Azərbaycanda şirkət mobil bomba sığınacağı hazırladı

Sığınacaqlar ərazidə torpağa basdırılaraq üzəri torpaqlanır və örtülür.

Azərbaycanda fəaliyyət göstərən özəl sektor şirkətlərindən biri mobil bomba sığınacağı dizayn edib.

Artıq Azərbaycan Ordusuna da verilmiş bu sığınacaqlar istənilən əraziyə daşınaraq rahatlıqla qurula bilir.

Paslanmayan və qəlpə keçirməyən materialdan hazırlanmış böyük diametrli borunu xatırladan bu sığınacaq kabinəsində havalandırma sistemi və daxildə inanların oturması üçün oturacaqlar mövcuddur.

Sığınacaqlar ərazidə torpağa basdırılaraq üzəri torpaqlanır və örtülür. Ehtiyac duyulduqda həmin sığınacaqları çıxarıb digər ərazidə qurmaq mümkündür.

Ehtiyaca uyğun olaraq sığınacaqlar radiasiya və kimya hücumlarından heyəti qorumaq üçün filtirasiya sistemi ilə təchiz edilə bilər.  /Cebhe.info/

46 Baxılıb