Azərbaycan ordusunun əsgəri həlak oldu

Hərbi xidmətini yerinə yetirərkən Beyləqan rayonunun Aşıqalılar kənd sakini Azər Aftandil oğlu Babayev həlak olub.

Bu barədə sosial şəbəkələrdə həlak olmuş əsgərin həmkəndliləri yazıb.

Azər Babayev doğma kəndində dəfn edilib.

Hərbçinin ölümü barədə məlumatı Beyləqan rayonu Aşıqalılar kənd icra nümayəndəsi Amil Məmmədov təsdiqləyib.

Onun sözlərinə görə, hərbçinin meyiti təcili yardım maşını ilə gətirilib. Dəfn mərasimində rayon ictimaiyyəti iştirak edib. (Virtualaz.org)

48 Baxılıb