov çıxış etdi. O, Cocuq Mərcanlı kəndinə səfər edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyevi məhv etməyə çağırdı.

Baqdasarov bir çox televiziya proqramında Azərbaycanın və Türkiyənin əleyhinə çıxışlar edir. Buna görə də belə bir ekspertin “Qarabağ Azərbaycanındır” deyən deputatı hədəf alması anlaşılandır. Anlaşılmayan məsələlər aşağıdakılardır:

Birincisi, Cocuq Mərcanlıya səfər edən rusiyalı deputat Vladimir Jirinovskinin lideri olduğu Liberal Demokrat Partiyasının üzvüdür. Jirinovski proqramda deputatını müdafiə etmədi, əksinə, Baqdasarovun “məhv edilməlidir” şüarına dəstək verdi. Adətən, Jirinovski hamını tənqid edir. Bu dəfə isə o, Baqdasarovla razılaşdı.

İkincisi, proqramın aparıcısı Vladimir Solovyov deputatı məhv etməyə səsləyən ekspertin qanuna hörmət etməsini tələb etmədi. Əksinə, Solovyov Baqdasarova dəstək verərək “necə oldu ki, rusiyalı deputat Ermənistanı deyil, Azərbaycanı Rusiyanın müttəfiqi adlandırdı” dedi.

Üçüncüsü, Jirinovski və Solovyov ayrı-ayrı vaxtlarda Bakıya gəlib, Azərbaycan prezidenti ilə görüşüblər. Bu səfərləri və görüşləri təşkil edən şəxsə və ya qrupa belə bir sual vermək olar: Əgər Jirinovski və Solovyov əvvəlkitək Dağlıq Qarabağın işğalını və Ermənistanı dəstəkləyirsə, onların Bakıya səfərlərindən və prezidentlə görüşlərindən nə fayda əldə edildi?

Dördüncüsü, Cocuq Mərcanlıya gəlib “Dağlıq Qarabağ Azərbaycanındır” deyən rusiyalı deputat Dmitri Savelyev Moskvada bu fikri təkrarlamadı. Azərbaycanlı jurnalist proqramda səslənən ölüm ittihamıyla bağlı Savelyevin reaksiyasını öyrəndi. Rusiyalı deputat belə cavab verdi: “Belə sayıqlamalara şərh verməyi gərəksiz hesab edirəm”. Halbuki, Savelyev suala cavab olaraq “mən öz fikrimdə qalıram, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir” deməliydi. Bu ifadəni Azərbaycanda söyləmək böyük cəsarət tələb etmir. Əsl cəsarət bu ifadəni Moskvada, o cümlədən Dövlət Dumasının tribunasında və koridorlarında təkrarlamaqdır.

Moskvada erməni lobbisi güclüdür. Erməni lobbisinin Rusiya mediasında da təsir imkanları genişdir. Ona görə də Azərbaycana lobbiçilik etmək istəyən rusiyalı deputatlar və ekspertlər ehtiyatlıdırlar. Ancaq Azərbaycan üçün vacib olan onların Dağlıq Qarabağla bağlı Moskvada fəallıqlarını artırmaqdır. Yoxsa yalnız Azərbaycana gəlib “Dağlıq Qarabağ Azərbaycanındır” deməklə Rusiya elitasının mövqeyinə təsir etmək problematikdir.

Erməni separatçıları həyəcanla sentyabr-oktyabr aylarını gözləyirdilər

Dağlıq Qarabağ separatçılarının “müdafiə naziri” Levon Mnatsakyan iyulun 24-də Xankəndidə mətbuat konfransı keçirdi. O dedi ki, cəbhə xəttində sakitliyə baxmayaraq, sentyabr-oktyabr aylarında durum gərginləşə bilər. Erməni separatçılarının təmsilçisi onu da dedi ki, Azərbaycan ordusu cəbhə xəttində qoşun hissələrinin və hərbi texnikanın sayını artırır. Levon Mnatsakyan mart ayından başlayaraq Azərbaycan ordusunun müxtəlif istiqamətlərdə hərbi təlimlərinin sayının artdığını da vurğuladı.

Levon Mnatsakyan müharibə başlayarsa, Mingəçevir su elektrik stansiyasını vura biləcəklərini dedi. Bu, növbəti təxribatçı açıqlama idi. Buna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayaraq Azərbaycan ordusunun  Ermənistanda vura biləcəyi onlarla strateji obyekt olduğunu xatırlatdı. Ermənistan ordusunun Mingəçevir su elektrik stansiyasına qarşı təxribatına qaşı Azərbaycan ordusu Ermənistandakı nüvə elektrik stansiyasını hədəf götürəcək.

Levon Mnatsakyanın mətbuat konfransı keçirməkdə və məlum açıqlamaları səsləndirməkdə məqsədi var idi. Ona da aydındır ki, danışıqların nəticəsiz qaldığı indiki mərhələdə toqquşma ehtimalı artır. Ona görə də Dağlıq Qarabağ separatçılarının “müdafiə naziri” açıqlamaları səsləndirməklə İrəvana mesaj yollayır: “Mən ictimaiyyət qarşısında sizi xəbərdar etdim, hücuma məruz qala bilərik”. Erməni separatçı həm də onu demək istədi ki, indiki nisbi sakitliyin arxasında böyük təhlükə var. Azərbaycan ordusunun təlimlərinin sayını artırmasında, tez-tez yerdəyişmələr etməsində ciddi planları var.

Nikol Paşinyan üçün sentyabr-oktyabr aylarında Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq prioritet məsələ deyildi. O, həmin aylarda erkən parlament seçkisində necə qələbə çalacağı haqqında düşünürdü. Çünki Nikol Paşinyan həmin aylarda azlığın baş naziri idi. Bu arada, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dedi ki, Ermənistan tərəfi yüksək səviyyəli görüşün keçirilməsi üçün vaxt istəyib. Paşinyan bu yolla danışıqları parlament seçkilərinə qədər uzatmaq istəyirdi. Çünki onun İlham Əliyevlə görüşdə deyəcəyi söz yox idi. Paşinyan onu da anlayırdı ki, nəticəsiz danışıqlar cəbhə bölgəsində gərginliyi artıra bilər. O isə bunun qarşısını almaq istəyirdi.

Bu arada, İrəvandan maraqlı açıqlama gəldi. Ermənistanın müdafiə naziri dedi ki, Ermənistanın İranla və Türkiyə ilə sərhədini qoruyan Rusiya sərhəd qoşunlarının statusu dəyişdirilə bilər. Bu status Rusiya ilə Ermənistan arasında 1992-ci ildə imzalanan sazişlə müəyyənləşib. Bundan sonra Rusiyanın Ermənistandakı hərbi bazası təlim keçirdi və bu, Ermənistan hakimiyyətini qorxutdu. Çünki Ermənistan tərəfi dedi ki, bu hərbi təlim İrəvanla razılaşdırılmamışdı. Paşinyan “razılaşdırılmayan hərbi təlimi” Ermənistana qarşı təxribat kimi qiymətləndirdi. Halbuki, rus generallar qeyd etdilər ki, 2018-ci il üçün Ermənistan ərazisindəki bütün hərbi təlimlər İrəvanla razılaşdırılıb.

Serj Sərkisyan Ermənistan prezidenti olarkən Rusiya İrəvana 200 milyon dollar kredit ayırdı. Ermənistan bu kreditlə Rusiyadan silah və hərbi texnika aldı. Ermənistanın Rusiyadan uzaqlaşması həm Cənubi Qafqazın, həm də Azərbaycanın xeyrinədir. Ancaq bunun baş verəcəyi ehtimalı az idi. Paşinyan Qərbin onu dəstəkləyəcəyinə əmin deyildi.

İlham Əliyev Nikol Paşinyanla nə zaman görüşəcəkdi?

Prezident İlham Əliyev avqustun 1-də şəhid ailələrinə mənzillərin paylanması mərasimində iştirak etdi. İlham Əliyev çıxışında Dağlıq Qarabağ münaqişəsindən danışdı. Prezident dedi ki, NATO-nun toplantısında iştirak edib, Brüsseldə sənəd imzalayıb. Hər iki tədbirdə qəbul edilən sənədlərdə Azərbaycanın ərazi bütövlüyü vurğulanıb. Bu faktor Azərbaycanla Avropa İttifaqı və NATO arasındakı əməkdaşlığın genişləndirilməsinə fayda verir.

Azərbaycan prezidenti Ermənistanın yeni hakimiyyətinin siyasətini analiz etdi. Prezident əvvəllər də işğalçı dövlətin yeni hakimiyyəti haqqında bir-iki cümlə işlətmişdi, ancaq bu dəfə məsələyə sistemli yanaşdı. İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın adını çəkmədən söylədiyi fikirləri belə qruplaşdırmaq olar:

Birincisi, İlham Əliyevin “Ermənistanın yeni hökuməti indi daxili problemlərlə məşğuldur” sözlərindən anlaşılan o idi ki, baş nazir Nikol Paşinyanın hələ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmağa gərəkli vaxtı yoxdur. Rəsmi Bakı bir az gözləyə bilər. Bu baxımdan İlham Əliyevin bu cümləsi diqqəti çəkirdi: “Əlbəttə, biz başa düşürük, yeni hökumətə müəyyən qədər vaxt lazımdır ki, beynəlxalq münasibətlərdə mövcud olan praktikanı düzgün təhlil etsin”. Əslində bu, İlham Əliyevin Nikol Paşinyanı tələsdirmədiyinə işarə idi. Paşinyan erkən parlament seçkisinə qədər Qarabağ istiqamətində addım atmağa hazır deyildi.

İkincisi, İlham Əliyev Paşinyanın ziddiyyətli bəyanatlarına da toxundu. Paşinyan bir tərəfdən danışıqlarda Qarabağ separatçılarının iştirakını istəyir, lakin rəsmi Bakı heç zaman buna razılaşmayacaq. İkinci tərəfdən, bu şərt yerinə yetirilmədən də Ermənistanın xarici işlər naziri azərbaycanlı həmkarı ilə görüşüb, fikir mübadiləsi aparıb. Paşinyan belə deyib: “Danışıqlarda separatçılar da iştirak etsin”. Ancaq bu tələbi bizimlə yanaşı, beynəlxalq aləm də qəbul etmir.

Üçüncüsü, İlham Əliyev keçmiş prezident Serj Sərkisyanın ünvanına “kriminal xunta rejimi” ifadəsini işlətmişdi. Ancaq Nikol Paşinyana qarşı hələ ki, sərt ifadə işlətmir. Ancaq İlham Əliyev sonrakı ifadəsində “onlar işğal siyasətini davam etdirmək fikrindədirlər. Hələlik biz belə qənaətə gələ bilərik” cümləsinə də yer verirdi. Bundan sonra prezident məsələyə bu şəkildə nöqtə qoydu: “Ermənistanı daha da sarsıdacağıq”.

Dördüncüsü, İlham Əliyev sülh bəyanatlarına diqqət yetirdiyini göstərdi. Bu bəyanatları son zamanlar Ermənistanda verirlər. Prezident “Biz bu bəyanatları eşidirik” – dedi.      O, sülh üçün zəruri olan şərti təkrarladı: “Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?!” İlham Əliyev Ermənistandan sülh bəyanatı verənlərə müsbət mesaj verdi: “İşğala son qoyularsa, bölgədə sülh yaranar. Ermənistan ilə Azərbaycan arasında əlaqələr yarana bilər. Onda regionun geosiyasi vəziyyəti tamamilə dəyişə və uzunmüddətli sülh yarana bilər”.

Beləliklə, Azərbaycan və Ermənistan rəhbərləri görüşmədən də bir-birləri ilə qiyabi müzakirə aparırdılar. Bu müzakirə Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasındakı görüş tarixini yaxınlaşdırırdı.

Paşinyan Türkiyə ilə dost olmaq istəyir

 

Ermənistanın baş naziri Nikol Paşinyan müsahibələrinin birində dedi ki, Ermənistan ilkin şərt irəli sürmədən Türkiyə ilə diplomatik münasibətləri bərpa etməyə və sərhədi açmağa hazırdır. İlkin şərt nə deməkdir?

Türkiyənin Ermənistanla diplomatik münasibətləri bərpa etməsi və sərhədi açması üçün ilkin şərti budur: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməlidir. Ermənistan bu şərti yerinə yetirmədiyinə görə Türkiyə ilə münasibətlərin normallaşmasına nail ola bilmir.

Nikol Paşinyanın açıqlamasında yeni ideya yox idi. Eyni sözləri Ermənistanın keçmiş prezidentləri Serj Sərkisyan, Robert Köçəryan və Levon Ter-Petrosyan da deyirdilər. Onlar da ilkin şərt irəli sürülmədən Türkiyə ilə münasibətlərin normallaşmasını arzu edirdilər. Ancaq onlar da Türkiyənin Qarabağla bağlı ilkin şərtini yerinə yetirmədilər.

Buna baxmayaraq, Paşinyanın bu açıqlaması Türkiyə mediasında böyük ajiotaj yaratdı. Türkiyənin bəzi qəzetləri Paşinyanın açıqlamasına geniş yer verdilər. İstanbulun Şişli bölgəsinin keçmiş bələdiyyə başçısı, vaxtilə Cümhuriyyət Xalq Partiyasının liderliyinə iddalı olan Mustafa Sarıgül Nikol Paşinyanın açıqlamasını Türkiyə üçün “tarixi fürsət” adlandırdı. O, “Ermənistanın uzatdığı əli fürsət kimi dəyərləndirməliyik” dedi. Mustafa Sarıgül cümləsini belə tamamladı: “Bizim əlimiz elə qardaş Azərbaycanın əlidir”.

Mustafa Sarıgül sonuncu cümləsi ilə Azərbaycanın da maraqlarının nəzərə alınacağına işarə edib. Ancaq Dağlıq Qarabağ problemi həll olunmadan Azərbaycanın Ermənistana əl uzatmaq fikri yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunarsa və torpaqlar azad olunarsa, Azərbaycan da Ermənistanla normal münasibətlər qurmağa hazırdır.

Nikol Paşinyan müsahibəsində başqa bir fikir də işlətdi: “Beynəlxalq miqyasda erməni soyqırımının tanınması bizim üçün olduqca vacibdir”. Yəni Paşinyan demək istəyib ki, Türkiyə ilə sərhəd açılsa və diplomatik münasibətlər qurulsa da, Ankara “erməni soyqırımının tanınması siyasətindən əl çəkəcəyimizi gözləməsin”.

Əlbəttə, Mustafa Sarıgül Türkiyə demək deyil. Ancaq Türkiyədə Mustafa Sarıgül kimi düşünənlər az olmaya bilər. Türkiyədə liberal dairələr Ermənistanla münasibətlərin normallaşmasını istəyir. Onlar Azərbaycan faktorunun əsas götürülməsini istəmirlər. Türkiyədəki liberal dairələrin yanaşması belədir ki, Türkiyə Ermənistanla diplomatik münasibətləri bərpa etsə və sərhədi açsa, gələcəkdə Ermənistan hakimiyyətinin Qarabağ münaqişəsinin həllinə mövqeyi dəyişəcək. Ancaq bu səhv yanaşmadır. Əksinə, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırandan sonra blokada zəifləyəcək. Bu faktor isə Ermənistan hakimiyyətini işğal etdiyi torpaqları boşaltmaq zərurətindən azad edəcək. İndiki vəziyyətdə isə Ermənistan işğalçı siyasətinə görə həm Azərbaycanın, həm də Türkiyənin təzyiqi altındadır.  

Rusiya Ermənistanla Azərbaycan arasında sülh istəmir

Ermənistanda maraqlı fakt aşkarladılar. Ermənistanda Azərbaycan və Türkiyə əleyhinə ən çox informasiya yayan yerli informasiya saytı var. Bu saytı Rusiyanın Gümrüdəki 102 nömrəli hərbi bazasının komandanlığı maliyyələşdirirdi. Hərbi baza 2016-cı ildə erməni saytına 100 min rubl ayırıb. Bunun qarşılığında sayt Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmalı idi. Bu fakt göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil. O, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmən qalmasını istəyir. Ancaq Rusiyanın hərbi bazasının Azərbaycan əleyhinə aparılan təbliğatı maliyyələşdirməsi nonsensdir. Demək, Rusiyanın Ermənistandakı hərbi bazasının belə bir “missiyası” var.

Ermənilərin özlərinin bu faktı aşkarlaması ondan xəbər verirdi ki, əslində Ermənistanda Azərbaycan və Türkiyə ilə düşmənçiliyin zərərini anlayırlar. Məsələn, eks-prezident Levon Ter-Petrosyanın partiyasından olan deputat belə dedi: “Biz Azərbaycan torpaqlarını işğal etmişik”. Yəni deputat demək istəyib ki, işğal altındakı torpaqları azad etmək lazımdır. Bu olmayana qədər Ermənistan Azərbaycanla münasibətləri normallaşdıra bilməyəcək. Haqlıdır. Vaxtilə Levon Ter-Petrosyan da bunu istəyirdi. Ancaq ona bu addımı atmağa Rusiyadakı dairələr imkan vermədilər. Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırdılar.

Azərbaycanla sülhün vacibliyi haqqında ifadənin işlədilməsi təsadüfi deyil. Həmin deputat bu etirafı Robert Köçəryan və Serj Sərkisyanın prezidentliyi dövründə işlətməzdi. Çünki o illərdə Azərbaycanla sülh aktual deyildi. Görünür, Nikol Paşinyanın apardığı siyasət Ermənistanda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasının zərurətini anlayan azsaylı şəxsləri fəallaşdırıb. Ancaq Rusiyanın maneəsi yenə də hiss olunur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın eks-prezidenti Robert Köçəryanın həbsinə tənqidi yanaşırdı. Bunu Lavrovun “biz Ermənistanda baş verənlərdən narahatıq” ifadəsindən də aydınlaşdırmaq olar.

Paşinyan Nazarbayevə niyə zəng etdi?

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 7-də Qazaxıstan prezidenti Nursultan Nazarbayevə zəng etdi. Telefon söhbətinin təşəbbüskarı Paşinyan idi.

Telefon söhbətində iki mövzu – ikitərəfli əməkdaşlıq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyəti müzakirə olundu. Qazaxıstanla Ermənistan arasında güclü iqtisadi əməkdaşlıq mövcud deyil. Ona görə də Paşinyanın Nazarbayevlə söhbətində iqtisadi mövzudan az danışdığı ehtimal olunur. Əsas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı mövzusu oldu. 

Məsələ burasındadır ki, Ermənistanda bir-birini əvəz edən hakimiyyətlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətindən narazıdırlar. Erməni siyasətçilərə elə gəlir ki, bu təşkilatın bütün üzvləri istənilən məsələdə Ermənistanı dəstəkləməli, Ermənistanı Azərbaycandan üstün tutmalıdırlar. Reallıq isə fərqlidir. Rusiya və Belarus Azərbaycana silah və hərbi texnika satır, Qazaxıstan da satacaq. Qazaxıstan təşkilatda Ermənistanın müttəfiqi sayılsa da, Azərbaycanla əlaqələrdə maraqlıdır. Astana Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olmaq istədikdə Qazaxıstan prezidentu İlham Əliyevin Qarabağla bağlı narahatlığını əks etdirən məktubunu oxumuşdu.

Nazarbayevin mövqeyində dəyişən bir şey yoxdur. Paşinyan da anlayır ki, Qazaxıstanın mövqeyini dəyişə bilməyəcək. Paşinyanın bu telefon danışığından yeganə istəyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni erməni baş katibi ilə Astananı tanış etmək olub.

 

Putin Qarabağ münaqişəsinin həllini istəyirmi?

Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya sentyabrın 1-dəki səfərinə böyük diqqət var idi. Rusiya və Azərbaycan prezidentləri iyunun 13-də Moskvada, futbol üzrə dünya çempionatının açılışında görüşmüşdülər. Bu görüşdə Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti ilə avqustun 30-da yenidən görüşəcəyini bildirmişdi. Daha sonra Rusiya tərəfinin xahişi ilə görüş sentyabrın 1-nə keçirildi.

Azərbaycanda bu səfərə və onun nəticələrinə əvvəlcədən iki yanaşma formalaşmışdı.

Birinci yanaşma. Rusiya ilə Ermənistanın yeni hakimiyyəti arasında gərginlik var. Ermənistanın yeni baş naziri Nikol Paşinyanın daxili və xarici siyasəti Kremldə narazılıq doğurur. Bu səbəbdən Rusiya Azərbaycanla strateji tərəfdaşlığı daha da gücləndirməyə hazırdır. “Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə marağı artıb” – deyənlər də var. Ancaq bunun üçün Azərbaycan da addım atmalıdır. Moskva Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasını istəyir.

İkinci yanaşma. Azərbaycan prezidentinin Rusiyaya səfəri bundan əvvəlki səfərlərdən fərqlənməyəcəkdi. Prezidentlər həmişəki kimi iqtisadi və ticarət əlaqələrinin genişlənməsindən və Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarından danışacaqdılar. Bu baxımdan prezidentlərdən xüsusi açıqlama gözləməyə dəyməzdi.

Vladimir Putin İlham Əliyevlə görüşdə iki ölkə arasındakı münasibətlərin çox səmərəli şəkildə inkişaf etdiyini, fəal siyasi dialoq xarakteri daşıdığını bu sözlərlə ifadə etdi: “Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın böyük potensialı var. Əminəm ki, əmtəə dövriyyəsi qarşıdakı illərdə də artacaq. Biz enerji, nəqliyyat sahələrində əməkdaşlıq edirik”.

İlham Əliyev isə iqtisadi əməkdaşlıqla yanaşı diqqəti bu sözlərlə Dağlıq Qarabağa da çəkdi: “Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, regional problemləri də müzakirə edəcəyik”.

Görüş yekunlaşdıqdan sonra Vladimir Putin Dağlıq Qarabağla bağlı bunları dedi: “Rusiya Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə dəstəyini davam etdirəcək”. Buna cavab olaraq isə İlham Əliyev Rusiyanın Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində mühüm rol oynadığını və Rusiyanın bu istiqamətdə səylərini davam etdirəcəyinə ümid etdiyini vurğuladı. İlham Əliyev onu da bildirdi ki, münaqişənin qısa müddətdə həlli azərbaycanlıların tarixi torpaqlarına qayıdışına və sülhə imkan verəcək.

Prezidentlərin qapalı görüşündə də Dağlıq Qarabağ müzakirə olunub. Buna baxmayaraq, Putinin Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu bildirmək çətindir. Bu görüşdən sonra da “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdırmı” sualı qeyri-müəyyən qalır. Buna görə də Azərbaycanın Rusiyanın xeyrinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması doğru deyil. Çünki Moskva Qarabağla bağlı Azərbaycana təminat vermir.

Rusiya prezidenti Azərbaycan prezidenti ilə görüşdən bir gün əvvəl Ermənistanın keçmiş prezidenti Robert Köçəryanı doğum günü münasibəti ilə telefonla təbrik etdi. Robert Köçəryan Azərbaycan torpaqlarını işğal edən separatçıdır. Putinin Köçəryanı təbrik etməsi Azərbaycana xoş olmayan mesajdır. Putin Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll etməkdənsə, köhnə dostu Köçəryanı Ermənistanda hakimiyyətə gətirmək istəyir. 

Paşinyanın təxribatçı açıqlamaları müharibəni yaxınlaşdırır

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 8-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdü.

Paşinyan görüşdən məmnun qaldığını söylədi.

Birincisi, Paşinyan dedi ki, görüşdə Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü məsələsi müzakirə olunmadı. Ermənistan bu məsələdən narahatdır. Paşinyanın bu sözlərinə baxmayaraq, rəsmi Yerevanın narahatlığı azalmayıb. Məsələn, sentyabrın 13-də Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Yerevanda Rusiya parlamentinin nümayəndə heyəti ilə görüşdü. Həmin görüşdə Şarmazanov dedi ki,  “Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının cənub istiqamətinə təhlükə yaradır”. Bu açıqlama onu göstərir ki, ermənilər Moskvanın Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük istəyinə müsbət yanaşmasından qorxur.

İkincisi, Paşinyan Putinlə görüşdən sonra eks-prezident Robert Köçəryanın məsələsinin müzakirə olunmadığını dedi. Buna inanmaq çətindir. Çünki Robert Köçəryan Putinin dostudur və Rusiya prezidenti dostunun həbs olunmasını istəmir.

Üçüncüsü, Paşinyan Putinlə görüşdən sonra dedi ki, Ermənistanda “məxməri inqilab” baş verib və bu inqilabın nəticələrini analiz etmək üçün Moskvaya vaxt lazımdır. Bu sözlərin özü göstərir ki, Moskvanın Nikol Paşinyanın siyasətindən şübhələri var.

Ermənistanın baş naziri Moskvada erməni lobbisinin nümayəndələri ilə görüşdə dedi ki, “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir”. Bundan sonra Paşinyan dedi ki, “Dağlıq Qarabağ ətrafındakı torpaqlar Azərbaycana qaytarıla bilməz” və “Dağlıq Qarabağda referendum keçirilməlidir”.

Bu açıqlamalar bölgədəki vəziyyəti gərginləşdirməyə xidmət edirdi. “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” sözləri danışıqların dayandırlmasına səbəb ola bilərdi. Paşinyanın Ermənistan daxilindəki problemləri də artırdı. Nazirlərin telefon danışıqları internetdə yayıldı. Məlum oldu ki, Paşinyanın nazirləri Robert Köçəryanı yenidən həbs etmək istəyirdilər və hakimə təsir edirdilər. Halbuki, Paşinyan mitinqdə demişdi ki, hakimlərin qərarlarına qarışmayacaq. Nazirlərin telefon danışığının dinlənməsi ondan xəbər verirdi ki, Paşinyan sentyabr və oktyabr aylarında administrativ resurslara nəzarət edə bilmirdi. Və ya Paşinyanın siyasətindən narazı olan Rusiyanın kəşfiyyat strukturları Ermənistan nazirlərinin telefon danışıqlarını dinlədikdən sonra internetdə yerləşdiriblər. Bu danışığın internetdə yayınlanması Paşinyanın hakimiyyətinə zərbə mahiyyəti daşıyırdı. Buna baxmayaraq, Paşinyan bu telefon danışıqlarından itkisiz çıxa bildi.

İlham Əliyev Paşinyana və erməni cəmiyyətinə mesajlar göndərdi

Sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirildi. Azərbaycan prezidenti İlham Əliyev parlamentdə çıxış etdi. Prezident Ermənistanın siyasəti və işğal altındakı torpaqlarla bağlı da danışdı. 

Birincisi, prezident qeyd etdi ki, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli, beynəlxalq hüquqa söykənən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul edib. Bu o deməkdir ki, İlham Əliyev Avropa strukturlarının Dağlıq Qarabağ münaqişəsinə mövqeyindən razıdır.

İkincisi, prezident qeyd etdi ki, Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağla bağlı öz siyasətində ciddi düzəlişlər etməlidir. İlham Əliyevin fikrincə, hazırki Ermənistan hakimiyyəti nümayəndələrinin açıqlamaları münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir.

Üçüncüsü, prezident qeyd etdi ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasəti aparılır. Çünki beynəlxalq təşkilatlar Azərbaycanla bağlı tənqidi hesabatlar hazırlayırlar, ancaq Ermənistandakı pozuntuları diqqətə almırlar. İlham Əliyev haqlıdır. 2008-ci ildə Ermənistanda prezident seçkisi zamanı 10 nəfər qətlə yetirildi. Buna baxmayaraq, beynəlxalq təşkilatlar o zaman prezident seçilən Serj Sərkisyanı sərt tənqid etmədilər. Ermənistanın indiki baş naziri Nikol Paşinyan isə məhz 2008-ci il hadisələrinə görə Serj Sərkisyanla Robert Köçəryanı həbs etmək istəyir.

Dördüncüsü, Azərbaycan prezidenti qeyd etdi ki, Ermənistanda iqtisadi və sosial vəziyyət ağırdır. Ermənistanın bu vəziyyətdən çıxması üçün yeganə yolu var: Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır! İlham Əliyev ona işarə etdi ki, Ermənistan hakimiyyətinin siyasəti müharibəyə aparır.

Beşincisi, prezident qeyd etdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq: “Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpa edək”.

İlham Əliyevin bu bölmədə digər əsas açıqlaması bu oldu: “Əgər işğalçılıq siyasəti olmasaydı, Ermənistan Azərbaycanın imkanlarından faydalana bilərdi. Azərbaycan Ermənistanı tam təcrid edib və bu siyasətini davam etdirəcək.

İlham Əliyevin tezislərindən görünürdü ki, Azərbaycan prezidenti Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarını və siyasətini ciddi analiz edir. İlham Əliyev bu çıxışında faktiki Paşinyana və erməni cəmiyyətinə xəbərdarlıq mesajları göndərib.

Rəsmi Bakı Nikol Paşinyana qarşı sərtləşdi

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfərləri artdı. Bununla da o, separatçılara dəstək verməyə çalışırdı. Çünki həm Paşinyan, həm də separatçılar bilirlər ki, işğal davam etdikcə bölgədə müharibə risqi artır. Ancaq Paşinyanın Qarabağa səfərləri və verdiyi açıqlamalar bölgədə sülhə xidmət etmirdi.

Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı şəhərdə böyük hərbi parad keçirildi. Bu, il ərzində Bakıda keçirilən ikinci böyük hərbi parad idi. Azərbaycan hərbi paradlar vasitəsilə ən müasir silahlarını nümayiş etdirir. Rəsmi Bakı bununla göstərir ki, işğal altındakı torpaqları hərbi yolla azad etməyə üstünlük verəcək. Azərbaycan ordusu 2016-cı ilin aprel ayında Qarabağda və 2018-ci ildə Naxçıvanda həyata keçirdiyi hərbi əməliyyatı təkrarlaya bilər. Ermənistan-Azərbaycan sərhədində döyüşlər qeydə alınır, hər iki tərəfdən itki var. Atəşkəs tez-tez pozulur. Paşinyanın payız aylarındakı  açıqlamaları təxribat xarakteri daşıyırdı. Paşinyan gah dedi ki, “Dağlıq Qarabağda referendum keçirilməlidir”, gah da dedi ki, “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir”. Bu, təxribatçı açıqlamalar idi. Buna görə də rəsmi Bakı bir ara Paşinyana qarşı ritorikasını sərtləşdirdi.

Bu arada, Paşinyanın ABŞ prezidenti Donald Trapmla BMT-də görüş istəyi baş tutmadı. Ermənistanın baş naziri belə bir görüşə çox ümidli idi. Ümumiyyətlə, Paşinyan Qərb ölkələrindən ümid etdiyi dəstəyi ala bilmədi.

Nikol Paşinyan sentyabrda BMT Baş Assambleyasının sessiyasında iştirak etdi. Onun iki əsas məqsədi var idi.

Birincisi, Nikol Paşinyan BMT-də çıxış edib özünü beynəlxalq aləmə bir daha tanıtdırmaq istəyirdi.

İkincisi, Nikol Paşinyan Nyu-Yorkda ABŞ prezidenti Donald Trampla görüşmək istəyirdi.

Paşinyan ikinci məqsədinə nail olmadı. O, bir neçə ay əvvəl köməkçisini Vaşinqtona göndərmişdi. Paşinyanın köməkçisi bir neçə konqresmenlə görüşmüşdü. Konqresmenlər Trampı Paşinyanla görüşə inandırmalı idilər. Ancaq Donald Tramp Nyu-Yorkda Paşinyanla görüşmədi. Tramp keçmiş SSRİ dövlətlərinin liderlərindən Ukrayna prezidenti Petro Poroşenko ilə görüşməyə üstünlük verdi.

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllinə hazır deyildi. Bunu Paşinyanın BMT-dəki çıxışı da göstərirdi. Nyu-Yorkda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşdü. Bu görüşdən də nəticə çıxmadı. Çünki Qarabağ məsələsində Ermənistanın yeni hakimiyyəti də köhnə hakimiyyət kimi düşünürdü. Nikol Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəmir.

Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinin Düşənbədəki toplantısında İlham Əliyevlə görüşdü. Prezidentlər atəşkəsə riayət edəcəklərinə razılaşdılar.

Qarabağa hansı ölkələrin sülhməramlıları göndəriləcək?

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlikin Vaşinqtonda Atlantik Şura analitik mərkəzindəki çıxışı maraq doğurdu. O dedi ki, vaxtilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk Qrupu həmsədlərinin razılaşması olub. Bu razılaşmaya görə, gələcəkdə Dağlıq Qarabağda beynəlxalq sülhməramlı qüvvələr yerləşdirildikdə onların tərkibində danışıqlarda iştirak edən ATƏT-in Minsk Qrupu ölkələrinin və qonşu ölkələrin sülhməramlıları olmamalıdır. Bu o deməkdir ki, sülhməramlıların tərkibində Rusiya, Fransa, ABŞ, Türkiyə, İran və Gürcüstan hərbçiləri olmamalıdır.

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədrinin sözlərinə görə, Dağlıq Qarabağ üçün sülhməramlı qüvvələrin tərkibinin necə ola biləcəyi ilə bağlı məsələlər sonuncu dəfə 10 il bundan əvvəl müzakirə olunub: “O zamandan bəri 10 il keçib, amma bu məsələyə indiyədək qayıdılmayıb. Düşünürəm ki, bu məsələ müzakirə olunmalı mövzulardan biridir”.

Beləliklə, amerikalı diplomatın Dağlıq Qarabağda yerləşdiriləcək sülhməramlılar mövzusunda fikir bildirməsi diqqət çəkirdi. Çünki münaqişənin həlli hələ ilk mərhələsində də deyil.

Ceyms Uorlikin sözlərinə baxmayaraq, Rusiya Dağlıq Qarabağ münaqişəsinin bütün mərhələlərində iştirak etmək istəyir. Rusiya bölgəyə öz sülhməramlılarını göndərmək istəyir. Ermənistan və Dağlıq Qarabağ separatçıları da bunda maraqlıdırlar. Bu isə Azərbaycanın maraqlarına uyğun deyil.

ABŞ diplomatları Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməsini istəyirlər. Ümumiyyətlə, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması həmişə müzakirə predmeti olub. Bunu Ermənistan siyasətçiləri də etiraf edirlər. Məsələn, Ermənistanın ikinci prezidenti Robert Köçəryan müsahibəsində dedi ki, bütün görüşlərdə vasitəçilər ondan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməyi tələb edirdilər. “Minsk Qrupunun bütün həmsədrlərinin mövqeyi belədir ki, konkret ərazilər danışıqların predmetidir və qaytarılmalıdır. Bu, reallıqdır”. Bu Robert Köçəryanın cümləsidir.

Köçəryan həm də onu dedi ki, Yerevan öz mövqeyini dəqiqləşdirməlidir. Köçəryana görə, erməni cəmiyyətində belə bir fikir formalaşıb ki, hansısa ərazini güzəştə getmək olmaz. Köçəryan onu da dedi ki, nəticələrə görə Ermənistan hakimiyyəti məsuliyyət daşıyacaq.

Köçəryanın bu açıqlama ilə iki məqsədi var idi.

Onun birinci məqsədi erməni cəmiyyətini Qarabağ danışıqlarının detalları haqqında məlumatlandırmaqdır.

Onun ikinci məqsədi baş nazir Nikol Paşinyanın mövqelərini zəiflətmək idi. Çünki Paşinyan parlament seçkisindən sonra Qarabağla bağlı danışıqlarda iştirak etməlidir. Köçəryan erməni cəmiyyətinə mesaj göndərirdi ki, Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunması mövzusunu müzakirə etmək məcburiyyətində qalacaq.

Vasitəçilərə ehtiyac yoxdur

ATƏT-in Minsk Qrupu həmsədrləri növbəti dəfə bölgəyə səfər etdilər. Onlar əvvəlcə Yerevanda, sonra Xankəndi və Bakıda oldular. Həmsədrlərin yeni planı yoxdur. Onlar sadəcə dialoqu davam etdirmək üçün bölgə ölkələrinə gəlmişdilər.

Həmsədrlər səfər üçün yanlış zaman seçmişdilər. Çünki Ermənistanda dekabr ayında  parlament seçkiləri keçiriləcəkdi. Parlament seçkilərinə qədər Ermənistanda heç bir siyasətçi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara hazır olmayacaqdı.

Nikol Paşinyan həmsədrlərlə görüşsə də, onlara münaqişənin həlliylə bağlı konkret fikir bildirmədi. Paşinyan seçkidə qələbəni əldə etdikdən sonra yeni hökumət formalaşdıracaq və iqtisadi islahatlar proqramını açıqlayacaqdı. Yəni ən azı 3 ay Paşinyan Qarabağ danışıqlarına hazır deyil.

Buna baxmayaraq, Nikol Paşinyanın Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə şifahi razılaşması yerinə yetirilirdi. Cəbhə bölgəsində atəşkəs pozulsa da, əvvəlki illərdə olduğu kimi intensiv pozuntu deyildi. Bu, İlham Əliyevin Paşinyana seçki öncəsi jesti idi. İlham Əliyev Robert Köçəryanın və ya Serj Sərkisyanın Ermənistanda hakimiyyətə qayıdışını istəmirdi. Nikol Paşinyan Bakı üçün münasib fiqur sayıla bilərdi. Ona görə də İlham Əliyev Nikol Paşinyana parlament seçkisini normal şəraitdə keçirmək üçün şərait yaratdı.

Bu arada, Rusiya rəsmiləri ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Yerevanda verdiyi açıqlamaları tənqid etdilər. Rusiyalı rəsmilər Boltonu ona görə tənqid etdilər ki, Vaşinqton Ermənistanı Rusiyadan uzaqlaşdırmaq istəyir. Əslində Rusiya rəsmilərinin açıqlamaları rəsmi Yerevana da xəbərdarlıqdır ki, Ermənistan hakimiyyəti Rusiyadan uzaqlaşmağı düşünməsin.

Deputat Zahid Oruc Azərbaycan parlamentində maraqlı fikir səsləndirdi. O dedi ki, Bakı birbaşa Yerevanla danışıqlar aparsın. Həqiqətən ATƏT-in Minsk Qrupu və həmsədrlər 20 ildən çoxdur danışıqlar aparırlar, ancaq nəticə yoxdur. Turistik səfərlər münaqişənin həllini yaxınlaşdırmır. Danışıqları vasitəçisiz birbaşa Ermənistanla davam etdirmək lazımdır. Əlbəttə, bu o demək deyil ki, nəticə olacaq. Ancaq danışıqları birbaşa işğalçı dövlətlə aparmaq lazımdır ki, nəticə olmadıqda məsuliyyət Yerevanın üzərində qalsın.

Naxçıvanda keçirilən hərbi təlimlər Ermənistana xəbərdarlıqdır

Azərbaycan ordusu oktyabrın 30-da Naxçıvanda hərbi təlimlər keçirdi. Hərbi təlimləri Naxçıvan parlamentinin sədri Vasif Talıbov və müdafiə naziri Zakir Həsənov müşahidə etdilər. Həbri təlimlərdə Azərbaycan ordusunun müasir hərbi texnikası nümayiş olundu.

Azərbaycan ordusunun Naxçıvanda keçirdiyi hərbi təlimlərin xüsusi əhəmiyyəti var idi.

Birincisi, bu hərbi təlimlər Naxçıvanın təhlükəsizliyinin artırılması üçündür. Naxçıvan Ermənistanın əhatəsindədir, Azərbaycanla quru sərhədi yoxdur. Bu baxımdan Azərbaycan Naxçıvanın təhlükəsizliyinə diqqəti artırmalıdır. Bunun üçün Azərbaycanın Naxçıvandakı hərbi qüvvələri daima döyüş hazırlığı vəziyyətində olmalıdır.

İkincisi, Azərbaycan ordusu bir müddət əvvəl Naxçıvanda işğal altındakı ərazilərin bir hissəsini azad edib. Təsadüfi deyil ki, müdafiə naziri Zakir Həsənov Naxçıvanda hərbi təlimləri izlədikdən sonra işğaldan azad edilmiş ərazilərdə oldu. Bu ona görə vacibdir ki, Ermənistan müharibə başlanacağı təqdirdə ona hər istiqamətdən problem yaranacağını anlasın.

Azərbaycanla Ermənistan arasındakı növbəti müharibə yalnız Dağlıq Qarabağı əhatə etməyəcək. Ermənistana bütün sərhəd boyu problemlər yaradılacaq. Bu ona görə vacibdir ki, Ermənistan Azərbaycan torpaqlarının işğalının onlara problem yaratdığını anlasın. Vaxtilə Ermənistan da eyni üsuldan istifadə edib. Ermənistan ordusu Dağlıq Qarabağa aidiyyəti olmayan torpaqları da işğal edib. Demək, Azərbaycan ordusu da Tovuz, Qazax, Gədəbəy, Naxçıvan istiqamətlərindən Ermənistana problemlər yarada bilər. Bunun üçün isə Azərbaycan ordusunun gücü artırılmalıdır, modern hərbi texnikalar alınmalıdır.Yəni Azərbaycan ordusu Ermənistan ordusundan güclü olmalıdır ki, işğala son qoya bilsin.

Ermənistan hakimiyyəti uzun illər düşünürdü ki, Azərbaycan ordusu Naxçıvandan Ermənistana təhlükə yaratmayacaq. Ancaq Azərbaycan ordusu Naxçıvanda işğal altındakı torpaqları azad etməklə göstərdi ki, bu istiqamətdə ermənilərin arxayın olmaları yanlışdır. Digər tərəfdən, Türkiyənin də Naxçıvanın təhlükəsizliyinə təminat verdiyi unudulmamalıdır.

Bu arada, Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından zərbə aldı. Nikol Paşinyan təşkilatın baş katibi Xaçaturovu 2008-ci il hadisələrinə görə həbs etmək istəyirdi. Paşinyan Xaçaturovu geri çağırıb onun yerinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına başqa erməni generalı göndərmək istəyirdi. Ancaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlərin liderləri Paşinyanla razı deyildilər. 

Noyabrın 8-də Astanada təşkilatın toplantısı keçirildi. Qazaxıstan prezidenti Nursultan Nazarbayev toplantıda dedi ki, onlar Xaçaturovun əvəzinə təşkilata Belarus nümayəndəsinin baş katib seçilməsini istəyirlər. Çünki əlifba sırasına görə Ermənistandan sonra Belarus nümayəndəsi baş katib olmalıdır. Halbuki, Ermənistanın baş katiblikdə müddətinin bitməsinə hələ 1 il var. Buna baxmayaraq, digər dövlətlər Paşinyanın bir başqa erməni hərbçisini təşkilata baş katib göndərməsini istəmirlər. Nazarbayev dedi ki, təşkilata işlək baş katib lazımdır. Təşkilata üzv dövlətlərin liderləri bir də dekabrın 6-da Sankt-Peterburq şəhərində toplandılar. Baş katib məsələsi orada həll olunmalı idi. Ancaq bu məsələ yenə təxirə salındı.

ABŞ, Fransadan sonra Rusiya gəlir…

Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Fransadan sonra ABŞ-da oldu. Bu səfər də Azərbaycanda etirazla qarşılandı. Azərbaycan XİN separatçıların liderinin ABŞ-a səfərinə etiraz etdi. Bundan əvvəl eyni etiraz Fransaya ünvanlanmışdı.

İki sual aktual idi:

Birinci sual: Separatçıları Parisə, Vaşinqtona və Moskvaya kim və ya kimlər dəvət edib?

İkinci sual: Separatçıların bu səfərdən məqsədləri nədir?

Aydındır ki, erməni separatçılarını ilk olaraq Fransaya hansısa siyasi mərkəzlər dəvət ediblər. Və həmin mərkəzlər bilirdilər ki, bu səfər Azərbaycanın xoşuna gəlməyəcək. Buna baxmayaraq, həmin mərkəzlər separatçıların liderini dəvət ediblər və bununla Fransa-Azərbaycan münasibətlərini təhlükə altına atıblar. Əlbəttə, bu səfərin təşkil olunmasında Fransadakı erməni lobbisinin də rolu var idi. Onlar separatçıların liderinin Fransaya səfərini maliyyələşdiriblər. Erməni lobbisinin məqsədi həm Fransanın müxtəlif mərkəzlərinin separatçılara dəstəyinin artırılmasına nail olmaq, həm də Fransa-Azərbaycan münasibətlərinə zərər vurmaqdır.

Eyni sözlər ABŞ-a da aiddir. Bako Saakyanın ABŞ-a səfərini də böyük ehtimalla Amerikada erməni separatçılarına rəğbət bəsləyən mərkəzlər və Amerikadakı erməni lobbisi təşkil edib. Fransada olduğu kimi bu mərkəzlərin də iki məqsədi var. Birincisi, Amerikanın erməni separatçılarına dəstəyini artırmaq, ikincisi, ABŞ-Azərbaycan münasibətlərinə zərbə vurmaqdır.

Rəsmi Bakı həm Fransa, həm də ABŞ-dan narazı qalmağında haqlı idi. Çünki Paris və Vaşinqton istəsəydi, separatçıların səfərlərinin qarşısını ala bilərdi. Məsələn, Abxaziya, Cənubi Osetiya və ya Donbas separatçılarının liderləri Fransaya və ya ABŞ-a gedə bilmirlər. Onlara qadağa var. Demək, Qərbin məsələyə ikili yanaşması var. ABŞ və Fransa erməni separatçılarını digər separatçılardan ayırırlar, onlara daha xoş münasibət var. Bu siyasətin davamı həm Azərbaycan-Fransa, həm də Azərbaycan-ABŞ münasibətlərinə problemlər yarada bilər.

Azərbaycan-Fransa və Azərbaycan-ABŞ iqtisadi və ticarət əlaqələri Ermənistan-Fransa və Ermənistan-ABŞ iqtisadi və ticarət əlaqələrini dəfələrlə üstələyir. ABŞ-la Azərbaycan arasında isə ümumiyyətlə strateji əlaqələr qurulub. İki dövlət arasında ciddi fikir ayrılığı yoxdur. Buna baxmayaraq, Dövlət Departamentinin erməni separatçıların liderinin ABŞ-a səfərinə mane olmaması münasibətlərə kölgə salır. Ən azı Dövlət Departamenti Bako Saakyana viza verməyə bilərdi. Ancaq həm Paris, həm də Vaşinqton separatçıların liderinə bu vizanı veriblər.

Buna baxmayaraq, Fransa və ABŞ-la münasibətlərdən imtina da edə bilmərik. Hər ikisi dünyanın aparıcı dövlətidir və Azərbaycanla sıx əlaqələrə malikdir. Əgər Bako Saakyanın səfərinə görə Paris və Vaşinqtonla münasibətləri zəiflətsək, buna həmin ölkələrdəki erməni lobbisi və erməni separatçıları sevinəcəklər. Əlbəttə, həm Parisi, həm də Vaşinqtonu tənqid etməliyik, ancaq düşmənlərimizi də sevindirməməliyik.

Erməni separatçılarının lideri Fransa və ABŞ-dan sonra Rusiyaya getdi.

 

Paşinyan girovları niyə dəyişmək istəmir?

Nikol Paşinyan Dağlıq Qarabağdakı iki azərbaycanlı girovu qaytarmaq istəmir. Onun iddiasına görə, iki azərbaycanlı girov Dağlıq Qarabağda adam öldürüb. Buna görə də Paşinyanın sözlərinə görə, İrəvan iki azərbaycanlı girovu Azərbaycanda həbsdə saxlanılan erməni diversantlarla dəyişmək istəmir. Ancaq Paşinyanın istəyindən asılı olmayaraq, Azərbaycanda həbsdə olan ermənilərin qohumları son günlər Ermənistanda fəallaşıblar. Onlar ölkənin strateji əhəmiyyətli yollarını kəsib etiraz edirlər. Onlar tələb edirlər ki, əsirlər dəyişdirilsin. Əslində onlar bununla Azərbaycanın irəli sürdüyü “bütün əsirləri dəyişək” prinsipinə dəstək verirlər.

Paşinyan müqavimət göstərirdi. Ermənistanın baş naziri bildirirdi ki, Dağlıq Qarabağdakı iki girovu Azərbaycana qaytarsa, Ramil Səfərov olayı təkrarlanacaq. Yəni Paşinyan demək istəyirdi ki, iki azərbaycanlı girov Bakıda qəhrəman kimi qarşılanacaq.

Paşinyan haqlı idi. İki girovumuz Azərbaycanda Ramil Səfərov kimi qarşılanacaq. Bu isə Ermənistanda etirazla qarşılanacaq və müxalifət Paşinyana ciddi suallar ünvanlayacaq. Paşinyan da bundan ehtiyat edir. Ancaq Paşinyan Azərbaycanda həbsdə saxlanılan erməni diversantların qohumlarına da nəsə deməlidir. 

Azərbaycan sərhəddə daha çox erməni diversantı həbs etməyə çalışacaq. Yeni əsirlər Paşinyana ölkə daxilində təzyiqin artması deməkdir. Əsirlərin dəyişdirilməsi mövzusu Paşinyana ciddi təzyiq alətidir və bu alətdən Azərbaycan istifadə edəcək.

1992-ci ildə yaradılan ümumerməni “Hayastan” fondu bu il də Los-Ancelesdə növbəti telemarafon keçirdi. Dünyada yaşayan ermənilər telemarafona təxminən 11 milyon dollar göndərdilər. Ermənistanın baş naziri Nikol Paşinyan da fonda pul köçürüb. Prezident Armen Sərkisyan isə ümumiyyətlə yarım illik maaşını fonda köçürüb.

Buna baxmayaraq, yığılan pulların miqdarı getdickə azalır. 2016-ci ildə telemarafonda 15 milyon dollar, 2017-ci ildə 12 milyon dollar, bu il isə bundan bir milyon dollar az pul yığılıb. Əlbəttə, bu o demək deyil ki, erməni lobbisinin varlı üzvləri kasıblaşıb. Sadəcə, erməni lobbisinin üzvləri pulların Ermənistanda və Dağlıq Qarabağda “təyinatı” üzrə xərclənmədiyindən şübhələnirlər.

Nikol Paşinyan hakimiyyəti dövründə ilk dəfə telemarafona qoşulmuşdu. O istəyərdi ki, erməni lobbisi ona inansın və keçmiş illərdən fərqli olaraq Ermənistana və Dağlıq Qarabağa daha çox pul versin. Ancaq hələ ki, erməni lobbisinin varlı təmsilçiləri Paşinyana inanmırlar. Əks halda, builki telemarafon zamanı toplanan pullar Serj Sərkisyanın prezident olduğu ildə keçirilən telemarafonda yığılan məbləğdən çox olmalı idi.

Yığılan pulların əsas hissəsi həmişəki kimi işğal altındakı torpaqlarda layihələrin reallaşması üçün nəzərdə tutulub. Bu dəfə iki layihə maliyyələşdiriləcək. Separatçılar yığılan pulla Dağlıq Qarabağda torpaqların damcı texnologiyası ilə suvarılmasının tətbiqinə başlamaq istəyirlər. İkinci layihə də diqqəti cəlb edir. Separatçılar Dağlıq Qarabağda enerji qaynaqlarını müəyyənləşdirmək üçün qazıntı işlərinə başlayacaqlar.

Dağlıq Qarabağda nə neft var, nə də qaz. Olsaydı, SSRİ illərində aşkarlanardı. Böyük ehtimalla separatçılar işğal altındakı torpaqlarda, özəlliklə də Kəlbəcərdə qazıntıları  genişləndirmək istəyirlər. Azərbaycan separatçıların bu planlarına mane ola bilmir. Separatçılar topladıqları 11 milyon dollarla Ermənistan vasitəsilə üçüncü ölkələrdən silah da ala bilərlər. 

Qarabağın azərbaycanlı icması fəallaşmalıdır

Nikol Paşinyan parlament seçkilərinə hazırlıq məqsədilə  baş nazir postundan istefa verdi. Paşinyan seçkidə tam qələbə çalmaq üçün müxtəlif vasitələrdən istifadə edirdi. Nikol Paşinyan tərəfdarları ilə təxminən 37 kilometrlik yürüş etdi. Paşinyan bu yürüşlə xalqın içindən çıxan siyasətçi olduğunu göstərməyə çalışdı. Digər tərəfdən, Paşinyan korrupsiya ilə mübarizədə uğur qazandığını bildirdi. Paşinyan yürüş vasitəsilə tərəfdarlarına başqa bir mesaj da yolladı. O, gələcək baş nazir kimi iqtisadi islahatları dərinləşdirəcəyini vəd etdi. Yəni Paşinyan demək istədi ki, 5 ayda iqtisadi islahatlara başlaya bilməyib, buna gücü çatmayıb, növbəti mərhələdə məhz iqtisadi problemlərin həlli ilə məşğul olacaq.

Nikol Paşinyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirləri dəyişməyib. O, rəsmi Bakının İrəvanla yanaşı Qarabağ separatçıları ilə danışıqlar aparmasının da vacibliyini bildirirdi. Paşinyan separatçıların rəyini nəzərə almadan addım atmayacaq. Əslində Paşinyan separatçıların “Qarabağ klanı”ndan qorxur. Paşinyan hesab edir ki, bu iki güc onu hakimiyyətdən zorla uzaqlaşdıra bilər, buna görə də separatçıların rəyi olmadan Bakı ilə anlaşmaq istəmir. Paşinyan yalandan onu da deyirdi ki, guya keçmiş prezident Serj Sərkisyan Azərbaycanla razılığa gəlməyə hazır idi və bu zaman Qarabağ ermənilərinin rəyi nəzərə alınmayacaqdı. Bu gün Paşinyana müxalifətdə olanlar bunun tam tərsini deyirlər.

Paşinyana müxalif olanlar məhz onun seçkidən sonra Azərbaycanla razılaşacağını iddia edirdilər. Azərbaycanla razılaşma o deməkdir ki, Paşinyan qeyd-şərtsiz Dağlıq Qarabağ ətarfındakı rayonları boşaldacaq. Lakin bu həqiqət deyil. Ermənistanda hakimiyyətdə kim olursa-olsun, Dağlıq Qarabağ məsələsində Azərbaycanla razılığa gəlməyə hazır deyil. Çünki hakimiyyətdə olan şəxs düşünür ki, Azərbaycanla razılığa gəlmək daxildə hakimiyyəti, hətta həyatı itirmək təhlükəsi deməkdir. Misal üçün, Paşinyanın özü 1990-cı illərin sonuna qədər Azərbaycanla sülhün tərəfdarı olub. O bu haqda yaxın ətrafındakılara da deyirdi ki, Ermənistanın iki qonşusu – Azərbaycan və Türkiyə ilə barışması vacibdir: “Bu olmadan Ermənistan inkişaf etməyəcək”. Ancaq Paşinyan deputat seçilən kimi sülhpərvər fikirlərindən daşındı. Çünki hakimiyyətdə bu sözlərin ona baha başa gələcəyini düşündü.

Ermənistanın heç bir prezidenti və ya baş naziri öz istəyi ilə Azərbaycanla sülh sazişi imzalamayacaq. Ermənistanın daxili vəziyyəti buna imkan vermir. Odur ki, Azərbaycan Ermənistanı sülhə məcbur etməlidir. Bunun yolları məlumdur. Azərbaycan Ermənistana qarşı gələcəkdə hərbi təzyiqi yenə artıracaq. Bundan başqa, Azərbaycan müxtəlif dövlətlərdən hərbi sursat və texnika almaqda davam edəcək.

ABŞ Ermənistandakı prosesləri diqqətlə müşahidə edirdi. Vaşinqton Gürcüstan və Azərbaycanın siyasətindən razıdır, hər iki dövləti özünün strateji tərəfdaşı sayır. Vaşinqton Ermənistanın Rusiya və İrandan asılılığından narazıdır. Vaşinqton Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmasını istəyir. Amerikalı rəsmilər və diplomatlar İrəvana açıq deyirlər ki, bunun üçün Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır. Buna baxmayaraq, Vaşinqton bu məqsədlə Nikol Paşinyana təzyiq etmir və etməyəcək. Ancaq o da aydındır ki, Ermənistan işğalçı siyasətinə qon qoymadıqca Qərb ölkələrindən böyük investisiyalar əldə edə bilməyəcək. Heç bir dövlət iki qonşusu ilə münaqişədə olan dövlətə investisiya qoymaz.

Bu arada, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın Paris, Vaşinqton və Moskvaya səfərləri Azərbaycanda müzakirə edilirdi. Azərbaycan Xarici İşlər Nazirliyi Bako Saakyanın hər 3 səfəri ilə bağlı etiraz bəyanatı ilə çıxış etdi. Əlbəttə, bu bəyanatlar vacib idi. Ancaq rəsmi Bakı yalnız nəticə ilə mübarizə aparır. Separatçıların lideri gələcəkdə də səfərlərini davam etdirəcək.  Erməni separatçılarının lideri böyük ehtimalla həmsədr dövlətlərdəki görüşlərində yalan danışıb. Birincisi, yəqin deyib ki, guya separatçılar sülh istəyirlər, ancaq Azərbaycan sülhə razı deyil. İkinci yalan isə odur ki, guya o, Dağlıq Qarabağı təmsil edir. Qərbdə buna inananlar tapıla bilər.

Rəsmi Bakı Qərb ölkələrinin paytaxtlarında səslənən bu iki yalanla mübarizə aparmaq üçün Dağlıq Qarabağın azərbaycanlı icmasından qrup formalaşdırmalı və həmin qrupu eyni ölkələrə göndərməlidir. Daha sonra başqa dövlətlərə də səfərlər təşkil edilə bilər. Bunun üçün ilk növbədə Azərbaycanın həmsədr dövlətlərdəki səfirləri Dağlıq Qarabağın azərbaycanlı icmasından formalaşan heyətin görüşlərini planlamalı və təşkil etməlidirlər. Bununla rəsmi Bakı bir neçə məqsədə nail ola bilər.

Birincisi, həm erməni separatçıların liderinin xarici ölkələrə səfərlərinin effekti azalar, həm də beynəlxalq aləmə Dağlıq Qarabağda azərbaycanlı icmanın da varlığı göstərilər.

İkincisi, Qərbin siyasi mərkəzlərində anlayarlar ki, azərbaycanlılar geri qayıtmadan və hüquqları bərpa olunmadan sülh mümkün deyil. Rəsmi Bakı bunu edə bilər. Azərbaycanlı rəsmilər və diplomatlar xarici səfərlər zamanı bu məsələlərə toxunurlar, ancaq Dağlıq Qarabağdan köçkün düşən, evini və yaxın qohumlarını itirən şəxslərin fikirləri daha faydalıdır. Azərbaycan icmasının nümayəndələri erməni separatçılarının təmsilçiləri ilə üçüncü ölkələrdə də görüşüb polemika aparmalıdır.

Putin Paşinyanı qorudu

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov dekabrın ilk günlərində dedi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT)  üzv dövlətlərin liderlərinin dekabrın 6-da Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan toplantısı təxirə salınıb. Bunu Ermənistanın baş naziri Nikol Paşiyan Rusiya prezidenti Vladimir Putindən xahiş etmişdi. Bundan sonra Paşinyanın müşaviri dedi ki, Ermənistanın baş naziri belə bir xahiş etməyib. Bu, inandırıcı deyildi. Putinin köməkçisi niyə yalan danışsın? Uşakov Rusiya prezidenti Vladimir Putinin təlimatı əsasında açıqlama verib.

Paşinyan Putindən etdiyi xahişi inkar etməyə çalışırdı ki, Ermənistanda parlament seçkisindən əvvəl mövqeləri zəifləməsin. Paşinyanın bəxti onda gətirdi ki, KTMT-nin toplantısı Rusiya ərazisində keçirilməli idi. Toplantı Qazaxıstan və ya Belarusda keçirilsəydi, baş katib məsələsi Ermənistanın əleyhinə həll olunacaqdı. Belarusun təşkilatın baş katibliyinə 3 namizədi var. Əgər toplantı Minskdə olsaydı, bu 3 nəfərdən biri təşkilatın baş katibi seçiləcəkdi.

KTMT-nin Astanadakı son zirvə toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayev qalan 1 ildə Ermənistanın baş katib olmasına etiraz etmişdi. Onun bu etirazını Belarus prezidenti Aleksandr Lukaşenko da dəstəkləmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan Astanadakı toplantıdan narazı qayıtmışdı. Çünki KTMT-nin Sankt-Peterburqda dekabrın 6-da keçirilməsi planlaşdırılan növbəti toplantısında baş katibliyin Belarusa keçəcəyi faktiki razılaşdırılmışdı. Təkcə Rusiya prezidenti Vladimir Putin Qazaxıstanla Belarusun Ermənistanla mübahisəsinə qarışmadı, susdu, mövqe bildirmədi. Bakıda bəziləri “Putin Paşinyanı sıxışdırır”, “Paşinyan Putinin nəzarətindən çıxıb” və ya “Rusiya Paşinyanı cəzalandıracaq” kimi açıqlamalar verdilər. Ancaq bu açıqlamalar reallığa uyğun deyildi. Çünki Putin Paşinyanın xeyrinə qərar verdi və toplantının tarixini dəyişdi.

Paşinyan Putinlə telefonla əlaqə saxlayıb xahiş etdi ki, baş katib məsələsi təxirə salınsın. Bu, Paşinyana dekabrın 9-da parlament seçkisini rahat keçirmək üçün lazım idi. Çünki Belarus nümayəndəsi baş katib seçilsəydi, bu, Ermənistandakı parlament seçkilərində Paşinyanın mövqelərinə zərbə olacaqdı. Ermənistan müxalifəti baş katibin dəyişməsindən Paşinyanın əleyhinə istifadə edəcəkdi.

Putin Paşinyanla razılaşıb baş katib məsələsini təxirə saldı. Deməli, Putin Paşinyana parlament seçkisini rahat keçirməyə şərait yaratdı. Odur ki, “Putin Paşinyanı dəyişmək istəyir” açıqlamalarının əsası yox idi. Doğrudur, Putinin Paşinyandan xoşu gəlmir, ancaq Rusiya prezidenti Ermənistanda gərginlik yaradılmasını da istəmir. Putin baş katib məsələsində Qazaxıstan və Belarus prezidentlərini dəstəkləmədi, Paşinyana dəstək oldu. KTMT-də baş katib məsələsi 2019-cu ildə həll olunacaq. Paşinyan istəyinə nail oldu. Seçkidən sonra təşkilatın baş katibinin kim olacağı Paşinyanı seçkidən əvvəlki qədər narahat etmir.

Nikol Paşinyan 3 problemi həll etməlidir

Nikol Paşinyan parlament seçkisində böyük qələbə əldə etdi. Bu proqnozlaşdırılırdı. Ancaq seçkidə az sayda vətəndaş iştirak etdi. İki ermənidən biri seçki günü səs vermədi.

Bəs niyə fəallıq zəif oldu?

Bunun səbəbi odur ki, Ermənistanda bundan əvvəlki bütün seçkilərdə saxtakarlıqlar olub. Keçmiş prezidentlər və hakim partiya administrativ rerurslardan istifadə etmişdilər. Seçki günü rəqəmlər şişirdilirdi. Paşinyan seçki saxtakarlığına getmədi. Keçmiş illərdən fərqli olaraq seçki məntəqələrinə insanlar avtobuslarla gətirilmədi. Seçici passivliyi Paşinyanı narahat etmirdi. Çünki Paşinyan bilirdi ki, seçkiyə az sayda vətəndaş qatılsa da, əksəriyyət ona səs verəcək.

Nikol Paşinyan fəaldır. Paşinyan təkbaşına hökuməti formalaşdıracaq. 20 ildən sonra “Qarabağ klanı” hakimiyyətdən uzaqlaşdırıldı. “Qarabağ klanı” parlamentdən də kənarda qaldı. Buna baxmayaraq, Nikol Paşinyanı yaxın aylarda ən azı 3 problem gözləyir:

1. Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həllində addım atmalıdır. Əks halda, cəbhə bölgəsində vəziyyət gərginləşəcək. Nikol Paşinyan Qarabağda həbsdə olan 2 azərbaycanlı girovu da azad etməlidir. Əgər Paşinyan həmin girovları azad etməsə, bu faktor da vəziyyəti gərginləşdirəcək.

2. Nikol Paşinyan iqtisadi islahatlar aparmalıdır. Ancaq bunun üçün Ermənistanın maliyyəsi yoxdur. Digər tərəfdən, Ermənistanın xarici borcları artır. Nikol Paşinyana borc vermək istəyən dövlətlərin sayı çox deyil. 

3. Nikol Paşinyan xarici siyasət kursunu müəyyənləşdirməlidir. Paşinyan Rusiya və Qərb arasında seçim etməlidir. Paşinyanın Qərbə yaxınlaşması Moskvanın xoşuna gəlməyəcək.

Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanı qələbə münasibətilə təbrik etmədi. Yerevan bundan narahat oldu. Bunun səbəbi məlumdur. Çünki Nikol Paşinyan Putinin dostu, eks-prezident Robert Köçəryanı həbs edib. Putin dərhal Paşinyanı təbrik etsəydi, bu, Köçəryanın həbsi ilə razılaşması demək olacaqdı. Putin isə bu həbsdən narazıdır və dostunun həbsdən azad olunmasını istəyir.

Buna baxmayaraq, Kreml Paşinyanla əməkdaşlıq edəcək. Paşinyan Rusiyanın yerinə Qərbi seçməsə, onu Kremldən təhlükə gözləməyəcək. Kreml Paşinyanı devirmək istəməyəcək. Çünki Paşinyanın hazırda Ermənistanda tərəfdarı çoxdur. Bunu Moskva da görür. Moskva zorla Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyərsə, Ermənistanda vətəndaş müharibəsi başlayacaq. Moskva isə Ermənistanda xaos yaratmaq istəmir. Ermənistandakı xaosdan Azərbaycan istifadə etmək istəyəcək. Bu isə Moskvanın maraqlarına cavab vermir.

Robert Köçəryanın Ermənistanda reytinqi yüksək deyil. Parlament seçkisindən sonra Köçəryanın tərəfdarları Yerevanda etiraz mitinqi keçirdilər. Ancaq həmin mitinqdə az adam iştirak edirdi.

Nikol Paşinyanın problemləri 2019-cu ilin ortalarında artacaq və bundan “Qarabağ klanı” istifadə etməyə çalışacaq. Paşinyanın ən böyük problemi qonşu dövlətlərlə münasibətləri necə quracağıdır. Məsələn, Ermənistan şaxtalı havalarda Gürcüstan üzərindən mallarını Rusiyaya keçirə bilmir. Bu, Ermənistanı Rusiya ilə birləşdirən yeganə nəqliyyat yoludur. Bu yol isə qışda tez-tez bağlanır. Çünki dağ yolunda qar uçqunları yaranır.

Nikol Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Ancaq bunun üçün Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməlidir. Bu, Ankaranın əsas şərtidir. Yerevan bu şərti yerinə yetirməyənədək Türkiyə Ermənistanla münasibətləri normallaşdırmayacaq. Paşinyan isə özündən əvvəlkilər kimi Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməyə hazır deyil. Ona görə də Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışsa da, bu alınmayacaq. Bu o deməkdir ki, Paşinyan da eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyan kimi işğalçılıq siyasətinə davam edəcək.

Nikol Paşinyan parlament seçkisindəki qələbəsindən sonra ilk olaraq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşdü. Paşinyanın bu görüşdən bir neçə məqsədi var idi.

Birincisi, Paşinyan separatçıların lideri ilə görüşməklə erməni cəmiyyətinə mesaj göndərir ki, o da əvvəlkilər kimi işğalçı siyasəti davam etdirəcək. Paşinyana bu görüş həm də ona görə vacib idi ki, daxildəki və xaricdəki millətçilər narahat olmasınlar.

İkincisi, Paşinyan tez-tez Bako Saakyanla görüşməklə onu nəzarətdə saxlamaq istəyir. Çünki Paşinyanın əsas rəqibləri ona qarşı “Qarabağ kartını” istifadə etməyə çalışacaqlar. “Qarabağ klanı” Paşinyana qarşı mübarizədə Bako Saakyandan istifadə etməyə çalışacaq.

Paşinyan Saakyanı başa salmaq istəyir ki, Qarabağ separatçılarının lideri Robert Köçəryan və Serj Sərkisyan tərəfdarlarının yanında olmasın, əks halda Paşinyan Dağlıq Qarabağın maliyyəsini azalda bilər. Təsadüfi deyil ki, Yerevandakı görüşdə Ermənistanla separatçıların birgə büdcəsi müzakirə olundu.

Bako Saakyan hələ ki, güclünün yanında olacaq. Ermənistanda isə güclü hələ ki, Nikol Paşinyandır. Buna baxmayaraq, Qarabağ separatçıları öz yerliləri olan  Köçəryan və Sərkisyan tərəfdarları ilə də gizli təmaslarına davam edəcəklər. Bako Saakyan həm Nikol Paşinyanla əməkdaşlıq edəcək, həm də Köçəryan və Sərkisyan tərəfdarları ilə gizli təmaslarına davam edəcək.

Bu şərtlər altında Nikol Paşinyan Azərbaycanla sülhə hazır olmayacaq. Paşinyan status-kvonu davam etdirəcək. Ancaq status-kvonun davamı cəbhə bölgəsindəki vəziyyəti gərginləşdirəcək. Nikol Paşinyan isə müharibədən qorxur. Deməli, Azərbaycanın əlindəki müharibə alətilə də Paşinyana təzyiq etmək olar. Buna Azərbaycan prezidentinin Qarabağla bağlı son çıxışı da dəlalət edir. Rəsmi Bakı Ermənistanda 20 ildən sonra “Qarabağ klanı”nın hakimiyyətdən getməsindən məmnundur. Ancaq Azərbaycan Ermənistanda hakimiyyətdə “Qarabağ klanı”nın yerinə gələn Nikol Paşinyana da rahat həyat vəd etməməlidir.

Bakı Yerevana ultimatum verməlidir!

Ermənistanda hakimiyyətə “Qarabağ klanının” yerinə Nikol Paşinyan gəldi. Bu, rəsmi Bakı üçün yaxşı variantdır. Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ilin son çıxışlarından birində qeyd etdi ki, Ermənistanda “Qarabağ klanının” hakimiyyətdən uzaqlaşdırılmasında Azərbaycanın da rolu var. Çünki İlham Əliyev hər çıxışında “Qarabağ klanını” kriminal hakimiyyət adlandırırdı və sonra Ermənistan cəmiyyəti də bu fikri qəbul etdi. Ona görə də İlham Əliyev ümid edir ki, yaxın müddətdə Qarabağ münaqişəsinin həllində irəliləyiş mümkündür.

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Azərbaycan torpaqlarının işğalında iştirak etməyib. Yəni İlham Əliyev Nikol Paşinyanla danışıqlardan müsbət nəticə gözləyə bilər. Mümkündür ki, 2019-cu ildə iki ölkənin lideri bir neçə dəfə görüşsün. Ancaq bu görüşlərdən nəticə çıxması üçün Nikol Paşinyanın mövqeyi dəyişməlidir. Nikol Paşinyan “Qarabağ separatçıları da danışıqlarda iştirak etsin” tələbindən imtina etməlidir.

Paşinyanın Qarabağla bağlı mövqeyi eks-prezidentlər Robert Köçəryanın və Serj Sərkisyanın mövqeyindən fərqlənməyə də bilər. Yəni Paşinyan mübarizə apardığı Köçəryanın və Sərkisyanın Qarabağ siyasətini davam etdirə bilər. Bu halda Bakı ilə Yerevan arasındakı danışıqlardan nəticə çıxmayacaq. Bu halda rəsmi Bakı da mövqeyini sərtləşdirəcək.

Hələ ki Paşinyan Azərbaycanla sülhə ümid verən heç bir açıqlama verməyib. Tam əksinə, Paşinyanın açıqlamaları işğalın davam edəcəyini göstərir. Əgər Paşinyan Qarabağ münaqişəsinin həllində heç bir addım atmayacaqsa, rəsmi Bakı üçün Ermənistanda hakimiyyətdə kimin olmasının heç bir fərqi olmayacaq. Əsas odur ki, Ermənistan hakimiyyətindəki şəxs işğal altındakı torpaqları azad etməyə hazır olsun.

Son bir neçə aydır cəbhə bölgəsində sakitlikdir, atəşkəsin pozulması halları minimuma enib. Bu, rəsmi Bakının Nikol Paşinyana verdiyi bir şans idi. Rəsmi Bakı istəyirdi ki, Ermənistanda parlament seçkisində Paşinyana problem yaratmasın. Paşinyan bundan istifadə edərək “Qarabağ klanını” həm hakimiyyətdən, həm də parlamentdən uzaqlaşdırdı. Rəsmi Bakı 2019-cu ilin birinci yarısında Paşinyanın Qarabağ münaqişəsinin həllində addım atmasını gözləyəcək. Belə bir addım atılmasa, bölgədə vəziyyət gərginləşəcək. Azərbaycan ordusu fəallaşacaq.

Mümkündür ki, rəsmi Bakı İrəvana ultimatum versin. Regional şərait də Azərbaycan üçün əlverişlidir. Rusiya-Ermənistan münasibətlərində soyuqluq hiss olunur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya mətbuatına son müsahibəsində deyib ki, Ermənistanla saziş imzalamağı planlaşdırırlar. Sazişdə göstəriləcək ki, Ermənistan öz ərazisində Rusiyadan başqa heç bir dövlətin hərbi qüvvəsini yerləşdirməməlidir. Əslində bu saziş Ermənistanın Rusiyadan asılı olduğunu göstərir. Yəni Moskva Nikol Paşinyana təzyiq edir ki, ABŞ və NATO ilə sıx əməkdaşlıq etməsin.

Rəsmi Bakı bu vəziyyətdən istifadə edə bilər. Rəsmi Bakının Nikol Paşinyana ultimatumunun mətni belə ola bilər: “Ermənistan ordusu yaxın 3 ayda Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmalıdır. Əks halda, Azərbaycan məcburi addımlar atacaq”.

Bu arada, Azərbaycan prezident vacib qərar verdi. Bundan sonra Azərbaycan-Ermənistan sərhədini Azərbaycanın quru qoşunları deyil, sərhəd qoşunları qoruyacaq. Bu qərar ciddi müzakirə olunur. Yerevan da bu qərardan narahatdır. Çünki Azərbaycan sərhəddə yerləşdirdiyi ordu hissələrini Dağlıq Qarabağ ətrafında cəmləşdirə bilər. Əvvəl Azərbaycan ordusu Ermənistanla sərhəddə əlavə qoşunlar yerləşdirmək məcburiyyətində idi. İndi isə bu işi sərhəd qoşunları yerinə yetirəcək.

Rəsmi Bakının bu sərtliyi müharibənin qarşısını almaq istəyən dövlətlərin Ermənistana təzyiqini artırmalıdır. İraq 1990-cı illərin əvvəllərində Küveyti işğal etdi. Bundan sonra Vaşinqton İraq lideri Səddam Hüseynə Küveyti boşaltmaq üçün vaxt verdi. Vaxt bitdikdə ABŞ ”səhrada fırtına” əməliyyatına başladı. Rəsmi Bakı bu təcrübədən faydalana bilər.

Prezident Qarabağ azərbaycanlılarının liderini niyə dəyişdi?

 

Dekabrın son günlərində Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayı keçirildi. Qurultayda təşkilata yeni sədr seçildi. Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın yeni sədri oldu. Bayram Səfərov Dağlıq Qarabağ İcmasına 9 il rəhbərlik etmişdi. Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildə yaradılıb, 65 min üzvü var.

Bayram Səfərovun 68 yaşı var. Təşkilatın yeni sədri Tural Gəncəliyev 1980-ci ildə Şuşada anadan olub. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Gəncəliyev Ombudsman Aparatında, Xarici İşlər Nazirliyində, Azərbaycanın Çexiyadakı səfirliyində də işləyib.

Azərbaycan prezidenti Qarabağın azərbaycanlı icmasının rəhbərini dəyişməklə doğru qərar verdi. Bayram Səfərov fəal deyildi. Bu vəzifədə fəal şəxsə ehtiyac var.

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri erməni separatçıları, Ermənistan hakimiyyəti və erməni lobbisi ilə dialoq aparmağı bacarmalıdır. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri həm açıqlama vermək, həm də üçüncü ölkələrdə ermənilərlə polemika aparmaq bacarığına malik olmalıdır.

İcma rəhbərinin rus və ingilis dillərində sərbəst danışması da vacibdir. Məhz bu faktorları nəzərə alaraq Azərbaycan prezidenti gənc diplomatı Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri təyin etdi.

Birincisi, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri 2019-cu ildən başlayaraq xarici ölkələrə səfərlər edib müzakirələr aparmalıdır. Məsələn, Dağlıq Qarabağın erməni icmasının rəhbəri Bako Saakyan tez-tez xarici ölkələrə səfərlər edərək müxtəlif konfrans və seminarlarda iştirak edir.

İkincisi, Dağlıq Qarabağın iki icması arasında fəal dialoq olmalıdır. Bu dialoqu müxtəlif ölkələrdə keçirmək olar. Gürcüstan dialoq üçün ən münbit yerdir. Ermənistan hakimiyyətinin əsas tələbi budur ki, rəsmi Bakı Dağlıq Qarabağın erməni təmsilçiləri ilə danışıq aparmır. İndi isə rəsmi Bakı Dağlıq Qarabağın iki icması arasında dialoqa şərait yaradacaq.

Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ümidlər hər ilin sonu növbəti ilə ötürülür. Ancaq 2019-cu il Qarabağ münaqişəsinin həllində dönüş ili ola bilər.

“Atlas” Araşdırmalar Mərkəzi

Bakı MDB-nin ən yaxşı turizm şəhərləri arasında 10-luqdadır

Turizm sahəsi ilə bağlı araşdırmalar aparan Rusiya analitik agentliyi – “TurStat” 2019-cu ilin qış mövsümündə MDB-nin ən yaxşı turizm şəhərlərinin reytinq cədvəlini hazırlayıb.
İlk 10-luqda Minsk (Belarus), Bakı (Azərbaycan), Astana (Qazaxıstan), İrəvan (Ermənistan), Almatı (Qazaxıstan), Daşkənd (Özbəkistan), Bişkek (Qırğızıstan), Kişinyov (Moldova), Düşənbə (Tacikistan) və Aşqabad (Türkmənistan) şəhərləri yer alıb. 
Reytinq cədvəli turizm səfərlərinin sayı əsasında tərtib olunub. 
Məlumatda həmçinin deyilir ki, turistlər arasında daha çox Belarusdakı Loqoysk və Siliçi, Azərbaycandakı Şahdağ və Tufandağ, Qazaxıstandakı Çimbulak turizm mərkəzləri məşhurdur. 
İstirahətə gedənlər ucuz turlar üçün Özbəkistan və Moldovanı, alış-veriş üçün Bakı və Astananı seçirlər. Səfərlər adətən 3-7 gün çəkir. Turistlərin gündəlik xərci 50-100 ABŞ dolları arasında olur.   (Report)

Sumqayıtda şəhərin rəmzi olan “Göyərçin” abidəsinin 40 illiyi qeyd edilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, AYB Sumqayıt bölməsi, Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə şəhərin rəmzi olan “Göyərçin” abidəsinin 40 illiyinə həsr edilən “Göyərçin- 40” adlı tədbir keçirilib.

“Göyərçin” abidəsinin 40 illiyinə abidəsinin önündə baş tutan bu tədbiri yazıçı, publisit, kinossenarist Hafiz İmamnəzərli açıb, tədbir iştirakçılarını salamlayıb, sonra sözü abidənin müəllifi Əməkdar İncəsənət Xadimi, rəssam Vaqif Nəzirova verib. Rəssam abidənin yaranması haqqında tədbir iştirakçılarını  geniş məlumatlandırıb.

Tədbirdə rəssamlarin əsərləri, əl işləri, yaziçi və şairlərin kitablarindan ibarət sərgisi təşkil olunub.

AYB-nin Mətbuat xidmətinin rəhbəri  Xəyal Rza, Sumqayıt bölməsinin sədri  Gülnarə Cəmaləddin, Qubadlı bölməsinin sədri Namiq Məna, Azərbaycan Jurnalıstlər birliyi Sumqayıt şəhər təşkilatının sədri  Rafiq Oday, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova, MİMHİ-nin Sumqayıt şəhər Komitəsinin sədri Şahin Şəfiyev, Sumqayıt şəhər Təhsil şöbəsinin əməkdaşı Cəmilə Feyyaz, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, Sumqayıt Mədəniyyət Mərkəzinin direktoru Samir Şəfiyev, 16 saylı məktəbin müəlliməsi Nazilə Əsgərova və şəhər ictimaiyyətinin nümayəndələri çıxış edib,  abidə müəllifinə təbriklərini söyləyib,   belə tədbirlərin əhəmiyyətindən danışıblar.

Sonda Göyərçin” abidəsinin 40 illiyinə həsr olunan  şeir və rəsm müsabiqəsinin qalibləri müxtəlif hədiyyələrlə mükafalandırılıb.  Şeir müsabiqəsinin nəticələrinə görə Rafiq Oday və Elvin Əlizadə I yerə, Ədalət Nicat və Novruz Qələndərli II yerə, Nəriman Nərimanlı və Nisə Qədirova III yerə, rəsm müsabiqəsinin nəticələrinə görə isə İlkin Şəmdinli I yerə, Günay Mürsəlova II yerə, Süsən Qasımova III yerə layiq görülüb.  

Tədbir Corat mədəniyyət evinin özfəaliyyət kollektivlərinin ifasında musiqi nömrələri ilə yekunlaşıb.

 

Peşə məktəblərində əməkhaqları belə hesablanacaq – Yeni normativlər təsdiqləndi

Nazirlər Kabineti “Dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri”ni təsdiq edib. 
Turkustan.info-nun məlumatına görə, dövlət peşə təhsili müəssisəsini maliyyələşdirmə normativləri Azərbaycan ərazisində fəaliyyət göstərən dövlət peşə təhsili müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün vahid büdcə təsnifatına uyğun büdcə vəsaitlərinə olan tələbatı müəyyən etmək məqsədi ilə tətbiq edilir.
Dövlət peşə təhsili müəssisələrinin növbəti maliyyə ili üçün xərc növləri üzrə maliyyələşdirmə normativlərinin həddinin formalaşması qanunla müəyyən edilən müdafiə olunan xərc maddələri istisna olmaqla, cari ildə bu sahəyə ayrılan faktiki büdcə təxsisatlarının həddindən asılı olaraq müəyyənləşdirilir. 
“Əməkhaqqı” üzrə xərc normativinə “Ştatda olan işçilərin əməkhaqqı”, “Ştatdankənar işçilərin əməkhaqqı” və “Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” xərcləri daxildir.  “Ştatda olan işçilərin əməkhaqqı” xərc normativinə ştatda olan işçilərin və qulluqçuların pul formasında aldıqları vəzifə (tarif) maaşı, vəzifə maaşına əlavə və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya (pul təminatı) ilə bağlı xərclər daxildir. “Ştatdankənar işçilərin əməkhaqqı” xərc normativinə təşkilatların daimi ştatında olmayan və mülki-hüquqi müqavilə əsasında işlərin yerinə yetirilməsi üçün cəlb olunan şəxslərə hesablanmış əməkhaqların ödənişi ilə bağlı xərclər daxildir.  “Əməyin ödənişi ilə bağlı digər pul ödənişləri” xərc normativinə işçilərə verilən mükafatlar, maddi yardımlar, həmçinin istirahət, bayram və ümumxalq hüzn günü işə çıxan işçilərə əlavə iş saatlarına görə verilən ödənişlərlə bağlı xərclər daxildir.
Təhsilverənlərin (pedaqoji işçilər), təlim-tərbiyə prosesində iştirak edən digər işçilərin və xidmətedici heyətin əməkhaqqı hədləri Nazirlər Kabineti tərəfindən təsdiq edilən Vahid Tarif Cədvəlinə uyğun müəyyənləşdirilmiş əməyin ödənişi dərəcələri nəzərə alınmaqla,  Əmək Məcəlləsinə uyğun olaraq təhsil sahəsi porno işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına əsasən müəyyən edilir. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisəsində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxemi və məbləğləri “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci il 1 fevral tarixli qərarı ilə (əməkhaqqı artımı ilə bağlı dəyişikliklər nəzərə alınmaqla) müəyyən edilir.
 “Əməkhaqqına ayırmalar” üzrə xərc normativinə   sosial müdafiə ayırmaları üzrə xərcləri daxildir. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə ödənilir.  “Məcburi dövlət sosial sığorta haqları” üzrə  xərc normativinə müəssisədə çalışan işçilərin əməkhaqlarına hesablanan və ödənilən xərclər daxildir.
Normativin hesablanması:
 
Nmdssh = ƏHF * MDSSH
Burada Nmdssh – illik məcburi dövlət sosial sığorta haqları norması (manatla), ƏHF – illik əməkhaqqı fondu, MDSSH – işçilərin hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət social sığortasına cəlb olunan digər gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə “Sosial sığorta haqqında” qanun ilə müəyyən edilən miqdarda ödənilir.
“İcbari dövlət sığortası” üzrə  xərc normativinə qanunvericiliyə uyğun olaraq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı xərclər daxildir.
 
Normativin hesablanması:
 
Ndt. = ƏHF * İDS
Burada Nids – illik icbari dövlət sığortası norması (manatla), ƏHF – illik əməkhaqqı fondu, İDS – işçilərin hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə əmək müqaviləsi əsasında çalışan işçilərə hesablanmış əməkhaqqı fondunun “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 5 noyabr tarixli qərarı ilə müəyyən edilmiş faizi miqdarında ödənilir.
“İşsizlikdən sığorta” üzrə xərc normativinə işsizlikdən sığorta ilə bağlı xərclər daxildir.
Normativin hesablanması:
 
Nis = ƏHF * İS
Burada, Nis – illik işsizlikdən sığorta norması (manatla), ƏHF – illik əməkhaqqı fondu, İS – işçilərin hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər  gəlirlərinin müəyyən edilmiş faiz ifadəsində olan haqdır. Həmin ayırmalar hesabına formalaşan xərc müəssisədə çalışan işçilərə hesablanmış əməkhaqqı fonduna nisbətdə “İşsizlikdən sığorta haqqında”  qanun ilə müəyyən edilən miqdarda ödənilir.
Yeni normativlərin qəbulu ilə əlaqədar “İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli qərarı ləğv edilib. 
Maliyyə Nazirliyi, Təhsil Nazirliyi, həmçinin tabeliyində dövlət peşə təhsili müəssisəsi olan orqanlara (qurumlara) bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.  /BakuPost/

Sərhədçilərimiz düşmənlə 70 metrlik məsafədə – VİDEO

Qazax istiqamətində düşmənlə üz-üzə yerləşən mövqelərin təmas xəttinin mühafizə və müdafiəsini Dövlət Sərhəd Xidməti həyata keçirir. Artiq bir aydır ki, postları Müdafiə Nazirliyindən təhvil alan sərhədçilərimiz şəraitə uyğunlaşib və relyefə uyğun olaraq döyüş növbəsi aparırlar.

Turkustan.info-nun Xəzər TV-yə istinadən məlumatına görə, artıq düşmənlə 70 metr məsafədə sərhədçilərimiz keşik çəkir. 

Müasir müşahidə cihazları ilə təmin olunan sərhədçilərimiz düşmənin yaşayış məntəqələrini və magistral yolunu da nəzarətdə saxlayır. Şəxsi heyətlə gündəlik mühafizə, müdafiə, əks həmlə və döyüş tapşırıqları üzrə nəzəri və praktiki dərslər keçirilir.

Ön xəttə xidmət aparan sərhədçilərimiz qısa müddətdə ən müasir texnika və mühafizə qurğuları ilə təmin olunub. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan snayper tüfəngləri, iri çaplı pulemyot və fərqli taktiki-texniki xüsusiyyətlərə malik olan mina və qumbaraatanları da Qazax sərhəd dəstəsinin arsenalında yer alır.

Təmas xətti boyunca bütün məntəqələrdən düşmənin istənilən postunu snayperlər daim müşahidə edir.

Əsgərlərin məişət və xidmət şəraiti də diqqət mərkəzindədir. Bu isə əsgərlərin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün vacib şərtdir.

Bununla bərabər sərhəd xəttində döyüş postlarının və məntəqələrin yenidən qurulması prosesi davam edir.

Qazax və Ağstafa istiqamətində artıq bir neçə məntəqədə yenidənqurma və tikinti işləri başa çatmaq üzrədir.

Tibbi sığorta hesabına müalicə ediləcək xəstəliklər – SİYAHI

2019-cu ildən etibarən bütün respublika ərazisində İcbari Tibbi Sığortanın tətbiqinə başlanılacaq. Bu fəaliyyətin icrası üçün isə artıq yeni “TƏBİB” adlı agentlik yaradılıb. Əhalini düşündürən suallar arasında icbari sığortaya hansı xəstəlik və müayinələrin daxil olması da var. 

Xüsusilə də vətəndaşları müalicəsi həddən artıq baha olan onkoloji xəstəliklərin də bu siyahıya daxil olub-olmaması düşündürür. 

Turkustan.info xəbər verir ki, 2020-ci ilin yanvar ayından başlayaraq Səhiyyə Nazirliyinin tabeliyində olan bir çox tibbi qurumlar və xəstəxanalar TƏBİB agentliyinin tərkibinə  daxil ediləcək.

Bu müəssisələrin tam siyahısı isə yaxın zamanlarda təsdiqlənəcək. Hər kəs its.gov.az saytına daxil olmaqla  İTS-nın baza paketində qeyd edilən 1829 adda tibbi xidmətlə tanış ola bilər:

Vətəndaşlara göstəriləcək tibbi xidmətlərin bir hissəsi:

– Təcili və təxirəsalınmaz tibbi yardım – 6 növ xidməti

– İlk tibbi yardım – ailə həkimi – 18 növ xidməti

– Ambulator müayinə və müalicə – 480 növ xidmət

– Stasionar müalicənin 677 növü

– Funksional – diaqnostika müayinəsi – USM, KT, MRT, retngen və s.

– Fizioterapevtik xidmətlər – 23 növü

– Laborator xidmətlər – 459 növü

– Cərrahi əməliyyatlar, bunlardan bahalı açıq və qapalı ürək-damar, koxlear implantasiya və s.

Eyni zamanda bu siyahıya hamiləlik, doğum, təcili vaksinasiya, planlı vaksinasiya, təqvimə görə uşaq peyvəndləri, dispanser müşahidələri də daxil ediləcək.

– Dövlət proqramlarına daxil olan onkoloji xəstəliklər, şəkərli diabet, qan xəstəlikləri və s. kimi xəstəliklər üçün dövlət büdcəsindən vəsait ayrıldığı üçün onlar sığorta paketinə daxil olunmayıb. Bu dövlət layihələrinin müddəti bitdikdən sonra onlar da daxil ediləcək.

– İşsizlər, təqaüdçülər, uşaqlar, sosial təminatsız ailələr dövlət hesabına sığortalanacaq.   /oxu.az/

Ustadlar ustadı

Onun yaşıdlarının dilindən qopan kəlmə çoxdan kəsərini itirib- 94 yaşı var…
Aclıq, müharibə, tənəzzül, tərəqqi- ötüb keçdiyi ömür yolunda rast gəldikləridir…
“Mövcud olmaq hələ yaşamaq deyil”- onun dediklərindəndir…
Bəli, yaşının çoxluğuna baxmayaraq o, yaşayır, həm də mövcuddur, varlığını sübut edir…
Qısa xronika:
O, 1924-cü ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb.
1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya- jurnalistika şöbəsində təhsilini davam etdirib.
1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantı olub.
1954-cü ildə Moskva Dövlət Universitinin jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib.
1954-cü ildən Bakı Dövlət Unuversitetidə müəllim kimi və müxtəlif vəzifələrdə çalışıb…
Deyir ki, Abbas Səhhət M.Ə.Sabirin ölümündən sonra, “Hophopnamə”nin çapı üçün pul yığılmasını təklif edir. Nəticədə 126 manat pul yığılır. Bunun 26 manatı azərbaycanlılardan, 100 manatı isə erməni qadınlarından gəlir. Bu hadisəni, eləcə də xalqımızın başına gətirilən oyunlardan elə yana-yana danışır ki, sözlərindəki alovun şölələrini görməmək olmur. 
Onu yandırıb yaxan milli təəssübkeşlik hissləri, qeyrətdir. Bunu görən insan istər-istəməz bu kəlmələri dilə gətirməyə bilmir- var ol, USTAD!..
Bütün ömrü boyu cumhuriyət tarixini araşdırıb. Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində misilsiz xidmətləri var…
Mətbuat tariximizin araşdırılmasında böyük zəhməti olan tədqiqatçıların sırasında adı ön cərgədə çəkilir…
Ömrünün ixtiyar çağlarını yaşayan, bu qosqoca pirani kişiyə- ustadlar USTADINA möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayırıq. 
Xalqımız sizi sevir, Şirməmməd müəllim. Bu boyda qeyrət sahibini sevməmək mümkün deyil…
Yeni iliniz mübarək!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

“Rövşən Lənkəranski” sağdır” – Lotu Qulinin adamından ağılasığmaz İDDİA

“Rövşən Lənkəranski” sağdır”.

Turkustan.info xəbər verir ki, bu iddia ilə kriminal aləmdə “Rəhim Şəkinski” kimi tanınan Rəhim Namazov çıxış edib.

O, “instagram”dakı şəxsi hesabında canlı yayım edərək, azərbaycanlı “qanuni oğru”nun sağ-salamat olduğunu bildirib:

“Rövşən elə bir ürəyiaçıq oğlandır ki… Allah ona can sağlığı versin. Allah onu qorusun. Onun qapısı həmişə açıq olub. Şükür Allaha, Rövşən sağ-salamatdır”.

Qeyd edək ki, bir müddət öncə Rəhim Namazovun Fransanın Tuluza şəhərində sui-qəsdə uğradığına dair xəbərlər yayılmışdı. Bildirilir ki, Namazov sui-qəsd nəticəsində yaralanmış, həyat yoldaşı isə dünyasını dəyişmişdi. Ən maraqlısı isə odur ki, Rəhim Namazovun hazırda “Lotu Quli”nin cəbhəsinə sığındığını deyirlər. Hər halda “Şəkinski”nin son canlı yayımında çeçen əsilli “qanuni oğru” “Şeyx Xəməzət”i təhqir etməsi də bu iddianı gücləndirir. Halbuki Rəhim Namazov sui-qəsdə uğramamışdan öncə sosial şəbəkə vasitəsi ilə “Lotu Quli”ni təhqir edir, onun ünvanına ağır ifadələr işlədirdi. Elə onun uğradığı sui-qəsdin sifarişçisinin də məhz Nadir Səlifov olduğu bildirilirdi.

/yenicag.az/

“Bakı bayram libasına bürünüb” – VİDEO

İlin bayramına lap az qalıb. 2018-ci ilin son günlərini yola salırıq və görünür, Bakı yeni ili qarşılamağa tam hazırdır. Daha ətraflı videoda izləyin.

Şəhərimizin müxtəlif yerlərində, xüsusilə də mərkəzdə quraşdırılmış rəngarəng işıqlar şəhərdə əsl bayram ab-havasını yarada bilib.

Sizə isə bütün küknarların yanında şəkil çəkdirmək, bütün bəzəkləri bir-bir gözünüzlə görmək və bizim üçün yaradılan bu bayram ovqatına qərq olmağı arzu edirik!   (sputnik.az)

Manat üçün risk dövrü: Ucuzlaşma olacaqmı?

Ekspertlər manatın idarə edilməsi məsələsində çox da ümidli deyillər.

Cari ilin son aylarında dünya bazarında neft kəskin ucuzlaşsa da, artım bu sürətin əksi qədər ləng gedir. Mütəxəssislər hesab edir ki, neftin 1 barelinin 50 dollardan aşağı düşməsi təhlükəli həddir və bu, Azərbaycan üçün ciddi siqnaldır. Təbii ki, milli valyutanın ucuzlaşması neftin qiyməti kəskin düşdükdən sonra baş verməyəcək. Neftin qiyməti 30-40 dollar arasında dəyişsə belə, Mərkəzi Bank bir müddət gözləmə mövqeyi tutacaq. Əgər neftin qiyməti uzun müddət 50 dollardan az, xüsusən 40 dollar və ondan az olarsa, o zaman Azərbaycan manatının sabitliyi üçün ciddi problemlər yaranacaq. Hazırda ABŞ neftin qiymətinin aşağı olmasında maraqlıdır. 
Bu isə neftin qiymətinin yüksək olacağı ehtimalını azaldır. Hələlik də trend aşağıya doğrudur. Ekspertlər neftin bir barelinin 50 dollarda sabitləşib-sabitləşməyəcəyi barədə proqnoz verməkdə çətinlik çəkirlər.

Azərbaycanda milli valyutanın məzənnəsi 9 aydan çoxdur ki, sabitdir. Manatın cüzi ucuzlaşması ölkədə psixoloji gərginlik yaradar, iqtisadi sabitliyə mənfi təsir edə bilər. Əgər Azərbaycan nefti uzun müddət ucuz satılarsa, ölkənin tədiyyə balansında mənfi saldo yaranar və bu halda devalvasiya qaçılmaz olar. Qeyd edək ki, bir müddət öncə Maliyyə naziri Samir Şərifov çıxışında bildirmişdi ki, Azərbaycana milli valyuta məzənnəsinin həddən artıq möhkəmlənməsi lazım deyil. Nazirin fikrincə, çox güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir: “Onların məhsulları ixrac üçün daha az rəqabətə davamlı olur. Digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, çünki idxal olunan mallar daha da ucuzlaşır”.

Məlumat üçün qeyd edək ki, 2018-ci ildə ABŞ Mərkəzi Bankı (FED) faiz dərəcələrini 4 dəfə artırıb. FED ən son dekabrın 20-də faiz dərəcələrini 25 bənd artıraraq 2.00 faiz – 2.25 faiz aralığından 2.25 faiz- 2.50 faiz aralığına qaldırıb. FED-in 2019-cu ildə 2 dəfə faiz artımına gedəcəyi deyilir.

Ekspertlər bildirirlər ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini artırması ticarət müharibələrinin ən böyük xarici riskləri kimi qiymətləndirilə bilər.
Sadalanan faktorlar devalvasiya mövzusunu yenidən gündəmə gətirib. Maraqlıdır, manatın devalvasiya təhlükəsi gözlənilirmi?

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanın iqtisadi kontekstindən baxaq 2018-ci ilin ikinci yarısı qlobal iqtisadi mühit kifayət qədər dəyişkən olub:“Proses hazırda da davam edir. Məsələyə neftin qiyməti kontekstindən baxsaq, noyabrın əvvəlindən başlayaraq neftin qiymətinin kəskin şəkildə ucuzlaşması ciddi risklər formalaşdırdı. Çox qısa müddətə neft öz dəyərinin təxminən 38 faizini itirdi. Yəni, dünya bazarlarında 86 dollardan tədarük edilən neft 53 dollara qədər ucuzlaşdı.

Bu, təbii ki, Azərbaycan üçün ciddi siqnallar formalaşdırır. Hesab edirəm ki, 2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiymətinin 59 dollardan götürülməsi müəyyən qədər risk faktoru formalaşdırır. Bu, region ölkələrinə, xüsusilə də Azərbaycanın ətraf ticarət tərəfdaşı olan Rusiya üçün ciddi riskdir. Artıq son vaxtlar rus rublu yenidən dəyərsizləşməyə başlayıb. Neftin qiymətinin istiqamətindən asılı olaraq ucuzlaşma prosesi davam edərsə, növbəti ildə daha da sürətlənə bilər ki, bu da Azərbaycan üçün ciddi təzyiqlər yaradır. Analoji proses İranda da davam edə bilər. Qiymətlərin ucuzlaşması İran valyutasının dəyərsizləşməsi prosesini daha da kəskinləşdirə bilər. Onsuz da İran valyutası çox sərt şəkildə öz dəyərini itirib. Neftin qiymətinin ucuzlaşması, İranda, Rusiyada, eləcə də Azərbaycanın milli valyutalarının dəyərsizləşməsi, eyni zamanda dövlət büdcəsində neftin 1 barelinin 59 dollardan götürülməsi yaxın gələcək üçün riskləri daha da artırır”.

Ekspertin sözlərinə görə, yaxın aylarda Azərbaycan manatının müəyyən qədər dəyərsizləşməsi müşahidə oluna bilər: “Dəyərsizləşmə proses iki formada həyata keçirilə bilər. Ola bilər ki, əvvəlki dövrlərdə olduğu kimi sərt qərar qəbul edilsin və yaxud da mərhələli şəkildə məzənnə siyasətinin yumşaldılması ilə manatın dəyərsizləşdirilməsi prosesi aparılsın. Düşünmürəm ki, mövcud faktorlar qısamüddətli dövrdə dəyişməzsə, o zaman bu prosesin qarşısını almaq mümkün olsun”.   /Cebhe.info/

Rusiyadan Ukrayna ilə bağlı gözlənilməz qərar

Rusiya hökuməti 200-dən çox Ukrayna vətəndaşına və şirkətinə qarşı sanksiya tətbiq edib.

Turkustan.info xəbər verir ki, bununla bağlı Rusiya Baş naziri Dmitri Medvedyev qərar imzalayıb.

“Müvafiq qərarı imzaladım. Bu, Rusiya dövlətinin, vətəndaşlarının, şirkətlərinin mənafeyini qorumaq üçün edildi”, – deyə baş nazir Tvitter mikrobloqunda bildirib.

Sanksiya siyahısında bəzi Ukrayna nazirləri, milliyətçi deputatlar, keçmiş baş nazirlər də yer alıb. /Axar.az/

İlham Əliyev 6 sərəncam, 7 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Elbay Qasımzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Turkustan.info sərəncamın mətnini təqdim edir:

Azərbaycan memarlıq sənətinin inkişafında böyük xidmətlərinə görə Elbay Ənvər oğlu Qasımzadə “Şərəf” ordeni ilə təltif edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:

1-ci dərəcəli “Əmək” ordeni ilə

Hüseynov İsgəndər Rəşid oğlu

Nəbiyev Əlizamin Mirzəli oğlu

Şirəliyev Mübariz Məmmədəli oğlu

Vəliyev Fazil Adil oğlu

2-ci dərəcəli “Əmək” ordeni ilə

Abdullayev Fərman Muxtar oğlu

Aslanov Namiq Nəriman oğlu

Bağırova Ağgül Busad qızı

Cəfərov Sahib Calal oğlu

Dadaşov İlqar Fariq oğlu

Məlikov Soltanpaşa Əziz oğlu

Məmmədov Əhmədağa Astan oğlu

Mustafayev Əlövsət Əmir oğlu

Nərimanov Elman Əkbər oğlu

Orucov Babək Nəcəfqulu oğlu

Orucov Valeh Qəşəm oğlu

Vəliyev Bəydabə Eldar oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə

Abdullayev Tahar Vəzir oğlu

Cumayev İmran Ələkbər oğlu

Əzimov Sadıx Bəhlul oğlu

Hüseynov Taleh Nurəddin oğlu

Quliyev Elxan Piri oğlu

Məmmədov Fərhad Əli oğlu

Məmmədov Məmmədxan Saleh oğlu

Yusifov Anar Müzəffər oğlu.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə nazirliyin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar mühəndis”

Bünyətov Yunis Heydər oğlu

“Əməkdar jurnalist”

Cəfərov Pərviz Əziz oğlu.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Energetika sisteminin təkmilləşdirilməsi, əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən birgə tərtib edilmiş Reabilitasiya Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün 40,0 (qırx) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə nazirliyin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Abdullayeva Rəna Ramiz qızı

Əhmədov Nizami İbrahim oğlu

Əliyev Hidayət Məcid oğlu

Əsgərova Gülbahar Zəkəryə qızı

Əzizov Bəxtiyar Əskər oğlu

Həşimova Gülnarə İbrahim qızı

Xəlilova Minayə İbrahim qızı

İsgəndərova Xanım Kazım qızı

Məmmədov Məmməd Kərəm oğlu

Mirzəyeva Dürdanə Fərhad qızı

Nəcəfov Bayram Həsən oğlu

Nuriyeva Minayə Mikayıl qızı.

***

Prezident İlham Əliyev “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1392-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919 – 2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1392-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919 – 2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919 – 2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1392-VQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919 – 2019)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Əsasnamənin 1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə tutulur.

4. “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919 – 2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinə verilsin”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1266; 2018, № 5, maddə 959) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissə üzrə:

1.1.1. “aşağıdakı tərkibdə” sözləri çıxarılsın;

1.1.2. “(bundan sonra – Şura) yaradılsın:” sözləri “yaradılsın.” sözü ilə əvəz edilsin;

1.1.3. birinci və ikinci bəndlər ləğv edilsin;

1.2. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Azərbaycan Respublikası Maliyyə Sabitliyi Şurasının (bundan sonra – Şura) aşağıdakı tərkibi təsdiq edilsin:

Şuranın sədri

Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri

Şuranın üzvləri

Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin sədri

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.”.

2. Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyi Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasında təmsil olunacaq Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçiləri barədə təkliflərini Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasına təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1302-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1302-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, №11, maddə 2030, №12 (I kitab) maddə 2330; 2018, №5 maddə 901, № 10 maddə 1991) 6-cı hissəsinə “yanvarın 1-dən” sözlərindən sonra “2019-cu il” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, №5, maddə 897) 3.2-ci bəndinə “yanvarın 1-dən” sözlərindən sonra “2019-cu il” sözləri əlavə edilsin və həmin bənddə “2021” rəqəmləri “2022” rəqəmləri ilə əvəz edilsin”.

***

Prezident İlham Əliyev Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Sahibkarlığın inkişafı, biznes mühitinin daim yaxşılaşdırılması Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, ötən müddət ərzində sahibkarlıq fəaliyyətinin tənzimlənməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunması sahəsində mühüm nailiyyətlər əldə olunmuş və sahibkarlığın inkişafı üçün beynəlxalq təcrübədə təsdiqini tapmış dəstək mexanizmləri formalaşmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sahibkarlıq subyektlərinin elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulma prosedurlarının daha da təkmilləşdirilməsi, tələb olunan vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, onlara göstərilən xidmətlərin yüksək səviyyədə, keyfiyyətlə, rahat və sahibkar məmnunluğu əsasında reallaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (bundan sonra – sahibkarlar) qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin mövcud qoşulmalarda qazın və suyun ümumi buraxılış həcminin, qoşulma nöqtələrinin dəyişdirilməsi aşağıdakı tələblərə əsaslanır:

1.1.1. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması ilə əlaqədar texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, habelə fiziki qoşulmanın həyata keçirilməsi məqsədilə müraciətlərin qəbulu kiçik və orta biznes evlərində (KOB evlərində) və “ASAN Kommunal” mərkəzlərində (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda isə “ASAN xidmət” mərkəzlərində) təşkil olunur. Tikintiyə icazə icraatı çərçivəsində şəhərsalmaya və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər, sifarişçinin tikintiyə icazə verən orqana (quruma) müraciəti ilə həmin orqanın (qurumun) sorğusu əsasında, bu Fərmanın 1.1.2–1.1.5-ci yarımbəndlərində qeyd olunmuş tələblər nəzərə alınmaqla verilir;

1.1.2. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin qazın və suyun ümumi buraxılış həcminin və qoşulma nöqtələrinin dəyişdirilməsi üçün texniki şərtlər ödənişsiz verilir;

1.1.3. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin qazın və suyun ümumi buraxılış həcminin dəyişdirilməsi haqlarının məbləğini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Bu haqlardan başqa, sifarişçidən şəbəkələrin və sistemlərin gücləndirilməsinə görə ödəniş tələb edilə bilməz;

1.1.4. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması sifarişçinin müraciət etdiyi tarixdən (xəttin çəkilməsi işlərinə sərf olunan müddət istisna olmaqla) ən geci 20 gün ərzində həyata keçirilir;

1.1.5. təbii inhisarda olan mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələri hər bir şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələri və sistemləri, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların müvafiq informasiya sistemlərində yerləşdirilməsini və mütəmadi olaraq yenilənməsi təmin edir;

1.2. sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” ilə müəyyən edilir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə sahibkarların tikinti obyektlərinin qaz təchizatı şəbəkələrinə qoşulması qaydasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə sahibkarların tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması qaydasının layihələrini (layihələrdə bu Fərmanın 1-ci hissəsində qeyd olunan tələblər əsasında hər bir sahibkarlıq subyekti üçün verilən qazın və suyun buraxılış həcminin yuxarı hədlərini göstərilməklə) üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Fərmanın 1.1.5-ci bəndində göstərilən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasını və müddətini müəyyən edən qaydaları üç ay müddətində təsdiq etsin;

2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu Fərmandan irəli gələn zəruri tədbirlərin icrasını təmin etsinlər”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 13; 2016, № 7, maddə 1262; 2017, № 3, maddə 353) ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”nın 24-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:

1. Üçüncü abzasdan “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib edilmiş dövlət sirri təşkil edən məlumatlar siyahısının müvafiq bəndinə istinadla birgə” sözləri çıxarılsın.

2. Dördüncü abzasa “qaralamanın nömrəsi,” sözlərindən sonra “təşkilatda qüvvədə olan məxfiləşdirilməli məlumatlar siyahısının və ya dövlət sirrinə aid edilən məlumatlar siyahısının müvafiq bəndinə istinadla məxfiləşdirilməsinin əsası,” sözləri əlavə edilsin”.

***

Prezident İlham Əliyev “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması, biznes və investisiya mühitinin əlverişliliyinin artırılması istiqamətində işləri davam etdirmək, beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyini daha da yaxşılaşdırmaq, sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı tələb olunan proseduru və müddəti optimallaşdırmaq, sahibkarlara göstərilən xidmətlərin yüksək səviyyədə, keyfiyyətlə, rahat və sahibkar məmnunluğu əsasında həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 527; 2018, № 2, maddə 221, № 8, maddə 1678) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2-ci hissəyə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi;” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi;” sözləri əlavə edilsin;

1.2. 3.1-ci bəndə “müraciətlər” sözündən sonra “kiçik və orta biznes evləri və” sözləri əlavə edilsin;

1.3. 3.2-ci bəndə “mərkəzlərinin” sözündən sonra “və kiçik və orta biznes evlərinin” sözləri əlavə edilsin;

1.4. 3.3-cü bənddən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın və həmin bəndə “ərazi vahidləri üzrə” sözlərindən sonra “kiçik və orta biznes evlərində və” sözləri əlavə edilsin;

1.5. 6.2-ci bəndə “hər bir” sözlərindən sonra “kiçik və orta biznes evində və” sözləri əlavə edilsin;

1.6. 10-cu hissədə “İqtisadiyyat Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,” sözləri əlavə edilsin;

1.7. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” üzrə:

1.7.1. 1.2.1-ci yarımbəndə “yaradılan,” sözündən sonra “kiçik və orta biznes evlərində (bundan sonra – KOB evləri) və” sözləri əlavə edilsin;

1.7.2. 1.2.10-cu yarımbənddə “3.1-1-ci” sözləri “3.1-ci” sözləri ilə əvəz edilsin;

1.7.3. 1.4-cü bənddə “üç mərhələdən ibarət olmaqla, ümumilikdə 24 (iyirmi dörd)” sözləri “iki mərhələdən ibarət olmaqla, ümumilikdə 20 (iyirmi)” sözləri ilə əvəz edilsin;

1.7.4. 1.4.1-ci yarımbəndə “sifarişçinin” sözündən sonra “KOB evlərinə və ya” sözləri əlavə edilsin və həmin yarımbənddən “və sifarişçiyə təqdim edilməsi (göndərilməsi)” sözləri çıxarılsın;

1.7.5. 1.4.2-ci yarımbəndə “fiziki qoşulma” sözlərindən sonra “, tikinti obyektinə elektrik enerjisinin verilməsi, texniki şərtlərin və layihə sənədlərinin təqdim edilməsi, ETM ilə sifarişçi arasında qoşulma aktının (iki nüsxədə) və elektrik enerjisinin alqı-satqı müqaviləsinin (iki nüsxədə) imzalanması” sözləri əlavə edilsin;

1.7.6. 1.4.3-cü yarımbənd ləğv edilsin;

1.7.7. 1.10-cu, 2.1-ci, 2.6-cı, 2.9-cu və 2.18-ci bəndlərdə ismin müvafiq hallarında “mərkəzlər” sözündən əvvəl ismin müvafiq hallarında “KOB evləri və ya” sözləri əlavə edilsin;

1.7.8. 2.12-ci bənddə “8 (səkkiz)” sözləri “6 (altı)” sözləri ilə əvəz edilsin;

1.7.9. 2.14-cü bənd ləğv edilsin;

1.7.10. 2.19-cu bəndə “ETM-in” abreviaturasından sonra “KOB evlərindəki və” sözləri əlavə edilsin;

1.7.11. 3.3-cü bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra 1.4.2-ci yarımbənddə göstərilən sənədlər sifarişçiyə təqdim olunur.”;

1.7.12. aşağıdakı məzmunda 3.8-ci və 3.9-cu bəndlər əlavə edilsin:

“3.8. Qoşulma aktı imzalandığı halda ETM elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlamaqdan imtina edə bilməz.

3.9. ETM ilə sifarişçi arasında qoşulma aktı bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən birtipli formada tərtib edilir.”.

1.7.13. 4-cü hissə ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, №11, maddə 2030, №12 (I kitab) maddə 2330; 2018, №5 maddə 901, № 10 maddə 1991) 6-cı hissəsinə “yanvarın 1-dən” sözlərindən sonra “2019-cu il” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, №5, maddə 897) 3.2-ci bəndinə “yanvarın 1-dən” sözlərindən sonra “2019-cu il” sözləri əlavə edilsin və həmin bənddə “2021” rəqəmləri “2022” rəqəmləri ilə əvəz edilsin”.

Novruz Məmmədov bu vəzifədən çıxarıldı – FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman verib. 
Turkustan.info-nun məlumatına görə, 15 iyul 2016-cı ildə yaradılan Maliyyə Sabitliyi Şurasının sədri baş nazir Novruz Məmmədov, Şuranın üzvləri Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri Natiq Əmirov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankının sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov olub. 
Fərmana əsasən bundan sonra Maliyyə Sabitliyi Şurasının sədri baş nazir Novruz Məmmədov deyil, Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri olacaq. Şuranın üzvləri isə aşağıdakılardır: 
– Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri 
– Birinci vitse-prezidentin köməkçisi 
– Birinci vitse-prezidentin köməkçisi
– maliyyə naziri
– iqtisadiyyat naziri
– Mərkəzi Bankının sədri 
– Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin sədri
– Dövlət Neft Fondunun icraçı direktoru.  /BakuPost/

Sabir Rüstəmxanlı zirvəsi…

Onun adı üç məna daşıyır, səbirli, dözümlü, dəyanətli- hər birindən payı verilib…
Ziyalıdır- haqqı deməkdən çəkinmir…
Ölməzdir- adı özündən çox yaşayacaq…
O, 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1963-cü ildə orta təhsilini başa vuraraq Bakıya yola düşüb. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 
1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində işə qəbul olunub. 1974-1975-ci illərdə ordu sıralarında əsgəri xidmət keçib.
1976-cı ildə “Molla Nəsrəddin və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcə alıb.
1978-ci ildən “Yazıçı” nəşriyyatında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, 1989-1991-ci illərdə “Azərbaycan” qəzetinin baş redaktoru olub. 
1991-ci ildən Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinin sədri, 1992-1995-ci illərdə mətbuat və informasiya naziri vəzifələrində çalışıb. 
1992-ci ildən yaratdığı Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.
1990-cı ildən 2015-ci ilin noybrınadək Milli Məclisin deputatı olub…
Sabir Rüstəmxanlı xalqının qəhrəman övladlarından biridir. Meydan hərəkatında hər ziyalının cürət edib tribunaya qalxa bilmədiyi vaxtlarda o, sovet hökumətinə meydan oxuyurdu. Xalq bunun şahidi olub…
Bəlkə də indi kitabxanalarda toz basıb, amma bir vaxtlar müəllifi olduğu “Ömür kitabı” əldən ələ gəzirdi. Hər kəsin sevə-sevə evinin başında qoruyub saxladığı kitab idi. Onun bu kitabı insanlarda azadlıq təşnəsi yaradır, müstəqilliyə alovlandırırdı…
Onun Azərbaycan mətbuatında da böyük xidmətləri var. 1989-1991-ci illərdə hamının acgözlüklə oxuduğu “Azərbaycan” qəzetinin o dövrdə misli, bərabəri yox idi. Təsəvvür edin, heç kimin deyə bilmədiyi, amma hamının eşitmək istədiyi fikirləri həmin qazetdən tapırdılar…
Sabir Rüstəmxanlının diaspora məsələlərində də xidmətləri az deyil. İpə-sapa yatmayan, hərəsi bir padişah olan, bir-birindən qaçan bəzi soydaşlarımızın bir araya gəlməsində ağsaqqal rolu oynayıb, pis-yaxşı DAK-ı formalaşdıra, yarada bilib…
O, deputat kimi də gərəksiz olmayıb. Tez-tez rayona gedər, insanların xeyir-şərində iştirak edər, əhalinin problemlərini dilə gətirərdi…
Səmimi deyirəm, o, nəinki rayonda, Bakıda, Sumqayıtda yaşayan yurddaşlarının da həmişə xeyir-şərinin bəzəyi olub. Onun hər hansı bir məclisdə iştirakı, ev sahibinə qürur verib, baş ucalığı gətirib…
Sabir Rüstəmxanlı dost kimi də sədaqətlidir. Onun dəstək verdiyi, araya-ərsəyə gətirdiyi onlarla adam tanıyıram. Onların zirvələri fəth etməsində necə deyərlər, bələdçi olub, təkan verib…
Doğrudur, dövlətimiz onun xidmətlərinə həmişə dəyər verib, mükafatlandırıb, amma belə insanlar xalqın ən layiqli övladlarıdır, nə qədər yaşayırlar onlardan istifadə etmək lazımdır…
Onu sevməmək günahdır. “Ömür kitabı”ndan sonra heç nə etməsəydi belə, bu xalqın içində başı uca gəzməyə haqqı var…
Gözümüzün önündə çox insanlar böyüdü, amma heç biri onun boyda ola bilmədi…
Hörmətli Sabir müəllim, sizi Allah da sevir. Ucqar dağ rayonunun, əlçatmaz bir kəndindən gətirib Sabir Rüstəmxanlı zirvəsinədək yüksəldən, Tanrıya şükür!..
Yeni iliniz mübarək!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

“İrəli” İctimai Birliyinin VI hesabat-seçki konfransı keçirilib

Dekabrın 25-də “İrəli” İctimai Birliyinin VI hesabat-seçki konfransı keçirilib. “İrəli”nin təşkilat kimi fəaliyyətinin 10, hərəkat kimi isə 15 illiyinə həsr edilən konfransa dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının təmsilçiləri qatılıblar.

Turkustan.info xəbər verir ki, İctimai Birliyin üzvləri əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

“İrəli” İctimai Birliyinin sədr müavini Orxan Rüstəmov qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, iki il ərzində İctimai Birlik ölkə gənclərinin ictimai, siyasi, iqtisadi, ekoloji, mədəni və digər sahələrdə fəallıqlarının artırılması məqsədilə genişmiqyaslı layihələr həyata keçirib, Birliyə yeni üzvlər qəbul olunub. Bildirilib ki, “İrəli” İctimai Birliyi 2003-cü il avqustun 26-da gənclər hərəkatı kimi fəaliyyətə başlayıb. Qurumun əsas məqsədi Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsinə töhfə vermək və gənclərin inkişafına nail olmaqdır. Beş ildən sonra İctimai Birlik gənclər hərəkatı kimi fəaliyyətini dayandırıb. Qurum 2008-ci il dekabrın 24-dən təşkilat kimi fəaliyyət göstərməyə başlayıb. İctimai Birliyin əsas məqsədi dövlət gənclər siyasətinin inkişafına dəstək ola biləcək gənclərin təşəbbüslərini stimullaşdırmaq və ölkəmizin maraqlarını qoruya bilən vətəndaş cəmiyyətinin formalaşmasında iştirak etməkdir. Həmçinin bu sahədə çalışan dövlət orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndirmək və mövcud əməkdaşlığı gücləndirərək Azərbaycanın gənclər siyasətinin uğurla reallaşdırılmasına töhfə vermək də İctimai Birliyin əsas məqsədlərindəndir.

İctimai Birliyin sədri Mirhəsən Seyidov tədbirdə çıxış edərək deyib: “İrəli” İctimai Birliyi olaraq daim ölkəmizin maraqlarını ön planda saxlamağa, gənclərə düzgün istiqamət göstərərək onların milli-mənəvi dəyərlər ruhunda yetişməsinə nail olmağa çalışmışıq. İnanıram ki, buna nail ola bilmişik. Prezident İlham Əliyevin “gənclərə dəstək ideologiyası” missiyasını əsas tutmuşuq və bunu özümüzə borc bilmişik. “İrəli” İctimai Birliyi olaraq daim öz üzərimizdə çalışırıq. Biz komanda olaraq ölkə gəncliyinin sağlam, intellektual yetişməsini əsas tutaraq dəstəkləyir, onların nümunəvi şəxsiyyət kimi formalaşmasına dəstək olmağa çalışırıq. “İrəli” İctimai Birliyi nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da nailiyyətlər qazanıb. Onlarla gəncimiz xaricdə Azərbaycanı uğurla təmsil edib. Onlar beynəlxalq sahədə Azərbaycan gəncliyinin necə bilikli və istedadlı olduğunu təbliğ edərək ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıblar”.

Sonra Birliyin 2014-2018-ci illərdəki fəaliyyətinin yekunlarına dair hesabat xarakterli videoçarx nümayiş etdirilib.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev çıxış edərək ölkəmizin aparıcı gənclər təşkilatlarından olan “İrəli” İctimai Birliyinin fəaliyyəti dövründə bir sıra mühüm layihələr həyata keçirdiyini vurğulayıb. Bildirib ki, İctimai Birlik Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də ekologiya, elm, təhsil, mədəniyyət, idman, vətənpərvərlik sahələrində yerli və beynəlxalq miqyaslı uğurlu layihələr reallaşdırıb. İctimai Birlik 10 illik fəaliyyəti dövründə Azərbaycanın gənclər təşkilatları arasında özünəməxsus yer tutub”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev qurumun növbəti illərdə də böyük uğurlar qazanacağına əminliyini ifadə edib. Nazir müavini vurğulayıb ki, bu gün Azərbaycanda gənclər hərəkatı dinamik inkişaf dövrünü yaşayır. Ölkəmizdə aidiyyəti dövlət qurumları gənclər təşkilatlarının uğurlu fəaliyyəti üçün lazımi dəstək göstərirlər. Hazırda Azərbaycanda yüzlərlə gənclər təşkilatının olduğunu deyən nazir müavini “İrəli” İctimai Birliyinin fəallığı ilə seçildiyini diqqətə çatdırıb. Qeyd edib ki, regionun ən böyük və peşəkar gənclər təşkilatlarından biri olan “İrəli” İctimai Birliyinin təşkilat kimi 10, hərəkat kimi fəaliyyətinin 15 yaşı tamam olur. İctimai Birlik reallaşdırdığı layihələrlə ölkəmizin inkişafına töhfə vermək istəyən gənclərin təşəbbüslərinin həyata keçirilməsinə şərait yaradır. Ulu öndər Heydər Əliyev daim Azərbaycanda yüksək intellektli, vətənpərvər gənclərin yetişməsinə çalışırdı. Sevindirici haldır ki, Azərbaycandakı gənclər təşkilatlarının, o cümlədən “İrəli” İctimai Birliyinin üzvləri ölkəmizin inkişafında fəal iştirak edirlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri İrfan Davudov dövlət gənclər siyasətinin əsas istiqamətlərindən danışaraq bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində gənclərə xüsusi diqqətlə yanaşıb. Ümummilli Liderin parlamentdə gənclərlə görüşü, Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı Fərmanı dahi rəhbərin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz göstəricisidir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində bu sahədə Dövlət proqramları qəbul olunur, mühüm tədbirlər reallaşdırılır. Məhz bu qayğının sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar. Bu gün ölkəmizdə fəaliyyət göstərən QHT-lər arasında gənclər təşkilatları fəallıqları ilə seçilirlər”, – deyə İ.Davudov qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılması nəticəsində müstəqil ölkəmizdə dinamik və vətənpərvər gəncliyin yetişdiyini qeyd ediblər. Bildirilib ki, təşkilatın müəyyənləşdirdiyi prioritet istiqamətlərə nəzər yetirdikdə Birliyin öz üzərinə böyük məsuliyyət götürdüyünü görmək mümkündür. Əminliklə diqqətə çatdırılıb ki, “İrəli” İctimai Birliyi qarşıdakı dövrdə də bu istiqamətdə uğurlu layihələr həyata keçirəcək.

Çıxışlardan sonra səsvermə olub və Mirhəsən Seyidov yenidən “İrəli” İctimai Birliyinin sədri seçilib. Səsvermə nəticəsində qurumun idarə heyətinin tərkibi də formalaşdırılıb.

Mirhəsən Seyidov çıxış edərək dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi, gənclərin ideya və təşəbbüslərinin üzə çıxarılması və dəstəklənməsi işində bundan sonra səylə çalışacağını bildirib.

Konfransda İctimai Birliyin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurumların təmsilçiləri təltif olunublar.

Bakıda öldürülən iş adamı ilə bağlı – ŞOK İDDİA

Bir neçə gün əvvəl paytaxtın Xətai rayonunda qətlə yetirilən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, iş adamı Fariz Vahabovun qətlinın yeni detalları məlum olub.

Turkustan.info xəbər verir ki, Fariz Vahabovun seksual manyak olduğu iddia olunur.

Məlumata görə, Fariz Vahabov yaşadığı binanın qadınlarını videoya çəkib, onları şantaj edib. Hətta onun öz həyat yoldaşının da intim videosunu çəkdiyi və həmin videonu digər şəxslərə göndərdiyi də bildirilir.

Bundan başqa, Fariz Vahabovun qadınları şantaj etməklə onlarla intim əlaqədə olması barədə də iddialar var.

Bununla da Fariz Vahabov yaşadığı ərazidə seksual manyak kimi tanınıb.

Bu qətl hadisəsi ilə bağlı həbs olunan olmasa da, hadisənin baş verdiyi ərazidə olan şəxslərin ifadəsi alınıb. Həmin şəxslərin də ifadələrində Fariz Vahabovun seksual manyak olduğunu təsdiqlədikləri bildirilir.

Ərazidə olan kameralar vasitəsilə araşdırma aparılsa da, Fariz Vahabovun qətlini törədən şəxs müəyyən edilməyib.

Qeyd edək ki, dekabrın 20-də Xətai rayonunun Sadıqcan küçəsində Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Fariz Vahabov özünə məxsus “Hunday” markalı avtomobilində naməlum şəraitdə güllələnib.

Fariz Vahabov hadisə yerində ölüb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onun bədənində güllə xəsarəti ilə yanaşı bıçaq xəsarətləri də aşkarlayıblar.

Ehtimal olunur ki, Fariz Vahabov avtomobilində bir neçə nəfərlə mübahisə edib. O, əvvəlcə bıçaq xəsarəti alıb, daha sonra güllələnərək qətlə yetirilib.

İstintaq araşdırması zamanı Fariz Vahabovun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olması üzə çıxıb. O, nazirlik ləğv edilməmişdən əvvəl orqandan xaric edilib.

O, həmin vaxtdan biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb.

İlkin ehtimala görə, Fariz Vahabov pul mübahisəsi üstündə öldürülüb.

Fariz Vahabovu qətlə yetirən şəxs və ya şəxslərin kimliyi müəyyən edilməyib. Hazırda qətli törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görülür.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ilkin olaraq cinayət işi başlansa da, iş sonradan alınaraq araşdırılması üçün Bakı şəhər Prokurorluğuna təqdim olunub.   /Teleqraf.com/

 

İcbari tibbi sığorta haqlarının ödənişi belə olacaq

İcbari tibbi sığorta haqları ilə bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişikliklərin edilməsi təklif olunur.

Turkustan.info-nun məlumatına görə, yeni təkliflər xidmətlər zərfinin baza hissəsi üzrə təqvim ili üçün adambaşına 29 manat sığorta haqqının ödənilməsini nəzərdə tutur.

Xidmətlər zərfinin əlavə hissəsi üzrə təklif edilən ödənişlər kateqoriyalardan asılı olaraq, dəyişir.

Xidmətlər zərfinin əlavə hissəsi üzrə Milli Məclis, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə işləyən şəxslər üçün sığortalı tərəfindən hesablanmış əməyin ödənişi fondunun 2 faizi, sığortaolunan tərəfindən işçinin əməkhaqqının 2 faizi qədər sığorta haqqı təklif edilir.

Xidmətlər zərfinin əlavə hissəsi üzrə eyni sığorta haqqı məbləği neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Əmək Məcəlləsinə uyğun olaraq, bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən, işləyən şəxslərə də aid edilməsi təklif edilir.

İşləməyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hallarda – 18 yaşınadək şəxslər, peşə, orta ixtisas və ya ali təhsil müəssisələrində əyani təhsil alan 23 yaşınadək Azərbaycan vətəndaşları, əmək pensiyası alan, sosial müavinət almaq hüququna malik olub əmək qabliyyəti olmayan şəxslər, ünvanlı sosial yardım alan ailənin üzvləri, hamilə qadınlar, doğuşdan sonrakı dövr üçüb ödənişli sosial məzuniyyətdə olan qadınlar, qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar üçün xidmətlər zərfinin əlavə hissəsi üzrə illik ödənişin adambaşına 120 manat olması təklif edilib.

Layihəyə görə, icbari tibbi sığortanın maliyyə mənbələri icbari tibbi sığorta haqları, dövlət büdcəsinin vəsaiti, subroqasiya hüququnun istifadəsi nəticəsində əldə edilən gəlirlər, icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin investisiyaya yönəldilməsi nəticəsində əldə edilən gəlirlər, “İcbari sığortalar haqqında” nəzərdə tutulmuş təqvim haqqından ayırmalar, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nətiəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanununda nəzərdə tutulmuş sığorta haqqından ayırmalar, “Qrant haqqında” qanuna uyğun verilən qrantlar, ianələr və yardımlar, azadolma məbləği və bu qanunun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən və hesablanmış faizlərdən daxilolmalardır.  /Trend/

Ərinə xəyanət edərkən yaxalanan qadından ŞOK SÖZLƏR: “O, sadəcə oturub” – VİDEO

Rusiyada ər ona xəyanət edən arvadını sevgilisi ilə yataqda yaxalayıb.

Turkustan.info xəbər verir ki, səhər saatlarında evə gələn ər yataq otağında yarıçılpaq kişi ilə qarşılaşıb. Nə baş verdiyini soruşan qəzəbli kişiyə arvadı “O sadəcə burada oturub”, –  deyə cavab verib.

Sözügedən görüntüləri sizə təqdim edirik: 

/A24.Az/

Prezident yeni polis maşınlarına baxdı – FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub.

Turkustan.info xəbər verir ki, Prezident İlham Əliyev açılış mərasimində iştirak edib. Ölkə başçısı daha sonra xidməti istifadə üçün alınan yeni avtomobillərə baxıb.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti bölüyünə təqdim olunacaq nəqliyyat vasitələri son model “Mercedes” AMG C43 markalı avtomobillərdir. İndiyədək Dövlət Yol Polisinin Yol Patrul Xidməti avtomobilləri əsasən BMW markalı maşın olub.

Türkiyə İŞİD-i təkbaşına məhv etməyə hazırlaşır

Türkiyə təkbaşına Suriyada İŞİD terror qruplaşmasını məhv edə bilər.

Turkustan.info-nun xəbərinə görə, bu barədə ölkənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bəyan edib.

Çavuşoğlunun sözlərinə görə, bununla belə Ankara digər ölkələrlə – İran və Rusiya, həmçinin koalisiya partnyorları ilə tərəfdaşlıq etməyə hazırdır.

Nazirin bildirib ki, Türkiyə və ABŞ amerikalı hərbçilərinin Suriya ərazisindən çıxarılmasına qədər Manbic üzrə yol xəritəsini razılaşdırıblar.

Xatırladaq ki, bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampı Ankaraya dəvət edib. Dövlət başçıları telefon söhbəti zamanı kürd qruplaşmalrının fəaliyyətini müzakirə ediblər.    /oxu.az/

Lotu Quli̇ni̇n düşməni̇ Azərbaycana gəldi̇ – VİDEO

Çeçen “qanuni oğru” Həmzət Qastəmirov (Şeyx Həmzət) Azərbaycana gəlib.
Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, o, mərhum azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin məzarını ziyarət edib. Onun məzarına əklil qoyan Həmzət Qastəmirov Rövşən Canıyevi heç vaxt unutmayacağını və unutdurmayacağını da bildirib.
Şeyx Həmzət Lənkəranskinin məzarından video da paylaşıb.
Qeyd edək ki, bir müddət əvvəl Həmzət Qastəmirovun düşməni olan kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) Türkiyədən Azərbaycana ekstradisiya olunub. O, Bakıda ciddi nəzarət altında saxlanılır. Ən son məlumatlara görə, onun yanına yaxın çevrəsinə daxil olan çox məhdud sayda şəxslər buraxılır.
Sözügedən görüntüləri sizə təqdim edirik:

Bacısını övladlarının gözü qarşısında öldürüb – Bakıda (Təfərrüat)

Bacısını 3 övladının gözü qarşısında öldürən qardaş Ali Məhkəməyə müraciət edib.

Turkustan.info-nun məlumatına görə, cinayət məcəlləsinin 120-ci maddəsi ilə məhkum olunan Davıdov Elşad Anatoli oğlunun Ali Məhkəmədə keçiriləcək məhkəmə prosesinə hakim Hafiz Nəsibov sədrlik edəcək.
Qeyd edək ki,qanlı cinayət hadisəsi 2016-cı il aprel ayının 16-də Bakının Nizami rayonunda törədilib. İttiham aktına görə, qardaşı tərəfindən qətlə yetirilən 34 yaşlı Davıdova Turanə Anatoli qızının qardaşı Elşad ilə münaqişəsi yaranıb. Münaqişəyə Turanə Davıdovanın ərə getmək istəməsi səbəb olub.

Qeyd edək ki, Davıdovlar əslən Ağdam rayonundadırlar və Bakıda məcburi köçkün kimi məskunlaşıblar. Turanə Davıdova indiyədək iki dəfə ərdə olub. Onun ikinci həyat yoldaşı 2015-ci ilin yanvarında intihar edib. Bundan sonra qadın 3 övladı ilə birlikdə Naxçıvanski küçəsindəki kirayədə yaşayıb. Bir müddət əvvəl Turanə Davıdova bir kişi ilə tanış olub və onlar bir evdə yaşamağa başlayıb. Turanə Davıdovanın bundan narazı qalan qardaşı Elşad onun kirayədə qaldığı evə gəlib. Həmin vaxt qadının nikahsız yaşadığı sevgilisi də evdə olub. Elşad ondan evi tərk etməsini istəyib və bacısı ilə söhbətinin olduğunu bildirib. Qardaş və bacı arasında mübahisə davaya çevrilib. Elşad bacısını döş qəfəsindən bıçaqlayıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə baş verən zaman Turanə Davıdovanın azyaşlı üç övladı da evdə olub. Uşaqlar köməyə qonşuları çağırmaq istəsələr də, Elşad Davıdov buna mane olub. 1977-ci il təvəllüdlü Elşad Davıdov bacısını qətlə yetirdikdən sonra Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarına təslim olub.

Elşad Davıdov ilkin ifadəsində bacısının keçirdiyi həyat tərzi ilə bağlı ona xəbərdarlıq etdiyini və münaqişənin də bu zaman yarandığını deyib. /Ölkə.Az/

“Mehriban Əliyeva heç bir sosial şəbəkə istifadəçisi deyil” – Katiblik aydınlıq gətirdi

Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyi bəyanat yayıb.

Turkustan.info xəbər verir ki,bəyanatda qeyd olunur ki, son zamanlar sosial şəbəkələrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın adından saxta hesabların yaradılması, fotoşəkillərini paylaşaraq ona aid olmayan fikir, sitat və ölkə vətəndaşlarına müraciətlərin yayımlanması geniş yer alıb.

Bu cür yalan yazıların artmasını nəzərə alaraq, onların yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi bəyan edir ki, xanım Mehriban Əliyeva heç bir sosial şəbəkə istifadəçisi deyil və onun bütün müraciət və bəyanatları auditoriyaya yalnız rəsmi KİV vasitəsilə çatdırılır.

Bəyanatda bildirilir:

“Media və sosial şəbəkələrdə ölkənin Birinci vitse-prezidenti adından dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair saxta açıqlamaların verilməsi çaşqınlıq doğurur. Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətinə dair dolğun, rəsmi və doğru informasiyaya sərbəst çıxış mövcud olduğu halda, həqiqətə uyğun olmayan məlumatların istifadəsi və paylaşılması yolverilməzdir.

Təkidlə hər kəsi məsuliyyətli olmağa və yoxlanılmamış, saxta və təxribat xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq”.

Temperatur enəcək, yağış və qar yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yaxın üç gün ərzində küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir güclənən cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, dekabrın 28-də arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Rayonlarda dekabrın 27-28-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Qərb küləyi dekabrın 26-dan dekabrın 28-i axşamadək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.   /minval.info/

8 yaşlı uşağın müəmmalı intiharı – Ölümün nə olduğunu bilməyən uşaq özünü necə asa bilər?

Bir neçə gün əvvəl Zaqatala şəhərində 8 yaşlı məktəbli intihar edib. 2-ci sinif şagirdinin bacısının ad günündə özünü asdığı bildirilir.
Lakin hələ 8 yaşı olan bir uşağın intihar barədə məlumatlı olması, özünü asması, niyə asdığı ilə bağlı bir çox suallar yaradır. 8 yaşlı uşaq özünü niyə assın? 8 yaşlı uşaq intiharın nə demək olduğunu dərk edirmi?
Turkustan.info xəbər verir ki, Medicina.az məsələnin aktuallığını nəzərə alaraq bəzi suallara cavab tapmaq üçün psixoloq Xatirə Səfərovaya müraciət edib.
Psixoloq açıqlamasında bildirib ki, 8 yaşlı uşaq nəinki intihar etməyin, heç ölümün nə olduğunu dərk etmir: “Bu səbəbdən də özünü öldürmək fikirləri uşaq psixologiyası üçün yad bir anlayışdır. Bu yalnız hansısa bir kompüter oyunun təsiri altında və ya intihar videolarını izləyərək özünü oradakı qəhrəmanlara bənzətmək məqsədilə həyata keçirə bilər. Bu zaman uşaq “oyunun” bu cür nəticələnəcəyindən xəbərsiz olur. Burada söhbət “mavi balina” oyunundan da gedə bilər. Çünki belə oyunlarda və videolarda intiharın yolu, qaydaları açıq-aşkar şəkildə göstərilir. Burada hətta atılan addım intihar məqsədilə olmaya da bilər. O yaşda uşaq sadəcə oyun oynadığını düşünür. Nəticənin isə ölümə apara biləcəyindən xəbərsizdir. Çünki onun hələ ölüm haqda heç bir anlayışı yoxdur”. 
X. Səfərovanın sözlərinə görə, insanlarda ölüm və intihar anlayışı əsasən 12 yaşdan  sonra formalaşır: “Bu hadisəyə birbaşa münasibət bildirmək də düzgün olmazdı. Çünki 8 yaşındakı uşaq ailədaxili münaqişələr səbəbindən heç vaxt gedib özünü öldürməz. Ümumiyyətlə 8 yaşlı uşağın intihara əl atması çox nadir hallarda rast gəlinən bir hadisədir. 8 yaşında uşaq hələ dünyanı və ölümü dərk edə bilmir. Amma deyə bilərəm ki, uşaqlar müxtəlif məzmunlu cizgi filmlərinə baxaraq özlərini onlara bənzətməyə çalışırlar. Məsələn, o yaşda hansısa uşaq “Hörümçək adam” cizgi filminə baxaraq uçmağa cəhd göstərə bilər. Bu yaşanan hal da sadəcə olaraq bu cür nümunələrdən biri ola bilər. Bu yaşda uşaqlarda depressiya və bu səbəbdən də intihar fikirləri qətiyyən yarana bilməz. Çünki onlar hələ yaşamağın və yox olmağın fərqini ayırd edə bilmirlər. Burada nəsə dəqiq bir fikir söyləmək üçün həmin məkanda olmalı, həmin yeri, hətta uşağın əynində olan paltarı görmək tələb olunur. İndi bütün sadalananlar fərziyyə olaraq qalır”. 
“Gizli inkişaf edən problemlərin mövcud olması da fərziyyələrdən biridir” deyən psixoloq sosial şəbəkələrdən qaynaqlanan dərin qorxunun son dövrlər ən çox rast gəlinən məsələ olduğunu əlavə edib: “Son zamanlan uşaqların psixoloqlara gətirilməsinin əsas səbəblərindən biri onlarda yaranan dərin qorxudur. Bu qorxular uşaq sosial şəbəkədə hansısa bir video izləyərkən ekrana qəfil çıxan qorxunc görüntü nəticəsində yarana bilir. Bu, uşaq psixikasında kriz yaradır. Ona görə də uşaqların çoxunda kəkələmə, otaqda tək qala bilməmə, məktəbə getmək istəməmə kimi psixoloji problemlər meydana çıxır. Bu səbəbdən hətta uşaqlarda “panik atak” da yarana bilər. Nəticədə də uşaqların beyinlərində “indi öləcəyəm” kimi fikirlər dolaşa bilər. Bu, hətta 5-8 yaş arası uşaqlarda tez-tez rast gəlinən bir haldır. Bir çox hallarda isə uşaqlarada opsetiv-kompulsiv fikir və davranış pozuntuları yaranan zaman da eyni fikirlər meydana çıxa bilər. Bunun nəticəsində də uşaqlarda ölüm qorxusu yarana bilər. Amma birmənalı şəkildə özünü kəndirlə asma hadisəsini törətmək heç də inandırıcı görünmür. 
Həmçinin 8 yaşlı uşağın bacısını qısqanması təqdirdə özünü öldürməsi fikri də absurddur. Çünki qısqanclıq yaşayan uşaq özünü öldürmək yerinə, qısqandığı bacı-qardaşına kitabını cırmaq və ya oyuncağını sındırmaq kimi cəzalar verə bilər”.    
Qeyd edək ki, dekabrın 22-də axşam saatlarında Zaqatala şəhər sakini, 2010-cu il təvəllüdlü Eşqin Fərmayıl oğlu Əhmədovun meyiti yaxınları tərəfindən şəhərin Azərbaycan prospektindəki fərdi yaşayış evlərinin birinin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkarlanıb. Faktla bağlı Zaqatala rayon Pokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Universitetlərə qəbul olmayanlar üçün əlavə şans – Abituriyentlər risklə üzləşməyəcək

Cari ildə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı və ixtisas qrupları üzrə imtahanda yaxşı nəticə göstərərək ali məktəbə qəbul ola bilməyənlər üçün növbəti ildə iki seçim imkanı olacaq. 
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə BakuPost-a açıqlamasında deyib ki, Nazirlər Kabinetinin ötən gün təsdiqlədiyi  “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” və “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları” abituriyentlərə belə seçim imkanları yaradacaq.   
Qeyd edək ki, “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”na əsasən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün – tədris dili, xarici dil və riyaziyyat, tədris ingilis, fransız və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər üçün – xarici dil və riyaziyyat fənlərindən olmaqla, Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır. Buraxılış imtahanını yalnız xarici dil və riyaziyyat fənlərindən verən şagirdlər üçün imtahanın davametmə müddəti 2 saatdır. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər. İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 100 baldır. İmtahanın davametmə müddəti 45 dəqiqədir.
Cari ilin məzunlarının ali məktəbə qəbul olması üçün buraxılış və ixtisas qrupları üzrə imtahanın birgə nəticələri əsas götürülür. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən ixtisas qrupları üzrə imtahanda, yəni qəbul imtahanının ikinci mərhələsində abituriyentlərə hər fənn üzrə 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal nisbi əmsalı 1,5 olan fənlər üzrə 150 bal, nisbi əmsalı 1 olan fənlər üzrə 100 bal olmaqla, cəmi 400 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.
“Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən buraxılış imtahanının nəticələri cari və növbəti tədris illərində qüvvədədir. Ancaq yeni Qaydalar cari ildə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı və ixtisas qrupları üzrə imtahanda yaxşı nəticə göstərərək ali məktəbə qəbul ola bilməyənlərə növbəti ildə bir neçə şansdan istifadə etmək imkanı yaradır. 
X. Xanlarzadə BakuPost-a bildirib ki, tutaq ki, abituriyent bu il buraxılış imtahanını verib və bu imtahanını nəticələri cari və növbəti tədris illərində qüvvədədir: “Ali məktəbə daxil ola bilməyən abituriyent növbəti tədris ilində qəbul imtahanının birinci mərhələsinə qatılmadan ikinci mərhələnin imtahanında iştirak edə bilər. Ancaq bu halda abituriyentin seçim imkanı olacaq. Sadə dildə desək, tutaq ki, abituriyent buraxılış imtahanından 5 bal toplayıb, növbəti ildə nəticələrini yüksəltmək üçün buraxılış qaydasında keçirilən qəbul imtahanının birinci mərhələsində iştirak etmək istəyir. Abituriyentə belə bir şans yaradılacaq. Deyək ki, abituriyent buraxılış qaydasında keçirilən imtahanda öncəki il keçirilən buraxılış imtahanı ilə müqayisədə daha yüksək bal topladı, sonra da  ixtisas qrupları üzrə imtahanda iştirak etdi.  Beləliklə, abituriyent qəbul imtahanının bu iki mərhələsində topladığı ümumi balla ixtisas seçimi edə biləcək. Ancaq o da ola bilər ki, abituriyent növbəti ildə buraxılış imtahanı qaydasında keçirilən qəbul imtahanında daha zəif nəticə göstərsin. Bu da mümkündür. Çünki abituriyentlər orta məktəbdə oxuduqları dövrdə daha hazırlıqlı olur və aradan keçən bir ildən sonra daha zəif nəticə göstərə bilər. Sadə dillə desək, tutaq ki, abituriyent cari ildə buraxılış imtahanında 200 bal toplayıb, növbəti ildə nəticəsini daha da yaxşılaşdırmaq üçün qatıldığı buraxılış imtahanı qaydasında keçirilən imtahanda isə 180 bal topladı. Ancaq bu halda abituriyentin bir il əvvəl buraxılış imtahanında topladığı 200 balı və ixtisas qrupları üzrə keçirilən imtahanda toplayacağı bal əsasında ixtisas seçiminə getməsi şansı olacaq. Abituriyentə belə icazə veriləcək”. 
DİM sektor müdiri yeni Qaydalarda indiyə qədər olduğu kimi ixtisas qrupları üzrə qəbul imtahanlarının yaz və yay sessiyalarının təşkil ediləcəyini xatırladıb. Yəni abituriyentlər ixtisas qrupları üzrə imtahanda iki dəfə şanslarını sınaya biləcəklər. Yekunda isə abituriyent ixtisas seçimində yaz və yay sessiyalarında iştirak etdiyi iki imtahandan hər hansı birinin nəticəsini əsas götürə bilər.    /bakupost.az/ 

İnternet mediaya da pul ayrılacaq – Vüqar Səfərli

“İnternet resurslarına dövlət dəstəyi nəzərdə tutulub”.

Turkustan.info xəbər verir ki, bunu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib.

V.Səfərli bunun üçün müzakirələrin aparıldığını vurğulayıb:“Amma burada seçim edilərkən peşəkar KİV-lərə üstünlük veriləcək. Yəni kimsə evdə oturub 5-6 sayt idarə edəcəksə, elə KİV-lərə dəstək göstərilməyəcək”.

İcracı direktor gələcəkdə internet resurslarına dövlətin maliyyə dəstəyi göstərməsinin medianın inkişafında mühüm rol oynayacağını qeyd edib. /Modern.az/

Səmalar oğlu…

Azərbaycanca fikrlərini çətinliklə ifadə edir- ölkədə yeganə insandır ki, heç kim bunu ona irad tutmur…
Ziyalıdır- gördüklərinə biganə qala bilməyənləri belə adlandırırlar…
Cəsarətlidir- xalqın ağrı-acısını hayqırmağı bacarır…
Həqiqətin məxsus olduğu dil yoxdur- hansı dildə desən də, həqiqət elə həqiqətdir…
Avropa, Asiya və eləcə də Amerikada onu tanıyanlar az deyil- Tanrı ona elə bir şey verib ki, o şey məkan tanımır. Biz ona ad qoymuşuq- istedad…
Sevilir- sevməyi bacardığındandır…
O, 1959-cu il aprelin 7-də Bakı şəhərində dünyaya gəlib. 1976-cı ildə 189 nömrəli məktəbdə orta təhsili bitirərək Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub, 1981-ci ildə orada ali təhsilini başa vuraraq, hüquqşünas ixtisasına yiyələnib.
1981-ci ildə əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi kimi başlayıb. Bir müddət sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP-nin Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 
1989-cu ilin fevralında Azərbaycan Yazıçılar İttifaqının katibi seçilib. 
1988-ci ildə “Beynəlxalq təcavüz problemləri” mövzusunda dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Polşanın Krakov Universitetinin fəxri professoru, H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədridir. 
1991-ci ildə yenidən “Beynəlxalq cinayət problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib və hüquq elmləri doktoru elmi dərəcəsinə yiyələnib. 
Xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” və “Şöhrət” ordenlərnə layiq görülüb…
Böyük insandır- onu belə göstərən SÖZü və əməlləridir…
Təvəzökardır- özünü tanıyanların adətidir…
Onun da hamı kimi adı var, mənası- səmalar oğlu…
Çingiz Abdullayev! Bu ad və soyad bütöv bir xalqın qürur yeridir. O, xalqını sevdiyi kimi, xalqı da onu sevir…
Əzizimiz Çingiz müəllim, yeni iliniz mübarək!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Kolumbiya Qarabağla bağlı qətnamə qəbul etdi

Kolumbiya Parlamentinin xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini dəstəkləyən qətnamə qəbul edib. Qətnamə Azərbaycan Respublikasının Boqotadakı Səfirliyinin müvəqqəti işlər vəkili Həmid Zeynalova rəsmi olaraq təqdim edilib.

Turkustan.info xəbər verir ki, Qətnamədə Kolumbiya Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli münasibətlərin vacibliyi vurğulanır, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər 7 rayonunun Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində işğalı, habelə Azərbaycan əhalisinin etnik təmizlənməsinə məruz qalmasından Kolumbiya tərəfinin narahatlığı qeyd edərək Ermənistanın bu aqressiyası pislənir və dünya ictimaiyyətini bu hadisələrin insanlığa qarşı cinayət kimi qiymətləndirilməsinə çağırır.

Həmçinin, Azərbaycan torpaqlarının indiyədək işğal altında qalması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək öz həllini tapmadığına görə Kolumbiya tərəfinin dərin təəssüfü vurğulanır və bu münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri, həmçinin  münaqişə üzrə qəbul olunmuş beynəlxalq hüquqi sənədlərin, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında sülh yolu ilə həll edilməsinə çağırır.

Eyni zamanda, qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqın və məcburi köçkünlərinin dərhal öz doğma torpaqlarına qayıtması üçün şəraitin yaradılmasını tələb edilir.

Sonda sözügedən sənəddə  Kolumbiya Respublikası Senatının xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Azərbaycan Hökuməti və xalqı tərəfindən ölkəsinin müdafiəsi üçün həyata keçirdiyi bütün səyləri tam dəstəkləyir və fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Kolumbiyadakı Səfirliyinin yüksək fəaliyyətini xüsusi vurğulayır.  /Modern.az/

Bakıda bu şadlıq sarayı fahişəxana çıxdı: “30 manata görüşürəm” – VİDEO

Bakının Binəqədi rayonunda əxlaqsızlıq yuvası fəaliyyət göstərir.

Bu barədə oxucular BAKU.WS-ə şikayətlərində bildiriblər. Paytaxt sakinlərinin sözlərinə görə, Biləcəri yolunda “Sevgi palace” adlı şadlıq sarayının yanında masaj salonu var.

Bu şadlıq sarayında toy və nişan mərasimləri keçirilir. Ətrafda isə yaşayış məntəqələri var. Əhali dəfələrlə şikayət etsələr də, fahişəxana rəhbərliyilə bacaran olmayıb.

Vaxtı ilə “Dalğa” adlanan bu məkan bir neçə dəfə bağlansa da, sonradan yenidən açılıb.

Bura xəstəlik mənbəyidir. Gecələr bu ərazidə səs-küydən, dava-dalaşdan qulaq tutulur. Gecələr adı çəkilən fahişəxanada çalışan qızların sayı çox olur. Gündüz isə burada 2-3 qız çalışır.

Videonu çəkən şəxs obyektə daxil olub və qızlarla xidmət haqqında danışıb.

“Masaj var, görüşmək var. Bir saatı 45 manat, yarım saatı 30 manata görüşürəm. Otaqlarımız təmizdir, narahat olmayın”. – deyə qız bildirib.

Gürcüstanda “donuz qripi” can aldı – Azərbaycanliların vəziyyəti necədir?

Gürcüstanda H1N1 (“donuz qripi”) virusunun “A” növünə yoluxan bir xəstə dünyasını dəyişib. Həmin virusa yoluxmuş 53 yaşlı qadın Batumidəki xəstəxanaların birində ölüb. Xəstə tənəffüs yollarında yaranmış problemlə əlaqədar dekabrın 17-də Batumi Respublika Xəstəxanasına yerləşdirilmişdi.

Turkustan.info bildirir ki, Modern.az saytı məsələnin ciddiliyini nəzərə alaraq Gürcüstanla əlaqə saxlayıb. Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev saytımıza açıqlamasında deyib ki, məsələ tam nəzarətdədir.

“Virus barədə məlumatlıyıq. Təəssüf ki, dünən bir nəfər Gürcüstan vətəndaşı dünyasını dəyişib.  Aidiyyatı üzrə qurumlar vətəndaşları maarifləndirməkdə davam edir. Azərbaycanlılar yaşayan bölgələrdə soydaşlarımız üçün hər hansı təhlükə yoxdur. Səhiyyə işçiləri məsələni diqqətdə saxlayır. Xəstəxanalara müraciət edənlərin sayı barədə ürəkaçan nəsə yoxdur. Çünki  H1N1 virusuna yoluxanlar çoxdur. Çalışırıq ki, insanları məlumatlandıraq və virusun yayılmasının qarşısının alınmasında yardımçı olaq”

Qeyd edək ki, Gürcüstan İctimai Sağlamlıq Mərkəzinin məlumatına görə, Acarıstanda laboratoriyada aparılmış yoxlama zamanı H1N1 virusuna yoluxma ilə əlaqədar 3 fakt qeydə alınıb. Virusa yoluxma halları ilə əlaqədar xəstəxanalara müraciət edənlərin sayı kəskin artıb.

H1N1 virusunun “A” qrip tipi daha çox yayılıb. Bu virus insanlarla yanaşı, bir çox heyvanlarda da aşkar edilib.

Elmar Məmmədyarov: “Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmasların bərpa edilməsi vacibdir”

“Ümid edirik ki, qarşıdan gələn 2019-cu ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaq”. 

Turkustan.info bildirir ki, bunu “Report”un sualına cavab olaraq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

XİN başçısı vurğulayıb ki, münaqişənin həllində əldə olunan irəliləyiş bölgədə sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, bütün regionda, ilk növbədə isə Ermənistanın özündədavamlı iqtisadi inkişafa imkanlar açacaq: “Ölkəmiz digər etnik mənsubiyyətdən olan Azərbaycan vətəndaşları kimi,öz beynəlxalq öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağdakı erməni əsilli vətəndaşlarının da təhlükəsizliyini təmin etməyə və onlara Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır. Ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması öz doğma yurd-yuvalarına geri qayıtmağa hazırdır və icmanın bu yaxınlarda verdiyi bəyanatında qeyd olunan məsələ növbəti dəfə səsləndirildi.Xatırlayırsınızsa, bir müddət öncə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmaslar mövcud idi, lakin əfsuslar olsun ki, Ermənistanın keçmiş siyasi rəhbərliyinin xidmətləri nəticəsində bu təmaslara son qoyuldu. Bilirsiniz, torpaqları götürüb başqa bir yerə köçmək mümkün deyil və münaqişənin həllindən sonra, əlbəttə sözügedən iki icma birgə yaşamalı olacaq. Məhz bu baxımdan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmasların bərpa edilməsi vacibdir və bu təmaslar təşviq olunmalıdır”.

“Stratfor”dan 2019 üçün proqnoz: Güclərin toqquşması…

“Stratfor” şirkəti 2019-cu illə bağlı proqnozları yayımlayıb.

Turkustan.info şirkətin proqnozlarını müxtəsər şəkildə təqdim edir:

Böyük güclərin rəqabəti güclənəcək

ABŞ Çinə qarşı strateji hücumunu rüsumlar, sanksiyalar, yeni texnologiyalara normativ bareyerlər tətbiq edərək artıracaq. Bu sahədə xüsusilə Tayvana aktiv dəstək veriləcək və Cənubi Çin dənizində israrlı fəaliyyətini davam etdiriləcək. Eyni zamanda silahlanmaya nəzarət razılaşmasına əməl edilməməsi ABŞ, Rusiya və Çin arasında silahlanma yarışını sürətləndirəcək.

Gərgin geosiyasi iqlim müəyyən dövlətlərə, xüsusilə Polşa və Tayvan kimi ölkələrə münbit strateji imkan yaradacaq, amma bununla bərabər, orta imkanlara sahib olan və neytral mövqe tutmağa cəhd edən Türkiyə, Hindistan və Vyetnam kimi dövlətlərə külli miqdarda problemlər yaradacaq.

Biznes üçün geosiyasi risklər güclənəcək

Milli təhlükəsizliyinə təhdid adıyla ABŞ çox güclü şəkildə Avropa, Yaponiya, Avstraliya, Kanada, Cənubi Koreya və Tayvana təzyiq edəcək, onlardan Çin investisiyalarına qarşı daha yüksək baryerlər tətbiq olunmasını tələb edəcək. Bu, süni intellektdən tutmuş 5G-yə qədər strateji sahələrdə elmi tədqiqatlara və ticarətə təsir edəcək.

Çinin aviakosmik sənaye və müasir yarımkeçiricilərin işlənməsi kimi vacib sahələrdə digərlərinə çatmaq cəhdləri korporasiyalar üçün riskləri gücləndirəcək və ABŞ-ın kiberməkanda hücum xarakterli siyasət həyata keçirməsinə səbəb olacaq.

Qlobal iqtisadi ticarətdə volatilliyin dəyərləndirilməsi

ABŞ-ın Ümumdünya Ticarət Təşkilatıyla qarşıdurması bu orqan çərçivəsində mübahisələrin həlli prosesini iflic edəcək, bunun da sayəsində ölkələrin ticari fikir ayrılığının aradan qaldırılması üçün daha qeyri-müəyyən siyasət yeritmələrinə şərait yaradacaq.

AB ilə ABŞ arasında ticarət danışıqları uğursuzluğa düçar olacaq.

Çinə qarşı əlavə Amerika rüsumları iqtisadi qeyri-müəyyənliyini gücləndirəcək, Ağ Evin ticarət siyasətinin qlobal iqtisadiyyat üçün nəticələri ümumilikdə kifayət qədər az olacaq.

İtaliya və Breksit üçün narahatedici ssenarilər

İtaliyanın populist hökuməti 2019-cu ildə Avrozona üçün ən ciddi təhdid olacaq. Belə ki, bu ölkənin və onun kövrək bank sektorunun borcunun artması təhlükəsi güclənir.

Brüssel eyni anda Londonla danışıqlar apararaq, Breksitin onun şərtləriylə razılaşmasız gerçəkləşməsinə izn verməyəcək. Britaniya parlamentinin vetosu hələ də ölkənin AB-dən çıxmasına ən böyük təhdid olacaq.

Növbəti antiiran kampaniyası

ABŞ İranın regionda təcridi, ölkənin daxildən zəiflədilməsi prosesini davam etdirəcək. Bu, Vaşinqtonla Tehran arasında ziddiyətləri gücləndirəcək və konstruktiv dialoq üçün elə də böyük olmayan şansları zəiflədəcək. İrana qarşı müqavimət kral ailəsi daxilində narazılığa rəğmən ABŞ və Səudiyyə Ərəbistanı arasında ən yüksək səviyyədə əlaqələri gücləndirəcək.

Dünya enerji resursları bazarında təkliflər

Səudiyyə Ərəbistanı və Rusiya neft qiymətlərinin düşməsindən qaçmaq üçün neft hasilatının həcminə diqqət yetiriləcək. İraq və Liviya neft hasilatını artıra, ABŞ-ın ixrac potensialı təhdidini əhəmiyyətli dərəcədə artıra bilər.

2019-cu ildə ABŞ sıxılmış təbii qaz ixracatında ilk üçlükdə olacaq.

Yaxın Şərq gərginliyi

Türkiyə və İranın Yaxın Şərq və Şimali Afrikada daha zəif ölkələrə təsir uğrunda mübarizəsi bölgəni qeyri-stabil məkana çevirəcək.

İrana qarşı sanksiyaların güclənməsi əhali arasında narazılığın artmasına və konservatorların mövqelərinin güclənməsinə təsir edəcək.

“Stratfor” İranın rəqiblərinə zərbə endirmək üçün müxtəlif vasitələrdən istifadə edəcəyini bildirib. Bundan başqa, İranın özünün təsir vasitələrinin gücü ilə ABŞ, İsrail və Fars körfəzi ölkələrinə zərbə endirəcəyi qeyd edilib:

“İran özünə qarşı hərbi zərbələrə şərait yaratmamağa çalışacaq. 2019-cu ildə AB tərəfindən İrana verilən siyasi dəstək zəifləyəcək. AB-nin verdiyi iqtisadi zəmanətlər siyasi ritorika ilə əvəz ediləcək. Tehran daha qətiyyətli cavab tədbirləri görməyə çalışacaq”.

Proqnozda ABŞ-ın regional müttəfiqlərini gücləndirəcəyi də bildirilib. ABŞ-ın müttəfiqlərinin iki yerə bölünəcəyi vurğulanıb. ABŞ-ın ilk dəstək verəcəyi müttəfiqləri İsrail və Səudiyyə Ərəbistanı kimi ölkələr olacaq ki, onlarla antiiran fəaliyyəti istiqamətində çalışacaq. İkinci qrup müttəfiqlərin Küveyt, Oman və Qətər olacağı vurğulanıb.

Ərdoğan üçün çətin sınaq

2019-cu ildə həmçinin Suriyada əsas mübarizənin ABŞ, Rusiya, İran, Türkiyə və İsrail arasında aparılacağı bildirilib. Türkiyə və ABŞ-ın əvvəlki kimi Əsədin hakimiyyətdən getməsinin tərəfdarı olacağı vurğulanıb.

Türkiyənin gələn il kasıblaşan iqtisadiyyatla üz-üzə qalacağı qeyd edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkcə rekord inflyasiya ilə yox, həm də özəl şirkətlərin ölkənin ÜDM-sinin dörddə biri həcmində olan borc problemi ilə üz-üzə qalacağı deyilib.

“Stratfor” həmçinin korrupsiya ilə mübarizənin daha populyar və güclü siyasi vasitəyə çevriləcəyini, Qərb ölkələri və diktatorların bundan daxili və xarici siyasətin formalaşdırılması üçün istifadə edəcəyini qeyd edib.

Böyük güclərin bütün dünyada silah tədarükü üçün sərfəli kontrakt uğrunda mübarizə aparacağı da bildirilib.  /Axar.az/