Gün: Yanvar 9, 2019

“Mehmanın mayor rütbəli qardaşı var” – Hüquq müdafiəçisi

Ötən gün Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri istintaq təcridxanasında Mehman Hüseynovla görüşüb. Turkustan.info bildirir ki, görüşlə bağlı Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov Teleqraf.com-a müsahibə verib. Bizimyol.info həmin müsahibəni təqdim edir: – Ədliyyə naziri yanında İctimai Komitənin üzvlərinin Mehman Hüseynovla istintaq təcridxanasında görüşü necə baş […]

Gürcüstanda “donuz qripindən” ölənlərin sayı artır

2018-ci ilin oktyabr-noyabr aylarında risk qrupuna daxil 41 min, özəl sektorda çalışan 15 min insan qripə qarşı peyvənd edilib Gürcüstanda donuz qripi ilə bağlı məktəb və uşaq bağçalarına müvafiq məsləhətlər verilib. Turkustan.info xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzinin elmi rəhbəri Paat İmnadze məlumat verib. Xatırladaq ki, […]

Azərbaycan həbsxanalarında transseksuallar: Elələri var ki, həbsxanada belə olurlar

Bu gün küçədə qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib, transseksual və ya transgender insanlara tez-tez rast gəlmək olur.  Turkustan.info Media.Az-a istinadən xəbər verir ki, Azərbaycan tolerant dövlətdir, yuxarıda göstərilən şəxslər ölkəmizin vətəndaşlarıdır, digər vətəndaşlarla eyni hüquqlara sahibdirlər.  Heç kim qanun pozuntusundan sığortalanmayıb. Belə hallarda transseksualları hara göndərirlər? “Bu gün Azərbaycan həbsxanalarında transseksuallar […]

“Ümumavropa ordusu” NATO-nu əvəzləyə bilməz – Stoltenberq

Dünyada qeyri-müəyyənliyin artdığı bir zamanda NATO çərçivəsində transatlantik əməkdaşlığın gücləndirilməsi və alyansa üzv dövlətlərin hərbi xərclərinin ümumi daxil məhsullarının 2 faizinədək qaldırılması olduqca vacibdir. Turkustan.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, Rusiyanın davranışları nüvə silahlanmasının qadağan olunması ilə bağlı mövcud beynəlxalq sistemi təhlükəyə […]

Oğurluq edərkən videosu yayılan polis işdən çıxarıldı – Rəsmi

Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşının oğurluq etməsini əks etdirən videogörüntülərə münasibət bildirib. Turkustan.info “Report”a istinadən xəbər verir ki, videonun harada və nə vaxt çəkildiyi bilinməsə də, Nazirliyin aidiyyəti qurumları bu iddia ilə bağlı dərhal obyektiv araşdırmalar aparıb: “Qısa zamanda müəyyən edilib ki, görüntüdə olan şəxs, həqiqətən də, polis əməkdaşıdır və […]

İcbari tibbi sığorta bütün ölkə ərazisində tətbiq ediləcək – Gələn ildən

Gələn ildən bütün ölkə üzrə yeni bir sosial layihə olan icbari tibbi sığorta tətbiq ediləcək. Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə və əlçatanlığa xidmət edən bu sistemə keçid üçün hazırlıq işləri davam edir. Dövlətimizin başçısının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs – TƏBİB-in yaradılması haqqında imzaladığı […]

Dənizdə meyiti tapılan azərbaycanlıdan yeni xəbər

Ötən gün Türkiyənin Samsun şəhəri yaxınlığında “Volqabalt 214” gəmisinin qəzaya uğradığı ərazidə tapılan iki meyitinin heç biri Azərbaycan vətəndaşı gəmi kapitanı İsmayılov Turbat Kamil oğluna aid deyil. Turkustan.info xəbər verir ki, bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov Azərtac-a deyib. O bildirib ki, Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi […]

Bakıda “exchange” işçisinə hücum – 81 mini oğurlandı

Bakının Nizami rayonunda valyutadəyişmə məntəqəsinin əməkdaşı soyğunçuların hücumunun qurbanı olub.  Turkustan.info Sputnik.az-a istinadən xəbər verir ki, yanvarın 8-də saat 18:20-də Qara Qarayev prospektində 93 nömrəli binanın yaxınlığında iki naməlum şəxs “exchange” işçisi olan 40 yaşlı Bakı şəhər sakini Mirzəyev Anar Əfsər oğluna hücum edib. Hücum edənlər Mirzəyevin arxasında gizlənərək onun […]

Qazaxıstanı çalxalayan erməni tutuldu

Qazaxıstanda Yeni İl axşamı yerli sakini qətlə yetirən Ermənistan vətəndaşı Narek Qururyan tutulub. Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Narek Qururyanın (1997-ci il) Rusiya ərazisində tutulduğu və tezliklə Qazaxıstana ekstradisiya olunacağı gözlənilir. / Modern.az/

“Donuz qripi” nədir və ondan necə qorunmalı?

Qonşu ölkələrdə “donuz qripi” virusuna yoluxanların sayı artıb. Artıq Gürcüstanda bu qripdən ölənlərin sayı 13 nəfərə, Ermənistanda isə 10 nəfərə çatıb. Bu vəziyyət istər-istəməz həmin ölkələrlə həmsərhəd olan Azərbaycanda narahatlıq yaradır. Görəsən, “donuz qripi”nin simptomları nələrdir və ona yoluxmamaq üçün hansı qaydalara riayət etmək lazımdır? Tibb elmləri doktoru, professor Adil […]

Pensiyalar nə qədər artacaq?

Xəbər verdiyimiz kimi, yanvar ayı ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması təmin ediləcək.  Turkustan.info-nun məlumatına görə, “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur.  İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yanvar ayı […]

On bir ölkədə təlaş: Diplomatik nümayəndəliklərə şübhəli bağlamalar göndərilir

Hadisə yerinə bombanın zərərsizləşdirilməsi üzrə qruplar göndərilib Avstraliyanın Melburn şəhərində ən az 10 konsulluq binasına şübhəli paket göndərilib. Sputnik Azərbaycan “Haber7″ə istinadla xəbər verir ki, ABŞ, Böyük Britaniya, İsveçrə, Almaniya, Cənubi Koreya, Yunanıstan, İtaliya, Pakistan, Hindistan, Yeni Zelandiya və Misir səfirliklərinin əməkdaşları təxliyə ediliblər. Avstraliya polisi şübhəli paketə görə hadisə yerinə bombanın […]

Gürcüstanda 640 nəfər xəstəxanaya yerləşdirildi – Vəziyyətləri ağırdır

Gürcüstanda 640-a yaxın şəxs qrip virusu ilə xəstəxanaya yerləşdirilib. Turkustan.info Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri David Sergeenko məlumat verib. O deyib ki, pasiyentlərin 39-u Reanimasiya şöbəsindədir: “Bu günə olan məlumata görə, dünənə nisbətən göstəricilər yaxşıdır. Xəstəxanaya yerləşdirmə halları, təxminən, 100 hal azalıb. Bu, yaxşı dinamikadır. […]

Azərbaycanda orta aylıq əmək haqqı artdı – Rəsmi

2018-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 540,1 manat olub.  Turkustan.info Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə […]

Şəmistan Əlizamanlı ruslara qarşı yazılmış tarixi mahnını oxudu – MÖHTƏŞƏM İFA -Video

Milli vətənpərvərlik ruhlu mahnıların, marşların ifaçısı, Türk dünyasının sevilən səsi Şəmistan Əlizamanlı daha bir tarixi əsərə müraciət edib. Turkustan.info xəbər verir ki, Şəmistan Əlizamanlı 1878-ci ildə Osmanlı İmperiyası ilə Çar Rusiyası arasında yaşanmış savaş zamanı Osmanlı ordusunun sərgilədiyi fədakar “Plevne müdafiəsi”nə həsr olunmuş “Tuna nehri” tarixi mahnısını ifa edib.  

Bakıda hava ilə bağlı qorxu dolu xəbərdarlıq

“Qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara gedilməsi təmin olunmalıdır” Yanvarın 9–u günün ikinci yarısından yanvarın 10–nu gündüzədək Xəzər dənizi akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib. Turkustan.info-nun məlumatına görə, xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin […]

“Atam gəzdiyi qadınları evə gətirir, anamla bacım…” – Qəbələdə dəhşətli olay

Qəbələ rayonunda atasına qarşı cinayət törətməkdə ittiham olunan 1988-ci il təvəllüdlü Ramil Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Turkustan.info Teleqraf.com-a istinadən xəbər verir ki, Ramil Abdullayev ötən il martın 24-də saat 18 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsində yaşadıqları evin həyətində atası Ramizin anası Səbiləni döyməsindən əsəbiləşib. O, həyətdə qadınların […]

Məşhur “qanuni oğru” öldü – 52 yaşında – FOTO

Məşhur “qanuni oğru”, kriminal aləmdə “Mamuka” ləqəbi ilə tanınan Mamuki Mikeladze vəfat edib. Turkustan.info xəbər verir ki, 52 yaşlı gürcü “qanuni oğru” uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, “Mamuka” gürcü oğrularının əfsanəsi Arsen Mikeladzenin böyük oğludur. O, həyatının böyük bir hissəsini Rusiyanın paytaxtı Moskvada keçirib. Buna görə də […]

Təcili yardım maşını azərbaycanlı fəhlələri vurdu – 1 ölü, 12 yaralı

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşını ağır qəza törədib. Turkustan.info report-a istinadən xəbər verir ki, səhər saatlarında avtomobil prospektdə tikinti ərazisində yerləşən və tikintidə çalışan işçilərin olduğu köşkə çırpılıb. Nəticədə bir nəfər ölüb, 12 nəfər yaralanıb. Xəsarət alanların təcili tibbi yardım briqadasının üzvləri və Azərbaycan vətəndaşları […]

Qonşudakı anomal şaxtalar Bakıya nə vaxt gəlir? (AÇIQLAMA)

Yaxın müddətdə Rusiyada və Türkiyədə qeydə alınan kəskin soyuq və qar bizdə gözlənilmir. Turkustan.info bildirir ki, bu sözləri axar.az-a açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva qonşu ölkələrdəki kəskin hava şəraitinin Azərbaycanda da müşahidə edilməsi ehtimalı haqda deyib. O bildirib ki, yaxın günlərdə temperatur aşağı düşsə də, paytaxta qar yağmayacaq: […]

Türkiyədə Ali Devrim adına kitabxananın açılış törəni keçirildi – FOTOLAR+VİDEO

İki il əvvəl Bakıda həyatını itirən Atatürk Liseyinin direktoru Ali Devrimin adı Türkiyənin Aydın şəhərində bir kitabxanaya verilib.  Turkustan.info xəbər verir ki, Azərbaycanda 9 il Anadolu və Atatürk liseylərində direktor vəzifəsini tutmuş Ali Devrim hocanın adı verilmiş Aydının Karpuzlu rayonu, Tekeler məhəlləsində yerləşən orta məktəbin kitabxanasının açılış törəni olub. Törəndə Karpuzlu […]

Məlahət Abbasovaya Türkiyədə vəzifə verildi – FOTO

Azərbaycanlı aktrisa Məlahət Abbasovaya Türkiyədə vəzifə verilib.  Turkustan.info xəbər verir ki, Azərbaycanın Əməkdar incəsənət xadimi Məlahət Abbasova İstanbulun Mədəniyyət şöbəsinin altı İdarə Heyəti üzvündən biri seçilib. Qeyd edək ki, M.Abbasova 2016-cı ildən İstanbul bələdiyyəsinə bağlı Şəhər teatrları bədii rəhbərinin müavinidir. /BakuPost/

Azərbaycanda sosial müavinətlərlə bağlı – Yenilik

Pensiya təyinatı üzrə xidmətlərin avtomatlaşdırılmış mexanizmini tətbiq edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial müavinətlərin elektron təyinatı infrastukturunun da qurulması işlərinə başlayıb. Turkustan.info bildirir ki, bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Görülən işlər nəticəsində nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində “Sosial müavinət” altsistemi yaradılır. Beləliklə, pensiya […]

NATO gəmiləri Qara dənizə girir: Belə hal olmamışdı

NATO gəmilər qrupu Qara dəniz sularına girməyə hazırlaşır. Turkustan.info xəbər verir ki, bunu Ukraynanın NATO-dakı Nümayəndəliyinin rəhbəri Vadim Pristayko “112 Ukrayna” televiziyasına müsahibəsində deyib. “Prinsipcə, daimi fəaliyyət qrupları var. Hazırda onlardan birinə Niderland rəhbərlik edir. Onlar da Qara dənizə girməyə hazırlaşırlar. Ümumilikdə alyans gəmilərinin Qara dənizə gəlişi artıb. Keçən il NATO […]

Yeni bahalaşma dalğası – Yanacaq, gedişhaqqı, kommunal xərclər… – VİDEO

2019-cu ilin ilk günlərində istehlak bazarında müşahidə olunan bahalaşma digər sahələrdən də yan keçməyəcək. Turkustan.info xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirib. “Əgər büdcə parametrlərində problemlər yaransa, qiymətlərin artırılması qaçılmaz olacaq. 2019-cu ildə dizel yanacağının bahalaşması ilə bağlı qərarın qəbul olunması gözlənilir. Eləcə də nəqliyyatda gedişhaqqının […]

Azərbaycanda iki xəbər saytı bağlandı

Azərbaycanda “GoldNews.Az” və “a24.az” xəbər saytlarının fəaliyyəti dayandırılıb. Turkustan.info xəbər verir ki, bu barədə saytlara rəhbərlik edən İlkin Mustafayev özünün sosial hesabından paylaşım edib. “Ötən gün rəhbərlik etdiyim a24.az və GoldNews.Az.xəbər portalları fəaliyyətini dayandırdı. Mənim üçün çətin olan saytların fəaliyyətini dayandırması yox, belə gözəl bir kollektivlə ayrılmağım oldu. Səid Qərib, […]

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov Xızı rayon mədəniyyət müəssisələrinin kollektivləri ilə görüşüb

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov Xızı rayon mədəniyyət müəssisələrində olub, kollektivlərlə görüş keçirib. İdarə rəisi əvvəlcə musiqi məktəbində dərs prosesini yaxından izləyib, keçirilən dərslərin gedişatına nəzarət edərək öz münasibətini bildirib. Daha sonra Mehman Şükürov Xızı rayon Heydər Əliyev Mərkəzində, C.Cabbarlının ev muzeyində və Mikayıl Müşfiq muzeyində, o cümlədən, […]

Azərbaycanın Qənirəsi…

İşgüzardır- yorulmadan çalışır… Ziyalıdır- haqqı deməkdən çəkinmir… Təəssübkeşdir – türkün buna layiq olduğunu yaxşı bilir… Natiqdir – ilk sözüylə son sözünün arasında məntiq yol gedir… Xeyirxahdır – insanlara kömək göstərməyə, yardım etməyə tələsir… Səmimidir – boğazdan yuxarı danışmaz, hər sözü ürəkdən gələr. Səs titrədisə deməli pakdır… O, 1975-ci ildə Tovuz […]

İran “O olmasın, bu olsun”u necə oğurladı? – VİDEO

Sosial şəbəkələrdə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası əsasında 1953-cü ildə İranda çəkilmiş film yayımlanıb. “Məşədi İbad” adlı film korifey bəstəkarımız Üzeyir Hacıbəylinin yazdığı “O olmasın, bu olsun” operettası əsasında 1953-cu ildə İranda çəkilib. Halbuki operetta ilə eyni adı daşıyan film Azərbaycanda 1956-cı ildə işıq üzü görüb. Bəs görəsən, necə olub ki, […]

Bakıda güclü partlayış: ÖLƏNLƏR VAR

Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli iki otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.  Turkustan.info bildirir ki, bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Partlayış dalğasının təsirindən evin çöl divarı bir tərəfinin daşıyıcı divarı həyətdə dayanmış “Tofaş” markalı avtomobilin üzərinə aşıb.  Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı […]

Azərbaycanlılar 66 ölkəyə vizasız gedə bilər

Baş qərargahı Londonda mənzillənən nüfuzlu Henley & Partners konsaltinq firması özünün internet saytında dünya “pasportlarının indeksini” dərc edib. Bu indeks reytinqində ölkələrin yeri onların vətəndaşlarının vizasız gedə biləcəkləri başqa ölkələrin sayı ilə müəyyən edilib. Turkustan.info  “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu reytinqdə birinci yeri Yaponiya tutub. Onun vətəndaşları dünyanın […]