Elzadan müğənnilərə: “Donuza oxşasınlar” – VİDEO

Əməkdar artist Elza Seyidcahan şou-biznes nümayəndələrini tənqid edib. 

Turkustan.info-nun Unikal.org-a istinadən məlumatına görə, müğənni “Show news”a açıqlamasında sənət adamlarının ünvanına bunları deyib:

“Bu il donuz ilidir. Yaxşılıq bacarmırlarsa, pislik də etməsinlər. Başlarını donuz kimi aşağı salıb, yeməklərini yesinlər, yatsınlar. Elə etsələr, yəqin pislik də ağıllarına gəlməz. Yaxşılıq əllərindən gəlmir, onlardan bunu ummuruq da. 

Pislik etməmək üçün deyirəm ki, donuza oxşasınlar”.