Gün: Yanvar 1, 2019

“Bir telefon zənginiz kifayət edəcək ki…” – Ramil Usubovdan Türkiyəyə MESAJ

Xəbər verdiyimiz kimi, 28 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soylunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Turkustan.info Unikal.org-a istinadla xəbər verir ki, Ramil Usubovun Türkiyəli həmkarı ilə dialoqu qardaş ölkədə maraqla qarşılanıb.  Belə ki, Süleyman Soylunun […]

İrandan tarixi TƏYİNAT

İran tarixində ilk dəfə bir sünni qadın səfir təyin edilib. Turkustan.info xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Məlumata görə, prezidentin birinci müavini İshaq Cahangiri Sistan və Bəlucistan əyalətinə səfəri zamanı Hümeyra Riqini İranın yeni Bruney səfiri olaraq təqdim edib. Cahangiri Riqini “uğurlu bir vəzifə sahibi” olaraq qiymətləndirib. Riqi Malayziyaya səfir […]

David Şahnazaryan: “Azərbaycan bir neçə min hektar ərazini nəzarət altına götürüb”

Ermənistan Respublikaçılar Partiyasından deputatlığa keçmiş namizəd, məşhur ekspert, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri və Milli Təhlükəsizlik Şurasının 1990-cı illərdə başçısı olmuş David Şahnazaryan çıxışında bildirib ki, Azərbaycan Ermənistanla sərhəddə, Naxçıvan istiqamətində minlərlə hektar ərazini nəzarəti altına alıb. Turkustan.info “news.am” nəşrinə intinadla xəbər verir ki, Şahnazaryan deyib: “Ən böyük təhlükə Qarabağı […]

Yerevan Moskva ilə fikir ayrılıqlarını etiraf etdi

Mnatsakanayan bildirib ki, Ermənistanda baş verənlərlə bağlı Moskvada ölkənin xarici siyasətinin saxlanılmasına dair suallar qalıb.  Moskva ilə əlaqələrin dərinləşdirilməsi Yerevan üçün həyatı əhəmiyyətə malikdir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın İctimai televiziyasına müsahibəsində bu ölkənin xarici işlər naziri səlahiyyətlərini icra edən Zöhrab Mnatsakanyan bildirib. “Biz təsdiqlədik ki, yeni hökumət Rusiya ilə […]

“Moskva Ermənistana “bomba” yerləşdirir” – Erməni ekspert

“Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətlərini artırmasına cavab olaraq, erməni hökumətinin daxili tarifləri qoruyub saxlamaq cəhdləri “saatlı bomba” effekti yaradacaq”. Turkustan.info xəbər verir ki, bunu erməni iqtisadçı Vahe Davtyan deyib. Ekspert hesab edir ki, Ermənistan hökumətinin əhaliyə satılan qazın daxili qiymətlərini qorumaq səyləri böyük borclanmaya səbəb olacaq: “Əlbəttə, qaz iqtisadiyyatdakı sabitliyi […]

Pəhləvanın üzərindən 12 dəfə yük maşını keçdi – Video

Beyləqan rayonunda pəhləvanın üzərindən 12 dəfə yük maçını keçib. Turkustan.info-nun verdiyi xəbərə görə, rayonun birinci Şahsevən kənd sakini İlham Hacıyev 3-4 tona qədər çəkisi olan bir neçə yük avtomobillərini 12 dəfə öz üzərindən keçirib. Bununla da “Ginnesin rekordlar kitabına” düşmək istəyən 44 yaşlı idmançı bu hərəkəti indiyədək heç bir pəhləvanın […]

Mərkəzi Bankın 2019-cu il bəyanatı nə vəd edir?

Ekspertlər: “Hər şey neftin qiymətindən asılıdır” 2018-ci ilin son iş günlərində Mərkəzi Bank həmişə olduğu kimi növbəti il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətlərini açıqlayıb. Qurumun açıqladığı siyasət sənədini şərh edən iqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, bu il inflyasiyanı aşağı həddə saxlamaq əsas vəzifə olacaq: “Bu həm də o […]

Qan qrupunuza görə ARIQLAYIN – MÜTLƏQ bu qidaları yeyin – VİDEO

4 qan qrupu var. Onlara əsasən insan orqanizmi haqqında çox maraqlı məlumatlar öyrənmək olar. Turkustan.info XəzərXəbər-ə istinadən bildirir ki, dietoloqların fikrincə, müasir dövrdə çəkini azaltmağın ən optimal variantı qan qrupu üzrə pəhriz saxlamaqdır. Qan qrupu üzrə pəhrizin mahiyyəti odur ki, rasiondan orqanizm tərəfindən pis həzm edilən, ona toksiki təsir edən […]

Meyvezer bir yumruqla 9 milyon dollar qazandı – Video

Qarışıq döyüş sənətləri üzrə şirkətlə bağladığı müqavilə əsasında yapon kikboksçu Tenşin Nasukava ilə şou döyüşünə çıxan amerikalı boksçu Floyd Meyvezer rəqibini təxminən 2 dəqiqə ərzində nakauta salıb. Turkustan.info xəbər verir ki, Tokioda keçirilən döyüşdə 20 yaşlı rəqibi üzərində asan qələbə qazanan Meyvezer döyüş boyunca gülümsəməsi ilə diqqətlərdən yayınmayıb. Döyüşün əvvəlində […]

Bu gündən onlar da vergi ödəyəcək

Bu gündən etibarən iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar. Turkustan.info Aznyus-a istinadən xəbər verir ki, ofisiantlar üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ – 30 manat, bərbərlər 20 manat, dərzilər 10 manat müəyyən olunub. […]

Bu gündən yeni vergi qaydaları qüvvəyə minir

Yeni yanaşma 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiq edilir. “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun bu gündən qüvvəyə minib. Turkustan.info məlumat verir ki, dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8 000 manatadək […]

Yaşayış minimumu artıq 180 manatdır – BU GÜNDƏN

Bu il Azərbaycanda ehtiyac meyarı 143 manat, yaşayış minimumu isə ölkə üzrə 180 manat olacaq. Qərar yanvarın 1-dən qüvvəyə minib. Belə ki, bu il ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq olunub. 2019-cu il üçün yaşayış minimumu isə ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar […]

Votsap elan etdi: Bu telefonları dəstəkləməyəcək

Votsap messenceri istifadəçiləri sevindirməyəcək bir xəbər ilə gündəmə gəlib. Turkustan.info xəbər verir ki, bu gündən etibarən Votsap “Nokia S40” seriyasını dəstəkləməyəcək. Feysbuk Votsapın 2020-ci ilin fevralın 1-dən Android 2.3.7 və daha əvvəlki versiyaları, eyni zamanda İOS 7 əməliyyat sistemi ilə işləyən “Ayfon”ları da dəstəkləməyəcəyini açıqlayıb.    /Kult.az/

Bu gündən maşınlar bahalaşır – QƏRAR QÜVVƏDƏ

Bu gündən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılır.  Turkustan.info-nun məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən Vergi Məcəlləsində dəyişiklik lərdə əksini tapıb.  Beləliklə, minik avtobillərində mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə –0,30 manat (hazırda 0, 20 manat), mühərrikin həcmi […]

Sarı Qaban nə vəd edir? – 2019

2019-cu ilin 6 fevralından Sarı Torpaq Qabanı hökmranlıq etməyə başlayacaq. Turkustan.info xəbər verir ki, qarşıdan gələn Qaban ili Çin təqvimində güvənilən tip kimi tanınır. Son dərəcə həssas, romantik, insanların əlaqələrinə əhəmiyyət verən heyvandır. Evliliyə, bağlanmağa çox uyğundur. Qarşısındakı insanı olduğu kimi qəbul edən Sarı Qaban, əslində, fiziki cazibədarlığa və ruh […]

Mehriban Əliyeva bayram günündə oğlu Heydər Əliyevlə birlikdə – FOTOLAR

Dekabrın 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Prezident, […]