Şimal bölgəsində güclü yanğın – VİDEO

Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub.

Azərbaycanın şimal bölgəsində güclü yanğın baş verib. Turkustan.info bildirir ki, Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə Quba rayonunun Heydər Əliyev prospektində yerləşən “Birja” ticarət mərkəzində meydana gəlib.

Yanğın

Yanğın bu gün səhər saat 10 radələrində başlayıb. Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub və yanğının qarşısını almaq mümkün olub.

Əraziyə Quba Rayon Polis Şöbəsinin rəisi və rayon prokurorluğunun əməkdaşları da baxış keçiriblər

Yanğın zamanı 4-dən artıq mağaza, içərisindəki əşyalarla birlikdə yanıb. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb. Hazırda dəymiş ziyan hesablanır.