Ay: Yanvar 2019

Heyvanlar Qaradağa köçürülür, zooparkın ərazisi isə…

Bakı Zooparkı yenilənir, hazırda heyvanların köçürülməsi prosesinə başlanılıb. Turkustan.info xəbər verir ki, bunu Trend-ə Zooloji Parkın direktoru Azər Hüseynov deyib. A.Hüseynovun sözlərinə görə, zoopark bir neçə aylıq fəaliyyətini dayandırır: “Bakı Zooparkı genişləndirilərək əsaslı təmir ediləcək, heyvanların şəraiti yaxşılaşdırılacaq. Hazırda parkın ərazisi 2.25 hektardır, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra 4.25 ha […]

Gəncədə 3 yaşlı uşağa “donuz qripi” diaqnozu qoyuldu – FOTOFAKT

Azərbaycanda həkim 3 yaşlı uşağa “donuz qripi” virusu diaqnozunu qoyub. Turkustan.İnfo xəbər verir ki, uşağın atası Orxan Mərdanov Unikal.org-a açıqlamasında bildirib ki, 10.02.2016-cı il təvəllüdlü qızı Gülayın bir neçə gündür hərarəti düşmür. Ata əlavə edib ki, Gəncə şəhərində fəaliyyət göstərən türk həkim qızının “donuz qripi” virusuna yoluxduğunu deyib. “Qızımın 3 gün […]

Daha bir gənc “donuz qripi”ndən öldü

“Donuz qripi”ndən daha bir ölüm faktı qeydə alınıb. Turkustan.info xəbər verir ki, ilkin ehtimala görə, 30 yaşlı kişi H1N1 virusundan dünyasını dəyişib. Məlumata görə, ölən şəxsin ailə üzvlərinin və yaxınlarının sözlərinə görə, o, “donuz qripi”nin fəsadları ilə xəstəxanaya yerləşdirilib və vəziyyəti ağır olub. Xəstəliklərə nəzarət üzrə milli mərkəzdən İPN xəbər agentliyinə verilən […]

Azərbaycanda daha bir qəzetin çapı dayandırıldı

“Bizim Yol” qəzeti öz çap versiyasını özü dayandırıb. Bu qərarı verməyimiz print-medianın üzləşdiyi problemlərlə bağlıdır”. Turkustan.info xəbər verir ki, bu barədə Bizimyol.info-ya açıqlamasında baş redaktor Bahəddin Həziyev deyib. O bildirib ki, çap mediası dərin oxucu böhranı keçirir: “Qəzetin çap variantını dayandırmaq bizim üçün, təbii ki, asan olmadı. Bəzi iş yoldaşlarımızdan ayrılmaq […]

İlham Əliyev 4 sərəncam, 3 fərman imzaladı

Prezident İlham Əliyev Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin məbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə obyektlərinin tikintisinin davam etdirilməsi […]

Deputatdan qəzetinin bağlanacağı xəbərinə reaksiya: “Bunu kim deyib ki?”

Millət vəkili Aqil Abbas təsisçisi olduğu “Ədalət” və bir neçə digər qəzetin fəaliyyətini dayandıracağına dair yayılan xəbərlərə münasibət bildirib. Turkustan.info bildirir ki, deputat BakuPost-a açıqlamasında deyib ki, qəzetin bağlanmasından söhbət gedə bilməz: “Qəzetlərin bağlanacağını kim deyib ki? Müəyyən qəzetləri dövlət maliyyələşdirir. İndi də şərt qoyublar ki, tirajı artırın. Əvvəllər dövlət pul vermirdi, […]

Rəsmi Bakı Paşinyana cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ məsələsində sülh əvəzinə ərazilərin qaytarılması imkanlarını müzakirə etməyəcək” kimi bəyanatına münasibət bildirib. Turkustan.info bildirir ki, XİN-nin mətbuat xidmətinin rəhbəri Leyla Abdulalyeva Oxu.Az-a açıqlamasında qeyd edib ki, Paşinyanın məntiqini anlamaq çətindir. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında aparılan […]

Çökmə zənn etdilər, bankı soymaq üçün qazılmış tunel olduğu ortaya çıxdı – FOTO

ABŞ-ın Florida ştatında banklardan bizini soymaq üçün qazılmış tunel aşkarlanıb. Əvvəlcə insanlar yolun çökdüyünü zənn edib, rəsmi dairələrə məlumat veriblər. Lakin əraziyə baxış keçirilən zaman çökmən yerin banka doğru uzanan diametri 90 sm, uzunluğu isə 50 metr olan tunel olduğu ortaya çıxıb.   Tunelin yaxınlığında torpağı daşımaq üçün istifadə olunan […]

Novxanıdakı yürüşlə bağlı rəsmi məlumat

Abşeron Rayon Polis İdarəsi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə Novxanı kəndində təşkil olunan yürüşlə bağlı açıqlama yayıb. “Yanvarın 31-də əvvəlcə Azərbaycan Xalq Cəbhəsi Partiyası 3, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası 25, sonra isə Müsavat Partiyası 125, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 135 – ümumilikdə 288 nəfərlə saat […]

Sumqayıtda “Narbala” kukla teatrı (bədii rəhbər Mətanət Əmrullayeva) “Dovşanın evi” tamaşası nümayiş olunub

Sumqayıt Reginoal Mədəniyyət idarəsinin dəstəyi, Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya evində “Narbala” kukla teatrı (bədii rəhbər Mətanət Əmrullayeva) “Dovşanın evi” tamaşası ilə uşaqların görüşünə gəlib. Tamaşa uşaqların asudə vaxtının səmərəli və mənalı təşkili, onların dünyagörüşünün formalaşması məqsədilə nümayiş olunub. Tamaşada uşaqlar nağıl qəhrəmanı olan […]

Azərbaycanda məktəb direktoru yüksək VƏZİFƏYƏ TƏYİN EDİLDİ

Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin edilib. Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu vəzifəyə Sumqayıt Şəhər 25 nömrəli məktəbin direktoru olmuş Arzu Əlizadə təyin edilib. Şöbənin bundan əvvəlki müdiri Nizami Namazov isə ötən ilin aprelində vəzifəsindən azad edilmişdi. Ötən müddət ərzində bu vəzifəyə təyinat olmamışdı. Qeyd edək […]

Tələbələrə təqaüd ayıran milyonçularımızla bağlı – Təklif

Xeyriyyə yönümlü addımları ilə daim gündəmə gələn Türkiyədə yaşayan azərbaycanlı iş adamı, “Palmali Holdinq”in rəhbəri Mübariz Mənsimovun fevral ayından Türkiyə universitetlərində təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd verəcəyini bildirməsinə təhsil ekspertləri reaksiya verib. Turkustan.info bildirir ki, mövzu ilə bağlı Axar.az-a danışan təhsil eksperti Etibar Əliyev də hesab edir ki, xaricdə təhsil […]

Bakı-Gəncə qatarında qiymət niyə endirldi? – Cavid Qurbanov açıqlayır

Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov Bakı-Gəncə-Bakı sürət qatarında gedişhaqqının aşağı salınması məsələsinə aydınlıq gətirib. Turkustan.info-nun verdiyi xəbərə görə, C.Qurbanov Trend-ə açıqlamasında bildirib ki, əvvəl standart vaqonlarda gedişhaqqı 15 manat müəyyən edilmişdi və həmin qiymətə yemək menyusu da daxil idi: “Sonra qərara gəldik ki, yeməyi sərnişinlər özləri alsa yaxşıdır. Belə […]

İstanbulda Azərbaycan və Türkiyə müəllimlərinin beynəlxalq konfransı – FOTOLAR

Yanvarın 26-29-da Azərbaycan Respublikası Təhsil Cəmiyətinin təşkilatçılığı və Türkiyənin Uluslararası Öncü Eyitimcilər Dərnəyinin iştirakı ilə qardaş ölkənin İstanbul şəhərində müəllimlərin beynəlxalq konfransı keçirilib. Təhsil Cəmiyyətindən verilən məlumata görə, Azərbaycanın və Türkiyənin bir qrup ali təhsil və orta ümumtəhsil ocaqlarının müəllimlərinin iştirakçısı olduğu “Müasir təhsilin prioritetləri-zamanın çağırışları” adlı beynəlxalq konfrans və […]

Paşinyan nə istəyir: Sülh, yoxsa müharibə? – ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinə dair mövqeyinin ondan əvvəlki hakimiyyətlərin yürütdüyü siyasətlə müqayisə edilməsini istəmir. O, son vaxtlar apardığı kadr islahatları və Azərbaycan prezidenti ilə intensiv qeyri-rəsmi görüşləri fonunda tez-tez səslənən “sülh əvəzinə ərazilər” tezisi ilə bağlı erməni cəmiyyətində və ekspert dairələrində yaranan narahatlığa münasibət bildirərkən belə deyib. […]

KİVDF-dən qəfil qərar – Qəzetlərə yardımla bağlı ŞƏRTLƏR SƏRTLƏŞDİRİLDİ

Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib: Müzakirəyə çıxarılan birinci məsələ barədə geniş məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin II rübü […]

Məhəmməd Əmin Rəsulzadənin yeganə VİDEO görüntüsü

Bu gün 135 yaşı tamam olan Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nadir video görüntüsü. Bu gün 135 yaşı tamam olan Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nadir video görüntüsü. Yer və zaman bəlli olmasa da, videonun mühüm bir toplantıda çəkildiyi görünür. Görüntüdə M.Ə.Rəsulzadənin yanındakı şəxsin Azərbaycan Xalq […]

44 yaşlı kişi 20 yaşlı sevgilisini barda güllələdi, sonra isə… – ANBAAN VİDEO

Türkiyədə 44 yaşlı kişi 20 yaşlı sevgilisini vəhşicəsinə qətlə yetirib. Turkustan.info xəbər verir ki, hadisə Muğla şəhərində baş verib. Serdal İncədayı sevgilisi 20 yaşlı Fatma Tangazla görüşmək üçün Fethiyə küçəsindəki barlardan birinə gəlib. Görüş zamanı onlar arasında mübahisə yaşanıb. Serdal İncədayı üzərində gətirdiyi silahla sevgilisinə 7 dəfə atəş açıb. Daha sonra […]

18 dərəcə şaxta – Fevralın havası açıqlandı

Azərbaycanda fevral ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı […]

Fahişəxana işlədən vəzifəli şəxs saxlanıldı

Sumqayıtda fahişəxana işlədən vəzifəli şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, əməliyyat Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşları trəfindən keçirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 244–cü (əxlaqsızlıq yuvaları saxlama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə axtarışda olan E.Muradov saxlanılıb. Faktla bağlı […]

Hər bir sürücünün mühərrik yağını yoxlama zamanı etdiyi SƏHVLƏR

Adi mühərrik yağını yoxlayan zaman mühərrikə ziyan vurmaq olar. Turkustan.info xəbər verir ki, bu hərəkəti edən zaman buraxdığımız kobud səhvlər mühərrikə ciddi ziyan vurur. Bu gün oxuculara bu barədə məlumat verəcəyik. Düzgün olmayan yer seçimi Əgər siz həqiqətən də mühərrikdəki yağın vəziyyətini yoxlamaq istəyirsinizsə, bu iş üçün uyğun yer seçin. Bunun […]

ÜST: Azərbaycanda donuz qripi var – Nazirlikdən cavab

Azərbaycanda 16 nəfərin donuz qripinə yoluxması ilə bağlı yayılan xəbərlər yalandır. Turkustan.info bildirir ki, bu barədə Axar.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, ölkəmizdə donuz qripi aşkar olunmayıb: “Ümumdünya Səhiyyə Təşkilatına Taun əleyhinə stansiya tərəfindən hər hansı nümunə göndərilməyib. ÜST hansı nümunələrə əsaslanaraq bu məlumatı yayıb, bizə məlum […]

Baş bankirdən dollarla bağlı qəti mövqe

Əsası olmayan boş-boş sözlər danışırlar. Bu günki gündə dolların məzənnəsinin manata nisbətən bahalaşmasına heç bir əsas yoxdur. Bununla bağlı Mərkəzi Bankın da qərarları var. Ölkədə dolların bahalaşması ilə bağlı məsələ müzakirə olunmur. Azərbaycanda cari ilə bütün makroiqtisadi stuasiya, makroiqtisadi sabitlik üzərində qurulub. Turkustan.info xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri […]

Zaxarova Qarabağ danışıqlarından söz açdı

Rusiya son zamanlar rəsmi Bakı ilə Yerevan arasında müxtəlif səviyyələrdə baş tutan siyasi əlaqələri alqışlayır. Turkustan.info xəbər verir ki, bu bəyanatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi son brifinqdə səsləndirib.  M.Zaxarova Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında Parisdə keçirilən görüşü qısa olaraq şərh edib: “Bizim bu məsələdə (Dağlıq Qarabağ münaqişəsinin […]

İstanbulda azərbaycanlılar arasında qanlı ədavət: Beş ölü – FOTO+VİDEO

İstanbul polisi ötən il baş verən cinayət hadisəsini araşdıran zaman maraqlı detalları üzə çıxarıb.  Turkustan.info “Sabah” qəzetinə istinadən xəbər verir ki, 2018-ci il avqustun 8-də yerli vaxtla 10:30-da Qaziosmanpaşa Hürriyyət məhəlləsində azərbaycanlı Gəncəli Əliyev qətlə yetirilib. Şübhəli həmin vaxt hadisə yerindən qaçmağa nail olub.  Aparılan araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı […]

Qənirə Paşayeva Türkiyədən gəlmiş ziyalılarla görüşüb

Millət vəkili Q. Paşayeva Türkiyədən gəlmiş ziyalılarla görüşdə birliyimizin güclənməsində ziyalılarımız daha da fəal olmalıdır deyib. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”İB-nin sədri Qənirə Paşayeva Bakı Yunus Əmrə İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondu birgə təşkilatçılığı ilə “Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi” mövzusunda tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn Türkiyə […]

Özbəkistan nümayəndə heyəti TÜRKSOY-da

Özbəkistan Respublikası mədəniyyət nazirinin müavini Ozodbek Nazarbekovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada TÜRKSOY-un qərargahında olub. Görüşdə təşkilatın fəaliyyət istiqamətləri və Özbəkistana dair tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. TÜRKSOY-un baş katibi Düsen Kaseinov və nazir müavini Ozodbek Nazarbekov əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı mülahizələrini bölüşüblər. Qeyd olunub ki, Özbəkistan TÜRKSOY çərçivəsində […]

“Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə Milli Case Yarışının keçirilməsi” adlı layihəsi başa çatdı

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə Enactus Azərbaycanın “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin təşkilatçılığı ilə “Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə Milli Case Yarışının keçirilməsi” adlı layihəsi başa çatdı. Turkustan.info xəbər verir ki, layihənin əsas məqsədi istehsal prosesində innovasiyaların tətbiqi, peşə təhsili alan gənclərə müasir iş şəraitinin […]

Polad Alemdarın boşanma səbəbi ÜZƏ ÇIXDI: Xanımı başqası ilə… – FOTO

Xəbər verdiyimiz kimi, məşhur aktyor Necati Şaşmaz 7 illik xanımı Nagehan Şaşmazdan ayrılmağa qərar verib. Turkustan.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün boşanma səbəbi ortaya çıxıb. Aktyor həyat yoldaşının ona xəyanət etdiyini iddia edib. Mənəvi zərərin yüngülləşdirilməsi üçün Necati Şaşmaz həyat yoldaşından 10 milyon lirə təzminat ilə iki uşağın vəkalətnaməsinin ona […]

ABŞ-la Rusiyanın Qarabağ SAVAŞI: 5 rayona qarşı 7 rayon təklifi və…

Son günlər Azərbaycan-Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi bir neçə region ölkəsinin, o cümlədən, Rusiya və ABŞ kimi supergüclərin gündəmini zəbt etməkdədir. Elə dünən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi və Qarabağla bağlı müzakirələr aparması bu prosesin aktivləşməsinin ən bariz […]

Bakıda nişanlısını öldürüb, anasını yaralayan gənclə bağlı – Qərar/Qapalı

Bakının Sabunçu rayonunda ana və qızını güllələyən 1997-cu il təvəllüdlü Sabir Qədimov haqqında həbs qətimkan tədbirinin uzadılması barədə vəsatətə baxılıb. Turkustan.info xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə baş tutan qapalı iclasda müstəntiqin vəsatəti təmin edilib. Əlavə istintaq hərəkətləri aparılması üçün Sabir Qədimovun həbsdə saxlanma […]

Bakı-Gəncə sürət qatarında gediş haqqı azaldıldı

Gələn ayın 4-dən etibarən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət qrafiki və gediş haqqı tarifləri ilə bağlı yeniliklər baş verəcək.   Turkustan.info xəbər verir ki, daha çox sərnişinlərin cəlb edilməsi və onların məmnunluğunu qazanmaq məqsədilə keçirilən sorğular nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC sözügedən marşruta mühüm dəyişikliklər tətbiq edəcək. Belə ki, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı, […]

Abşeronun muğam məktəbinin tanınmış xanəndəsi

Soltan Qəribov “Şuri” Milli dəyərlərə sadiq, əsrlərin süzgəcindən keçib gəlmiş adət ən-ənələrə daima bağlı olması ilə seçilən Abşeron yəni Bakı ətrafı kəndlərin Azərbaycan muğamının inkişafında özünə məxsus yeri olmuşdur. Hələ 19-cu əsrin əvvəllərində Bakı və Bakı ətrafı kəndlərdə şair və xanəndələrdən ibarət muğam məclislərinin keçirilməsi məlumdur. Bu məclislərdə iştirak etmək […]

ADAU-nun tələbə evində Gənclər günü qeyd edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin 2 saylı tələbə evində Gənclər günü ilə əlaqədar tədbir keçirilib. Tələbələr qarşısında çıxış edən Tərbiyə işləri üzrə prorektor Aidə Qasımova bildirib ki,  2 fevralın Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.  Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər […]

“Musiqidə yaşanan ömür”

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında S.Rüstəmov adına Uşaq incəsənət məktəbi ilə birgə Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın (1924-2013) 95 illik yubileyi münasibətilə “Musiqidə yaşanan ömür” adlı musiqi gecəsi keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşən tədbirdə kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova Ş.Axundovanın həyat və yaradıcılığı, S.Rüstəmov […]

ABŞ-da yaşayan azərbaycanlı rəssam

Rəsmlər lal-kar olur, amma insanı danışdıra bilirlər. Gözəl rəsm görəndə tamaşaçı istər-istəməz- “Əhsən!”- deyərək heyrətini gizlədə bilmir. Onun da çəkdiyi rəsmlər insanları danışdıran əsərlərdir… Bəli, gözəl rəssam olmaq üçün anadan rəssam doğulmaq lazımdır. Əgər rəssam rənglərin dilini tapıb onlarla dost ola bilmirsə, fırçanı ram etməyi bacarmırsa, onun çəkdiyi rəsmlər də […]

Bu yağların insanlara vurduğu zərər alimləri NARAHAT EDİR

Palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, onun istehsalı isə təbiətə düzəlməz zərər vurur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaxın zamanlarda dərc olunacaq hesabatını hazırlamış ekspertlər belə nəticəyə gəliblər. Hesabat müəllifləri sağlamlığa və ətraf mühitə dəyən zərərin səviyyəsinə görə palma yağının istehsal və satış sənayesinin miqyasını […]

Sabah Milli Məclisin yaz sessiyası başlayır

Sabah, fevralın 1-də Milli Məclisin (MM) 2019-cu il yaz sessiyası öz işinə başlayır. Turkustan.info-nun xəbərinə görə, sessiya öz işinə dövlət himninin səslənməsi və spiker Oqtay Əsədovun MM-in son payız sessiyasının hesabatı ilə start verəcək. Sessiyanın ilk plenar iclasında öncə qanunvericilik işləri planı geniş müzakirə və təsdiq ediləcək. Eyni zamanda, sessiyanın ilk […]

İrəvan Rusiyadan Su-30-lar alır

Ermənistan Su-30CM çoxfunksiyalı qırıcılarının alınmasıyla bağlı Moskva ilə razılaşıb. Turkustan.info xəbər verir ki, bu məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb. Nazirlik tərəflər arasında müvafiq müqavilənin imzalandığını deyib. İrəvan təyyarənin sayı və müqavilənin dəyəri haqqında məlumat verməyib.  /Axar.az/ 69 Baxılıb

Ehtiyat zabitlərinin hazırlanması qaydaları dəyişdi

Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığa dəyişiklik edilib. Turkustan.info-nun məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, “Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 fevral […]

Məhəmməd Əmin Rəsulzadə – 135

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümüdür. Turkustan.info xəbər verir ki, M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edib. Bir müddət orada “İrane-nou” […]

Tarixin iki türk sərkərdəsi — Çingiz xan və Əmir Teymurun fərqləri

Dünya tarixində Çingiz xan və Əmir Teymur kimi türk sərkədələri böyük iz qoyublar. Orta Əsrlərdə taxta çıxmaq üçün Çingiz soyundan gəlmək şərt sayılırdı. Əmir Teymur da Çingiz xan soyundan gəlirdi və onun kimi bir çox əraziləri tutub böyük imperiya yaratmışdı. Turkustan.info bildirir ki, tarixçi-alim Əkbər Nəcəf bu iki türk sərkərdəsinin […]

Kəbəni su basdı: 14 ölü

Şiddətli yağışlar 4 gündür Səudiyyə Ərəbistanını cənginə alıb.  Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, mütəmadi yağan yağışların yaratdığı sel nəticəsində 14 nəfər həlak olub. SPA rəsmi xəbər agentliyinin məlumatına görə, xilasetmə əməliyyatları nəticəsində seldən əziyyət çəkən 271 nəfər xilas olunub. Ölkənin şimal-qərbində yerləşən Təbuk bölgəsində isə 137 nəfər təxliyə edilib. […]

Rusiyada nənə və baba 11 aylıq nəvələrini sobada yandırıb

Rusiyada Xakasiya vilayətinin Taptış rayonunun kəndlərindən birində sobanın içərisində 11 aylıq körpənin külə dönmüş meyiti tapılıb. Turkustan.info oxu.az-a istinadən xəbər verir ki, hadisə haqqında Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb. Müstəntiqlərin məlumatına əsasən, uşağın anası oğlunu 42 yaşlı nənəsi və 47 yaşlı babasının yanında tərk edərək qonşu […]

Dünyanın ikiyə böldüyü ölkə: Vətəndaş müharibəsinin addım səsləri eşidilir

Dünyanın müxtəlif ölkələrində “Venesuela prezidenti kimdir” sualı verildikdə, olduğunuz ölkəyə görə müxtəlif cavablar ala bilərsiniz Dünyada olduqca gözlənilməz vəziyyət yaranıb. Buna səbəb isə Venesuelada baş verən siyasi böhrandır. Belə ki, yanvarın 11-də Milli Assambleya Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti elan edir və o, yanvarın 23-də Karakasın Çakao rayonunda nümayişçilər qarşısında […]

İtkin düşmüş uşağı ayı xilas etdi

Şimali Karolinanın polis əməkdaşları meşədə itkin düşmüş üç yaşlı Keysini iki gün axtarıblar. Tapılanda isə uşaq bildirib ki, meşədə onu ayı qoruyub. Turkustan.info xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Oğlan iki gün kolluqda gizlənib. Hava şəraiti o qədər əlverişsiz olub ki, polis əməkdaşları axtarışları dayandırmağa məcbur olublar. […]

QHT Şurası 2018-ci ildəki fəaliyyəti ilə bağlı hesabat konfransı keçirdi – FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2018-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat konfransı keçirib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov konfransda təmsil etdiyi qurumun ötənilki fəaliyyəti barədə geniş təqdimatla çıxış edib.  İcraçı direktor bildirib ki, Şura 2018-ci ildə bir sıra mühüm tədbirlərə ev sahibliyi […]

“Təməl Kitab” uşaqların sığınacaq mərkəzində oldu

“Təməl Kitab” təhsil nəşrləri ofisinin əməkdaşları Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində olub, orada yerləşdirilmiş uşaqlarla maraqlı gün keçiriblər.   Turkustan.info-nun məlumatına görə, “Təməl Kitab”ın baş redaktoru İlham Rəfiyev uşaqlarla maarifləndirici söhbət edib. İ.Rəfiyev onları oxumağa, öyrənməyə, gələcəyin həkimi, müəllimi, mühəndisi, jurnalisti olmağa həvəsləndirib. Bildirib ki, gələcəkdə kimin hansı sənətə yiyələnəcəyindən […]

Dünyanı heyran edən azərbaycanlı qardaşlar pulsuzluqdan şikayət edirlər – VİDEO

Təkliflər çoxdur, amma hazırda Abdulhüseynovlar bütün qüvvələrini bir başlıca məqsəd üzərində cəmləyiblər – “Ginnesin rekordlar kitabı”na düşmək.  Qubalı pəhləvanlar – Laçın və Hüseyn Abdulhüseynovlar Azərbaycanı bütün dünyada tanıdırlar. Ancaq vətənlərində iş tapa bilmədiklərini və maddi sıxıntı çəkdiklərini deyirlər. Turkustan.info bildirir ki, Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində Hüseyn Abdulhüseynov deyib ki, […]

Bu həftə tarixin ən dəhşətli SOYUĞU OLACAQ – Mənfi 60 DƏRƏCƏ

ABŞ-ın bir çox əyalətlərində çərşənbə və cümə axşamı günlərində temperaturun mənfi 50-60 dərəcəyə enməsi gözlənilir. Proqnozlaşdırılan bu soyuqlar müşahidə edilsə, ABŞ Antarktikadan belə soyuq olacaq. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, bəzi ştatlarda bu həftə tarixin ən soyuq günlərinin yaşanacağı bildirilir. Ən çox şaxta ölkənin mərkəzi və şimal bölgələrində müşahidə […]

Erməni məktəblərində Türkiyə bayrağı asıldı

ABŞ-ın Kaliforniya ştatında erməni məktəblərində Türkiyə bayrağı asılıb. Turkustan.info xəbər verir ki, bu barədə “Rusarminfo” NBC Los Angeles telekanalına istinadən məlumat yayıb. Bildirilir ki, polis Ferrahyan erməni məktəbi və Manukyan-Demirçyan təhsil müəssisəsinin ərazisində onlarla Türkiyə bayrağını aşkarlayıb. Qeyd olunur ki, naməlum şəxs gecə məktəblərin ərazisinə daxil olaraq bayraqları asıb. Los-Anceles polisi […]

Zakir Həsənov cəbhəboyu zonada: Tapşırıqlar verdi – Video

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir. Turkustan.info Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbər heyəti HHQ-nin cəbhəboyu zonada yerləşən hərbi hissələrinin ərazisində yeni inşa […]

Prezidentdən şəhid ailələri ilə bağlı fərman

Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb. Turkustan.info xəbər verir ki, fərman şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanıb. Fərmana əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən […]

Almaniyanda “Azərbaycan günü” adlı tədbir təşkil edilib

Almaniyanın Bonn səhərində Alman Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən “Azərbaycan günü” adlı tədbir təşkil edilib. Tədbirdə, əsasən, almanlar iştirak ediblər. Bu haqda Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva “Palitra”ya bildirib. Tədbirin məqsədi Azərbaycan tarixini və mədəniyyətini almanlara daha yaxından tanıtmaq olub. Öncə Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva Almaniya-Azərbaycan […]

“Qarabağda qorxurlar ki, Paşinyan onları təslim edəcək”

Ermənistanla Dağlıq Qarabağ separatçı rejimi arasındakı boşluq getdikcə böyüyür. Erməni analitikləri artıq açıq şəkildə deyirlər ki, Yerevan və Stepanakertin (Xankəndi) yolları ayrılır. Belə bir ehtlmal da var ki, “Qarabağ klanı” Ermənistanda əks-inqilaba başlayır və bu inqilabi hərəkatın qərargahı məhz “DQR”də yerləşir. Rusiyalı politoloq, Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Sergey […]

MTK-lar ləğv edilir… Bunun sonrası necə olacaq? – Mübahisəli MƏQAMLAR

Prezident İlham Əliyevin 16 yanvar 2019-cu il tarixində imzaladığı Fərmanla İnzbati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, məcəllədə mənzil qanunvericliyinin pozulmasına görə əlavə cərimələr tətbiq ediliməsi nəzərdə tutulub. Belə ki, MTK-lar bir ay müddətində ləğv edilərək mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə (MMMC) çevrilməli və ya həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı […]

Şəhid ailələrinə MÜRACİƏT

Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) ölkənin ərazi bütövlüyü uğrunda 1997-ci il avqustun 2-nə qədər həlak olmuş, ölmüş və itkin düşmüş hərbi qulluqçuların vərəsələrinə müraciət edib. Turkustan.info xəbər verir ki, müraciətdə birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan […]

Azərbaycanda yeniyetmə oğlan meyitlə cinsi əlaqəyə girdi – Təfərrüat

Füzulidə baş verən dəhşətli qətlin təfərrüatı məlum olub. Turkustan.info Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, istintaq-əməliyyat qrupunun üzvləri 53 yaşlı A.İsgəndərovanın cəsədində 20 bıçaq yarası aşkar ediblər. Bıçaq zərbələri qadının baş, üz və boyun nahiyəsinə endirilib. Bundan əlavə, qurban zorlanıb. O da məlum olub ki, qatilin 15 yaşı var və o, […]

Novruz çərşənbələrinin tarixləri açıqlandı

Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb. Turkustan.info xəbər verir ki, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov özəl olaraq Trend-ə bildirib ki, bu il ilk – Su çərşənbəsi fevralın 26-na təsadüf edəcək. X.Mikayılovun sözlərinə görə, martın 5-də Od, martın 12-də […]

“İrəli”də yeni layihənin icrasına başlandı

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə XI qrant müsabiqəsinin qalibi Diana Seyidovanın  “Cəmiyyətin səsi”  adlı fərdi layihəsinin icrasına başlanılıb. Turkustan.info xəbər verir ki, Layihənin əsas məqsədi cəmiyyətdə olan stereotiplərdən, ictimai qınaqdan, gender bərabərsizliyindən qaynaqlanaraq meydana gələn müxtəlif sosial problemlərin həllinə yardım etmək, insanları daha tolerant dəyişikliyə, […]

Dağlıq Qarabağ danışıqları həqiqi nəticə verməlidir – Rusiya XİN

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin Yerevanda Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub. Turkustan.info report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Q.Karasin bildirib. O, danışıqlar zamanı Azərbaycanla Ermənistan liderləri arasındakı görüşlərin alqışlandığını, bu görüşlərin davam etməsinin arzuolunan olduğunu vurğulayıb. “Məsələ […]

Evdə əxlaqsızlıq yuvası təşkil etdi, müştərinin intim videosunu çəkib şantaj etdi – Azərbaycanda

Kişini intim fotoları ilə şantaj etdiyinə görə həbs edilən Əlizamin Abıyev azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib. Turkustan.info bildirir ki, Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə məhkum olunan Ə. Abıyevin məhkəmə prosesi Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Quliyevin sədrliyi ilə keçiriləcək. Qeyd edək ki, ittiham aktına əsasən, […]

“İrəli” yeni layihənin icrasına başlayıb

Azərbaycan Respublikasının Gənclər Fondu və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Strateji Menecment Məktəbi” layihəsinin icrasına başlanılıb.  Turkustan.info xəbər verir ki, layihənin əsas məqsədi ölkəmizdə gənclərin biznes, iqtisadiyyat, xüsusən də idarəçilik sahəsində inkişaf etməsi və gənclərin bu sahə ilə bağlı maariflənməsidir.  Layihənin 1-ci günü layihə rəhbəri Fatimə Məsimlinin təqdimatında layihə haqqında […]

Erməni polkovnikdən Qarabağla bağlı SENSASİON XƏBƏRDARLIQ: Cəbhədəki sakitlik…

“Artsax”la (Dağlıq Qarabağ – red.) Ermənistan arasında hərbi-siyasi ittifaqın bağlanması “Artsax”ın tanınmasını bildirir. Bu, Azərbaycan tərəfindən kəskin addımlara gətirib çıxaracaq”. Turkustan.info xəbər verir ki, bu haqda “Tert.am”la söhbətində erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Qayk Naqapetyan bildirib. Onun sözlərinə görə, “hərbi-siyasi ittifaq” haqqında müqavilənin bağlanması ardınca yeni vəziyyət yarada bilər. “İstisna […]

Prezidentdən mühüm fərman – Layihə uzadıldı

Prezident İlham Əliyev “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”yə dəyişiklik edilməsi haqda fərman imzalayıb. Turkustan.info xəbər verir ki, fərmana əsasən “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”nin müddəti artırılıb. Bununla da sözügedən rayonlarda pilot […]

Heydər Əliyevlə Rəsulzadədən sonra Elçibəy gəmisi… – Mənsimovdan yaxşı nümunə

“Əbülfəz Elçibəyin doğum günündə bizim yeni gəmilərimizdən biri bu böyük şəxsiyyətin adını daşıyacaq”. Turkustan.info xəbər verir ki, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov özünün “Facebook” səhifəsində Azərbaycanın 20-ci əsrdə yetişdirdiyi üç dahi şəxsiyyət – Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev və Əbülfəz Elçibəylə bağlı status paylaşıb. Mənsimov bu üş şəxsiyyətin qarşı-qarşıya qoyularaq, […]

Paşinyanın qaz kəməri sevdası… Elçin Rüstəmlinin şərhində

“Ermənistan korrupsioner, millitarist rejimin əsarətindən çıxdıqca dünyaya, regional proseslərə daha aydın gözlə baxmağa başlayıb. Bu konteksdən dəyərləndirəndə Ermənistan vaxtı ilə bir ölkə olaraq strateji milli maraqlar baxımından çox böyük itkilərə imza atdığının fərqindədir”. Turkustan.info xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elçin Rüstəmli baş nazir Nikol Paşinyanın “Biz ölkə ərazisindən […]

“Paşinyanın gizli Qarabağ anlaşması…” – Sürpriz zəng İrəvanı silkələdi

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Prezidenti İlham Əliyevə etdiyi telefon zəngindən danışıb. Turkustan.info xəbər verir ki, o, bu barədə özünün Tvitter səhifəsində yazıb. Bolton paylaşımında qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışdım. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini, təhlükəsizlik sahəsində işbirliyini və ABŞ-la qarşılıqlı […]

İş adamı özünü asdı – Azərbaycanda müəmmalı intihar

Cəlilabad rayonunda sahibkar intihar edib. Turkustan.info xəbər verir ki, hadisə şəhərin S.Axundov küçəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1978-ci il təvəllüdlü Rəşad Sulduz oğlu Quliyev yaşayış evlərinin həyətindəki tikilidə özünü asaraq intihar edib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun öldüyü məlum olub. R.Quliyev rayon ərazisində market sahibi […]

Türkiyədə üçü polkovnik olmaqla 50 pilot həbs edilib

Türkiyə Hərbi Hava Qüvvələrində Fətullahçı Terror Təşkilatına qarşı keçirilən əməliyyat nəticəsində 50 pilot saxlanılıb. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, 3-ü polkovnik, 4-ü mayor və 4-ü leytenant olmaqla, ümumilikdə 50 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı “Türkiyə Konstitusiyasına qarşı çıxmaq, hökumətə qarşı qiyam, terrorçu təşkilata üzv olmaq” kimi […]

İsgəndər Həmidov Şəkidə saxlanıldı və…

Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatı adlı təşkilatın təsisçilərindən biri İsgəndər Həmidov saxlanılıb.  Turkustan.info xəbər verir ki, bu barədə “facebook” sosial şəbəkəsində Azərbaycan Milliyətçi Demokratik Partiyasının sədri Qələndər Muxtarlı məlumat verib. Onun sözlərinə görə, sabiq nazir Şəkidə saxlanılıb:  “Sabiq müdafiə naziri Rəhim Qazıyevin anasının vəfatının ildönümü ilə əlaqədar olaraq yas mərasiminə […]

Azercell-in Mobil Göz Klinikası Ağdama səfər edib

Valideyn himayəsindən məhrum uşaqlarda, eləcə də ahıllar və aztəminatlı ailələrdə göz xəstəliklərinin müayinəsinin təşkili və profilaktikasının aparılması məqsədilə 2011-ci ildə “Azercell Telekom” MMC tərəfindən yaradılan “Mobil Göz Klinikası” bu ilin ilk səfərini Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən 18 saylı tam orta köçkün məktəbinə edib. Yanvar ayında  təşkil olunan səfərdə 38 […]

Qənirə Paşayeva Cuqoşvili ilə görüşdü: Türklərin geri qayıtması üçün…

Millət vəkili Qənirə Paşayeva Axıska türklərini təmsil edən DATÜB Baş katibi Ziyəddin İsmixanoğlu Kassanov ilə görüşüb. Turkustan.info xəbər verir ki, görüşdə Axıska türklərinin öz vətənlərinə dönmələri ətrafında geniş müzakirələr aparılıb. Görüşdə problemə AŞPA səviyyəsində reaksiya, Azərbaycan və Türkiyənin, eləcə də digər dost və qardaş respublikaların məsələyə münasibəti barədə fikir mübadiləsi aparılıb, […]

““Sorosun uşaqları”, “Kremlin uşaqları”nı sıradan çıxarır” – EKSPERT

“Rusiya Federasiyası xarici işlər nazirinin müavini, MDB üzrə siyasətin ağır artilleriyası olan Qriqori Karasinin Ermənistana səfəri gözlənilir. Ermənistan-Rusiya əlaqələrinin gərginləşməsi fonunda bu səfər rəsmi Yerevana təzyiqlərin başlanğıcından xəbər verir. Əsasən Paşinyanın xarici siyasətinin tədqiqi, həmçinin Kremlin təhdid dolu mesajını çatdırmağa gedir”. Turkustan.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə məsələni şərh […]

Türkiyə cəmiyyətində ən zəhləm gedən şey… – Millət vəkili

Xərçəng hüceyrələri ilə bağlı apardığı araşdırmalara görə Nobel mükafatı almış Əziz Sancardan soruşurlar ki, bu qədər tədqiqat aparmısınız, xərçəngdən qorunmanın birinci şərti nədir? O, lakonik bir cavab verir: “Siqaretə yaxın durmayın!” Turkustan.info xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Türkiyədə imamlara siqaret çəkməyin qadağan edilməsi barədə qərara münasibət bildirərkən […]

İşsizlərə ŞAD XƏBƏR – 16 min nəfərə əmək haqqı veriləcək

“16 min işsiz şəxsin məlumatları DOST İş Mərkəzi tərəfindən emal olunmaqdadır və onlara yaxın müddətdə əmək haqqı veriləcək. İşsizliklə mübarizə çərçivəsində bir çox layihə həyata keçirilir və bu da onlardan biridir. İş axtaran əməkdaşlar yerli icra orqanlarına müraciət edir və orada növbəyə durur”. Turkustan.info xəbər verir ki, bu sözləri DOST […]

Vaşinqtondan Bakıya mühüm telefon zəngi

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib  Yanvarın 29-da axşam ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Turkustan.info bu barədə Prezidentin rəsmi saytına istinadən xəbər verir. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən […]

Buraxılış və qəbul imtahanları: Bu il abituriyentlər üçün çətin olacaq

Məlumdur ki, bu il ali məktəblərə qəbul imtahanları yeni qaydalar əsasında keçiriləcək. Burada həm imtahanın keçirilməsi formasından, həm də sualların modellərindən söhbət gedir. Bu yenilik özü belə abituriyentlərin həyəcanını artırmağa kifayət edir. Ancaq bu həyəcanı daha da artıran yeni bir məsələ ortaya çıxıb. Məsələ ondan gedir ki, humanitar fənnlər üzrə […]

Avropa İttifaqı ölkələrinə vizanın qiyməti artırıldı

Avropa İttifaqına üzv dövlətlər viza müraciətləri üçün qiyməti qaldırıb. Turkustan.info  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu istiqamətdə Avropa Parlamenti ilə Avropa İttifaqı Şurası arasındakı danışıqlar müsbət nəticələnib. Edilən dəyişikliyə əsasən qiymət 60 avrodan 80 avroya yüksəlib. Viza müraciətləri səfərdən 6 ay öncəsinə qədər edilə biləcək. Qeyd edək ki, tələbələr, […]

AMEA ilə Diaspor Komitəsi arasında anlaşma memorandumu imzalanıb

Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi arasında anlaşma memorandumunun imzalanması mərasimi olub. Turkustan.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə komitə ilə əməkdaşlığın diaspor fəaliyyətinin inkişafına xidmət edəcək təhsil və elmyönümlü ölkədaxili və […]

ABŞ kəşfiyyatı: Qarabağ savaşı başlaya bilər

Dağlıq Qarabağ konflikti genişlənə bilər. Turkustan.info xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının rəhbəri Deniel Kouts Konqresdə çıxışı zamanı deyib. Qlobal təhdidlərlə bağlı hesabatını təqdim edən Kouts bu konfliktə Rusiyanın cəlb edilə biləcəyini bildirib: “Ermənistan və Azərbaycan arasında gərginlik genişmiqyaslı hərbi konflikt üçün potensial mənbə olaraq qalır. Bu konflikt özünə Rusiyanı […]

Spirtli içkilərin yeni təhlükəsi aşkarlandı

Normadan artıq spirtli içki qəbulu, həmçinin, xroniki alkoqolizm insan genlərinin aktivliyində uzunmüddətli dəyişikliklərə yol aça bilər. Turkustan.info xəbər verir ki, ABŞ-ın Ratqer Universitetinin alimləri belə bir nəticəyə gəlib. Araşdırmanın nəticələri “MedicalXpress” nəşrində dərc olunub. Mütəxəssislər davranışın tənzimlənməsində iştirak edən PER2 və POMC genlərini tədqiq edib. Birinci insan orqanizminin bioloji saatına cavab verir, […]

AzərTacın ABŞ-dakı xüsusi müxbiri…

El arasında belə bir deyim var – fərasətli oğul körpəliyindən tanınar. Bunun nə qədər həqiqətə uyğun olduğunu deyə bilmərəm, amma haqqında söhbət açdığım Yusif Babanlını uğur özü yeniyetmə yaşlarından tapıb. Orta məktəbdə oxuyarkən “Azadlığı dəstəkləmə aktı” proqramı çərçivəsində imtahanları uğurla verərək bir il ərzində Amerika məktəbində oxumaq və müvafiq olaraq, […]

Bakının təhlükəsi İndoneziyadakı faciələrdən geri qalmır – Sürüşmə ilə bağlı SOS

Ötən günlərdə İndoneziyanın Mərkəzi Sulavesi əyalətində daşqın və sürüşmə nəticəsində azı 68 nəfər ölüb, daha 47-si yaralanıb. Ümumilikdə, dünyada sürüşmə zonalarında aktivlik müşahidə olunur. Səbəb kimi isə müxtəlif faktorlar önə çəkilir. O cümlədən məlum olduğu kimi, Bakıda da ötən ildən başlayaraq sürüşmə zonalarında aktivlik nəzərə çarpır. Mütəxəssislər sürüşmələrin səbəbi kimi […]

“WhatsApp”da gizli funksiya tapıldı

“WhatsApp” messencerinin interfeysində olan bir özəllik istifadəçilərin silinmiş ismarıcları oxumasına imkan yaradır. Turkustan.info xəbər verir ki, yoxa çıxmış və ya silinmiş ismarıcları qaytarmağın yolu haqqında “Mirror” nəşri məlumat yayıb. İsmarıcların bərpası mexanizmi yazışmaların ehtiyat surətinin çıxarılması funksiyasına əsaslanır. Yoxa çıxmış yazışmanı oxumaq üçün mobil cihazdan “WhatsApp” tətbiqini silmək və onu yenidən yazmaq […]

Ermənistanın Qarabağda qurduğu seks imperiyası – Türkmən qızın başına gətirilən OYUNLAR

“Dağlıq Qarabağ” kitabının müəllifi, britaniyalı araşdırmaçı Harrold Keyn Azərbaycanın işğal altındakı ərazilərində rastlaşdığı şok cinayətləri qələmə alıb. Müəllif Ermənistan mafiyasının seks turizminin bazasının məhz Xankəndində yerləşdiyini yazır və bir neçə günlük səyahəti zamanı üzləşdiyi hadisələri qələmə alır. 2000-ci ildə BMT-nin Beynəlxalq Uşaq Fondu, Beynəlxalq Miqrasiya Təşkilatı və ATƏT Ermənistanda qadın […]

Nurməhəmmədova ağır zərbə: Yarışlardan kənarlaşdırıldı

ABŞ-ın Nevada ştatının Atletika Komissiyası (NSAC) yüngül çəkidə çıxış edən rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu Las-Veqasda keçirilən UFC 229 turnirində irland Konor Makqreqorla titul döyüşündən sonra saldığı davaya görə 9 ay müddətinə idman yarışlarında iştirakdan məhrum edib. Unikal.org  “MMA Fighting”ə istinadən xəbər verir ki, o, diskvalifikasiya ilə yanaşı, 500 min […]

Cavanşir Quliyevin musiqilərinə həsr olunan İpək əsərlər sərgisi – FOTOLAR

Rəssam Tünzalə Məmmədzadə 28 yanvar 2019 tarixində Azərkitab kitab mərkəzində “BURA VƏTƏNDİR” adlı ipək üzərində rəsm sərgisi keçirilmişdir. Sərgidə məşhur bəstəkar Cavanşir Quliyevin musiqilərinə, tanınmış rəssam Tünzalə Məmmədzadənin çəkdiyi 30 –a yaxın əsər sərgilənmişdir. Cavanşir Quliyevin yaradıcılığına həsr olunan sərgini giriş sözü ilə açan incəsənət xadimi , sənətşünas Ziyadxan Əliyev […]

Jurnalistin ölümü ilə bağlı Avropadan İrəvana tələb

ATƏT PA-nın İnsan hüquqları və demokratiya Komitəsinin sədri Marqareta Helen Keyner Ermənistanda aclıq aksiyası nəticəsində həbsxanada ölən siyasi məhbus Mqer Yegiazaryanla bağlı rəsmi İrəvana məktub göndərib. Turkustan.info xəbər verir ki, bu haqda ATƏT PA-nın rəsmi Tvitter hesabında məlumat yayılıb. Komitə sədri Keyner Yegiazaryanın aclıq aksiyası nəticəsində faciəli şəkildə ölməsindən narahat olduğunu […]

Azərbaycanda yolxucu xəstəlik yayıldı – Nazirlik tapşırıq verdi

Ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb. Turkustan.info bildirir ki, Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Azərbaycanda aparılmış geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmayıb. 2018-ci ildə […]

Bəzi xidmətlərə görə rüsumlar artırılır

Azərbaycanda bir sıra yeni hüquqi hərəkətlərə görə dövlət rüsumları müəyyən edilir, bəzi rüsumların isə məbləğləri artırılır. Turkustan.info-nun Trend-ə istinadən məlumatına görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərin edilməsi nəzərdə tutulur. Yeni müəyyən edilən dövlət rüsumları ixtira və patenlə bağlıdır. Təklif edilən dəyişikliklərə əsasən, patentin dublikatının və hüquqların qismən başqa […]

O, banidir, lider deyil…

…Kim deyir ki, o, vəfat edib- o, uzaq səfərdədir, bir gün dönəcək… …Kim deyir ki, o, liderdir- liderlər bir-birini əvəz edir. O isə əvəzolunmazdır… …Kim deyir ki, ondan öndə bir kimsə var- o, millətin fövqündədir… …Hər ölkənin qurucusu olur, o da bu ölkəni qura bildi… …O, özüdür- Azərbaycan Respublikasının banisi… […]

Bu telefon istifadəçilərinə BƏD XƏBƏR

ABŞ-ın “Apple” texnologiya şirkəti cihazlarındakı daha bir çatışmazlığı ilə gündəmə gəlib. Turkustan.info xəbər verir ki, “Apple”ın görüntülü zəng xüsusiyyəti olan “Face Time” sistemindəki xəta səbəbilə istifadəçilərin xəbəri olmadan danışıqların dinlənilməsi mümkündür. “Texnobloq”un xəbərinə görə, iOS 12.1 sistemi ilə çalışan “iPad” və ya “iPhone” cihazlara vasitəsilə “Face Time” vasitəsilə zəng gəldikdə həmin […]

Prezident: “Bu il ən azı 5000 ailə üçün evlər tikiləcək”

“Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Keçən il 5800 köçkün üçün evlər tikilibdir, o cümlədən 1000 ailə üçün özəl sektor evlər tikib. Mən bu təşəbbüsü alqışlayıram. Bu il bu proses davam etdiriləcək. İlkin hesablamalara görə, ən azı 5000 ailə üçün evlər tikiləcək, o cümlədən yenə də özəl sektorun çox ciddi […]

Prezident iki nəfərə general rütbəsi verdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Turkustan.İnfo xəbər verir ki, dövlət başçısı Bakı Baş Gömrük İdarəsinin rəisi Məmmədov Kənan Ələsgər oğluna və DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Rəsulov Məsum Eynalı oğluna general-mayor ali xüsusi rütbəsi verib. Prezident başqa bir sərəncamla gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Sənan Əli oğlu Muxtarovanı “Əməkdar hüquqşünas” […]

“Xərçəng dərmanları yumurtlayan” toyuqlar yetişdirildi

Şotlandiyada tədqiqatçılar tərkibində bəzi xərçəng növləri ilə mübarizdə istifadə edilən dərmanlar olan toyuq yumurtaları əldə ediblər. Genetik modifikasiya olunmuş bu toyuqların “dərman yumurtaları” dərman şirkətlərinin satqıları xərçəng preparatlarından 100 dəfə ucuz başa gəlir. Turkustan.info xəbər verir ki, mütəxəssislər bu yumurtaların kütləvi satışa çıxarılacağına ümid edirlər. Edinburq şəhərindəki “Roslin Technology” şirkətinin nümayəndəsi […]

Ağızdan qoxu gəlməsinin səbəbləri – Video

Ağızdan qoxunun gəlməsi, qısaca qalitoz – istənilən yaşda rast gəlinən şikayətdir. Çox vaxt uşaqlar yuxudan oyanan zaman bu hiss olunur. Ağız boşluğunda tüpürcək ifrazı azaldığı üçün quruyur və nəticədə bakteriyalar artır. Bu tip qoxu maye və qida qəbulundan sonra keçir. Ağızdan gələn pis qoxunun çox hissəsinin səbəbi qida qalıqlarının ağız […]

Bakıda torpaq almaq üçün əlverişli şərait yaranıb – QİYMƏTLƏR bir az da ucuzlaşdı

2018-ci ilin dekabr ayında Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunub. Eurasia Diary xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. N.İbrahimovun sözlərinə görə, dekabr ayında qiymətlər 2,12 faiz ucuzlaşıb. Lakin ekspert bildirib ki, ümumilikdə il ərzində qiymətlərə nəzər yetirdikdə 2018-ci ildə torpaq 5,88 faiz […]

Rus alim xəritə yaydı – İrəvan Azərbaycan ərazisidir – VİDEO

Tədqiqatçı Oleq Petrenko Azərbaycan tarixinə dair faktların və xəritələrin araşdırılmasını davam etdirdiyi növbəti videonu Yutub kanalında yerləşdirib. Turkustan.info axar.az-a istinadən xəbər verir ki, videosujetdə tədqiqatçı Azərbaycanın son 200 illik tarixi barədə danışır, bu tarixin təhrif edilməyə və silinməyə çalışıldığını qeyd edir. MKİ sənədlərindən Petrenkonun sözlərinə görə, o, üzərindən məxfilik qrifi götürülmüş […]

Prezident icra başçısı ilə bağlı sərəncam verdi

Prezident İlham Əliyev Lütvəli Babayevin təltif edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info-nun məluamtına görə, sərəncamda deylir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Lütvəli Babəli oğlu Babayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin. Qeyd edək ki. L.Babayev Zərdab Rayonu İcra Hakimiyyətinin başçısıdır.   /Modern.az/ 108 Baxılıb