Gün: Yanvar 7, 2019

Türkün adı tarixlərdə qalandı!

Tanrım, Türkəm, Cahana Türk gəlmişəm! Odlar Yurdun Türkə Vətən bilmişəm! Yağı-düşmən sanmasın ki, ölmüşəm! Dədəm-Qorqud, Manas tarix qalamdı, Türkün adı tarixlərdə qalandı! * Qibləm Laçın, səcdəgahım Şuşadı! Həsrətimiz, sevincimiz qoşadı! Türkü Türklük, Türk doğulmaq yaşadır! Türkdən başqa Türkün dostu yalandı, Türkün adı tarixlərdə qalandı! * Ta Doğudan Batıyacan yurdumuz, “Tülkü-çaqqal” […]

Ermənilər Karaqandadakı qətli azərbaycanlının üstünə atmağa çalışır – VİDEO

Qazaxıstanın Karaqanda vilayətində yeni il günü qazaxstanlı gəncin üç erməni tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsi yerli sakinlərin etirazına tuş gəlib. Artıq bir neçə gündür ki, qazaxlar vilayətin mərkəzinə toplaşaraq aksiyalar keçirirlər. Turkustan.info Azvision.az-a istinadən xəbər verir ki, mitinq iştirakçıları ölkə rəhbərliyindən hadisə ilə bağlı açıqlama tələb edir, erməni diasporunun cəzalandırılmasını […]

Azərbaycan nümayəndə heyətinin Mersin səfəri başa çatdı – Fotolar

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis olunmuş Hərbçiləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin rəhbərliyi ilə hərbiyönümlü qeyri-hökumət təşkilatları, Qarabağ müharibəsi veteranları və media təmsilçilərindən ibarət nümayəndə heyətimizin Türkiyənin Mersin şəhərinə səfəri çərçivəsində yeni görüşlər keçirilib.  Türkiyə Silahlı Qüvvələrinin Mersində yerləşən Aralıq dənizi Bölüyü və Qarnizon […]

Kimin pensiyası nə qədər artacaq? – Artım rəqəmləri göstərildi

Bu gün Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuata açıqlamasında bildirib ki, pensiyaçılar artımları gələn aydan etibarən ala biləcəklər. Bununla bağlı nazir onu da əlavə edib ki, müvafiq rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmalıdır.  Turkustan.info-nun məlumatına görə, iqtisadçı Qubad İbadoğlu bildirib ki, DSK-dan gözlənilən rəqəm illik inflyasiya […]

Heyvan kəsimi məntəqələrinə nəzarət gücləndirildi

Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçə və yol kənarlarında qanunsuz ət satışı məqsədilə heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini gücləndirib. Turkustan.info bildirir ki, agentliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, indiyədək bir sıra qanunsuz heyvan kəsimi məntəqələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlər […]

Vergilər Nazirliyi məktəbliləri sevindirib

Vergilər Nazirliyinin təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə valideyn himayəsindən məhrum olmuş internat məktəblərindən olan şagirdlər üçün Bakı şəhərində yerləşən əyləncə mərkəzlərindən birində maraqlı istirahət proqramı təşkil edilib. Turkustan.info xəbər verir ki, Bakıdakı bir neçə internat məktəbinin şagirdləri əyləncə mərkəzində şən və yaddaqalan vaxt keçiriblər. Mərkəzdəki […]

Türkiyədə batan gəmidə 1 azərbaycanlı ölüb, digəri… – XİN-dən açıqlama

Azərbaycanın Türkiyədəki səfirliyi Samsun vilayəti sahillərində batan yük gəmisində iki nəfər azərbaycanlının olması məlumatını təsdiqləyib. Turkustan.info bildirir ki, “Qafqazinfo”nun sorğusuna cavab olaraq XİN-dən bildirilib ki, qəza nəticəsində bir nəfər azərbaycanlı həlak olub, digər həmyerlimizin axtarışı üzrə xilasetmə işləri davam etdirilir. Xatırladaq ki, bu gün Türkiyənin Samsun vilayəti sahillərində Panama bayrağı […]

“…Günəşi düyün vuraram gecənin hörüklərinə” – Sevinc Qərib deyir

Mənim düşüncə tərzimə görə, şeir elə əslində ulu sevginin ənənəvi mədəniyyətidi. Çünki o, milli mədəniyyət sisteminin özünə məxsusluğunu özündə ehtiva edən milli yaddaşın arxetipi sütunlarının üzərində dayanır. Poeziya hər zaman olduğu kimi günümüzdə də milli məfkurənin formalaşmasına birbaşa təsir edən daimi funksional-mədəni fenomendir. Ki, məndə bu fenomenol yurdun mərifəti və […]

Bakıda binaların üstündəki su çənləri götürülür – SƏBƏB+FOTO

Paytaxtın Nizami rayonu ərazisindəki yaşayış binalarının damında sakinlərə məxsus su çənləri yığışdırılır. Turkustan.info xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Nizami Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri Ramsin Abdullayev deyib. Birlik sədri bildirib ki, su çənlərinin götürülməsi həmin binalarda yeni, müasir liftlərin quraşdırılması və dam örtüklərinin dəyişdirilməsi ilə əlaqədardır: […]

“Rusiya Azərbaycanı ala biləcəyinə əmin olsa, Ermənistanı satacaq”

ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri, Vaşinqtonda yerləşən Dünya siyasəti institutuun professoru Pol Qobl Ermənistanın 1-ci informasiya saytına müsahibəsində maraqlı açıqlamalar verib. Amerikalı ekspert Azərbaycan-Ermənistan münqaişəsində 2018-ci ilin sakit keçdiyini, lakin 2019-cu ildə Rusiyanın bölgədə söz sahibi olduğunu sübut etmək üçün tərəfləri yeni toqquşmalara təhrik edə biləcəyini söyləyib. Pol Qoblun […]

Pensiyaların artımla veriləcəyi vaxt açıqlanıb

Pensiyaların artım ilə veriləcəyi vaxt açıqlanıb. Turkustan.info-nun xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib ki, pensiyaçılar artımları gələn aydan etibarən ala biləcəklər. Onun sözlərinə görə, müvafiq rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmalıdır: “Onun əsasında müvafiq qərar olacaq. O qərardan sonra pensiyaçılar uyğun ödənişləri […]

Heyvanları peyvəndləmə ilə bağlı xəbərdarlıq – FOTOLAR

Yanvar ayının ilk günlərindən Azərbaycan Respublikasında heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq 2019-cu ilin müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına başlanılıb. Turkustan.info bildirir ki, bu haqda Cebhe.info-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən […]

Azərbaycanda 8-9 ballıq zəlzələ riski olan ƏRAZİLƏR

Azərbaycanda yaşayış məntəqələrinin respublika üçün xarakterik olan təbii fəlakətlər üzrə təsnifatı aparılarkən məlum olub ki, əhalisi 2 milyon nəfərdən çox olan 200 yaşayış məntəqəsi 8-9 ballıq zəlzələ riski şəraitində fəaliyyət göstərir. Turkustan.info-nun məlumatına görə tədqiqatı aparmış Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə […]

Pensiya ödənişində YENİ QAYDALAR

Bu il yanvarın 1-dən pensiya qanunvericiliyində qüvvəyə minən dəyişikliyə əsasən, pensiya təyinatının avtomatlaşdırılmış şəraitdə həyata keçirilməsinə başlanılıb. Pensiya hüququ yarananda ölkə vətəndaşının onu reallaşdırmaq üçün sənəd toplayıb hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur. Həmin islahat tədbiri pensiyalarda artıma da imkan yaradıb. Turkustan.info Azərtac-a istinadən xəbər verir ki, Əmək və Əhalinin […]

Qarabağ İcmasının sədri Türkiyə səfirinə problemlərdən DANIŞDI

Bugün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Turkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral ilə görüş keçirib. Turkustan.info xəbər verir ki, görüş zamanı əməkdaşlıq əlaqələri müzakirə mövzusu olub. Tural Gəncəliyev Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzləşdiyi problemlər haqqında Türkiyəli səfirə ətraflı məlumat verib.  Görüş zamanı icmanın gələcək fəaliyyəti […]

Şuşa dağlarının ən son görüntüləri – Video

İnternet resurslarında əcnəbi turistlərin Şuşanın dağlarından çəkdiyi şəkillərdən ibarət video paylaşılıb. Turkustan.info Musavat.com-a istinadən xəbər verir ki, foto 2019-cu ildə çəkilib. Dağın ala-tala qarlı zirvəsində şəkil çəkdirən alabəzək geyimli turisistlərin bəzi kadrlarda 3-4, bəzilərində 6 olduqları görünür. Onlar Avropa ölkələrindən də gəlmiş ola bilərlər, işğalçı Ermənistandan da. Önəmli olan odur ki, […]

Azərbaycanda enerji içkiləri bahalaşdı

Azərbaycanda enerji içkilərinin qiyməti bahalaşıb. Turkustan.info xəbər verir ki, bu gündən etibarən marketlərdə satılan enerji içkilərinin qiymətində artım müşahidə edilib. Əvvəllər 0.80 manat olan 250 ml “Hell” enerji içkisi 2 manat olub. 500 ml “Bizon” enerji içkisi isə 20 qəpik bahalaşaraq, 1.2 manat olub. Qiymət artımı digər enerji içkilərində də müşahidə […]

Qənirə Paşayeva Afrikanın fəal qadınları ilə Qarabağdan danışdı

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Beynəlxalq Qadın tədbiri çərçivəsində Afrikanın qadın millət vəkilləri, siyasi-ictimai xadimləri, fəal iş xanımları, təşkilat rəhbərləri ilə görüşüb. Afrikanın qadın millət vəkilləri, siyasi-ictimai xadimləri, fəal iş xanımları, təşkilat rəhbərləri, qeyri-hökumət təşkilatları, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın […]

Azərbaycanda “donuz qripi” təhlükəsi… – Nazirlik açıqladı

Azərbaycanda donuz qripinə yoluxma halları mövsüm ərzində qeydə alınmayıb. Turkustan.info bildirir ki, Səhiyyə Nazirliyindən BakuPost-a verilən məlumata görə, Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına tibb müəssisələrindən kəskin respirator əlamətlərlə müşahidə edilən xəstələrdən 867 nümunə daxil olub, donuz qripi aşkar olunmayıb. Nazirlikdən qeyd edilib ki, mövsümi qripin və digər kəskin respirator infeksiyaların […]

Enerji içkilərinin fəsadları – Qida Təhlükəsizliyi Agentliyindən XƏBƏRDARLIQ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Modern.az saytının birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə “Enerji içkiləri” haqqında olacaq. Enerji içkiləri […]

15 yaşlı Rəşidin dəbdəbəli həyatı – Şəxsi heyvanxana, avtomobillər… (Fotolar)

Belhasa Rəşid cəmi 15 yaşı olmasına baxmayaraq, Dubayın ən zəngin adamlarından biri hesab olunur. Turkustan.info bildirir ki, ərəb milyarderin oğlunun şəxsi heyvanxanası, təyyarələri, bahalı avtomobilləri var. “Instagram”-da “Money Kicks” ləqəbi ilə tanınan Rəşidin 661 mindən çox izləyicisi var. Onun bəzi fotolarını təqdim edirik:  /Metbuat.az/ 56 Baxılıb

Ukraynada türkiyəli qızların başını kəsən qatildən etiraf – VİDEO

Ukraynada iki gənc qızı qətlə yetirən Hüsnü Can “Cəzamı hər gün yaşayıram” notu yazıb. Qurbanların ailələri isə “Canı cəhənnəmə” deyə lənətlər yağdırıb. Turkustan.info “Takvim”ə istinadən bildirir ki, Ukraynanın Xarkov şəhərində tibb ixtisası üzrə təhsil alan tələbə qızlar 22 yaşlı Buket Yıldız və Zeynəb Hüsünbəyi qətlə yetirib Türkiyəyə qaçan 21 yaşlı Hüsnü Can Pendikdə qəbiristanlıqda tutularaq […]

Azərbaycanda rektor vəfat etdi – YENİLƏNİB

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinə ağır itki üz verib. Turkustan.info xəbər verir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Mansur oğlu Əliyev yanvarın 7-də ömrünün 56-cı ilində vəfat edib.  Mməlumatı Modern.az-a Xəzər Dəniz Gəmiçiliyinin mətbuat katibi Mehman Mehdiyev təsdiqləyib. Mərhum 24 iyul 2015-ci il tarixindəı Fövlət Dəniz Akademiyasının rektoru təyin edilmişdi. Çingiz […]

Anar Hüseynov daha yüksək vəzifəyə aparıldı – TƏYİNAT

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.  Turkustan.info-nunModern.az-a istinadən əldə etdiyi məlumata görə, nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nə direktor təyin edilib. “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Nazirlər Kabinetinin 26 sentyabr 2018-ci il tarixli qərarı ilə yaradılıb. Qurumun tərkibinə Kənd […]

Vüqar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi təyin edildi

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimiayyətlə əlaqələr şöbəsinə yeni təyinat olub. Turkustan.info-ya daxil olan məlumata görə, Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri vəzifəsinin icrası Vüqar Hüseynova həvalə olunub. Vüqar Hüseynov buna qədər həmin şöbədə müdir müavini vəzifəsində çalışıb. V.Hüseynov Modern.az-a açıqlamasında faktı təsdiqləyib. V. Hüseynov əvvəllər APA TV-də direktor […]

Niderland radiosunda milli musiqilərimiz,işğal altında qalan torpaqlarımızdan danışılıb

Bu günlərdə Niderlandda yaşayan həmyerllimiz, orda fəaliyyət göstərən ”Connect”(Konnekt) təşkilatının sədri, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov yerli SD (Schouwen Duiveland) radiosunda, GeertJan de Bruijnenin aparıcısı olduğu “Te Gast Bij….ROSD” proqramında canlı yayımda qonaq olub. Proqram bir saat çəkib və proqram boyunca altı Azərbaycan musiqisi, “Küçələrə su səpmişəm,” Ü. Hacıbəyovun […]

Yanvarın 21-i iş günü olacaqmı?

Azərbaycanda 20 Yanvar – Ümumxalq Hüzn Gününün bu il həftənin bazar gününə təsadüf etməsi yanvarın 21-də iş gününün olub-olmayacağı sualını doğurub. Turkustan.info Trend-ə istinadən xəbər verir ki, yanvarın 20-si Ümumxalq Hüzn Günü olduğundan ölkədə iş günü hesab edilmir. Lakin Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri yalnız iş günü hesab olunmayan bayram […]

Penitensiar Xidmət Mehman Hüseynovla bağlı MƏLUMAT YAYDI

“Həbsdə olan bloqqer Mehman Hüseynov aclıq aksiyası keçirmir və səhhəti qaydasındadır”. Turkustan.info xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib. “Bu adam çörək də yeyir, su da içir, vəkili ilə də görüşür, ailə üzvləri ilə telefonla da danışır. Onun heç bir problemi yoxdur. Bilirsiniz ki, […]

Qarabağ işğal olunmuş ərazidir – Fransız parlamentari

Turkustan.info Fransa Parlamentində Fransa-Azərbaycan dostluq qrupunun üzvü Jan-Lük Reitzerin Report-a müsahibəsini təqdim edir: – Azərbaycanla ilk tanışlığınız necə baş verdi? – Azərbaycanı ilk dəfə seçkilərə nəzarət etmək missiyası ilə getdiyim zaman kəşf etmişəm. Bu Azərbaycanın müstəqilliyini yenicə əldə etdiyi dövrlərə təsadüf edirdi. Bu zaman İnkişaf etməyə, müasirləşməyə ehtiyacı olan bir ölkəyə təsadüf […]

İranda ləhcə tədris olunacaq, Azərbaycan dili isə…

İranda fars dilinin bir şivəsi olan Simnan ləhcəsinin bölgənin məktəblərində tədris olunacağı barədə qərar qəbul edilib. Turkustan.info xəbər verir ki, bu barədə Simnan Şəhər İcra Hakimiyyətinin başçısı Abbas Danayi məlumat yayıb. O, yerli mədəniyyət və adət-ənənəni qoruyub saxlamağın vacib məsələ olduğunu bildirib: “Yerli dillərin tədrisi və öyrənilməsinin diqqətdən kənarda qalması həmin […]

Qələminin mürəkkəbi şəhid qanına bərabər alim…

Tarixçi alimlər iki çür olurlar- hadisələrə öz mülahizə və düşüncələrini qatıb, qələmə alanlar və hadisələri olduğu kimi təqdim edənlər. Birincilərin kitablarını oxuyarkən biz tarixi hadisələrə onların düşüncəsindən boylanırıq, ikincilərin vasitəsi ilə isə heç bir rəng qatılmadan, hadisələrlə çılpaqlığı ilə tanış oluruq və olaylara dəyər vermək oxucunun öz səviyyəsindən asılı olur. […]

Kərə yağı paltaryuyan maşınlarda hazırlanır – VİDEO

Uzun illərdir insanların hazırladıqları nehrə yağı unudula bilər. Turkustan.info  “Xəzər” TV-yə istinadən məlumat verir ki, nehrədə hazırlanan yağ həm dadı, həm keyfiyyətinə görə digər yağlardan fərqlənir. Saxsı, taxta və bu kimi qablarda hazırlanan yağ ekoloji cəhətdən təmiz olması ilə yanaşı, yeməklərə də xüsusi dad verir.  Bu yağda bişən şirniyyatlar da öz […]

Xızı rayonunda Mikayıl Müşfiqin xatirəsi anılıb

Xızı rayonunda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi anılıb. Nakam şairin ölümünün 81 illiyinə həsr olunan mərasim Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında Xızı rayon İcra hakimiyyətinin və Sumqayit Regional Mədəniyyət Idarəsi Xızı rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib. Müşfiqin büstü ətrafına toplaşan […]