Şb. İyl 20th, 2019

“Ermənistan yaxın aylarda dağılacaq” – Alimlərdən şok xəbərdarlıq

Ermənistan Seysmoloji Xidmət Mərkəzi İrəvan, Spitak və ölkənin digər bölgələrində dağıdıcı zəlzələlərin baş verəcəyi haqda məlumat yayıb.

Turkustan.info xəbər verir ki, xidmət mərkəzinin mütəxəssisləri yaxın aylarda Rixter şkalası üzrə 7-9 bal gücündə zəlzələlərin baş verəcəyini proqnozlaşdırırlar.

Ermənistan Fövqəladə Hallar Nazirliyi isə yayılmış məlumatları təkzib edib və narahatlığa heç bir əsasın olmadığını bildirib.

Ermənistanda nəşr olunan “Asparez” qəzeti isə hökumətin baş verəcək gözlənilməz təbii fəlakətlərə hazırlıqlı olmadığını əsas gətirərək bunu cəmiyyətdən gizlətdiyini iddia edib: “Hökumət çaxnaşma yaratmamaq və sonrakı eyiblərini gizlətmək üçün kütləvi qırğınlara hazırdır. Yaxın aylarda bu etinasızlıq fonunda Ermənistanın dağılmasının şahidi ola bilərik”.

“Asparez” ehtimal edilən təbii fəlakətin 1988-ci ildə Spitak rayonunda baş vermiş zəlzələdən (7 bal) daha dağıdıcı gücə malik olduğunu bildirib.  /Teleqraf.com/