Gün: Yanvar 8, 2019

Milli qəhrəmanı təhqir edən “psixoloq”un məhkəməsi olacaq

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadəyə qarşı qaldırılmış iddia üzrə məhkəmənin vaxtı məlum olub. Turkustan.info xəbər verir ki, bu barədə vəkil Ramil Rüstəmov məlumat verib. O deyib ki, iddia üzrə məhkəmə iclası Xətai rayon Məhkəməsində yanvarın 22-də keçiriləcək. Nərmin Şahmarzadəyə qarşı Milli Qəhrəman Mübariz İbrahimovu tənqid etdiyi […]

Ukrayna sürətlə seçkiyə doğru: Daha 4 namizəd bəlli oldu

Ukraynanın Mərkəzi Seçki Komissiyası daha dörd nəfərin prezidentliyə namizədliyini qeydə alıb. MSK-nın iclasında Ali Radanın deputatı Sergey Kaplin, “Ədalət” ictimai-siyasi hərəkatının təmsilçisi Valentina Nalivayçenko, “Samopomiç” Birliyi Partiyasından Andrey Sadovoy və müstəqil Vitaliya Skotsikanın namizədliyi təsdiqlənib. Prezidentliyə namizədlik üçün sənədlər fevralın 3-dək MSK-ya təqdim edilməlidir. MSK bundan əvvəl ilk prezidentliyə namizəd […]

Dövlət Komitəsinin 4 vəzifəli əməkdaşı saxlanıldı — RƏSMİ

Dövlət Gömrük Komitəsinin daha 4 vəzifəli əməkdaşı saxlanılıb. Turkustan.info bildirir ki, komitədən Minval.İnfo-ya verilən məlumata görə, Gömrük orqanlarında korrupsiya və rüşvət hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar çərçivəsində 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini aşmaq və qulluq mövqeyindən […]

Həyatın zirzəmisinə düşənlər – Bakıda “bomj”lar necə yaşayır? – VİDEO

Şəhərin müxtəlif yerlərində, demək olar ki, hər gün səfil həyat tərzi yaşayan insanlarla qarşılaşırıq. Çəkiliş edilən bu zirzəmi də “bomj”ların yaşadıqları yerdir. Müsahib zirzəmidə səfil həyat keçirən şəxslərdən biridir.  O, Oxu.Az-a açıqlamasında deyib ki, ailəsi də bu vəziyyətdən xəbərdardır. Zirzəmidə yaşayan İlyasın vəziyyəti daha da acınacaqlıdır. İlyas Astara rayonundandır. Onun evi dostu […]

Manatın taleyi necə olacaq? – PROQNOZ

“Valyutaya tələbat artıb, idxal çoxalıb, xarici ticarətdə müsbət saldo azalıb. Ötən il valyuta satışı əvvəlki ildən 54,9 faiz, idxal isə 32,2 faiz çox olub”.  Turkustan.info xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Ekspertin sözlərinə görə, 2018-ci ildə idxal 2013-cü ildən sonra ən yüksək səviyyədə qeydə alınıb: “Azərbaycan Respublikası Dövlət […]

2019-cu ildən gözləntilər: İqtisadi sıçrayış, yoxsa?

2018-ci il iqtisadi baxımdan o qədər də qənaətbəxş olmadı. Banklarda kredit problemi, bahalaşma və s. digər sosial çətinliklər ötən ildə həllini tapmadı. Baxmayaraq ki, bu istiqamətdə müəyyən proqramlar hazırlandı və addımlar atıldı, amma heç bir nəticəsi olmadı. Maraqlıdır, 2019-cu il iqtisadi sıçrayış, yoxsa tənəzzül ili olacaq? İnflyasiya gözləntisini necə dəyərləndirmək […]

Donuz qripi Ermənistana da yayıldı

Ermənistanda 10 nəfərdə donuz qripi aşkar edilib. Turkustan.info xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb. Ermənistan səhiyyə naziri səlahiyyətlərini icra edən Liana Torosyan hadisəyə münasibət bildirərək onu bəsitləşdirməyə çalışıb: “Gəlin, buna donuz qripi deməyək. Hazırda Avropada olduğu kimi, Ermənistanda da adi H1N1 virusu yayılıb”. Ermənistan Səhiyyə Nazirliyi bildirib ki, yanvarın […]

Deputatın oğlu turistləri döyüb?! – “Mən özüm də orada olmuşam”

Bu gün bəzi mətbuat orqanları Lerikin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Məmmədovun dekabrın 31-də “Relax” istirahət mərkəzində dava saldığı barədə məlumat yayıb. Qeyd edilib ki, deputatın oğlu bayram günlərində tətil etmək məqsədilə “Relax”da olub və orada istirahət edən iki iranlı ilə dalaşıb. İddia olunur ki, deputatın oğlu butulka ilə iranlının […]

Pensiya artımı bu şəxslərə şamil olunacaq – Rəsmi

Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addım kimi, bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması təmin ediləcək. Turkustan.info bildirir ki, bu barədə Avropa.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, “Əmək pensiyaları haqqında” qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik […]

Qənirə Paşayeva BƏƏ, Pakistan və Malayziyanın fəal qadınları ilə köçkün insanlardan danışıb

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayeva Beynəlxalq Qadın tədbiri çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan və Malayziyanın qadın millət vəkilləri, siyasi-ictimai xadimləri, fəal iş xanımları, təşkilat rəhbərləri ilə görüşüb. BƏƏ, Pakistan və Malayziyanın qadın millət vəkilləri, siyasi-ictimai xadimləri, fəal iş xanımları, təşkilat rəhbərləri, qeyri-hökumət təşkilatları, KİV […]

Ramil Usubov 4 rayonun polis rəisini işdən çıxardı — SİYAHI

Bakının 4 rayonunun polis rəisi işdən çıxarılıb. Turkustan.info Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Binəqdi Rayon Poli İdarəsinin rəisi, polkovnik Namiq İsmayılov, Xətai Rayon Polis İdarəsinin rəisi, polkovnik Muradalı Babayev, Xəzər Rayon Polis İdarəsinin rəisi, polkovnik Azər Muradov […]

Nərmin Seyidova “Rabitəbank”da vəzifəyə təyin olunub

“Rabitəbank” ASC-də ictimaiyyətlə əlaqələr üzrə rəhbər vəzifəsinə təyinat olub. Turkustan.info-nun xəbərinə görə, bu vəzifəni Nərmin Seyidova icra etməyə başlayıb. O, bundan əvvəl Azərbaycan Yelkənli İdman Federasiyasında, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında çalışıb, “Azərbaycan Mədəniyyət, İncəsənət və Elm evi” Gənclər Evi Sosial İnkişaf Proqramının, “Eurovison” mahnı müsabiqəsinin rəsmi fan-klubunun PR […]

Hüquqşünas Mehmanın vəziyyətindən DANIŞDI: “Aclığı dayandırıb, tam qidalanır, əsas narazılığı…”

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri – Əliməmməd Nuriyev, Rauf Zeyni, Səadət Bənənyarlı, Sahib Məmmədov 1 saylı istintaq təcridxanasında saxlanılan bloger Mehman Hüseynovla görüşüblər. Turkustan.info bildirir ki, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a açıqlamasında görüş barədə ətraflı məlumat verib. Ə.Nuriyev qeyd edib ki, Mehman Hüseynov bir müddət əvvəl aclıq aksiyası keçirsə də, hazırda […]

Türkiyədə beynəlxalq jurnalist təşkilatı yaradıldı – Quruculardan biri azərbaycanlı oldu

Ankarada Qlobal Jurnalist Təşkilatı (Küresel Gazeteciler Konseyi) adlı yeni beynəlxalq jurnalist təşkilatı qurulub.   Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, “Anadolu Mediası Gücbirliyi Platformu” (AGP) və “DİM Media”nın İdarə Heyətinin sədri Mehmet Ali Dim təşkilatın qurucu sədri seçilib.  Yeni təşkilatın fəxri sədri isə jurnalist Yavuz Donat olub.Qlobal Jurnalist Təşkilatının qurucu üzvləri Türkiyənin xarici işlər […]

2018-ci ildə “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 3581 müraciət daxil olub

2010-cu ildə “Azercell Telekom” MMC-nin dəstəyi ilə uşaqların müdafiəsi və hüquqlarının qorunması üçün yaradılan “Uşaq Qaynar Xətt” xidməti ötən ilin yekunları ilə bağlı hesabatını açıqlayıb. Qeyd edək ki, 2018-ci il ərzində quruma 3581 müraciət daxil olub. Onlardan 1909-u təhsil, 426-sı psixoloji, 235-i sosial, 497-si hüquqi, 177-si səhiyyə, 337-si isə digər […]

Enerji içkiləri bahalaşdı – Aksizdən sonrakı qiymətlər

Vergilər Nazirliyinin vergi qanunvericiliyinə etdiyi düzəlişlərin tətbiqinə başlanılıb. Turkustan.info xəbər verir ki, qanunun qəbulundan sonra energetik içki məhsullarına tətbiq olunan aksiz vergiləri nəzərə alınaraq cari ildən bu məhsulların yeni satış qiymətləri müəyyən olunub. Aksiz vergisinin tətbiq olunması nəticəsində qiymətlərin 50% qalxacağı gözlənilsə də, 100% qiymət artımı müşahidə olunan məhsullar da […]

Ermənistan Azərbaycana sərhəd danışıqları və birgə xidmət təklif edir – Baş qərargah rəisi Artak Davtyan

Azərbaycan Silahlı Qüvvələrinin bəzi bölmələrinin Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa istiqamətlərində sərhəd qoşunlarının bölmələri ilə əvəz edilməsi situasiyaya hər hansı təsir etməyib. Turkustan.info xəbər verir ki, bu haqda Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Artak Davtyan bildirib. Davtyanın dediyinə görə Azərbaycanın sərhəd qoşunlarının bölmələrinin həmin istiqamətdə yerləşdirilməsindən sonra […]

Stalinin “AZƏRBAYCAN GÖZƏLİ” dediyi möhtəşəm qadın – VİDEO

Bu gün Azərbaycanın görkəmli aktrisası, xalq artisti Leyla Bədirbəylinin doğum günüdür. Leyla Bədirbəyli 1920-ci il yanvarın 8-də Bakıda anadan olub. Bir müddət Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs ansamblının solisti kimi çalışan Leyla Bədirbəyli 1942-1975-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib. O, hələ gənc yaşlarında Üzeyir Hacıbəyov kimi korifey […]

Ermənilər Nazabayevdən qisas alır – Qazax gəncin qətl səbəbi

Karaqanda insidenti adi kriminal hadisə deyil. Bu olay göstərdi ki, ermənilər yaşadıqları hər yerdə öz kriminal maraqları naminə mövcud sabitliyi pozurlar. Bu sözləri Qazaxıstanın Karaqanda şəhərində kütləvi davada ermənilərin 23 yaşlı qazax gənci öldürməsini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Karaqandada ermənilərin 23 yaşlı qazax gənci […]

“Paşinyan qorxur ki, Rusiya Azərbaycana…” – İrəvan təşvişə salan 3 məsələ

“Ermənistanın hazırkı rəhbəri Nikol Paşinyanı çox ciddi sınaqlar və çağırışlar gözləyir. İlk növbədə qarşıda duran üç məsələnin həlli istiqamətində addımlar atmalıdır. Əks halda, vəziyyət gərginləşəcək”. Turkustan.info bildirir ki, bunu Teleqraf.com xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq hesab edir ki, Paşinyan ilk növbədə Ermənistan-Azərbaycan (Dağlıq […]

Türkiyədə azərbaycanlının gəmisi necə batdı? – Şok nüanslar

Ötən gün Türkiyənin Samsun şəhəri yaxınlığında “Volqo Balt 214” adlı gəminin batmasına səbəb azərbaycanlı kapitanın məsuliyyətsizliyi olub. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında “Palmali” şirkətinin baş mexaniki Yaqub Həmidov deyib. O, sözügedən gəminin istismar müddətinin başa çatdığını söyləyib: “Volqo Balt 214” 1978-ci ildə istismara buraxılıb, 40 ilin gəmisidir. Demək olar […]

Üzeyir amerikalıları yenə heyran etdi – Video

Azərbaycanlı akrobat, sirk ustası və şoumen Üzeyir Novruzov “America’s Got Talent: The Champions” teleşousunda çıxış edib. Turkustan.info xəbər verir ki, NBC telekanalında nümayiş olunan teleşouda səhnəyə çıxan soydaşımız münsiflər heyəti ilə yanaşı, milyonlarla amerikalını heyran qoyub. ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində yaşayan Ü.Novruzov 2015-ci ildə qatıldığı “America’s Got Talent” yarışmasında […]

Dilarə Əliyeva həmkarının başında butulka sındırdı – VİDEO

Aktrisa Ülfət Bəşirə amansız plan qurulub. ARB TV-nin “Söhbət var” verilişində maraqlı anlar yaşanıb. Belə ki, verilişə qonaq qismində gələn aktrisa Ülfət Bəşirə, verilişin aparıcısı Dilarə Əliyeva amansız plan qurub. Aktrisa, “Əfsanə qayıdır” filmində həyat yoldaşını əlindən alan həmkarı Ülfət Bəşirdən heyifini başında butulka sındırmaqla çıxıb. Bir anlıq şoka düşən Ülfət, daha […]

Ruslar Menbiçi mühasirəyə aldı – Türkiyəyə qarşı yeni oyun?

Rusiyanın hərbi polis qüvvələri bu gün Menbiç ətrafında patrul xidmətini həyata keçirməyə başlayıb. Turkustan.info xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya hərbi polisinin sözçüsü Yusup Mamatov bildirib. Mamatov qeyd edib ki, Rusiyanın hərbi polis qüvvələri Menbiçlə yanaşı, ətraf bölgələrdə də patrul xidməti həyata keçirir: “Əsas məqsəd bölgədə sabitlik yaratmaqdır”. Qeyd […]

Unun qiyməti niyə qalxıb?..

Son günlər respublika ərazisində satılan müxtəlif markalardan olan unun qiymətində bahalaşma müşahidə olunur. Yanvarın əvvəlində 3-4 qəpiklə başlayan bahalaşma artıq bir neçə manata yüksəlib.  İstehsalçı şirkətlər bildirir ki, 50 kiloqramlıq “Mehriban” unu 27 manatdan 28.50 manata, “Sarı Sünbül” unu 25 manat 50 qəpikdən 27 manat 50 qəpiyə, “Karmen” unu isə […]

“WhatsApp”a 3 yeni, maraqlı funksiya əlavə olunur – Şəkilli izah – FOTO

Dünyanın ən populyar mesajlaşma şəbəkəsi olan “WhatsApp”a yeni funksiyalar əlavə olunacaq. Turkustan.info xarici mətbuata istinadla xəbər verir ki, hazırda bu özəlliklər iOs platformalı telefonların sonuncu versiyasında test edilir. Yeni özəlliklərə görə artıq qrup çatlaşması zamanı mesaj yazan şəxsə, qrupdan çıxmadan, nömrəsini yaddaşa salmadan, özəl olaraq cavab vermək mümkün olacaq. Bunun üçün qrupa […]

“İranda hicab məcburi deyil” – Vitse-spikerdən qəribə iddia

“Qadınların geyimlə bağlı sərbəst seçim haqlarının məhdudlaşdırılmasına edilən bütün etirazlara baxmayaraq, İranda hicab məcburi deyil”. Turkustan.info xəbər verir ki, bunu İran parlamenti sədrinin müavini Əli Mütəhhəri deyib. O qeyd edib ki, İranda hicabla bağlı konkret geyim forması müəyyən edilməyib: “Şəxsən düşünürəm ki, bizdə məcburi hicab yoxdur. Əgər biz qadınlar üçün hicabın […]

“Onun səhv etmək şansı yoxdur” – Paşinyan inqilabla hədələnir

“Bir həftə sonra Ermənistanda yeni seçilmiş parlamentin ilk iclası keçiriləcək, bununla ölkənin yeni hökuməti formalaşdırılacaq. Yanvarın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən bu posta seçiləcək və bir neçə gün ərzində hökumətin tərkibi prezidentə təqdim ediləcək”. Turkustan.info xəbər verir ki, bunu erməni analitik Sərkis Arçruni deyib. Ekspert hesab edir ki, Paşinyan […]

Bakıda avtomobillər bahalaşıb

“2018-ci ilin noyabrında Bakının avtomobil bazarında orta qiymət 42 152 manat təşkil edib”. Turkustan.info bildirir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib. Ekspertin sözlərinə görə, oktyabrla müqayisədə qiymətlər noyabrda 12,22 faiz artıb. N.İbrahimov bildirib ki, noyabr ayında ümumilikdə 1 729 avtomobil satışa çıxarılıb: “Oktyabr […]

Ərdoğana ağır itki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dayışı Əli Mutlu 85 yaşında müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Turkustan.info xəbər verir ki, Əli Mutlu xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkib. Səhər saatlarında dünyasını dəyişən Mutlunun cənazəsi Rizə şəhərinin Güneysu mahalında dəfn ediləcək. 40 Baxılıb

Türkiyədə beynəlxalq jurnalist təşkilatı yaradıldı: Azərbaycanlı qurucusu oldu

Ankarada Qlobal Jurnalist Təşkilatı (Küresel Gazeteciler Konseyi) adlı yeni beynəlxalq jurnalist təşkilatı qurulub.   Turkustan.info xəbər verir ki, “Anadolu Mediası Gücbirliyi Platformu” (AGP) və “DİM Media”nın İdarə Heyətinin sədri Mehmet Ali Dim təşkilatın qurucu sədri seçilib.  Yeni təşkilatın fəxri sədri isə jurnalist Yavuz Donat olub. Qlobal Jurnalist Təşkilatının qurucu üzvləri […]

Azərbaycanda “qar adamı” axtaran alim: Onlar dərrakəlidirlər

1970-ci ildə Azərbaycanda “qar adamı” axtarışı ilə məşğul olan rusiyalı alim, kriptozoologiyanın əfsanəsi İqor Burtsev təəssüratlarını bölüşüb.  Turkustan.info  “Express-k.kz” portalına istinadən xəbər verir ki, o, “qar adamı”nın axtarışı məqsədilə dünyanın yarısını gəzib.  Burtsevin sözlərinə görə, Qazaxıstanda yetlər xüsusi şəraitdə yaşayırlar. Bəzi kəndlərdə onları yemləyir və hətta qoruyurlar. Sovet dönəmində Beynəlxalq […]

ABŞ-ın Suriyadakı strategiyası çökdü

“Suriyada İŞİD terror təşkilatının məhv edilməsində ABŞ-ın heç bir rolu olmayıb. Əslində ABŞ-ın Suriyadakı strategiyası çöküb”. Turkustan.info bildirir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani deyib. “İndi də Fəratın şərqində ziddiyyətli vəziyyətlə üz-üzə qalıblar. Mövcud şərtlər ABŞ-ın Suriyadan çıxmasını tələb edir. 2019-cu ildə ABŞ bölgədən çəkiləcək”, – deyə […]

Onun böyük ürəyi…

Xeyirxahlıq İlahi əməllərdəndir. Bunu hər kəs bacara bilməz. O qədər imkanlı iş adamları, kifayət qədər zəngin vəzifə sahibləri tanıyırıq ki, heç vaxt bir yetimi sevindirməyiblər. Ona görə yox ki, onlar bunu bacarmırlar, ona görə ki, bunun üçün Allahın izni olmayıb. Və heç bir azaman bu izni Tanrıdan diləməyiblər… Haqqında danışacağım […]

Kimlər vergidən azad ediləcək? – ŞƏRH

1 yanvar 2019-cu il tarixindən etibarən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə bir sıra dəyişikliklər qüvvəyə minib. Bu dəyişikliklər nədən ibarətdir və sahibkarlara hansı üstünlükləri qazandırır? Bu barədə oxu.az-a müsahibəsində vergi məsələləri sahəsində tanınmış ekspert Emin Səttarov məlumat verib. – Yeni Vergi Məcəlləsinə düzəlişlər daha çox hansı kateqoriyaya təsir edir? – Təsir […]

Paşinyan Qarabağın həllində riskə gedə bilər – Brayza

Növbədənkənar parlament seçkisində qələbədən sonra Paşinyanın manevrlər üçün meydanı yaranıb. Turkustan.info xəbər verir ki, bunu “Haqqin.az”a açıqlamasında ABŞ-ın Azərbaycanda eks-səfiri, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza deyib. “Paşinyanın Qarabağ probleminin həllində riskli addımlara gedə biləcəyini istisna etmirəm. Mən onunla şəxsən tanış deyiləm və deyə bilmərəm ki, o, konkret olaraq hansı […]

Un bahalaşdı – Çörəyin qiyməti, yoxsa çəkisi dəyişəcək?

Ölkədə unun son bir neçə ayda davam edən tədricən bahalaşması prosesi  artıq çörək istehsalçılarını, o cümlədən əhalini narahat etməyə başlayıb. Belə ki, son aylarda 50 kiloqramlıq kisələrin qiymətində unun  növündən asılı olaraq 2-5 manat arasında artım qeydə alınıb. Ötən ay isə 1 manat bahalaşma olub. İstehlakçılar isə bu səbəbdən çörəyin […]

Putin hərbi rütbəsini açıqladı – VİDEO

Rusiya prezidenti Vladimir Putin hərbi xidmətdə olan zaman artilleriya diviziyasında xidmət etdiyini bildirib. Turkustan.info xəbər verir ki, bu haqda Putin Sankt-Peterburqun Petropavlovsk qalasına baş çəkən zaman  bildirib. Videoyazını “Komsomolski Pravda” qəzetinin xüsusi müxbiri Dmitri Smirnov “Twitter” səhifəsində paylaşıb. “Mən artilleriyaçı kimi leytenant rütbəsi almışam. Haubitsa artilleriya diviziyasının idarətmə bölüyünün komandiri olmuşam”, – deyə Putin bildirib. /oxu.az/ 45 […]

Paşinyandan Moskvanı qəzəbləndirəcək qərar

Ermənistan İrandan təbii qaz idxalı imkanları ilə bağlı müzakirələri davam etdirir. Turkustan.info TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib. “İran qazının idxalı həmişə gündəmdədir. Biz konkret və faydalı həll variantı tapılanadək bu məsələni müzakirə edəcəyik”, – deyə o vurğulayıb. Paşinyan onu da əlavə edib […]

İRƏVAN TƏŞVİŞDƏ: Qazaxlar erməniləri ölkədən qovurlar

Karaqanda şəhərində 23 yaşlı qazax gəncin ermənilər tərəfindən qətlə yetirilməsinə etiraz əlaməti olaraq yanvarın 6-da keçirilən izdihamlı mitinqdən sonra Qazaxıstan və Ermənistanın Xarici İşlər nazirlikləri arasında danışıq aparılıb. Turkustan.info Veteninfo.az-a istinadən xəbər verir ki, yanvarın 7-də Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zoqrab Mnatsakayan Qazaxıstanın xarici işlər naziri Beybut […]