Ca. İyl 18th, 2019

Ali Devrimin adı Türkiyədə kitabxanaya verildi

İki il əvvəl Bakıda həyatını itirən Atatürk Liseyinin direktoru Ali Devrimin adı Türkiyənin Aydın şəhərində bir kitabxanaya verilib.

Turkustan.info xəbər verir ki, Azərbaycanda 9 il Anadolu və Atatürk liseylərində direktor vəzifəsini tutmuş Ali Devrim hocanın adı Aydının Karpuzlu rayonu, Tekeler məhəlləsində yerləşən orta məktəbin kitabxanasına verilib.

Kitabxananın açılışı yanvarın 7-də olacaq. Kitabxana üçün keçirilən kitab toplama kampaniyasına çox sayda vətəndaş qatılıb.`