Gün: Yanvar 11, 2019

“Sənə oxşayıram, oğul, get-gedə…” – Ehtiram İlhamın 50 illiyi münasibətilə Vasif Süleymanın yazısı…

Ehtiram İlham-50 Sənə oxşayıram, oğul, get-gedə… Doğrudan da elə olub, lap oğlu Atilay kimi. Bir az incik, bir az küsəyən, bir az ərköyün. Heç elə bil 50 onun üçün deyil. Dünya onun üçün hələ də hələ də gözəl və işıqlıdır. İşıq Ələkbərin oğlu olduğundandır, – burasını dəqiq bilirəm. Amma hərdən […]

Azercell-in uğurlu fəaliyyəti diqqət mərkəzindədir

Azercell “İnsanların Seçimi üzrə Stevie Mükafatı” ilə telekommunikasiya  sahəsi üzrə “İlin Ən Sevilən Şirkəti” adına layiq görülüb. Azərbaycanın mobil rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC nailiyyətləri sırasına “İnsanların Seçimi üzrə Stevie Mükafatı”-nı əlavə edərək, telekommunikasiya  sahəsi üzrə “ İlin Ən Sevilən Şirkəti” adını qazanıb. Məlumat üçün bildirək ki, məhz […]

Bakıda dəhşətli ailə dramının yeni detalları məlum oldu

Uşaqlar evdəki bütün bıçaqları gizlədiblər ki, ataları – Masallı rayon sakini Dadaşov Rövşən analarını öldürməsin. Turkustan.info xəbər verir ki, Nəsimi rayonunun hüquq-mühafizə orqanları Bakıda gənc qadının qətlə yetirilməsinin detallarını “Sputnik Azərbaycan”a açıqlayıb. Qeyd edək ki, yanvarın 10-da saat 23:55-də Cavadxan küçəsindəki evdə yerləşən kirayə mənzillərin birində 31 yaşlı Aidə Dadaşova […]

Bakıda qadınların davası – “Qurumlar niyə göz yumur?” (Video)

Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Olar? Olmaz!” verilişində maraqlı anlar yaşanıb. Turkustan.info xəbər verir ki, proqrama müraciət edən Batilə xanım torpağının zəbt edildiyini bildirib. Açıqlamanın ardından teleaparıcı adıçəkilən şəxslərlə görüşə yollanıb. Məlum olub ki, bu mübahisə aylardı davam edir. “Bu qədər mübahisələr olub. Maraqlıdır, aidiyyatı qurumlar niyə göz yumur?” […]

Hansı məhsulların gömrük rüsumu artırılıb? – Ekspertdən açıqlamalar

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər edilib. Bu barədə qərarı Novruz Məmmədov imzalayıb. Qərara əsasən, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular 1 […]

Mustafayev erməniləri təbrik etdi: Rostovda aksiya başlayır

Rusiya Federasiyasının Rostov vilayətin də yaşayan azərbaybaycanlılar Vaqif Mustafayev adlı şəxsin vilayətdəki azərbaycanlılar adından erməniləri Milad bayramı münasibətilə təbrik etməsinə görə etiraz bəyanatı yayıblar. Turkustan.info bildirir ki, Rostovdakı azərbaycanlı təşkilatlarından Report-a daxil olan bəyanatda bildirilir ki, V. Mustafayev 20 ildir ki, “Rusiya azərbaycacanlıları Mədəni Muxtariyyəti”nin Rostov üzrə sədridir və bu müddət […]

Dilqəm Əsgərov və Şahbaz Quliyevdən XƏBƏR VAR

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər. Turkustan.info xəbər verir ki, BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova  report-a bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri dekabr və yanvar ayları ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkiblər: “Biz münaqişə […]

Azərbaycan XİN Mariya Zaxarovanın açıqlamasına münasibət bildirdi

“Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzi kimi tanınır”. “Görünür ki, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı (təkcə ötən il ərzində iki ölkə prezidentləri 6 dəfə görüşüblər) Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir”. Bunu Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın […]

Qonşu ölkədə indi də qızılca virusu yayıldı

Gürcüstanda daha bir yoluxucu xəstəlik – qızılca virusu yayılmağa başlayıb. Turkustan.info xəbər verir ki, yanvarın ilk 10 günündə qızılca diaqnozu ilə 60 nəfər xəstəxanaya yerləşdirilib. Məlumata görə,  qızılcaya yoluxan xəstələr əsasən 20-40 yaş arasında olanlardır. Tbilisinin İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Miriana Ezuqbaya bildirib ki, hazırda Tbilisidə qızılcaya yoluxma halları artıb. “Xəstəxana yalnız […]

Mehman Hüseynovdan KİV nümayəndələrinə müraciət – FOTO

Həbsdə olan bloqer Mehman Hüseynov KİV nümayəndələrinə müraciət edib. Yanvarın 10-da M.Hüseynovun özünün yazdığı və imzaladığı müraciətin fotosunu və mətnini təqdim edirik. Müraciətdə deyilir: “Artıq 22 aydır ki, həbsdə cəza çəkirəm. Və cəza çəkdiyim müddət ərzində çalışmışam ki, hərəkətlərim və davranışlarımla heç kəsin xətrinə dəyəcək bir şeylər etməyim. İndiki müraciətimin […]

Almaniyada erməni ailəsi özünü azərbaycanlılar kimi təqdim edib

Almaniyanın Vorms şəhərində erməni ailəsi deportasiya olunub. Turkustan.info alman portalı “Wormser-Zeitung”a istinadən bildirir ki, erməni ailəsi kilsə icmasına inteqrasiya olunmuşdu. 2017-ci ildə çəkilmiş fotoşəkildə solda “Kilsədə sığınacaq” layihəsinin rəhbəri Hans Himmeli, ata, ana, “nənə”, qız övladı Metaksiyanı, oğul Gevorqu, həkim Sibilla Ryoş və ailənin daha bir övladı Nellini görmək mümkündür. […]

Sumqayıt Regional Mədəniyyət idarəsinin müşavirəsi keçirilib

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət idarəsinin müşavirəsi keçirilib. Müşavirəni giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov yeni ildə hər bir mədəniyyət işçisinə uğurlar arzulayıb. O, Mədəniyyət naziri Əbülfəs Qarayevin tövsiyə və tapşırıqlarını müəssisə rəhbərlərinə çatdırıb. Xüsusilə sosial şəbəkələrdə fəaliyyətin artırılması və mətbuat xidməti […]

DİQQƏT! Bu avtomobillərin qiyməti BAHALAŞACAQ – Təqribən…

Xəbər verdiyimiz kimi, yanvarın 1-dən ölkəyə idxal olunan avtomobillərin aksiz vergisi artırılıb. “Vergilərin artırılması avtomobil bazarında qiymətləri yüksəldəcək”. Turkustan.info bildirir ki, bu sözləri Metbuat.az saytına açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib. Onun sözlərinə görə, bu il yenidən qiymət artımı gözlənilir: “2018-ci ildə avtomobil bazarında bahalaşma tələb və təklif məsələsiylə bağlıydı. […]

Moskvada azərbaycanlıların toplandığı məscid bağlandı

Rusiya Federasiyasının paytaxtı Moskvanın Otradnıy rayonunda azərbaycanlılara məxsus “İnam” cümə məscidi bağlanıb və cümə namazına heç kim buraxılmır. Turkustan.info-nun Report-a istinadən verdiyi məlumata görə, məscid onu azərbaycanlılara icarəyə verən tatar mənşəli Rəşid adlı sahibi tərəfindən bağlanıb. Hazırda məscidin qarşısında buna etiraz edən azərbaycanlı inanclılarla görüşə gəlməyən sahibi bağlamağına səbəb olaraq icarə haqqının onu qane […]

​Azərbaycanda iki MƏMUR HƏBS EDİLDİ – RƏSMİ

Korrupsiya şəbəkəsi yaradan vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa olunub. Turkustan.info bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Modern.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılıb, sosial […]

Türk xəbər məkanında ermənidilli saytlar – Azərbaycan nə zaman hərəkətə keçəcək?

Son zamanlar  Türkiyədə bir neçə yeni qəzet və xəbər portalı  fəaliyyətə başlayıb. Bunlardan biri- “Ermeni Haber Ajansı” Türkiyədə ermənidilli xəbər agentliyidir. Agentliyin daxilində ayrıca erməni işğalı altındakı Qarabağa dair bölmə var və daimi olaraq müxtəlif xəbərlər paylaşılır. Qeyd edək ki, rəsmi olaraq bu ilin fevralında Türkiyədə erməni dilində televiziya – […]

Azərbaycan ordusunun əsgəri həlak oldu

Hərbi xidmətini yerinə yetirərkən Beyləqan rayonunun Aşıqalılar kənd sakini Azər Aftandil oğlu Babayev həlak olub. Bu barədə sosial şəbəkələrdə həlak olmuş əsgərin həmkəndliləri yazıb. Azər Babayev doğma kəndində dəfn edilib. Hərbçinin ölümü barədə məlumatı Beyləqan rayonu Aşıqalılar kənd icra nümayəndəsi Amil Məmmədov təsdiqləyib. Onun sözlərinə görə, hərbçinin meyiti təcili yardım […]

Zaxarova Azərbaycandan narazılıq etdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova erməni mənşəli Rusiya vətəndaşının Azərbaycana buraxılmamasına etiraz edib. Turkustan.info xəbər verir ki, Moskvada keçirilən ənənəvi brifinq zamanı o, bu kimi halları kobud qanun pozuntusu sayıb. “Doğurdan da, mən bununla bağlı sosial şəbəkələrdə çoxsaylı məlumatlar oxumuşam. Bayram günlərində də insidentlər olub. Dəfələrlə fiksə etdiyimiz halları […]

İrəvanda plan işə düşür: Sabiqlər qisasa hazırlaşır – Sensasion gəlişmə

Ermənistanda fəaliyyət göstərən “Karyak Media” şirkətinin həmtəsisçiləri, sabiq deputatlar Samvel Fərmanyan və Mixran Hakobyan keçmiş hakim siyasi qüvvə olan Respublikaçı Partiyasının üzvlüyündən imtina ediblər. Turkustan.info xəbər verir ki, Ermənistan KİV media maqnatlarının partiyadan gedişi ətrafında ilginc ehtimallar müzakirəyə çıxarıb. Qeyd edək ki, böyük maliyyə və media resurslarına malik olan keçmiş millət […]

Növbədənkənar seçki ehtimalı – “Nə hüquqi əsas var, nə də ictimai-siyasi səbəb”

Son günlər Azərbaycanda ən çox müzakirə edilən mövzu yaxın zamanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyidir. Turkustan.info bildirir ki, ortaya atılmış iddiaların hüquqa söykənib-söykənmədiyinə Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Yenicag.az-da aydınlıq gətirib. Hafiz Həsənov qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsi Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasına həsr edilib, ancaq […]

Efirdə gərgin anlar – Zaur parodiyaçıları qovdu

“Xəzər” telekanalında yayaımlanan “5/5” verilişinin ötən gün efirə gedən buraxılışında gərgin anlar yaşanıb.  Turkustan.info axşam.az-a istinadən bildirir ki, proqramda xalq artisti Teymur Mustafayev (Teymur əmi) qonaq olub.  Proqrama tez-tez dəvət edilən parodiyaçı aşıq Muşqulat və Divir (Çingiz Mütəllimov və Elnur Mahmudov – red.) studiyaya gəlib. Onlar efirdə Teymur əmiyə söz ataraq […]

Astanada Dünya Türkoloqlar Konqresi keçiriləcək – Qazaxıstan XİN-dən TWESCO-ya dəstək

Qazaxıstan xarici işlər naziri Beybut Atamkulov Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə görüşüb. Turkustan.info xəbər verir ki, görüş zamanı Akademiya prezidenti naziri yeni təyinatı münasibətilə təbrik edərək, TWESCO-nu fəaliyyəti barədə məlumat verib. Beynəlxalq Türk Akademiyasının ötən il il ərzində həyata keçirdiyi layihələr haqqında B.Atamkulovu məlumatlandıran D.Kıdırəli, təşkilatın 2019-cu il […]

Sabah -14 dərəcə şaxta, güclü külək olacaq – XƏBƏRDARLIQ

Azərbaycanda şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. […]

Tərəflər arasında gərginlik azalır: Qarabağın həlli… – Tomas de Vaal

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasındakı ritorikada gərginliyin azalması müşahidə olunur və bu da sülh prosesinin yenidən başlanmasını mümkün edir. Turkustan.info bildirir ki, bunu Report-a açıqlamasında Cənubi Qafqaz regionu üzrə ekspert, britaniyalı jurnalist Tomas de Vaal bildirib. O, münaqişənin həlli ilə bağlı vəziyyətin inkişaf etdiyini deyib: “Münaqişə tərəfləri arasında kəskin ritorikanın müəyyən […]

Rusiyada erməniləri təbrik edən azərbaycanlı ilə bağlı – AÇIQLAMA

Rusiyanın Rostov şəhərindəki Azərbaycan diasporunun rəhbəri Vaqif Mustafayevin erməni xalqını bayram münasibətilə təbrik etməsi, özü də bütün azərbaycanlıların adından təbrik etməsi xəbəri olduqca təəssüfləndiricidir və hər bir normal azərbaycanlını narahat edir. Amma bir gerçəkilik unudulur ki, diaspor rəhbəri kimi təqdim edilən Vaqif Mustafayevin rəhbərlik etdiyi təşkilatda özündən və milliyyətcə erməni […]

Media nümayəndələri Aqrar Universitetdə imtahan prosesini izləyib

Azərbaycan Dövlət Aqrar Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək üçün KİV nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub. Mediaturda ictimai nəzarət qrupunun üzvləri də iştirak ediblər. Universitetin mətbuat xidmətinin xəbərinə media nümayəndələri imtahan otaqlarında olub, ayrı-ayrı fənlər üzrə tələbənin biliyinin eyni vaxtda yoxlandığı test, yazılı və […]

Tərtərdə 16 yaşlı qız sevdiyi oğlana görə CANINA QIYDI

Tərtər rayonunun Təzəkənd kəndində 16 yaşlı qız intihar edib. Turkustan.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gün saat beş radələrində baş verib. Qasımlı Ayşən Nemət qızı özünü yaşadığı evin yardımçı tikilisində asıb. İlkin məlumata görə, intihara səbəb ailəsinin 2-3 gün əvvəl ona elçi gələn sevdiyi oğlana verməməsi olub. 

Məlahət İbrahimqızı Araz Əlizadəni qınadı

Deputat Araz Əlizadə həbsdə olan bloger Mehman Hüseynovu təhqir edərək, onun ünvanına “yaxşı ki anasını da soyundurub fotosunu çəkməyib” ifadəsini işlətməsi sosial şəbəkələrdə və cəmiyyətdə müzakirələrə səbəb olub. Əksəriyyət Araz Əlizadənin deputata yaraşmayan ifadə eşlətdiyini və etik normaları pozduğunu vurğulayır. Yeri gəlmişkən, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun […]

Prezident hökumətin iclasını keçirdi – FOTOLAR

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Turkustan.info Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı iclasda giriş nitqi söyləyib. Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev […]

Azərbaycana “donuz qripi”nə qarşı peyvənd gətirildi – QİYMƏTİ

Bakıya “donuz qripi”nə (H1N1 virusu) qarşı peyvənd gətirilib.  Turkustan.info xəbər verir ki, bu barədə Sputnik.az-a həkim-terapevt, hepatoloq Zaur Oruc məlumat verib. Həkimin sözlərinə görə, yanvarın 9-da dərman deposundan klinikaya zəng edərək bildiriblər ki, Azərbaycana qripin bir neçə növünə, eləcə də H1N1 virusuna qarşı yeni preparat gətiriblər: “Bütün dünyada peyvəndləmə prosesi […]

Alimlərdən xəbərdarlıq: Fəlakət yaxınlaşır

Elm adamları okean sularının əvvəlki illərə nisbətən sürətli şəkildə isindiyini açıqlayıb. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, “Science” dərgisində yer alan məqalədə insanlara təhlükənin siqnalları verilib. Belə ki, bu əsrin sonuna qədər okean suları sürətlə isinəcək və dəniz səviyyəsi 30% həcmində yüksələcək. Xəbərə görə, buzlaqlar BMT-nin 5 il öncəki hesabatındakı […]

Spirtli və spirtsiz içkilərin və siqarların gömrük rüsumları artırılıb

Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər edilib. Turkustan.info-nun məlumatına görə, bu barədə qərarı Novruz Məmmədov imzalayıb. Qərara əsasən, şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular 1 litri […]

Azərbaycanlı qürurunu ABŞ-da yaşadan xanım

Çox mehriban, təvəzökar xanımdır. Deyir ki, qadın lap baş nazir işləsə belə, evinə daxil olduğu andan anadır, həyat yoldaşıdır… Amerikada yaşadığı illər ərzində elə bir gün olmayıb ki, ata evi, qardaşı üçün darıxmasın. Hər dəfə məşhur “Ayrılıq” mahnısının sədaları gələndə, özünü saxlaya bilmir, qəhər onu boğur, gözləri yaşarır. Azərbaycan filmlərinə […]

Ərəblər Azərbaycana axın edəcək – “Yol xəritəsi” hazırlanır

Səudiyyə Ərəbistanında Turizm Assosiasiyaları Konfederasiyası Azərbaycana ərəb turistlərinin cəlb olunmasına yardımı nəzərdə tutan “yol xəritəsi” hazırlayır. Turkustan.info xəbər verir ki, bunu Trend-ə Azərbaycan – Ərəb ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib. Y.Əliyevin sözlərinə görə, “yol xəritəsi” beş il müddətinə nəzərdə tutulub. Əməkdaşlığın bütün aspektləri Azərbaycan Dövlət Turizm Agentliyi […]

ABŞ-da fövqəladə rejim elan oluna bilər

Amerika Birləşmiş Ştatlarının nüfuzlu respublikaçı senatoru Lindsi Qrem ölkənin prezidenti Donald Trampı ABŞ-da fövqəladə rejim elan etməyə çağırıb. Turkustan.info-nun məlumatına görə, senator hesab edir ki, konqresi Meksika ilə sərhəddə divarın tikintisini maliyyələşdirməyə vadar etmək üçün bu vacib addımdır. “Prezident Trampın sərhədyanı divarın və ya baryerin salınması üçün öz fövqəladə səlahiyyətlərindən yararlanmasının vaxtı çatıb”, – deyə Qrem […]

Rusiya Xəzərdə gücünü niyə artırır? – Ciddi məqamlar

2027-ci ilə qədər Rusiya 4500 kilometrdən uzaqda yerləşən hədəfləri vura biləcək yeni Kalibr-M qanadlı raketlərini yaratmağı hədəfləyir. “Kalibr” raketlərin hazırkı maksimal uçuş məsafəsi 2 min kilometrə bərabərdir. Rusiya bu raketlərlə xüsusilə Xəzər və Qara dəniz donanmasını təchiz edib. Rusiyanın Xəzər dənizində olan Hərbi Dəniz Donanmasını gücləndirməsinin səbəbləri ilə bağlı Azərbaycan […]