ABŞ-da fövqəladə rejim elan oluna bilər

Amerika Birləşmiş Ştatlarının nüfuzlu respublikaçı senatoru Lindsi Qrem ölkənin prezidenti Donald Trampı ABŞ-da fövqəladə rejim elan etməyə çağırıb.

Turkustan.info-nun məlumatına görə, senator hesab edir ki, konqresi Meksika ilə sərhəddə divarın tikintisini maliyyələşdirməyə vadar etmək üçün bu vacib addımdır.

“Prezident Trampın sərhədyanı divarın və ya baryerin salınması üçün öz fövqəladə səlahiyyətlərindən yararlanmasının vaxtı çatıb”, – deyə Qrem bildirib.

Qrem Ağ Ev rəhbərinin Konqresdəki ən yaxın müttəfiqlərindən sayılır.

Onun sözlərinə görə demokratlar sərhədyanı divarın inşasının maliyyələşdirilməsinə hər vəchlə əngəl olduqlarından konqresdə bu məsələ ilə bağlı konsensus əldə olunmur.

“Tramp, əlbəttə ki, özünə əmin insandır, ancaq sadəlövh də deyil. Ona görə öz rəqiblərinə rəsmi şəkildə müzakirə üçün dəvət göndərdi və nəticədə, müzakirələri “boşuna vaxt itkisi” adlandırdı. Onun verdiyi bircə sual bu insanların onun dərsinə hazır olmadığını anlamağa imkan verdi”, -deyə senator vurğulayıb.  /oxu.az/