“Rusiya bizim kimi müttəfiqi itirə bilər” – Lukaşenkodan Moskvaya xəbərdarlıq

“Əgər Rusiya qərb cinahındakı yeganə müttəfiqini itirmək istəsə, bu, onun seçimi olacaq”.

Turkustan.info lenta.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya ilə münasibətlərin gələcəyi haqda danışan Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenkonun sözlərinə görə, iki ölkə arasında neft sahəsində vergi manevrləri ilə bağlı təzminat məsələsində razılığa gəlinməsə, münasibətlər korlanacaq:

“Bu, bizim üçün faciə sayılmayacaq. Əgər Rusiya rəhbərliyi belə bir yola keçərək, qərb cinahındakı yeganə müttəfiqini itirmək istəsə, bu, onun seçimi olacaq. Biz onları məcbur edə bilmərik”.

46 Baxılıb